كلُُّ شىَْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ
“Onun zatından başqa hamı məhvə və həlak olacaqdır.”1
Yaxud “Ərrahmən” surəsinin 26-27-ci ayələrində buyurulur:
كلُُّ مَنْ عَلَيهَْا فَانٍ وَ يَبْقَى وَجْهُ رَبِّكَ ذُو الجَْلَالِ وَ الْاكْرَام
“Onun (Yer kürəsi) üzərində olan hər bir şey məhv olacaqdır. Cəlal və Kərəm Sahibi olan Allah isə əbədidir.”
Bəzi ayələrə əsasən, bütün yaranmışlar, o cümlədən günəş, ay, ulduzlar və s. Allaha səcdə edirlər. İnsanlardan başqa bütün mövcudların səcdə etməsi təkvini ibadət və itaət mənasındadır. Səcdənin özü ayrılıqda müstəqil bir ibadət sayılır. Necə ki, namazın şərtlərindən biri olan “təharət” müstəqil bir ibadətdir. Daha dəqiq desək, səcdə namazın eynidir. Səcdə bəndənin Allah-Təalaya ən yaxın halıdır. Digər tərəfdən şeytanın ən çətin halı məhz müsəlmanın səcdə vəziyyətində olmasıdır. Çünki şeytan səcdəni tərk etdiyinə görə Allah dərgahından qovulmuş və uzaqlaşdırılmışdır. Rəvayətdə buyurulur: “Rukusu və səcdəsi olmayan namaz namaz deyildir.”2
QİRAƏTİN3 FƏLSƏFƏSİ
Namazın ən mühüm ruknlarından sayılan qiraət onun birinci və ikinci rükətində “Həmd” (Fatihə) və başqa bir surə oxumaqla yerinə yetirilir. Rəvayətdə buyurulur: “Fatihəsiz namaz yoxdur.”1 Başqa bir rəvayətdə belə buyurulur: “Fatihə surəsi oxunmayan namaz naqisdir.”2 Namazda iki surənin ardıcıl oxunmasının fəlsəfəsi bundan ibarətdir; 1) Quran daimi olaraq möminin canına və ruhuna hopub cərəyan etsin. 2) Surələri təkrarlamaqla Quran müsəlmanlar arasında yaşasın.
Səkkizinci imam (əleyhissalam) bu həqiqəti Fəzl ibn Şazan üçün açıqlayıb belə buyurur: “İnsanlara namazda qiraət oxumaq ona görə əmr olunub ki, O, (Quran) həmişə təravətli qalıb camaat arasında yaşasın və insanlar daim Onun elmindən bəhrələnsinlər. Məbada müsəlmanlar Qurandan qafil qalsınlar!”3
İmam Rizanın (əleyhissalam) bu hədisinə əsasən bir neçə mətləbi açıqlamaq istərdik; 1. Əhli-beytin (əleyhimussalam) rəvayətlərində Quranı öyrənməyin və öyrətməyin, hətta Onu üzdən oxumağın zəruri olduğu təkidlə bildirilmişdir. Bəzi rəvayətlərdə Quranın hər gün 50, bəzilərində isə 200 ayə üzdən oxunması sifariş edilmişdir. Bu barədə “Vəsailuşşiə”, “Biharul-ənvar”, “Safi”, “Vafi” kitablarında çoxlu hədis və rəvayətlər mövcuddur. Bunlardan bir neçəsini zikr edirik; a) Allahın elçisi (səllallahu əleyhi və alihi və səlləm) buyurur: “Sizlərdən ən yaxşınız Quranı öyrənən və Onu başqasına öyrədəndir.”4 b) İmam Sadiq (əleyhissalam) buyurur: “Mömin üçün yaxşı olar ki, ölümündən qabaq Quranı öyrənmiş olsun, yaxud öyrənərkən ölüm onu yaxalasın.”5
v) Allahın peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Ən üstün ibadət Quran oxumaqdır.”6 q) İmam Əli (əleyhissalam) buyurmuşdur: “Quranı öyrənin və Onun barəsində dərin təfəkkürə dalın! Çünki O, möminin qəlbinin baharı və gülüstanıdır. Öz dərdlərinizə Quran vasitəsilə çarə qılın! Çünki O, bütün fiziki və ruhi xəstəliklərə şəfa verəndir. Onu tərtillə oxuyub gözəlləşdirin! Ayələri barədə düşünün və ibrət götürün! Çünki O, ən mənfəətli və ən gözəl qissələri Özündə cəmləşdirmişdir.”1
d) Bəzi rəvayətlərdə bildirilmişdir ki, behişt əhlinin dərəcələri, onların hansı miqdarda Quranı hifz etmələrindən asılıdır. Rəvayətlərin birində deyilir ki, cənnətdə Quran əhlinə belə xitab olunar: “Quranı hər nə qədər əzbər bilirsənsə, oxu və yuxarı qalx!”2 Bir çox rəvayətlərdə bildirilir ki, Quran qiyamət günü ən gözəl surətdə zahir olub Onu oxuyanlara şəfaət verər. Rəvayətlərdə bizlərə də bacardığımız qədər Quran oxuyub Onu hifz etmək sifariş olunmuşdur.
2. Deyilənlərdən belə məlum oldu ki, mömin Quranı oxumaqla bərabər qəlbində hifz etməli və hər bir dəyişiklikdən Onu qorumalıdır. Quranın möcüzə olmasının nişanələrindən biri də Onun həmişə təravətli olmasıdır. Yəni Quran oxunduqca, köhnəlmir və hər dəfə oxunduqda sanki mömini özünə müştaq edir. O başqa kitablar kimi deyil. Belə ki, əgər bir kitab iki ya üç dəfə oxunsa, insanı yorar. Lakin Quran oxunduqca sanki oxucunun Özünə qarşı susuzluğunu artırar.
3. Quranın qiraət edilməsində təkcə dilin və dodağın tərpənməsi kifayət deyil. Quran və rəvayətlərə nəzər saldıqda bir neçə həqiqətə şahid oluruq:
1)Quranın buyuruqlarına əməl etmək; Necə ki, hədisdə buyurulur: “Bir çox Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur.”1
2 ) Quranı başa düşməklə Onun elminə yiyələnmək;
Necə ki, Qurani-Kərim “Muhəmməd” surəsinin 24-cü ayəsində, həmçinin bir çox başqa ayələrdə insanları təfəkkür edib düşünməyə dəvət edərək buyurur:
Dostları ilə paylaş: |