إِنَّا نحَْنُ نَزَّلْنَا الذِّكْرَ وَ إِنَّا لَهُ لحََافِظُون
“Həqiqətən, biz Zikri (Quran) nazil etdik və həqiqətən, biz Onu qoruyacağıq.” 2 Əhli-beyt (əleyhimussalam) barəsində həzərt Rəsul (səllallahu əleyhi və alihi və səlləm) çoxlu hədislər buyurmuşdur. O cümlədən;
“Cənnətdə Kövsər hovuzunun yanında sizdən bu iki əmanət və necə rəftar edildiyi soruşulacaqdır.”3.
Mötəbər kitablardan sayılan “Kafi”də həzrət Peyğəmbərdən (səllallahu əleyhi və alihi və səlləm) uzun bir hədis nəql olunmuşdur. Hədisin məzmunu belədir: “Fitnələr sizə hücum gətirdiyi zaman Qurana sığının. Çünki O, həm şəfaət edən, həm də şəfaət ediləndir. Hər nəyi halal edibsə, həqiqətdir. Hər kəs Quranı öz rəhbəri qərar versə, Quran onu Behiştə aparacaqdır. Hər kəs arxa çevirsə, Quran onu Cəhənnəm atəşinə doğru sürükləyəcəkdir. Quranın ecazkarlığı sonsuz, qəribəlikləri isə köhnə deyildir. Məhz hidayət çıraqları Ondadır”.1
Bu hədisdən bir neçə nəticə əldə edə bilərik;
1) Hər zaman müsəlmanlar çətinliyə düşüb zəlalətə və cəhalətə düçar olsalar, Qurana pənah aparıb haqqı batildən ayırmalıdırlar.
2) Qurana itaət etmək səadətə, Ondan üz çevirmək isə bədbəxtliyə səbəb olur.
3) Elm hər nə qədər inkişaf etsə, bir o qədər də Quranın həqiqətləri kəşf və zahir olacaqdır.
4) Quranın nuru vasitəsilə cəhalət zülmətindən azadlığa qədəm qoyulur, həyat suyunun elmi və hikməti üzə çıxır.
Dostları ilə paylaş: |