إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ
“Həqiqətən, möminlər bir-birləri ilə qardaşdır.”1 Başqa bir ayədə belə buyurulur:
يَأَيهَُّا النَّاسُ إِنَّا خَلَقْنَاكمُ مِّن ذَكَرٍ وَ أُنثىَ وَ جَعَلْنَاكمُْ شُعُوبًا وَ قَبَائلَ لِتَعَارَفُواْ إِنَّ أَكْرَمَكمُْ عِندَ اللَّهِ أَتْقَئكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِير
“Ey insanlar, həqiqətən, biz sizi əvvəlcə bir ata və anadan (Adəm və Həvva) yaratdıq, sonra isə müxtəlif qrup və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız. Həqiqətən, sizlərdən Allah yanında ən üstün şəxs təqvalı olanlarınızdır.”2
Bu barədə Əhli-beytdən (əleyhimussalam) çoxlu rəvayətlər zikr olunmuşdur.
Böyük şairlərdən olan Sədi Şirazi deyir:
Adəm oğlu bir bədənin yarısı,
Yaranışca eyni gövhər sırası.
Bədənin bir üzvü ağrısa əgər,
Əlbət o birilər də ağrı çəkər.
İslamın bərqərar olmasından 14 əsr keçməsinə baxmayaraq bu üsul əməli şəkildə təsdiqlənməkdədir. Belə ki, İslam qara və ağ dərili insanları bir-birinə qardaş bilir, varl-dövləti, məqamı üstünlük saymır. Hətta dünyanın inkişaf etmiş ölkələri bu günədək millətlər arasında qardaşlığı və bərabərliyi təmin edə bilməmişlər, təbəqə üstünlükləri aradan qaldırılmamışdır.
Hazırda Amerikada qara dərili insanların institutları, avtobusları, restoranları və s. ağ dərili insanlarınkından ayrıdır. Qara dərililər həmişə ağ dərilərlə qaynayıb-qarışmaq və eyni ictimada əl-ələ verib bərabərcəsinə aram həyat sürmək istəyirlər.
Göründüyü kimi bu bərabərlik və dostluq İslamın xüsusiyyətlərindən sayılır və yalnız bu dində mövcuddur. Müsəlman cəmiyyətində (camaat və bayram namazlarında, xüsusi ilə həcc mövsümündə) bu növ qardaşlıq və bərabərlik, həmçinin bütün imtiyazların ləğv olunması aydın şəkildə gözə çarpır. Varlı, kasıb, ağ, qara, hakim, fəhlə, bir sırada dayanaraq Allah dərgahında xuzu və xuşu ilə ruku və səcdə etməklə özlərinin ehtiyaclı və zəif olduqlarını etiraf edirlər. Əslində hər kəs varlıdırsa, onun Allaha daha çox ehtiyacı var.
7) İlahi şüarları uca tutmaq:
Bu cəmiyyətin ictimai fəlsəfəsindən biri də İslam dininin şüarlarına hörmət göstərmək və onları uca tutmaqdır. Çünki camaatın iştirakı ilə qurulmuş bu namazların əzəməti din düşmənlərinin və münafiqlərin gözünə ox olur. Bu da İslamın şüarlarını və Onun əzəmətini kafirlərin nəzərində cilvələndirir, nəticədə başqa insanların bu dinə rəğbəti artır.
Bu səbəbdən də bir çox insanlar İslamın əzəmətini və əhkamını başa düşmüş və onu məntiqlə qəbul etmişlər. Bu şəxslər həmin məclislərdə (camaat və bayram namazlarında, həcc mövsümündə) müsəlmanların bir-birinə qarşı sonsuz səmimiyyətini, qardaşlığını müşahidə etmiş və İslam dininin mahiyyətini anlamışlar.
Bu məzhəbi yığıncaqlar bir daha İslam əleyhinə olan dar düşüncəli insanların nəzəriyyələrinin yalan və puç olduğunu göetərir. Bu ictimai ibadətlər sanki minlərlə müsəlmanın varlığından təşkil olunmuş imanı bildirir. Bu iman fədakar və mömin bir insan obrazı yaradır. Belə məclislər İslam düşmənlərinin və münafiqlərin qarşısında duran məğlubedilməz bir qüdrəti ifadə edir.
Hər bir insan qeyri-İslami ölkələrdə məscidlər və ya müsəlman yığıncaqlarını gördükdə onun nəzərində İslam və Quranın əzəməti daha da böyüyür. O, bir daha vəhdətin əhəmiyyətini dərk edir. Bayram namazının səsi dünyanın müxtəlif yerlərində radio, televiziya və s. vasitələrlə yayıldığı zaman hər bir imanlı qəlbə sanki güclü təkan verilir.
Budur Allah dininin şüarlarının əzəməti! Bu əzəmət təqva və paklığı zəruri edir.1
8) Camaat və duaların müstəcəb olması:
İctimai namazların başqa bir faydası duaların qəbul olmasıdır. Çünki bu cəmiyyət arasında müxtəlif insanlar, o cümlədən qəlbisınıq, kasıb və s. vardır. Onlar razü-niyaz və dua etməklə Allah-Təaladan əfv olunmalarını, günahlarının bağışlanmasını, dünya və axirət işlərinin islahını istəyirlər. Buna görə də Haqq-Təala rəhmət qapısı açaraq onların dualarını qəbul edəcək və onlar İlahi əfvə nail olacaqlar.
9) Qəflət yuxusundan oyanmaq:
Camaat namazlarının başqa bir fəlsəfəsi insanlara xəbərdarlıq edib onları qəflət yuxusundan oyatmaqdır. Uyğun ibadəti tez-tez təkrar etməklə maddiyyat bataqlığında qərq olmuş insan mənəviyyat aləminə üz tutur. Çünki hər gün maddi problemlər içərisində olan şəxsin başı elə qarışır ki, mənəvi vəzifələr, aqibəti haqqında düşünməyə, başqalarının halını soruşmağa və s. bəyənilmiş əməllərə macal tapa bilmir. Camaat namazı dünyaya məşğul insanlara xəbərdarlıq etmək və onları mənəviyyata yönəltmək üçün böyük vasitə sayılır. Bu namazlar insanı müvəqqəti də olsa, dünyadan üz çevirərək ətrafdakılara olan diqqətə sövq edir, təkəbbürlü insanı təvazökarlığa tərəf istiqamətləndirir. Nəhayətdə isə onu ali məqsədə və böyük hədəfə doğru hərəkətə vadar edir.
10) Qiyamətin xatırladılması: Bu namazların başqa bir fəlsəfəsi qiyamətin və axirət gününün əzəmətinin yada salınmasından ibarətdir. Bu barədə bir çox hədislər zikr olunmuşdur. Namazda insanların bir yerə cəm olması onların qiyamət günü bir yerə toplaşıb İlahi ədaləti qarşısında hesab verməsinə bənzəyir. Namaz qılmaq sanki yoxlama və təftiş rolu oynayır. Belə ki, namazını bitirib öz işinin ardınca gedən şəxs sanki qiyamət haqq-hesabıı qurtarıb ona təyin olunmuş cəzanın1 ardınca gedir. Qısa surətdə desək, namaza durmuş minlərlə insan diqqəti yekdil surətdə bir hədəfə yönəldərək Yeganə Allahı acizliklə çağırır, Ona ibadət edirlər. Böyük məscidlərdə, xüsusil ilə həcc mərasimində yerinə yetirilən bu namazlar axirət aləmindəki həqiqətlərin bir nümunəsinə bənzəyir.
Dostları ilə paylaş: |