Bismilləhir Rahmənir Rahim



Yüklə 0,72 Mb.
səhifə112/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   108   109   110   111   112   113   114   115   ...   120

Xatırlatma:


Bu mübarək hədis bütün günahların (istər böyük günah, istərsə də kiçik) namaz vasitəsilə bağışlandığını göstərir. Bir neçə rəvayətdə isə yalnız kişik günahların namaz vasitəsilə bağışlandığı bildirilir. Buna görə də mütləq olan birinci rəvayəti şərti olan başqa rəvayətlərdən önəm keçilir. Ola bilsin, kimsə nöqsan tutub deyə bilər ki, burada kiçik günahlar nəzərdə tutulmur. Çünki əgər hər kəs böyük günahlardan çəkinərsə, “Nisa” surəsinin 31-ci ayəsinə görədir:

إِن تجَْتَنِبُواْ كَبَائرَ مَا تُنهَْوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيَِّاتِكُمْ وَ نُدْخِلْكُم مُّدْخَلًا كَرِيم


“Əgər nəhy edilmiş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtər və sizi yaxşı bir yerə daxil edərik.” Bu ayəyə əsasən günahların bağışlanmasında daha namaza ehtiyac yoxdur. Cavab: Kəbirə (böyük) günahlar olmadığı surətdə həm namaz, həm də kəbirə günahlardan çəkinmək hər biri ayrılıqda səğirə (kiçik) günahların bağışlanmasına səbəb olur. Kəbirə günahlar olduğu surətdə isə namaz səğirə günahların kəffarəsi olar. Rəvayətlərin zahiri mənası budur ki, namaz günahların kəffarəsidir. Bir halda ki, böyük günahlardan çəkinmək lazımdır.

“Əli (əleyhissalam) buyurur: “Beş namaz arasında olan günahların kəffarəsidir. Bir halda ki, böyük günahlara yol veriməsin.” 1 Başqa bir nöqtə bundan ibarətdir ki, atəşi həmişə su ilə söndürmək olmur, çünki əgər şiddətlə yanan bir atəşin üstünə su töküb söndürmək istəsək, həmin su oksigen və hidrogenə parçalanacaqdır. Nəticədə parçalanmış oksigen atəş şölələrini daha da gücləndirəcək. Məsələn, əgər benzin yanırsa, onu su ilə söndürmək qeyri -mümkündür. Onu ya kimyəvi maddə, ya torpaqla söndürmək lazımdır. Buna əsasən deyə bilərik ki, günahlar da müxtəlif mərtəbələrdən ibarətdir və bəzilərinin bağışlanması üçün fərqli vasitələrə ehtiyac var. Belə günahlar namaz vasitəsilə bağışlanmaz. Məsələn, oğurluq, başqasının haqqını tapdalamaq və s. kimi günahların bağışlanması üçün əvvəlcə camaatın haqqını ödəyib onlardan halallıq almaq lazımdır. Sonra isə tövbə və namazla həmin günahlar bağışlana bilər.



Qeyd:

Hədis və rəvayətlərdən məlum olduğu kimi namaz keçmiş günahlara görə bağışlanma vasitəsi sayılır. Həmçinin o gələcək günahlardan qorunmaq üçün güclü bir vasitədir. Bu iddiamızın sübutu Quranın “Ənkəbut” surəsinin 45-ci ayəsidir:



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin