Bismilləhir Rahmənir Rahim


إِنَّ الصَّلَوةَ تَنهَْى‏ عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَر



Yüklə 0,72 Mb.
səhifə113/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   109   110   111   112   113   114   115   116   ...   120

إِنَّ الصَّلَوةَ تَنهَْى‏ عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَر


“Həqiqətən, namaz (insanı) günahlardan və pisliklərdən çəkindirir.”

İncə bir nöqtə:

Yuxarıda zikr olunan hədisdən belə anlaşılır ki, günahların hərəsi bir atəşə bənzəyir. Xətakar adam əslində bu atəşi öz zərərinə hazırlamışdır. Bu da ki, bərzəx və qiyamət aləmində onun əməllərini təcəssüm etdirəcəkdir.

AYAT1 NAMAZININ FƏLSƏFƏSİ


Günəş və ya ay tutulan zaman, həmçinin zəlzələ, yaxud təbii fəlakətlər baş verdiyi vaxt ayat namazının qılınması vacibdir. Bütün maddi və qeyri-maddi, həmçinin hər bir kiçik və böyük mövcudun İlahi nişanə olmasına baxmayaraq şəri hökmə əsasən ayat namazı bir neçə hadisə ilə bağlı vacib edilmişdir. Məsumlardan (əleyhimussalam) buyurulan hədislərdə ayat namazına səbəb olan hadisələrin hikməti belə açıqlanır ki, namazda diqqətimizi bir daha Həzrət Haqqa yönəldək və maddi aləmdən bir müddət ayrılıb mənəvi aləm haqqında düşünək. Düzdür, günəşin özü, önun parlaq nuru və şölələri, həmçinin çıxıb-batması, hərarəti, hər fəsildə istiliyinin müxtəlifliyi və tutulması – bunların hamısı ayatdır. Lakin şəri cəhətdən yalnız günəşin tutulması ayat sayılır. Belə ki, o, tutulmağa başlayarkən insanlar Məbdəyə (Allah) qarşı diqqətlərini daha da artırırlar. Bu kimi hadisələrin təbii olmasına baxmayaraq əsl səbəbkar Allahdır. Necə deyərlər; “Allah hadisələrin cərəyan etməsinin səbəbsiz olmasından çəkinər.” Deməli, ayat namazlarının fəlsəfəsi insanların diqqətini əzəmətli bir günə (qiyamət günü) yönəltməkdən ibarətdir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin