Bismilləhir Rahmənir Rahim


NAMAZIN MAHİYYƏTİ ALLAHI YAD ETMƏKDİR



Yüklə 0,72 Mb.
səhifə19/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   15   16   17   18   19   20   21   22   ...   120

NAMAZIN MAHİYYƏTİ ALLAHI YAD ETMƏKDİR


“Taha” surəsinin bu şərif ayəsi وَ أَقِمِ الصَّلَوةَ لِذِكْرِى

“Məni yad etmək üçün namaz qıl”1 aşkar surətdə namazın fəlsəfəsinin Allahı yad etməkdən ibarət olduğunu açıqlayır. Namaz “zikr” (yad etmək) deyə adlandırılır. Bu cəhətdən Quranda bəzən “namaz” kəlməsi “zikr” kəlməsi ilə təfsir olunmuşdur.

Məsələn; “Cümə” surəsinin 9-cu ayəsində belə buyurulur:

فَاسْعَوْاْ إِلىَ‏ ذِكْرِ اللَّهِ ‏


“Namaza tərəf tələsin.”

Başqa bir ayədə belə buyurulur:


وَ مَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكاً وَ نحَْشُرُهُ يَوْمَ الْقِيَمَةِ أَعْمَى‏


“Hər kəs Məni yad etməkdən boyun qaçırsa, dünya həyatı daralar və qiyamət günü onu kor olaraq məhşur edərik.”1

Zikrin özü həm namazın hissəsi, həm də namazın şərti sayılır. Çünki zikr üç növdən ibarətdir.

Dil vasitəsilə zikr.

Qəlb vasitəsilə zikr.

Kamil zikr. (Yəni həm dil, həm də qəlb vasitəsilə zikr).

Beləliklə, birinci növ zikr (dil vasitəsilə zikr) namazın bir hissəsi, ikinci növ zikr (qəlb vasitəsilə zikr) namazın düzgünlüyünün şərti və üçüncü növ zikr (kamil zikr) isə namazın qəbul olma şərtidir. Bu da namazın bütün zikrlərində qəlbin Allah yanında iştirakına işarədir.

Məsumlardan (əleyhimussalam) buyurulan hədislər deyilənləri bir daha təsdiqləyir.

O cümlədən: “Huzuri-qəlblə2 qılınmayan namaz-namaz deyildir.”3

Deməli, kamil namaz qəlbin hüzuru ilə qılınan namazdır.

Əslində zikrin həqiqəti qəlbin Məbdəyə (Allaha) yönəlməsidir. Bu yönəlmə o vaxt düzgün olar ki, namazqılan qəlbində Allahın rəhmət və qəzəbini duyaraq Onun əmrlərinə itaət etsin.

İmam Sadiq (əleyhissalam) Əbu Ubeydə Xəzaiyə belə buyurur:

“Allah-Təalanın öz bəndələrinin boynuna qoyduğu vəzifələrdən sənə xəbər verimmi?”

Dedi: “Bəli!”

Həzrət buyurdu: “Birincisi, insafdır. Əgər bir iş sənin zərərinə olsa belə, heç vaxt insafı əldən vermə! İkincisi, müsəlman qardaşından malını və sərvətini heç vaxt əsirgəmə! Üçüncüsü, Allahı çox zikr et!”

Sonra həzrət imam Sadiq (əleyhissalam) əlavə edib buyurdu:

“Zikr kəlməsində məqsədim “Subhənəllah” və ya “Əlhəmdulilləh”demək deyil. Baxmayaraq ki, bunlar da zikrdən hesab olunur. Əsl məqsədim budur ki, Allahın buyurduğu vacib əməlləri həmişə yerinə yetir və Onun haram etdiyi əməllərdən həmişə çəkin!”

Sonra o həzrət Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) bu hədisini dəlil göstərdi:

“Hər kəs Allahın əmr etdiyi vacibatlara və haramlara müti (itaətkar) olsa, həmin şəxs "zikr" əhlindəndir.”1


Nəticə: Namazın həqiqəti və ruhu zikrdir. Zikrin həqiqət və ruhu isə günahların tərk olunması və vacibatların yerinə yetirilməsidir.
Deyilənləri nəzərə aldıqda, إِنَّ الصَّلَوةَ تَنهَْى‏ عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَر “Həqiqətən namaz (insanı) pis və yaramaz əməllərdən saxlayır”2 ayəsinin mənası aydın olur. Çünki namaz zikrdir və zikr günahın tərk olunmasına və vacibatların yerinə yetirilməsinə səbəb olur.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin