Bismilləhir Rahmənir Rahim



Yüklə 0,72 Mb.
səhifə26/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   22   23   24   25   26   27   28   29   ...   120

NAMAZIN İNCƏLİKLƏRİ


Namazın incəliklərindən biri də qiyamət gününə olan işarələrdir. Mərhum Nəraqi “Meracus-səadət” kitabında belə buyurur:

Alimlərdən bəziləri namazın sirrini belə açıqlayırlar:

Namaz qiyamətin bu dünyadakı bir nümunəsidir. Belə ki, insan namazın incəliklərinə diqqət yetirsə, onun namazı yeni bir məna alar. O cümlədən;

- Əzan surun1 ikinci dəfə üfürülməsinə və ölülərin dirilməsinə işarədir.

- İqamə isə Pərvərdigarın nidasına və bəndələrini Öz hüzuruna toplayacağına işarədir.

- Qiyam halında üzüqibləyə dayanmaq Yaradanın hüzurunda durub dünyadakı əməllərin sorğu-sualına hazırlığa işarədir.

-Təkbirin və qiraətin deyilməsi bəndənin öz acizliyini bildirib Allaha həmd-səna deməsinə işarədir. Belə ki, qiyamət günü Allah qarşısında acizliyini bildirən bəndə Yaradana sitayiş və təmcid edəcəkdir.

- Rüku halında durmaq bəndənin Allah-Təalaya təzimini bildirir. Sanki bu zaman Pərvərdigari-aləm xitab edərək buyurur: “Ey mənim bəndəm! Sən filan işi görüb, filan günaha batdın. Nə üçün bu günahı etdin? Sənin bugünkü təziminin heç bir faydası yoxdur”.

- Bunu eşidən bəndə zəlil və aciz halda torpağa düşüb yalvararaq səcdə edəcəkdir. Namazdakı birinci səcdə buna işarədir.

- Sonra həmin bəndəyə yenidən xitab olunar: “Başını qaldırıb cavab ver!” Bəndə başını qaldırıb tövbəni2 dilinə gətirər və peşimançılığını izhar edər. Namazda birinci səcdədən başı qaldırmaq deyilənlərə işarədir.

- Sanki yenə xitab olunar: “Bugünkü tövbənin nə faydası?” Sonra biçarə bəndə yenidən səcdə etməklə ikinci dəfə xar, zəlil və acizliyini etiraf edər. Bu da namazın ikinci səcdəsinə işarədir.

- Xitab gələr: “Dünyada etdiyin günahların ucbatından bugünkü acizliyinin faydası yoxdur. Başını qaldırıb düzgün cavab ver!” Bu da namazda ikinci səcdədən başı qaldırmağa işarədir.

- O, başını qaldırıb İslamın ətəyindən tutmaqla belə deyər: “İlahi! Sənin birliyinə və Peyğəmbərin risalətinə şəhadət verirəm”.

Bunu deyib qurtuluş ümidi ilə salavat göndərər. Bu da namazda olan “təşəhhüd”ə işarədir.

- Yenə xitab eşidilər: “Ey günahkar bəndə! Məgər səndən bunu istədik?”

Bu zaman heyrət və təəccüb içində qalmış çarəsiz bəndə sağa-sola nəzər salıb məhşər səhnəsini görəcək, peyğəmbərləri, imamları, saleh bəndələri və mələkləri səsləyib onlardan şəfaət diləyəcək: “Salam olsun Sənə ey nəbi! Allahın rəhmət və bərəkəti olsun Sənə! Salam olsun bizə və Allahın saleh bəndələrinə! Salam olsun sizlərə! Hamınıza Allahın rəhmət və bərəkəti olsun!”

Bu isə namazın axırında deyilən “salam”a işarədir.

- Axırda o, əllərini üç dəfə göyə qaldırıb sanki ona kömək olunmasını istəyər. Bu da namaz bitdikdən sonra üç dəfə “təkbir”in deyilməsinə işarədir.

Bir sözlə, namazın bütün vacib və müstəhəb əməllərinin, həmçinin bütün zikrlərinin bir sıra sirrləri və incəlikləri var. İnşaallah, gələcək bəhslərdə bu barədə bəzi açıqlamalar verəcəyik.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin