وَ ادْعُوهُ خَوْفًا وَ طَمَعًا
“Onu (Allah) qorxu və ümidlə çağırın.” 2
إِنَّهُمْ كَانُواْ يُسَرِعُونَ فىِ الْخَيرَْاتِ وَ يَدْعُونَنَا رَغَبًا وَ رَهَبًا
“Onlar həmişə xeyir iş görməyə can atmaqla yanaşı qorxu və ümid içində bizi (Allahı) çağırırdılar.”3
Ayələrdən bu əməllərin (qorxu və ümid) düzgünlüyü aydın olur.
“Kafi” kitabının müəllifi mərhum “Kuleyni” imam Sadiqdən (əleyhissalam) belə bir rəvayət nəql edir:
“Allahın bəndələri üç dəstədən ibarətdir. Bir dəstə Allah- Təalanın onlara əzab verəcəyindən qorxaraq ibadət edir. Bu, qulların ibadətidir. Başqa bir dəstə savab qazanmaq üçün Allaha ibadət edir. Bu isə tacirlərin ibadətidir. Sonuncu dəstə isə Allaha sonsuz məhəbbət bəslədiyi üçün Ona ibadət edirlər. Bu da azad insanların ibadətidir. Ən üstün ibadət məhz budur.”
Bu hədisə əsasən hər üç dəstənin ibadətinin düzgün olması bir daha aydınlaşır.
Lakin ibadət camaata xatir olsa, insan riya məqsədilə özünü onların gözündə böyütmək istəsə və kiminsə onu tərif etməsi intizarında olsa, bu ibadət batildir. Hətta belə əməl ibadət olmasına baxmayaraq ən böyük günahlardan biri sayılar.
Riyasız olan digər yaxşı işlərə gəldikdə isə, məsələn, həm insanın Allahın razılığından ötrü, eyni zamanda nəfəqədən xilas olmaq üçün qul azad etməsini, yaxud həm Allaha görə, həm də sərinlik üçün dəstəmaz almasını, yaxud da həm Allahın razılığı üşün, həm də yeməkdən pəhriz saxlamaq üçün oruc tutmasını fiqhə aid olan bəhslərdə bəyan etmişəm. Əgər bu növ niyyətlər əsl məqsəd, qəsdi-qürbət (Allahın razılığı) isə ikinci dərəcəli hədəf olarsa, həmin əməl batildir. Amma əksinə olarsa, həmin əməl düzgündür. Fəqihlərin fətvası da bu prinsipə əsaslanır.
Riyadan uzaq olan hər bir ibadət Allah dərgahında bəyənilib qəbul olunacaqdır. Bu nöqtə rəvayətlərin birində belə bəyan olunur:
“Gizlində verilən sədəqə, aşkarda verilən sədəqədən çox-çox üstündür. Çünki güzlin verilən sədəqədə heç bir riya yoxdur.”
Həmçinin, gizlində zikr və dua, aşkarda zikr və duadan üstündür. Evdə qılınan nafilə namazları da məsciddə qılınan nafilə namazlarından fəzilətlidir.
Hər bir ibadətdə niyyətin pak və xalis olması barədə çoxlu ayə və rəvayətlər mövcuddur. “Bəyyinə” surəsinin 5-ci ayəsində belə buyurulur:
Dostları ilə paylaş: |