Bismilləhir Rahmənir Rahim


لَا تَقْرَبُواْ الصَّلَوةَ وَ أَنتُمْ سُكَارَى‏



Yüklə 0,72 Mb.
səhifə38/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   34   35   36   37   38   39   40   41   ...   120

لَا تَقْرَبُواْ الصَّلَوةَ وَ أَنتُمْ سُكَارَى‏


“Məst halında namaza yaxınlaşmayın.”1

Namazın faydası o zaman kamil olur ki, namazqılan fikrindən dünyəvi işləri çıxarıb diqqətini yalnız məbdəyə (Allaha) yönəltsin. Bu barədə “Maun” surəsinin 4 və 5-ci ayələrində belə buyurulur:


فَوَيْلٌ لِّلْمُصَلِّينَ الَّذِينَ هُمْ عَن صَلَاتهِِمْ سَاهُون‏


“Vay olsun, o namazqılanlara ki, namazlarında səhlənkarlıq edirlər.”

Namaza diqqət o qədər əhəmiyyətlidir ki, məsumlar (əleyhimussalam) dəfələrlə bu nöqtəni vurğulamış, bu barədə çoxlu hədislər nəql etmişlər. Hədislərin birində belə buyurulur:

“Qəlbin diqqəti olmadan qılınan namaz namaz deyil”.

İslam Peyğəmbəri həzrət Məhəmməd (səllallahu əleyhi və alihi və səlləm)

buyurur:

“Bəndə namaza durduğu zaman onunla Allah arasında olan (pərdə) ortadan qalxır və Allah-Təala ona nəzər salır. Mələklər onunla bərabər namaz qılaraq duasının müstəcəb olması üçün “Amin” deyərlər. Asimandan onun üçün xeyir və bərəkət nazil olar. Sonra bu nida eşidilər: Əgər bilsəydin kiminlə münacat edirsən, diqqətini namazdan başqa bir şeyə yönəltməzdin.”

Başqa bir rəvayətdə isə belə buyurulur:

“Cismi ilə qəlbini birlikdə namaza hazır etməyən şəxsə Allah-Təala nəzər salmaz.”

İmam Baqir (əleyhissalam) buyurur:

“Nafilə namazları vacib namazlarda hüzuri-qəlbə varid olan nöqsanları aradan qaldırmaq üçün tövsiyə olunmuşdur.”

Möminin qəlbi kompasın əqrəbi kimi olmalıdır. Belə ki, kompas istənilən istiqamətə döndərilsə, onun əqrəbi yenə də öz təbii halına qayıdaraq cənuba üz tutacaq. Namazqılanın da diqqəti Allahdan yayınsa, cəld yenidən diqqətini əvvəlki halına qaytarmalıdır.

Namazda diqqət və hüzuri-qəlb əldə etmək çox çətindir. Çünki insanın fikri dünyəvi işlərlə məşğuldur və dənizin üzərindən ötüb səs-küy salan dalğalara bənzəyir. Bundan əlavə fikirləri azdırmaq və ələ keçirmək üçün pusquda durmuş şeytan münasib fürsət axtarır. Ürək bir anlığa Allahdan qafil olduqda şeytan qoşunu hücum edərək qəlb səngərini ələ keçirir. Lakin qəlbin qəflətdən ayıldığını hiss edən şeytan qoşunu çarəsiz olaraq qaçmağa üz tutur. Şair bu barədə belə deyir:


Könül əğyarların lat yeri deyil,

Div çıxsa, mələklər gələsidir bil.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin