MÜTƏRCİMDƏN BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ
Bildiyimiz kimi, füruiddinin (əməli hökmlərin) birincisi namazdır. Namaz o qədər əhəmiyyətlidir ki, hətta döyüş meydanında, xəstəlik və s. şəraitlərdə belə tərk olunmamalıdır. Adəm peyğəmbərin (əleyhissalam) yaradılışından başlayaraq sonuncu peyğəmbər həzrət Məhəmmədin (səllallahu əleyhi və alihi və səlləm) dövrünə kimi bu ibadət müxtəlif formalarda yerinə yetirilmişdir.
Təəssüflə qeyd etmək lazımdır ki, hal-hazırda bəzi müsəlmanlar namaza əhəmiyyət vermir və bu ibadəti xurafat sayırlar. Onlar
belə deyirlər: “Allah öz bəndəsinə qarşı çox Mehribandır və namaz qılmasan da olar, təki ürəyin təmiz olsun!”
Yəqin ki, belələri müqəddəs kitabımız Qurani-Kərimin ayələrindən xəbərsizdirlər. Onlar düşünmürlər ki, hətta peyğəmbərin övladı,1 əmisi,2 yaxud həyat yoldaşı3 Allah-Təalaya iman gətirib saleh iş görməsə, axirətdə əbədi əzab içində olasıdır.
Bəziləri də namazın hikmət və fəlsəfəsindən agah olmadıqları üçün bu ibadətə etinasız yanaşırlar.
Hər bir insanın təbiətində “təşəkkür” hissi var. Məsələn, əgər avtobusda cavan bir şəxs özündən yaşca böyük birinə oturmaq üçün yer verərsə, o, istər-istəməz həmin cavana öz təşəkkürünü və minnətdarlığını bildirəcək. Namazın hikmətlərindən biri də Yaradana “şükr etmək” hissidir. Belə ki, biz namaz qılmaqla Allah-Təalanın bəxş etdiyi sonsuz nemətlərin (hava, su, sağlamlıq və s.) qarşısında Ona təşəkkürümüzü bildirmək və möhtaclığımızı etiraf etmək istəyirik. Bu da vücudumuzda olan “təşəkkür” duyğusunun büruzə verilməsidir.
Bəziləri isə “namaz vaxtımızı alır” kimi, bir sıra bəhanələr gətirməklə ondan boyun qaçırırlar. Həqiqətdə isə Allah-Təala ixtiyarımıza verdiyi 24 saatın təxminən 20 dəqiqəsinin Onun (Allah) üçün ayrılmasını istəyir. Əlbəttə ki, Allah-Təalanın bizim namazlara heç bir ehtiyacı yoxdur. Əsl məqsəd budur ki, insan namaz qılmaqla kamilliyə, mənəviyyata ucalıb dünya və axirət səadətinə yetişsin.
Bir daha namazın əhəmiyyətli olduğunu yada salaraq Qurani-Kərimin “Muddəssir” və “Maun” surələrindən bir neçə ayəni zikr edirik:
Dostları ilə paylaş: |