Bismilləhir Rahmənir Rahim


فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَ مَن تَابَ مَعَكَ



Yüklə 0,72 Mb.
səhifə45/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   41   42   43   44   45   46   47   48   ...   120

فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَ مَن تَابَ مَعَكَ


“Elə isə sənə əmr olunduğu kimi müqavimət göstər. Həmçinin səninlə birlikdə olub (Allaha doğru) qayıdanlar da (müqavimət göstərsinlər).”

Deməli, Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) öz müqavimətindən yox, əksinə ümmətin müqavimətsizliyindən yorulur və qocalırdı.

Bəlkə də imam Zamanın (əleyhissalam) ləqəblərindən biri olan “Qasim” buna görə o həzrətə verilmişdir ki, həzrət müxaliflərə qarşı mübarizə və qiyam edərək müqavimət göstərəcəkdir.

Vaxtı ilə İslam qoşununun baş komandanı Musa Nəsir Avropanı fəth etmək fikrinə düşdükdə Tariq ibn Ziyad adlı qulamını döyüşə aid məlumatlar toplamaq üçün İspaniyaya göndərdi. Tariq oraya çatıb düşmən qoşununun ruhiyyəsini zəif gördükdə hücuma münasib fürsət olduğunu hiss etdi. Öz-özünə fikirləşib dedi ki, əgər mən bu məlumatı baş komandana göndərib cavabını gözləsəm, uzun çəkəcək. O vaxta kimi düşmən ayılıb bizə güclü zərbə endirə bilər.

Buna görə də o, belə bir qəti qərara gəlib əmr etdi: “Üzüb gəldiyimiz bütün gəmilərin hamısına od vurub yandırın!”

Onun bu əmrinə bəziləri etiraz edib dedilər: “Sən gəmilərimizi yandırmaqla bizi evimizdən və əzizlərimizdən birdəfəlik ayırmaq istəyirsən?”

Tariq dedi: “Müsəlman ayrıca yuvası olan toyuq kimi deyil.”

Sonra yerindən qalxıb indiki Cəbəluttariq adlanan dağın ətəyində dayanıb odlu bir nitq söylədi: “Ey camaat! Hal-hazırda arxanızda təlatümlü bir dəniz, qarşınızda isə saysız-hesabsız düşmən ordusu var. Onların anbar dolu azuqə və silahı, sizin isə güclü pəncələriniz və qılınclarınız var. Elə isə özünüzü göstərin!”

Bu həyəcanlı və təhrikedici xütbədən sonra müsəlmanların qeyrəti cuşa gəldi və düşmən qoşununa hücuma keçdilər. Onlar qarşıya çıxan bütün çətinliklərə dözüb müqavimət göstərməklə İspaniyanı fəth etməyə nail oldular.

Ümumiyyətlə, həyatda ümid vasitəsi ilə yaşamaq mümkündür. Bu isə insanları yaxşı və rahat yaşamaq üçün fəaliyyətə sövq edir. Hər iki dünyada səadətə qovuşmaq üçün isə bütün müşküllərin qarşısında müqavimət göstərmək lazımdır.

Böyük şəxsiyyətlərin hər bir sahədə müvəffəqiyyətə çatmalarının və istədikləri məqsədlərə nail olmalarının sirri onların səbrinə, dözümünə və müqavimətinə bağlıdır. Lazımi məqsədə çatmaq üçün bunlar şərtdir. Bu qəbil şəxsiyyətləri qarşıya çıxan heç bir problem qorxutmaz. Çoxları fəaliyyəti dövründə xırda bir çətinliklə üzləşən kimi ümidini üzərək başladığı işi yarımçıq qoyur və nəticədə hər şeyi əldən verir. Lakin böyük şəxsiyyətlər səy göstərməkdən əlavə heç bir çətinlikdən məyus olmur və başladığı işdən möhkəm yapışaraq sona kimi öz qüvvələrini əsirgəmirlər.

İslamın böyük alimlərindən olan Əbu Cəranə belə deyir: “Mən müqavimət və qorxmazlıq dərsini “cəranə” adlı həşəratdan (bu səbəbə görə onun ləqəbi Əbu Cəranədir) öyrəndim. Bir gün Dəməşq məscidində “Safi” sütununun küncündə əyləşmişdim. Gördüm ki, bu həşərat saf olan həmin sütunun yuxarısındakı çırağa doğru hərəkət etmək istəyir. Yuxarıya qalxmaq istəyən bu canlı diqqətimi cəlb etdi. Sütunun üstü sürüşkən olduğundan bu həşərat sütunun ortasına çatdıqda sürüşüb yerə düşürdü. Bu cərəyan yeddi yüz dəfə təkrar olundu. Nəhayət, o, öz məqsədinə çatdı. Onun polad kimi güclü iradəsinə təəccüblənmişdim. Həmin həşəratın öz məqsədinə çatdığına və sanki arzusunu qoynuna alaraq çıraq ətrafında oturduğuna şahid oldum.”

Napoleon deyir: “Müharibələrdə tez-tez məğlubiyyətə uğramağıma baxmayaraq qorxub çəkinmədim. Nəticədə qələbə çalmağı öyrəndim.”

“Şəhide əvvəl”in “Lümə” kitabı, mərhum Xacə Nəsirəddin Tusinin “Şərhe işarat” əsəri, o cümlədən bir çox məşhur kitablar zindanda qələmə alınmışdır.

Həzrət Əli (əleyhissalam) “Nəhcul-bəlağə”də buyurur:

“Bilin ki, səhra ağacları susuzluq, tufan, güclü küləklərlə üzləşməsinə baxmayaraq möhkəm və davamlıdırlar. İnsan da müqavimət göstərməklə möhkəmlənir.”1

Ümidvarıq ki, namazdakı qiyam hər gün həyat dərsimizin bünövrəsi olsun.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin