XATIRLAMA
Cənab Şarlın İslam əhkamının fəlsəfəsi barəsində nəzərini xatırlamaq yerinə düşərdi. Onun bəzi sözlərini yada salıram:
“İslam dini həmişə tənbəlliyin və süstlüyün əleyhinə olmuş, səy və ciddiyyət əmr etmişdir.
Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) sözləri və əməlləri dediyim mətləbi sübut edir. Belə ki, bir gün İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) öz səhabələri ilə bir neçə nəfərin yanından keçərkən onlardan birinə salam vermədi, lakin o həzrət qayıdarkən həmin şəxsə salam vermir. Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) bu hərəkətinin səbəbini soruşurlar. Buyurur:“Birinci dəfə onu bekar gördüm deyə, salam vermək istəmədim. Qayıdan vaxt isə onun işlə məşğul olduğunu müşahidə etdim və buna görə də salam verməyi özümə lazım bildim, onu bu salamdan məhrum etmədim.”
Bu fövqəladə kəlamın böyük fəlsəfəsi var və bəşər əqli bunu dərk etməkdə acizdir. Həqiqətən də, Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) bu kəlamı cəmiyyətin islahı üçün çox dəyərlidir.
Namazın müəyyən və münasib vaxtlarda qılınmasının da hikməti var. İşlə məşğul olan şəxslər üçün namaz istirahət, işsizlər üçün isə faydalı bir hərəkət sayılır. Bu da ümumi sağlamlığın qorunması üçün faydalıdır.
Cənab Şarl başqa bir məqamda deyir: “Burunun daxilində çox nazik tüklər mövcuddur. Bu tüklərdə mikroskobla görünə bilən 500 mindən çox mikrob vardır. Dəstəmaz alarkən “məzməzə” (ağız daxilini üç dəfə yaxalamaq) və “istinşaq” (burunun daxilini üç dəfə yumaq) vasitəsilə həmin mikroblar fəaliyyətdən düşür.”1
Bu alim (cənab Şarl) namazın fəlsəfəsinə maddi nöqtədən də yanaşmış və bəzi hikmətlər açıqlamışdır. Lakin biz bu maddi yönümü zikr etmək istəmirik. Çünki namazın mahiyyəti elə yüksəkdir ki, onu maddiyyatla ölçmək və müqayisə etmək düzgün olmaz. Əslində namaz bir nərdivana bənzəyir ki, bizi pillə-pillə maddi aləmdən mənəvi həyata doğru çəkir və namaz qılanın maddi aləmdən olan qəlbinə ərş aləmindən bir qapı açır.
Dostları ilə paylaş: |