Bismilləhir Rahmənir Rahim


قَالَ رَبُّنَا الَّذِى أَعْطَى‏ كلُ‏َّ شىَ‏ْءٍ خَلْقَهُ ثمُ‏َّ هَدَى‏



Yüklə 0,72 Mb.
səhifə62/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   58   59   60   61   62   63   64   65   ...   120

قَالَ رَبُّنَا الَّذِى أَعْطَى‏ كلُ‏َّ شىَ‏ْءٍ خَلْقَهُ ثمُ‏َّ هَدَى‏


“Dedi ki, bizim Pərvərdigarımız hər bir mövcudata lazım olan hər bir şeyi yetirib onları hidayət edir.”

İnsan dili ilə hacətini istəyib özünün zati fəqirliyini və Pərvərdigarın sonsuz qəniliyini (ehtiyacsızlığını) etiraf edir. Quran buyurur:


يَأَيهَُّا النَّاسُ أَنتُمُ الْفُقَرَاءُ إِلىَ اللَّهِ وَ اللَّهُ هُوَ الْغَنىِ‏ُّ الْحَمِيد


“Ey insanlar, sizin hamınız fəqir və Allaha möhtacsınız. Ehtiyacsız və sitayişə layiq olan yalnız Allahdır.” 1

İbn Fəhəd “İddətuddai” kitabında dua haqqında Əhli-beytin (əleyhimussalam) mübarək kəlamlarını şərh və təfsir etmişdir. O cümlədən deyir:

İmam Sadiq (əleyhimussalam) buyurur:

“Dua dütün ibadətlərin fövqündə durur.”2

Başqa bir hədisdə buyurulur:

“Allah-Təalanın yanında ən sevimli əməl dua və raz-niyazdan ibarətdir.”3

Yenə də buyurulur:

“Ən fəzilətli ibadət duada öz bəndəliyini izhar etməkdir.”4

Allah-Təala Qurani-Kərimdə bizi duaya təşviq etmiş, onu tərk edəni və təkəbbür göstərəni isə pisləmişdir. Necə ki, “Qafir” surəsinin 60-cı ayəsində buyurulur:


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin