Bismilləhir Rahmənir Rahim


ادْعُواْ رَبَّكُمْ تَضَرُّعًا وَ خُفْيَة



Yüklə 0,72 Mb.
səhifə64/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   60   61   62   63   64   65   66   67   ...   120

ادْعُواْ رَبَّكُمْ تَضَرُّعًا وَ خُفْيَة


“Pərvərdigarınızı ahu-zarla aşkar və gizli surətdə çağırıb dua edin.”

Namazın fəlsəfəsi zikrdən ibarətdir. Belə ki, “Taha” surəsinin 14-cü ayəsində buyurulur:


وَ أَقِمِ الصَّلَوةَ لِذِكْرِى‏


“Məni zikr (yad) etmək üçün namaz qıl.”

Həmçinin, duanın fəlsəfəsi zikrdən ibarətdir. Çünki namazın adlarından olan “zikr” Qurnın da adlarındandır. Quranı tilavət etmək zikrdir. Günahı tərk etmək də zikr hesab olunur. Namazın hissələri Quran, zikr və duadan ibarətdir. Duanın və razü-niyazın ruhu isə zikrdir.

Yaxşı olar ki, qunutda və təqibatda bəzi rəvayətlərdə nəql olmuş məxsus zikrlər oxunsun. Çünki Quran, dua və zikr hər üçü eyni məqsəd daşıyır.

“Vəsailuşşiə” kitabının qunut, təqib və qiraət bölmələrində bu məzmunda rəvayətlər nəql olunmuşdur. Həmçinin, “İddətuddai” kitabında ibn Fəhəd Hilli Hişam ibni Salimdən, o da imam Sadiqdən (əleyhimussalam) belə bir rəvayət nəql edir:

“Allah-taala buyurur ki, hər hansı bir bəndə dua edərkən Mənim zikrimlə məşğul olub öz hacətini yadından çıxarsa, Mən ona öz hacətindən də artıq əta edərəm”

Bu rəvayət zikr və duanın razü-niyaz olmasını göstərir. Hətta zikr daha üstün olub razü-niyazın fəlsəfəsi hesab edilir. Namazda qunut və dualar nə qədər uzun olarsa, onun fəziləti də çox olar.

Rəvayətdə buyurulur:

“Hər kəs namazda qunutu uzadarsa, qiyamət günü rahatlığı uzun çəkər.”1

Başqa bir rəvayətdə isə belə buyurulur:

“Qunutu uzun olan namaz ən üstün namaz sayılır.”2



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin