Bismilləhir Rahmənir Rahim


وَ ذَا النُّونِ إِذ ذَّهَبَ مُغَضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَى‏ فىِ الظُّلُمَتِ أَن لَّا إِلَاهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنىّ‏ِ كُنتُ مِنَ الظَّلِمِين‏



Yüklə 0,72 Mb.
səhifə67/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   63   64   65   66   67   68   69   70   ...   120

وَ ذَا النُّونِ إِذ ذَّهَبَ مُغَضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَى‏ فىِ الظُّلُمَتِ أَن لَّا إِلَاهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنىّ‏ِ كُنتُ مِنَ الظَّلِمِين‏


“(İlahi !) Səndən başqa məbud yoxdur. Sən (hər bir eyb və nöqsandan) paksan. Mən zülmkarlardan idim.”3

Dua və ibadətin məqsədi nəfsani və şeytani istəklərə çatmaq deyil. Əksinə, əsl məqsəd bəndə-Məbud yaxınlığını, həmçinin insanın zati acizliyini və Yaradanın ehtiyacsız olduğunu hiss etməkdən ibarətdir. Belə ki, ibadət sitayişin ən uca mərtəbəsi sayıldığı üçün nəfsə görə yox, vəzifənin düzgün yerinə yetirilməsi üçün olmalıdır.

Buna misal həzrəti İbrahimi (əleyhissalam) göstərə bilərik. O həzrəti oda atarkən Cəbrayıl mələk ona yardım etmək istədiyini bildirir. Lakin həzrət İbrahim (əleyhissalam) onun istəyini qəbul etmir və deyir: “Allah hər şeyi görür. İstəsə O, özü mənə nicat verər.” Yəni İbrahim (əleyhissalam)

demək istəyir ki, “mən Allahın bütün əmrlərindən razıyam və Onun işlərinə müdaxilə etməyə haqqım yoxdur”.

Bəli, belə bir məqam razılıq və təslim olmaq nişanəsidir. O həzrət bütün vücudu ilə ibadətə qərq olmuşdu. Belə bir ibadətin həqiqəti də məhz zikrdən ibarətdir.

Dar düşüncəli insanlar deyirlər: “Dua etmək faydasızdır. Çünki xilqətdə heç bir dəyişiklik baş vermir. İstəsən də, istəməsən də bir iş məsləhətdirsə, olacaq, məsləhət deyilsə, olmayacaq. Belə olan halda duanın nə faydası?”

Bunun cavabı aydındır. Birincisi, dua və razü-niyaz dünya arzularına çatmaq üçün deyil və ibadət hesab olunur. İkincisi isə ola bilsin ki, Allahdan bir şey istəmədən ona çatmaq məsləhət deyil. İstədikdən sonra isə Allahın məsləhəti həmin şeyin əta edilməsi olur. Eyni ilə bu mətləb “İddətuddai” kitabında və başqa rəvayətlərdə zikr edilmişdir. Quran buyurur:


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin