TƏBİƏT ALƏMİNDƏ MAHİYYƏTİN DƏYİŞMƏSİ
Atom mütəxəssisləri atom nüvəsinin partlayışı zamanı ondan fövqəladə bir enerji ayrılması barəsində bir çox məlumatlar əldə etmişlər. Bu məsələ mahiyyətin dəyişməsini və onun gerçəkliyini kamil surətdə isbat edir. Alimlər atom nüvəsinin partlayışı barəsində deyirlər: “Atom1 zərrəciklərinin tarazlığı onun neytronlarının tarazlığı ilə eynidir. Əgər onların sayı azalıb-çoxalsa, nüvə parçalanır və enerjisi ayrılır. Sonra isə protonlar və neytronlar ətrafa yayılmağa başlayır.”2
Xaricdəki bir neytronu atom nüvəsinə daxil edən kimi tarazlıq ani sürətdə pozulmağa başlayır və partlayış baş verir. Bu hadisə ipi qırılıb dənələri ətrafa səpələnən təsbihə bənzəyir. Atom bombası uran adlanan maddədən hazırlanır. Uran atomunun həm elektronlarının, həm də protonların sayı 92-dir. Əgər başqa bir neytronu uran atomuna daxil etsələr, həmin atomun tarazlığı pozular. Nəticədə barium və kripton (uranın ən sadəsi) əmələ gələcəkdir. Ondan səpələnmiş artıq neytronlar başqa bir atoma daxil olur və yenidən atomun tarazlığını biri-birinə vurmaqla təzə partlayış əmələ gətirir. Bu tərtiblə atom bombasının partlayışı hasil olur və zəncirvari davam edir. Belə olduqda atomlar bir-bir partlayır və öz qüvvəsini xaricə ötürür.Həmin itən qüvvədən isə yeni barium və kripton atomları düzəlir. Materialist alimlərin bəzisi hidrogeni aləmdə ilk yaranmış element sayır. Belə ki, zaman ötdükcə bu hidrogen başqa tərkibə çevrilmişdir. Yəni ya hidrogenin atom nüvəsi bir yerə cəm olub oksigen atomu əmələ gətirir,1 ya da ki, iki hidrogen atomu bir yerə cəmləşib bir helium atomu yaradır. Bu fərziyyəni bir çox materialist alimlər qəbul etmir və bugünkü elmin inkişafı onu rədd edir. Beləcə Bətlamusun, Darvinin, Lamarkın, Laplasın və s. materialist alimlərin nəzəriyyələrini müasir dövrün elmi bilikləri ilə müxtəlif yollarla rədd etmək mümkündür. Hətta bu nəzər sahiblərinin özləri belə irəli sürdükləri fərziyyələrə çox da inanmamışlar. Lakin bu alimlərin davamçıları onların yersiz xəyallarını “vəhy” kimi qəbul edirdilər.
Dostları ilə paylaş: |