XATIRLATMA
Qurana ehtiyac fəlsəfəsi və onun incəliyi namazda daha da aydın olsun deyə, tanınmış şərq və şərb alimlərinin Quranın əzəməti və əhəmiyyəti barəsində dedikləri sözləri yada salmaq yerinə düşərdi.
1) Vaşinqton İrvink yazır: “Quran pak məzhəbdən və böyük qanunlardan ibarət olan bir kitabdır.”2
2) Con Dav Penort deyir: “İslam aləminin ümumi qanunu olan Quran mədəni, ictimai, iqtisad, hüquqi, hərbi, cinayi qanunlar toplumu, fiziki və ruhani sağlamlıq, dostluq, mehribanlıq, paklıq kitabıdır.”3
3) Əlhəqq Təyyar deyir: “Quran dün ya və axirət xoşbəxtliyinin sərmayəsidir. Hər hansı bir millət Quranı gözləri üstünə qoyub Onun ali qanunlarına riayət edərsə, səadətə çatmışdır. Əksinə, hər kəs ondan üz çevirmişsə, uçuruma və həlakətə düçar olmuşdur.”1
4) Edmund Bork yazır: “Məhəmmədin şəriəti və İslam ayini elə tənzimlənib, səadət və xoşbəxtlik yolunu elə bəyan edib ki, yuxarı təbəqədən tutmuş ən aşağı təbəqəyədək bütün insanlar bu qanun və şəriətdən rahatlıqla bəhrələnə bilər. Bu cəhətdən də İslam ən güclü və ən üstün bir din olaraq bəşəriyyət üçün göndərilmişdir.”2
5) Con Dav Penort həmçinin deyir: “Quran əhkamında insan üçün çətin mətləblər, qaranlıq proqramlar və ya zor gücünə icra edilən qanunlar yoxdur və gözə dəymir. İslam insanı aydın və düzgün bir yola yönəldir. Buna görə də İslam bütpərəst ərəblərə, ulduzpərəst sabiilərə, atəşpərəst məcuslara, rəbbiyunpərəst yəhudilərə və pappərəst məsihilərə qələbə çalmışdır.”
6) Bernard Şou deyir: “Quranın nüfuzunun, qüdrətinin və əhkamının dünyanı ram etməsinə az qalmışdır. Belə getsə, 2060-cı ilə kimi Papa süqut edəcək və İslam bütün bəşəriyyətin yeganə dini olacaqdır.”3
7) Qustav Lobon yazır: “Müsəlmanların asimani kitabı sayılan Quranda məzhəbi, siyasi və ictimai qanunlar toplanmışdır. Belə ki, Quran dəyişməyən bir din kimi tanınmış və onun ictimai əhkamı, məsələləri sabit halda qalmışdır. İslam dininin ardıcılları illərlə kitab və sünnəyə zəncirvari, möhkəm bağlanaraq həmin yolda öz səylərini qüvvətləndirirdilər. Nəticədə indiyə kimi heç bir qüvvə Ona qalib gələ bilməmişdir.”4
8) Vilyem Mayor deyir: “Quran başdan-başa möhkəm dəlillərə malik bir kitabdır. Bu dəlillər Allahın vücudu, Yeganə Yaradanı tanımaq və Ona tərəf hidayət, həmçinin insanın yaxşı və pis əməllərinin əvəzi ilə bağlıdır. Bu kitab böyük rəhbər olmaqla yanaşı hər bir məsələni elə gözəl açıqlamışdır ki, insanın ruhuna nüfuz edərək əbədi həyatı və qiyamət gününü onun yadına salır.”1
9) İngilis tarixçisi Tomas Karlil yazır: “Bəzi kitabları oxuyandan sonra onlar insanın zehnində dərin iz buraxır. Lakin onlar heç vaxt Quranla müqayisə oluna bilməz. Bu cəhətdən də etiraf etməliyik ki, Quranın ən birinci üstünlüyü və əsas bünövrəsi Onun mühüm məzmunları, məsələləri, seçilmiş ünvanları və pak hissiyyatlarla rabitəsidir. Deyilənlərdə heç bir şəkk-şübhə yoxdur. Əbədi səadətə və kamilliyə yetişmək üçün bütün fəzilətlər Quranda bildirilmişdir.”2
10) Qladiston yazır: “Quran bütün müsəlmanların səadət mayası və müxaliflər arasında möhkəm bir sərhəddir.”3
11) Kental Virjil deyir: “İlahi tərəfindən göndərilimiş Quran əbədi bir üsula şamil olmaqla yanaşı müsəlmanların, o cümlədən yer üzündə yaşayan müxtəlif dinlərin və firqələrin də suallarına cavab vermişdir.”4
12) Napoleon Bonopart deyir: “Mən ümidvaram, tezliklə dünyanın məşhur alimlərini və mütəfəkkir insanlarını bir yerə toplayıb onların köməyi ilə elə bir qanun yaradacağam ki, binası və əsası Qurandandır. Çünki Quran haqq və həqiqətin yeganə əslidir. Bu əsl bəşərin səadətini təmin edən əvəzsiz kitabdır.”
Həmçinin, başqa bir yerdə belə deyir: “Əgər İslamın və müsəlmanların kökünü yer üzündən silmək istəyirsinizsə, onlardan azan və Quranı oğurlamalısınız.”5 Onun bu sözü bəlkə də İslama olan meylini bildirir. Çünki o, bu işin (azan və Quranı oğurlamağın) qeyri-mümkün olduğunu bilirdi. Napoleonun Quran və İslam əhkamı barəsindəki tərifləri kitabın 1-ci cildində zikr edilmişdir.
13) Lord Kerzen Qladistonun sözünü təsdiq edərək yazır: “Quran müsəlmanların əlində olduğu müddət ərzində məsihilər heç vaxt rahatlıq içində həyat sürməyəçəklər. Bunu üçün Avropada, bu kitabı (Quran) şərq xanımlarının niqabı ilə örtməlidirlər.”1
Dostları ilə paylaş: |