SEYİD CƏMALƏDDİN ƏSƏDABADİNİN HEYRƏTEDİCİ HƏRƏKATI
Seyid Cəmaləddin Əsədabadi ruhani, öz dövrünün siyasətindən agah böyük şəxsiyyətlərdən sayılırdı. Onun məqsədi İslam ümmətinin azadlığı uğrunda çalışmaq, müsəlmanları qəflət yuxusundan oyatmaq və işğalçı qüvvələrin əlini İslam ölkələrindən kəsmək idi.
O, 1300-cü hicri qəməri ilində dünyaya bildirdi ki, Qurana və Onun qanunlarına riayət etmək insanı tərəqqiyə və səadətə çatdırır. Əksinə, hər kəs Quranın buyuruqlarından üz çevirsə, bədbəxtliyə və uçuruma yuvarlanasıdır. Seyid İslam və Avropa ölkələrinə çoxlu səfərlər etmişdi. O, hətta Parisdə “Urvətul-vusqa” adlı jurnal da çapdan buraxmışdır. Bu jurnal Şərq millətinin oyanışında boyük rol oynamışdır.
Seyid Cəmaləddin Əfqanıstana, Hindistana, Misirə, Türkiyəyə, İrana səfərlər etmiş və oradakı odlu çıxışları ilə əzəmətli İngiltərəni lərzəyə salmışdır. Nəhayət, 1314-cü ildə İstanbulda dünyasını dəyişmişdir.2 Öz mənfəətlərinin əldən çıxdığını duyan qaniçən Avropa milləti jurnal buraxılan çapxananı bağlayıb Seyidi Parisdən çıxardılar. Bu şücaətli və yorulmaz islahatçı Misirə gələrək tanınmış alim, müfti şeyx Məhəmməd Əbdüh ilə əl-ələ verib “Vətən təşkilatı” adlı bir cəmiyyət yaratdı, Misir camaatını bu təşkilata üzv olmağa dəvət etdilər. Nəhayət, bu cəmiyyətə 40 nəfərdən artıq üzv yazılmadı. Bu qrupun hədəfi Qurana və İslam hökmlərinə əməl etməkdən ibarət idi. Bu yolu canlandıran seyid Cəmaləddinin odlu çıxışları və xütbələri idi. O, həqiqətləri açıqlamaqla camaatı oyadırdı. Onun Misirdə təşkilatın bütün üzvlərinin toplandığı məclisdə söylədiyi xütbələrdən birinin xülasəsini nəzərinizə çatdırırıq.
Dostları ilə paylaş: |