Bitki anatomiyası və fiziologiyası (Fənn sillabusunun təxmini strukturu)



Yüklə 164,07 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü164,07 Kb.
#11656
növüMühazirə
1   2   3
Tədris metodları

Mühazirə

X

Qrup müzakirəsi

X

Praktiki tapşırıqlar

X

Video-materialların baxışı və təhlili

X

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Davamiyyət və fəallıq

Semestrin sonu

10

Referatlar və prezentasiya/qrup müzakirəsi

Semestrin sonu

10

Yoxlama işləri

Semestrin sonu

10

Aralıq imtahanı




30

Final imtahanı

Semesterin sonu

40

Yekun




100

Kursun təsviri

Kimya və Biologiya ixtisası üzrə təhsil alan tələbələrə tədris olunan “Biologiyanın tədrisi metodikası” adlı kurs yüksək ixtisaslı biologiya müəllimlərinin nəzəri - metodik hazırlığında böyük rola malikdir. Kursun tədris edilməsində əsas məqsəd gələcəkdə biologiya fənnini tədris edən müəllimlərin pedaqoji hazırlığını təmin etmək, biologiya fənninin tədrisində müasir interaktiv metodların tətbiq edilməsi yollarını öyrətmək, dərsin təlim, inkişafetdirici və tərbiyəedici məqsədləri arasında əlaqəni əsaslandırmaq bilik və bacarıqlarının formalaşdırmaqdan ibarətdir.

Kursun məqsədləri

Kursun əsas məqsədi :

- botanika elmi və tədqiqat sahələri haqqında məlumat, bitki hüceyrəsi, onların əmələ gətirdiyi toxumaların, orqanların anatomik quruluşu, müxtəlifliyi və həyat fəaliyyəti xüsusiyyətlərinin, bitki fiziologiyasının nəzəri və praktiki əhəmiyyətini, bitki orqanizmində gedən bütün əsas fizioloji proseslərin mexanizminin öyrədilməsi;

- müasir botanikanın əsas problemləri və inkişaf perspektivləri haqqında tələbələrin biliklənməsi, bitki örtüyündən səmərəli istifadə olunması və mühafizəsinin vacibliyini aşılanması;

- bu istiqamətlərə elmi-metodiki cəhətdən düzgün yanaşan dünyagörüşün formalaşması və biologiya elminə marağın artırılması.



Kursun spesifik məqsədləri :

-Tələbələrə akademik yardım göstərmək, onların potensialının reallaşdırılması imkanlarını artırmaq

-Tələbələrin fəallığına dəstək vermək


Tədrisin (öyrənmənin) nəticələri

Kursu başa vurduqdan sonra tələbələr bilməlidirlər:

- bitki anatomiyasının və bitki fiziologiyasının predmetini, onların qısa inkişaf tarixini, müasir botanikanın əsas problemləri və inkişaf perspektivlərini;

- tipik bitki hüceyrəsinin quruluşunu və həyat fəaliyyəti xüsusiyyətlərini;

- bitki toxumalarının ümumi xarakteristikası, onların əmələ gətirdiyi orqanların anatomik quruluşu və funksiyaları arasındakı qarşılıqlı əlaqələri;

- bitki orqanizmində gedən bütün əsas fizioloji proseslərin mexanizmini, böyümə və inkişaf xüsusiyyətlərini;

- bölmə və mövzular üzrə İKT-dən və elektron resurslardan istifadə etməyi, müxtəlif elektron dərs materiallarını, təqdimatları hazırlamağı.



Kursu başa vurduqdan sonra tələbələr bacarmalıdırlar:

- bitki anatomiyasının və bitki fiziologiyasının qısa inkişaf tarixini, müasir botanikanın əsas problemləri və inkişaf perspektivlərini təhlil və təsvir etməyi;

- tipik bitki hüceyrəsinin quruluşu və onun komponentlərini, bitki hüceyrəsində baş verən fizioloji proseslərin mexanizmi və xüsusiyyətlərini şərh etməyi;

- bitki toxumalarının ümumi xarakteristikası, onların təsnifat prinsipləri, morfoloji və anatomik əlamətlərinə görə onları müəyyən etməyi;

- bitki orqanlarının müxtəlifliyi, onların anatomik quruluşu və funksiyaları arasındakı qarşılıqlı əlaqələri izah etməyi

- mikroskopdan istifadə etməyi, bitki nümunələri üzərində laboratoriya təcrübələrində müstəqil işləməyi, müxtəlif müvəqqəti və daimi preparatların hazırlamağı;

- əsas bölmə və mövzular üzrə plan tərtib etməyi, mətn və şəkillər üzrə işləməyi, referat xarakterli müxtəlif qısa məlumatlar hazırlamağı;

- İKT-dən və elektron resurslardan istifadə etməyi;



- müxtəlif kompüter proqramlarından istifadə etməklə müvafiq dərs mövzularına uyğun lazımı elektron dərs materiallarını, təqdimatları və prezentasiyaları hazırlamağı.

Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət : Tələbələrin bütün mühazirə və praktik (laborator) məşğələlərdə iştirakı vacibdir. Yalnız üzrlü səbəb olduqda dekanlıqdan icazə almaq və müəllimi xəbərdar etməklə dərs buraxıla bilər.

İmtahanlar : İmtahanda iştirak etməmə yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir. İmtahanlar kumulyativ xarakterli olmalıdır. Aralıq və yekun imtahanı mövzuları imtahandan əvvəl tələbələrə verilir. Yekun imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş tədris materiallarının əsasında tərtib olunur. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

Pozuntu halları : Aralıq və yekun imtahanlar vaxtı tələbə tərəfindən imtahanın gedişinin və mövcud qaydaların pozulması halları (köçürmə cəhdləri və digər qanunsuz hərəkətlər) qadağandır. Bu qaydaya riayət etməyən tələbənin imtahan işi ləğv olunur və tələbə imtahandan kənarlaşdırılaraq 0 (sıfır) balla qiymətləndirilir.

Tələbənin kursu başa vurması: Qiymətləndirmə meyarlarına əsasən təqribən 60% və daha artıq bal toplamış tələbələr kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu növbəti semestr yenidən keçməlidir.

Dərslərdə davranış : Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri-etik davranışa qətiyyən yol verilmir. Tələbə dərsdə ən fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır.


Yüklə 164,07 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin