Biz həmişə dost olacağıq! Pako deyir



Yüklə 51,5 Kb.
tarix10.01.2022
ölçüsü51,5 Kb.
#108686

Toko və Takonun anası müəllimədir. Vikanın direktoru ideya irəli sürdü ki, məktəbdəki müəllimlərin övladları üçün kino nümayiş etdirilsin. Nümayişə bütün işçilərin övladları dəvət olundular. Bu gün maraqlı film göstərilməli idi: “Tülkü və it 2”. Bu, animasiya filmidir. “Tülkü və it” filminin davamıdır. Onu Uolt Disney kinostudiyası çəkmişdir. Toko və Tako analarından xahiş etdilər ki, filmə Pakonu da aparsınlar. Pako dostlarının dəvətindən çox sevindi.

“Film itin və tülkünün dostluğu haqqındadır. İt Kuper və tülkü Todi itlərin musiqi ansamblında görüşürlər, hansında 5 it olur. Kuper həmin dəstəyə üzv olmağı çox istəyir. Konsetlərdən birində itlər qrupunun iki üzvü arasında dava baş verir və onlardan biri qrupu tərk etməli olur. Konsert baş tutsun deyə, Kuper qrupda mahnı ifa edir. Konsert çox uğurlu alınır. Kuper ifaçılar qrupunun üzvü olur. Kuper bütün günü qrup üzvləri ilə birlikdə olur. Todi özünü atılmış hiss edir. Dostu Kuperdən inciyir. İncimiş Todi Kuperin konsertlərindən birini pozur. Kuperi qrupdan buraxırlar və qrup da pozulur.

Todi öz məqsədinə çatır, amma öz günahını başa düşür. İkinci gün Todi və Kuper bir-biri ilə görüşürlər. Bir-birindən üzr istəyirlər. Tezliklə Todinin köməkliyi ilə Kuper qrupu bərpa edə bilir və itlər qrupu öz ən yaxşı mahnılarını ifa edirlər: “Biz harmoniyadayıq”.

Film sonda Kuperin qərarı ilə bitir – o, qrupu tərk edir və Todi ilə oynamağı üstün tutur..”.
- Biz həmişə dost olacağıq! – Pako deyir.

- Biz hər zaman ən yaxşı dostlar olacağıq, hər zaman bir-birimizə kömək edəcəyik! – Toko Pako ilə razılaşır. Tako Tokonun və Pakonun sözlərinə sakitcə gülümsəyir....

Filmin nümayişindən sonra uşaqlar nahar da edirlər. Vikanın direktoru pitsa, xaçapuri və kartof sifariş etmişdir. Dostlar dostluq haqqında maraqlı filmə baxdılar, çoxlu danışdılar, dadlı yeməklər yeyib evə razı qayıtdılar.

- Toko, bilirsən nə var? İstərdinmi bu filmi məktəbimizdə də nümayiş etdirək? Anna müəllimə ilə birlikdə sinif yoldaşlarımıza göstərək və dostluq əhvalatını müzakrə edək, - Tako qardaşına təklif edir.



- Mütləq edək, gələn həftə üçün planlaşdıraq! – Toko bacısı ilə razılaşır.
Yüklə 51,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin