Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin Bir gəncin manifesti”. YysiB-nin kulturoloji layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi


Layihənin davamlılığının təmin edilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətlər



Yüklə 145,58 Kb.
səhifə5/5
tarix10.01.2022
ölçüsü145,58 Kb.
#109374
1   2   3   4   5
Layihənin davamlılığının təmin edilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətlər:

Layihə uğurla yekunlaşdırılandan sonra da fəaliyyətlər davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək:

- Davamlı olaraq o istiqamətdə İnternetüstü fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək;

- Yaradılacaq sosial şəbəkə resurslarında yenə də bu mövzuda müxtəlif materiallar paylaşılacaq;

- İnternetdə, elektron kitabxanada, sosial mediada yeni formatlarda, vətənpərvərlik mövzusunda elektron kitablar, rəqəmsal nəşrlər, eləcə də yeni kreativ materiallar sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq, daimi fəaliyyət göstərəcəkdir;

- Elektron kitablardan ibarət virtual sərgi ardıcıl təşkil olunacaqdır.

- Mütəxəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq;

- Gələcəkdə Mircəlalşünaslıq və vətənpərvərlik ədəbiyyatının müxtəlif qollarına aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar yaradılacaq;

- Milli Virtual-Elektron Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir;

- Layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq və s.

Xatırlatmaq yerinə düşər ki, YYSİB milli və dünya mədəniyyəti, elm və ədəbiyyati hadisələrinin təbliği, real, eyni zamanda məsafəli - elektron təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq, İnternet resursları, elektron kitabxana istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və s. sahələrdə fəaliyyətini qurub.

Təşkilat 22 ildir respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media, bloqqerlik, e-kitabxana və İnternet resurslarının zənginləşdirilməsi kimi sahələrldə fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 12 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. Qurumun dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Milli Virtual-Elektron Kitabxana - İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın resursları fəaliyyət göstərir. İndiyəcən bir neçə virtual e-kurs yaradıb və 3000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə təqdim edilib. Təşkilatın fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. QHT fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və uğurla həyata keçirir, qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin Analitik İnformasiya Bölümü


Yüklə 145,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin