1. Vətənpərvərlik nümunəsi olaraq Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri fərqli, İKT texnologiyalarına uyğun olaraq yeni formatlarda 55 milyonluq dünya azərbaycanlılarına, xüsusən də yeni nəsil nümayəndələrinə, gənclərə çatırmaq üçün aşağıdakı formalarda nəşri və yayımı təşkil olunacaq.
2. "Bir gəncin manifesti" əsərinin bəzi hissələri müxtəlif şəxslər tərəfindən parçalarla ifası hazırlamaq və geniş ictimaiyyətə, eləcə də əngəlli gənclərə çatdırmaq üçün yeni səsli - audio kitab hazırlanacaq.
3. "Bir gəncin manifesti" əsərinin maraqlı hissələri müxtəlif şəxslər tərəfindən parçalarla ifası videoya alınacaq, yayıma hazırlanaraq İnternetdə və sosial şəbəkələrdə, videopaylaşım portallarında yerləşdiriləcək, ümumazərbaycan milli-mənəvi dəyər kimi dünyada yaşayan 55 milyonluq soydaşlarımıza, geniş ictimaiyyətə, eləcə də əngəlli gənclərə çatdırılacaq görüntülü - vizual kitab, bədii-sənədli videofilm hazırlanacaq.
4. Müxtəlif dillərdə "Bir gəncin manifesti" əsərinin elektron kitab formasında hazırlanacaq, e-kitabxanalarda, İnternet resurslarında yerləşdiriləcək, Mir Cəlal Paşayevin yaradıcılığı və Azərbaycan ədəbiyyatı gənclər arasında populyarlaşdırılacaq.
5. Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri haqqında yazılan filoloji materiallardan ibarət e-almanax hazırlanacaq, e-kitabxanada yerləşdirilərək, gənclərin azad istifadəsi üçün yayılacaq.
6. Müəllifin aforizmlərindən ibarət cib kitabı formasında toplunun çap ediləcək, gənclərə, tələbələrə paylanacaq, e-variantı İnternetdə və e-kitabxanada sərbəst yayım üçün yerləşdiriləcək, geniş ictimaiyyət üçün təqdimatı, sosial şəbəkələrdə güclü təbliğatı aparılacaq.
8. İnternetdə Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindən vətənpərvərlik trendi kimi tanıtmaq və bu istiqamətdə motivasiya modeli kimi yeni nəslə aşılanacaq, bu yöndə gəncləri həvəsləndiriləcək.
9. Sosial şəbəkələrdə - İnternetdə yeni mütalifə və virtual-kreativ aksiyaya başlanılacaq, müxtəlif gənc insanlar tərəfindən Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri parça-parça mütaliəsini təşkil etməklə vizual kitab - videofilm formasında hazırlan məhsul vasitəsilə sosial şəbəkələrdə vətənpərvərlik hərəkatı kimi gənclərin imkanları səfərbər ediləcək.
10. Mir Cəlal Paşayevin həyat və yaradıcılığı, "Bir gəncin manifesti" əsərinin gənclərin vətənpərvərlik ruhda böyüməsindəki rolu haqqında real tədbir təşkil olunacaq.
11. İnternet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənmək, ayrıca sosial şəbəkə resursunun yaradılması, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək üçün fəaliyyətlər qurulacaq.