Bizim “Elektron Hökumət”!
İlk növbədə “Bizim” anlayışını dərk etmək lazımdır. Hər növ xidmətdən istifadə edərkən, insan özü ilə həmin xidmət arasında qarşılıqlı əlaqə yaratmasa, xidmətin ona olan faydalarını dərk edə bilməz. Səmimi olmaq lazımdır. Artıq bilirik ki, informasiya kommunikasiya texnologiyaları üzərimizdə böyük bir iz buraxmışdır. Bu izin dərin və ya incə olmasına, yəni nə səviyyədə olmasına diqqəti cəmləməkdən əlavə, çalışmalıyıq ki, bu texnologiyalardan, eləcə də informasiyadan düzgün və bizə faydalı ola biləcək şəkildə istifadə edək.
Düzgün istifadə etdiyimiz təqdirdə, informasiya texnologiyaları bizim həyatımızda öz önəmli və doğru yerini – həqiqətdə olduğundan daha artığını tuta biləcəkdir.
Hər növ texnologiya da məhz insan üçün yaradılmışdır. Elə xidmətlər kimi!
Bu texnologiyaların insan sağlamlığına olan zərərləri danılmazdır, bu inkar olunmur. Elə informasiyanın özü də!
Ancaq vaxtında və düzgün istifadə olunan informasiya, daha çox fayda gətirər, nəinki zərər. O səbəbdən bu texnologiyalardan bizi məlumatlandırmağa çalışan xidmətlərə öz diqqətimizi yönəltməliyik!
Günümüzün aktual mövzusu olan Elektron Hökumət artıq bir çoxlarımıza məlumdur və bu xidmətin istifadəçisi olaraq, bizə təqdim edilən üstünlüklərdən olduqca faydalanmağa çalışırıq.
Ancaq hələ də bir çoxları bu xidmət haqqında informasiyaya kifayət qədər malik deyillər və bu xidmətin müştərilərə bəxş etdiyi imkanlardan təcrid olunmuşlar.
Təbii ki, hər sahədə irəliləmək və həmin sahəni dərk etmək üçün araşdırma aparmaq zəruridir. Çünki, anlamaq lazımdır:
-Bu xidmət nədir? Üstünlükləri nələrdir? Nə üçün istifadə olunmalıdır?
Elektron Hökumətdən istifadə zamanı xidmətlərin göstərilməsində şəffaflıq və müştəri məmnunluğunun xidmətin başlıca hədəfi olduğunu görmək mümkündür!
-Elektron Hökumət, dövlət idarəetmə orqanları və cəmiyyət arasında əlaqələrin İnformasiya Kommunikasiya Texnologiyaları (IKT) vasitəsilə qurulması anlamına gəlir.
Bildiyimiz kimi, 2013-cü il İnformasiya Kommunikasiya Texnologiyaları ilidir. İnformasiya Texnologiyaları artıq həyatımızda öz önəmli yerini tutmuşdur. Milli şüur və demokratiyanın inkişafına təsir edən amillərdən biri də "Elektron hökumət”dir (ingilis dilində desək, e-Government).
Məhz bu texnologiyalardan doğru və yerində istifadə etməklə, müştəri məmnuniyyətini əldə etmək mümkündür.
E-gov.az da elə məhz buna çalışır. Maksimum müştəri məmnuniyyəti əldə etmək üçün daim çalışan bu xidmət sayəsində, İKT sayəsində dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələr təmin edilir.
Vətəndaş üçün xidmətlərdən istifadəyə görə daha rahat şərait yaradılır, müştərilərə bir növ sərbəstlik verilir və bu da xidmətin məmnunluq dərəcəsinin başlıca simvoludur.
Son illər ərzində inkişafı istiqamətləmiş ölkələrdə bu istiqamət üzrə inkişaf başladılmış və Azərbaycan Respublikası özü də bu istiqamət üzrə inkişafa qədəm qoymuşdur. Ölkəmizdə "elektron hökumət”in inkişaf etdirilməsi beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.
Hər gün yenilənən texnologiyalar onlardan istifadəçilərə həm üstünlüklər vəd edir və həm də bu inkişafla ayaqlaşmaq gündən-günə daha da çətinləşir. Ancaq Elektron Hökumət bu inkişaf üzrə təməlini atdıqdan sonra hər yeni gün daha yeni imkanlar təqdim edir.
“Elektron Hökumət” portalının bu lahiyədə mövqeyi:
İT üzrə inkişaf, texnologiyaların təkmilləşdirilməsi və imkanlardan istifadəyə görə, xidmətin rəsmi saytı vətəndaşlara təqdim edilmişdir. Burada hər bir işçi müştəriyə səmimi davranmağa çalışır.
Çünki, bir işdə səmimilik, dürüstlük vardırsa, o işdən sıxılmaq qeyri-mümkündür və artıq inkişafı hədəfləmişdir.
Məhz burada “elektron hökumət” portalı (www.e-gov.az) xüsusi ilə göstərilməlidir. Çünki vətəndaşlar və dövlət orqanları arasında əlaqələrinin daha rahat və uyğun şəkildə baş tutması üçün dövlət orqanlarının müştərilərə göstərdiyi elektron xidmətlər məhz bu məkanda cəmləşmişdir.
Vətəndaşlara təqdim edilən xüsusi imkanlar nələrdir?
Bu xidmətin, vətəndaşlara təqdim etdiyi yeni imkanların əsas məqsədini - xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni” minimuma endirmək, bu münasibətləri inkişaf etdirmək və düzgün bir siyasi xəttlə aparmaq, şəffaflaşdırmaq təşkil edir.
Təbii ki, bütün bu məqsədlərin həyata keçməsi üçün dövlət orqanları tərəfindən elektron xidmətlərin tətbiqi, onların miqdar və keyfiyyətinin artırılması, vətəndaşların bu kimi xidmətlərdən mümkün dərəcədə daha çox istifadə etməsi və məmnunluğunun yüksəldilməsi vacibdir.
Vətəndaşlar üçün istifadəyə verilən xidmətlərə misal olaraq:
- gəlir vergisi, iş axtarışı (müəssisələrdə vakansiyalar), sənədlərin verilməsi (pasport və sürücülük vəsiqəsi), Vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah), Avtomobillərin qeydiyyatı, On-layn ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında), Yaşayış yerində qeydiyyat, Səhiyyə xidmətləri ( e-məsləhət) və s. göstərmək olar.
Elektron Hökumət xidmət çərçivəsində Biznes sektorunda çalışanları da unutmadı! Xidmət daxilində bu sahədə çalışanlar üçün də ayrılmış xüsusi xidmətlər və üstünlüklər nəzərdə tutulmuşdur.
Bəs, Lahiyə biznes sektorunda işləyənlərə nə vəd edir?
İş adamlarının dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqələrin qurulması və xərclərin azaldılması, iqtisadi səmərəliliyin, rəqabət və xarici bazarlara çıxış imkanlarının artması – əldə olunan imkanlardan bəziləridir. Bu sektor üçün göstərilən xidmətlərə misal olaraq:
- Sosial fondlara ödəmə, E-bəyannamə, e-vergi hesab-fakturası, yeni şirkətlərin qeydiyyatı və gömrük bəyannamələri, E-lisenziya, E-satınalma, e-kotirovka, E-hərrac, Arayışların verilməsi və s. göstərmək olar.
Lahiyənin inkişaf istiqamətləri:
Lahiyənin inkişaf etdirilməsi məqsədilə artıq 2013-cü ilin yanvar ayından etibarən layihə üzrə aylıq bülletenlər hazırlanır. Bülleten ölkədə elektron hökumətin inkişaf etdirilməsi istiqamətində görülən və görülməsi nəzərdə tutulan işləri, elektron hökumət layihələri haqqında informasiyaları, o cümlədən elektron xidmətlərin sayını və onlardan istifadə edilməsi və digər müqayisəli statistikanı özündə birləşdirir.
Müştəri, bu büllütenləri əldə edərək lahiyə haqqında ətraflı məlumatı, elektron xidmətlərin sayını və onlardan istifadə ilə bağlı digər məlumatları əldə etmək imkanı qazanır.
Demokratik imkanların gücləndirilməsi və ictimai eləcə də siyasi fəaliyyətdə vətəndaşların iştirakının artırılması üçün informasiya vasitələri, eləcə də, informasiya-kommunikasiya texnologiyalarının istifadəsi “elektron hökumətin” özülünü təşkil edir.
Bu xidmət sayəsində, informasiya sahəsində qərarların qəbul edilməsində və monitorinqində, bir növ elektron dəstək tətbiq olunur. Və bu dəstək vətəndaşların dövlət orqanları ilə qarşılıqlı münasibətə cəlb olunmasından ibarətdir.
Xidmət, təhlükəsizliyi hər şeydən özdə görür. Bildiyimiz kimi, internetdən istifadə zamanı bir çox çatışmazlıqlar da baş verir. Lakin bu xidmət bütün bu təhlükələrə və ən əsası informasiya təhlükəsizliyinə zəmanət verəcək bir gücdədir.
E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması və vətəndaşların informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması da bu lahiyədə öz yerini almaqdadır.
Müasir texnologiyaların tətbiqi – deyirik, ancaq yaranacaq təhlükələrdən hələ də sığortalanmamışıq. Xidmət isə bunu maksimum etməyə çalışır.
Müştərilərə təqdim edilən xidmətlərin təhlükəsizliyi, bu xidmətdən istifadə üçün başlıca faktor rolunu oynayır!
Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması və dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması da lahiyəyə daxildir.
Müasir dövrdə başlıca hədəf büdcəyə qənaət olunmasıdır. Hər kəs və hər sahibkar da çalışır ki, minimum xərclərlə maksimum işlər görsün, gəlirinə düzgün və vaxtında nəzarət edə bilsin. Elektron Hökumət də məhz bunu nəzərə almışdır və büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması lahiyəyə daxil edilmişdir.
Bazar iqtisadiyyatını hədəfləmiş bir ölkə olaraq, çalışmalıyıq ki, iqtisadi aktivliyimizi və xarici bazara çıxış imkanlarını artıraq. Ancaq təkcə bazara daxil olmaq kifayət etmir. Bazarı hərəkətləndirmək, ona şəkil vermək lazımdır. Elektron Hökumətin də əsas üstünlüyü elə buradadır. Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqə qurulması, xərclərin azaldılması və iqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması üçün Elektron Hökumət, xüsusi xidmətlər nəzərdə tutmuşdur.
Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi üçün xidmət əlindən gələni etməyə hazırdır!
Məhz elə bunun üçün də İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq, xidmət üçün əsas faktorlardan biridir. Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi, xidmətin müştərilərə olan diqqətinin təcəssümüdür.
Vətəndaşların bütün bu xidmətlərdən istifadəsi və üstünlüklərdən faydalanması üçün "Elektron hökumət" portalı - www.e-gov.az öz işini hər gün xüsusi nəzarət və gücləndirilmiş rejimdə davam etdirir. Bu hökumət, müasir informasiya texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın maksimum səviyyəsindən istifadə edərək vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
Kamran Novruzov – QEYDİYYAT NÖMRƏSİ: 061
Dostları ilə paylaş: |