Biznes strategiya nədir?



Yüklə 20,61 Kb.
tarix31.12.2021
ölçüsü20,61 Kb.
#112495
MOVZU 1


Biznes strategiya nədir?
Artıq heç kimdə şübhə yaratmır ki, istənilən şirkətin əsas missiyası, amalı sahibinə gəlir gətirməsidir. Bəzilərinizə bu qəribə gələ bilər, amma həyatını sosialist quruluşunda keçirən insanlar üçün bunu qəbul etmək hələ də çox çətindir. Amma indiki zamanda şirkətin gəlir gətirməsi yetərsizdir, ən vacibi şirkətin uzunmüddət gəlir gətirə biləcək gücə sahib olmasıdır. Sahibkarlar, öz biznesini quranlar, mümkün qədər tez, mümkün qədər çox gəlir əldə etməyə çalışarkən ən əsas tələb olunanı: doğru-düzgün biznes strategiya qurmağı unudurlar.

Gəlir mənfəət demək deyil. Biznesin mənfəət gətirməsi üçün gəlir uzunmüddətli perespektivdə bu işə qoyulan investiyasını, cari xərcləri qarşılayacaq və üstələyək səviyyədə olmalıdır. Uzunmüddətli hər bir fəaliyyətdə olduğu kimi burda da özünə xas biznes strategiya qurulmalıdır.

Biznes strategiyasını anlamaq və düzgün qurmaq üçün onu, bir məqsədi paylaşan 3 əsas tərkib hissəsinə ayırmaq lazımdır:

1. Sizin biznesiniz: Hələki o sizindir, onu sizdən çox düşünən, ona sizdən çox diqqət yetirən olmayacaq.

2. Sizin müştəriniz: Pul verən ancaq və ancaq odur. Kim pul verirsə, musiqini də o sifariş verir. Nöqtə.

3. Sizin marketinqiniz: Marketinq biznesin sinir sistemidir, biznesdə baş verən hər bir prosesi, hər bir hadisəni marketinq idarə etməli, istənilən problemə ilk öncə marketinq reaksiya göstərməlidir.

Bəs biznes strategiyasının bu 3 tərkib hissəsinin vahid məqsədi nədir?

Hər bir biznes, qurucusunun məqsədindən başlayır. Hər bir biznesin məqsədi isə müştərisi üçün ortaq dəyər yaratmaqdır. Bu ortaq dəyər sayəsində insanlar müştəriyə çevrilir. Hər hansı bir şəxsin məqsədi şirkətin məqsədi ilə kəsişirsə həmin bu ortaq dəyər yaranır. Əgər Əli kişi evinə soyuducu almaq istəyirsə soyuducu satan ilə onun arasında bir bağ yaranır. Alış baş verdikdə bu bağ ortaq bir dəyərə çevrilir. Marketinq bu ortaq dəyərin yaradılması və qorunması üçün lazımdır.

Məhz buna görə də satıcı, özünü mal və ya xidmət satan tərəf kimi görməməlidir, göstərməməlidir. Onun satdığı mal müştəriyə bir dəyər, bu dəyərin istifadəsindən bir təcrübə yaşadır. Müştəri aldığı malın qiymətini, xüsusiyyətlərini hətta özünü belə unuda bilər, amma yaşadığı təcrübəni, paylaşdığı dəyəri unutması mümkün deyil.

Satacağı malı düzəldərkən, potensial müştəriyə təqdim edərkən, satandan sonra ona xidmət göstərərkən mal deyil, bu malın müştəri üçün dəyəri, yaşayacağı təcrübə mütləq və mütləq diqqət mərkəzində olmalıdır.


Marketinq planlama nədir?

ABŞ-nın 34-cü Prezidenti Duayt Devid Eyzenhauerin məşhur bir sözü var: “Planlar heç nəyə yaramır, əsas olan planlamadır”. Nə üçün? Çünki, nə qədər plan mükəmməl hesab olunsa da, hər zaman planı dəyişdirən nəsə bir şey tapılır. Marketinq planlama özü-özlüyündə planın icrası boyu davam edən bir proses olduğuna görə vacibdir: məqsədə nail olmaq üçün planı mütəmadi gözdən keçirib korrektələr etmək üçün.

Planlamanın şirkət üçün nə qədər vacib olduğunu qeyd etməyə ehtiyac yoxdur. Xüsusən də satış şirkətlərində satış hədəfləri planlar əsasında müəyyən olunur. Bəs bu işdə marketinq nə işə yarayır?

Marketinq planlama nə işə yarayır?

Marketinq planlama biznes planlama prosesində 2 fərqli üsul ilə istifadə olunur:

1. İlk olaraq marketinq planlar hazırlanır və satış hədəfləri müəyyən olunur.Satış hədəflərinə uyğun gəlir hesablanır və bu gəlirdən satış həfəflərinə nail olmağa imkan verəcək marketinq büdcəsi ayrılır.

2. Bu üsulda ilkin olaraq biznes planlar hazırlanır, gəlir və xərclər müəyyən olunur. Marketinq heyətləri ayrılan marketinq büdcəsinə uyğun olaraq bu hədəflərə nail olmağa imkan verəcək ən səmərəli marketinq plan hazırlayır.



Marketinq planlama prosesi 4 mərhələdən ibarətdir:

1. Analiz mərhələsində bütün marketinq hazırlıq işləri görülür: müştərilərin məhsulunuzu alma vərdişləri öyrənilir, rəqiblərin güclü və zəif cəhətləri araşdırılır, bazarın potensialı və imkanları dəyərləndirilir. Daha sonra isə bazarın seqmentsiyası nəticəsində maksimum gəliri təmin edəcək müştəri seqmentləri müəyyən olunur. Bu seqmentləri ələ keçirmək üçün əmtəənin mövqeləndirilməsi hazırlanır.

2. Stategiya mərhələsində birinci mərhələdə əldə olunan məlumatlar əsasında marketinq strategiyası hazırlanır.

3. İcra mərhələsində strategiyanı həyata keçirəcək marketinq proqramları hazırlanır: qiymətlər müəyyən olunur, satışa dəstək planları və ləvazimatları hazırlanır, marketinq kommunikasiya kampaniyaları işlənir.

4. Dəyərləndirmə mərhələsində isə icra mərhələsi gözdən keçirilir, məqsəd və hədəflərə nail olunma səviyyəsi ölçülür. Ən əsası isə marketinq xərclərinin satış gəlirinə çevrilmə səviyyəsi öyrənilir.

Marketinq plana sahib olan marketer ilə plansız iş görən marketer arasında fərq nədir? Müharibəyə hazırlaşan sərkərdəni təsəvvür edin: biri səhər əsgərləri toplayıb deyir ki: “Yığışın, müharibə etməyə gedirik”. Digəri isə həyəcanla əsgərləri qaldırır və əvvəlcədən təsdiq olunmuş plana görə döyüşə göndərir. Sizcə bu sərkərdələrdən hansı müvəffəq olacaqdır?
Yüklə 20,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin