Biznesin idarə edilməsi fənnindən testlər a risk əsasən nə ilə bağlıdır?

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 2.01 Mb.
səhifə1/9
tarix28.11.2018
ölçüsü2.01 Mb.
  1   2   3   4   5   6   7   8   9

BIZNESIN IDARƏ EDILMƏSI FƏNNINDƏN

TESTLƏR A))
1. Risk əsasən nə ilə bağlıdır?

A) bütün variantlar

B) arzuolunmaz hadisə ilə

C) uğursuzluqla

D) təhlükə ehtimalı ilə

E) əlavə xərclərin ortaya çıxmaq ehtimalı ilə


2. Riskin ikinci məfhumu hansı anlayışla birbaşa bağlıdır?

A) riskli vəziyyətlə

B) riskli statistik tədqiqatla

C) inflyasiya səviyyəsi ilə

D) rəqabətlə

E) ekoloji vəziyyətlə


3. Riskin əsas cəhətlərinə aid edilmir?

A) qeyri-sabitlik

B) alternativlik

C) qeyri-müəyyənlik

D) ziddiyətlik

E) AB variantları


4. Qeyri-müəyyənliyin əsas səbəbləri deyil

A) təsadüfsizlik

B) təsadüflik

C) təbii fəlakətlər

D) ziddiyyətli meyllərin toqquşması

E) hadisə haqda məlumatın natamamlığı


5. Riskin ümumi məzmununu əhatə etməklə bir-birini tamamlayan neçə məfhumu var?

A) iki


B) üç

C) bir


D) dörd

E) beş


6. Riskli vəziyyətlərdə bu və ya digər variantın ehtimalı hansı amillə şərtlənir?

A) müəyyənlik

B) alternativ yolların seçilməsi zərurəti

C) seçilən alternativlərin gerçəkləşmə ehtimalını dəyərləndirmək imkanı

D) qeyri-müəyyənlik

E) BC bəndi


7. Nə üçün sahibkarlıq fəaliyyəti risksiz mümkün deyil

A) böhranı vəziyyətlərin nəzərə alınmasına görə

B) rəqabət qabiliyyətinin azalmasına görə

C) alternativ seçilməsinə görə

D) firmanın sanasiyasının artmasına görə

E) riskin artım imkanının azadılmasına görə


8. Hansı bənd riskin minimum endirilməsi tədbirləri mərhələsini ifadə etmir?

A) riskin səviyyəsinin qeyri-məqbulluğunun qiymətləndirilməsi

B) alınan risk səviyyəsinin məqbulluğunun dəyərləndirilməsi

C) riskin azaldılması və artırılma üsullarının seçilməsi

D) riskin azalma və artma imkanının dəyərləndirilməsi

E) risklərin artırılması variantlarının məqsədəuyğunluğunun seçilməsi


9. Riskin təsnifatının əsasındakı ən mühüm ünsür hansıdır?

A) bütün variantlar

B) yaranmanın əsas amilləri

C) qeydiyyatın xarakteri

D) yaranma sahəsi

E) yaranma tarixi


10. Hansı bənd yaranma sahəsinə aid riski ifadə etmir?

A) iqtisadi

B) sığorta

C) kommersiya

D) istehsalat

E) maliyyə


11. Təşkilat riskinin əsas səbəbi deyil

A) güclü tənzimləmə

B) işin əlaqələndirilməsi qüsurları

C) aşağı təşkilat səviyyəsi

D) planlaşdırma və layihə səhvləri

E) kadrların seçilmə və təyin olunmasındakı səhvlər


12. Ehtiyat riskinin əsas səbəbi ?

A) bütün variantlar

B) material qıtlığı

C) təchizatın kəsilməsi

D) vəziyyətin dəyişdiyi təqdirdə ehtiyatlar üzrə dayanıqsızlıq

E) əmək qüvvəsinin yetərsizliyi


13. Müntəzəm və qeyri-müntəzəm risklərin cəmi hansı risk adlanır?

A) sərmayə

B) spekulativ

C) sığorta

D) kommersiya

E) sadə


14. Risk dərəcəsinin azalmasına şərait yaradan həm yuxarıdan,həm də aşağıdan məhdudiyyətlər sisteminin qurulmasını ifadə edir

A) limitlənmə

B) layihələndirmə

C) planlaşdırma

D) proqnozlaşdırma

E) müqavilə


15. Hansı bənd qeyri-müntəzəm riskin azaldılması vasitəsidir

A) diversifikasiya

B) zərərsizlik

C) innovasiya

D) investisiya

E) kredit


16. Biznes – planın quruluşu nədən asılı deyil?

A) Nəticələrə nail olmağın reallıq səviyyəsinin müəyyənləşdirilməsindən.

B) Biznesin miqyasından;

C) Firmanın maliyyə sabitliyinin səviyyəsindən;

D) Bazarın vəziyyətindən;

E) İnvestisiyanın həcmindən;


17. Biznes – planın firmadaxili funksiyasına şamil edilmir:

A) Layihənin reallaşdırılması üçün zəruri investisiyanın cəlb edilməsi;

B) Yeni növ məhsulların (xidmətlərin) mənimsənilməsi layihələrinin hazırlanması və reallaşdırılması;

C) Firmanın maliyyə vəziyyətinə nəzarət;

D) Sahibkarlıq risklərinin aşağı salınması;

E) Firmanın müsbət reputasiyasının formalaşdırılması.


18. Heç bir ciddi idarəetmə qərarı bu plansız qəbul edilə bilməz.:

A) Biznes plan;

B) İnvestisiya planı;

C) Strateji plan;

D) Maliyyə planı;

E) İstehsal planı.


19. Bir sıra qida məhsullarının keyfiyyət göstəricilərinin müəyyən edilməsi üsulu hansıdır?

A) Orqanopletik

B) Erqonomik

C) Etibarlılıq

D) Uzunmüddətlilik;

E) Təhlükəsizlik


20. Yeni məhsulların yaradılması və mənimsənilməsi mərhələsini ifadə etmir:

A) Yeni məhsul üzrə innovasiya işinin təşkili

B) Yeni əmtəənin yaradılması

C) Yeni məhsulun sınaqdan keçirilməsi

D) Yeni əmtəənin mənasının işlənib hazırlanması

E) Yeni məhsul üzrə kommersiya işinin təşkili


21. Əgər,qoyulan xərc -30.000 man.

mənfəət norması – 30%

satışın həcmi - 5000 man

dəyişən xərclər – 60 man

sabit xərclər - 15000 man.

Olarsa onda Q – qiymət neçə olar

Q= 64,8 man.

A) 64,8


B) 60,2

C) 62,4


D) 63,5

E) 65,1
22. Hansı cəmiyyətlər açıq tipli səhmdar cəmiyyətli adlanır?

A) səhmləri kütləvi surətdə satılan

B) səhmlərin tanış və qohumlara satılan

C) səhmlərin kiçik firmalara satılan

D) səhmdar iri firmaları satan

E) səhmləri orta müəssisələrə satılan
23. Səhm nədir?

A) illik mənfəətdən qoyulmuş kapitala görə dividend almaq hüquqi verən qiymətli kağız

B) illik ümumi gəlirldən əldə edilən pul vəsaiti

C) illik ÜMM –a qoyulmuş kapitala görə gəlir almaq hüquqi verən qiymətli kağız

D) UDM – a qoyulmuş kapitala görə dividend almaq hüquqi verən qiymətli kağız

E) illik milli gəlirdən əldə edilən maliyyə vəsaiti


24. Səhmdar cəmiyyətin ali idarəetmə orqanının səlahiyyətlərinə aid deyil

A) beynəlxalq təşkilatlar tərəfindən cəmiyyətə verilən qrantların həcmini təsdiq etmək

B) cəmiyyətin təşkilatı strukturunu təsdiq etmək

C) cəmiyyətin nizamnaməsini dəyişdirmək

D) direktorlar şurasının üzvlərini seçmək

E) tərtib olunmuş planları və hesabatları təsdiq etmək


25. Səhmlərin növünə ifadə etmir:

A) nominal dəyərli səhmlar

B) adlı səhmlər

C) adi səhmdar

D) imtiyazlı səhmlər

E) təqdim edənə səhm


26. Adətən səhmdə əks olunmur

A) buraxılan səhmlərin siyahısı

B) səhmin növü və nömrəsi

C) dividentlərin ödəmə vaxtı

D) səhmlərin buraxıldığı tarix

E) səhmdar cəmiyyətin və qiymətli kağızın adı


27. Səhmdar cəmiyyətin idarə edilməsinin ali orqanı

A) səhmdarların ümumi yığınağı

B) üç səviyyəli idarəetmə orqanı

C) səhmdarların nizamnaməsi

D) iki səviyyəli idarəetmə orqanı

E) səhmdarların təsis müqaviləsi


28. İmtiyazlı səhmlərin çalışmayan cəhəti

A) səhmdarların ümumi yığıncağında səs vermək hüququna malik olmaması

B) cəmiyyətin illik hesabatları ilə tanış olmaq hüququnun məhdud olması

C) iki səviyyəli idarə etmə orqanında iştirakının məhdud olması

D) nizamnamə kapitalında payının az olması

E) təsis müqaviləsinin imzalanmasında iştrak etməsi


29. Məhdud məsuliyyətli cəmiyyətin çatışmayan cəhəti

A) cəmiyyətin öhdəliyinə görə nizamnamə fonduna qoyduqları payın müqabilində məsuliyyət daşıması

B) mənfəətin bölgüsündə iştirak etməməsi

C) payını geri almaqla cəmiyyətdən çıxması

D) qoyulan payların bərabər həcmdə olmaması

E) bir hüquqi şəxs tərəfindən yaradıla bilməsi


30. MMC- nin üzvlərinin hüququna aid deyil

A) milli gəlirin bölgüsündə iştirak etmək

B) mənfəətin bölünməsində iştirak etmək

C) cəmiyyətin ümumi yığıncağında iştirak etmək

D) cəmiyyətin idarə edilməsində iştirak etmək

E) zəruri informasiya əldə etmək


31. Müəyyən bir məhsula müvafiq standartlar işlənib təsdiq olunana qədər onun istehsalın imkan verən normativ sənəd

A) texniki şərtlər

B) müəssə standartları

C) texnoloji standartlar

D) əməliyyat standartları

E) bütün variantlar


32. Birlik miqyasında qüvvədə olan standart hansıdır?

A) müəssisə standartları

B) texniki standartlar

C) sahə standartları

D) texniki şərtlər

E) ekoloji standartlar


33. Sənayenin müəyyən sahəsində məcburi tətbiq olunan standart

A) sahə standartları

B) sənaye standartları

C) müəssisə standartı

D) dövlət standartları

E) sex standartı


34. Mülkiyyət formasından asılı olmayaraq ölkədə fəaliyyət göstərən bütün müəssisə və təşkilatlar üçün məcburi dövlət sənədi

A) dövlət standartları

B) texniki şərtlər

C) sahə standartları

D) təşkilati standartlar

E) halal standartlar


35. Keyfiyyətin idarə olunması əmtəənin həyat dövrünün hansı mərhələsində həyata keçirilir?

A) bütün variantlar

B) məhsulun modifikasiya dövründə

C) əmtəənin yüksəliş mərhələsində əmtəənin durğunluq dövrü mərhələsində

D) əmtəənin tənəzzül dövrü mərhələsində

E) məhsulun bazara yeridilməsində


36. Müəyyən istismar şəraitində (texniki xidmət və təmirə dayandırılmaqla) məmulatın uzun müddət öz işləmə qabiliyyətini saxlaya bilməsini xarakterizə edən göstərici

A) uzunmüddətlilik

B) təhlükəsizlik

C) etibarlıq

D) AC bəndi

E) BC bəndi


37. Müəyyən müddət ərzində,müvafiq istismar şəraitində məmulatın öz iş qabiliyyətini saxlaması

A) etibarlıq

B) yararlıq

C) təhlükəsizlik

D) saxlanıla bilməsi

E) bütün variantlar


38. Sertifikat hansı təşkilat tərəfindən verilə bilər?

A) istehsalçı və üçüncü tərəf- kənar təşkilat tərəfindən

B) sifarişçi və üçüncü tərəf-kənar təşkilat tərəfindən

C) istelakçı və ikinci tərəf- kənar təşkilat tərəfindən

D) AB bəndi

E) AC bəndi


39. Yaponiya və Qərbi Avropa ölkələrində keyfiyyət üzərində nəzarət hansı məcburi şərtin olmasını nəzərdə tutur?

A) keyfiyyət idarə olunması üzrə xüsusi marketoloqların hazırlanması

B) keyfiyyətin idarə olunması üzrə xüsusi menecerlərin hazırlanması

C) işçi heyətinin fasiləsiz öyrədilməsi,hazırlanması və yenidən hazırlanması

D) qüsursuz məhsul istehsalına nail olmaq

E) keyfiyyətin yüksəldilməsi üçün həyata keçirilən tədbirlərdə firmanın bölmələrinin və işçi heyətinin iştirakının təmin olunması


40. İdarəetmənin təşkilati strukturu qurularkən hansı prinsip nəzərə alınmır?

A) idarəetmə strukturu və prinsiplərin vəhdəti

B) idarəetmə strukturunun biznesin məqsədinə uyğun olması

C) idarəetmə strukturu və funksiyalarının vəhdəti

D) idarəetmə strukturunun firmanın istehsal və təşkilati strukturu ilə əlaqəsi

E) heç biri



41. “Sahə ustası sex rəisi – müəssisənin direktoru” iyerarxiyası hansı idarəetmə strukturunu ifadə edir?

A) xətti

B) matris

C) adaptiv

D) funksional

E) gərargah


42. İdarəetmənin hansı strukturu adaptiv strukturun əsas növlərindən biridir?

A) matris

B) xətti

C) gərargah

D) funksional

E) xətti – funksional


43. Matris strukturunun əsas nöqsanı

A) onun mürəkkəbliyidir

B) adətən iri firmalarda tətbiq edilməsidir

C) yalnız yüngül sənayedə tətbiq edilməsidir

D) onun məcburiliyidir

E) bürokratik və zamana görə nisbətən stabil olmasıdır


44. Yaponiyada işlənmiş və təcrübədə tətbiq olunan maddi ehtiyatların idarə edilməsi metodu necə adlanır

A) dəqiq vaxtında sistemi

B) fasiləsiz sistemlər

C) tələbə cavab vermək

D) mükəmməl istehsal

E) sığorta ehtiyatları


45. Firma heyətinin seçilməsi istiqamətində işlərə daxil deyil

A) heyyətdə yaradıcı fəaliyyətə,həvəs oyadılması

B) kadrlara tələbatın qiymətləndirilməsi və seçilməsi meyarlarının müəyyənləşdirilməsi

C) kadrların seçilməsi və işə qəbulu

D) heyətin keyfiyyətinin qiymətləndirilməsi

E) kadrların öyrənilməsi


46. Bazara yeni məhsul çıxaran firma onun bazarda ugurlu hərəkəti üçün hansı qiymət növündən istifadə etmir?

A) mənfəət normasında əsaslanan qiymət

B) “qaymağın” yığılmasına imkan verən qiymət

C) bazarda liderqiyməti

D) sahədə lider qiyməti

E) bazara girmək məqsədilə müəyyən edilən qiymət


47. Paket qiymətqoymanın məqsədi nədir?

A) satışın həcmini artırmaq

B) satış kanallarını firmanın maliyyə imkanlarına əsasən seçmək

C) qiymət liderliyinə üstünlük vermək

D) hörmətli qiymətlərə üstünlük vermək və qiyməti artırmaq

E) alıcının əmtəə seçimini sadələşdirmək


48. Baza qiyməti nədir?

A) məhsulun bazarda satıldığı qiymətdir

B) ərz qiymətidir

C) müvazinətlik qiymətidir

D) firmanın bazara təklif etdiyi qiymətdir

E)tələb qiyməti


49. Transaksion xərclərə aid edilmir

A) komplektləşdirici məmulatların alınması xərcləri

B) arzu olunan nəticəyə gətirib çıxarmayan danışıqların aparılması xərcləri

C) rəqiblər barədə informasiyanın alınması və onun təhlili xərcləri

D) istehlakçıların daha üstün tutduqları məlumatların alınması xərcləri

E) razılaşma müqaviləsinin rəsmləşdirilməsi xərcləri


50. SC – nin fəaliyyətinin nəticəsindən asılı olaraq onun sahibinə mənfəət almaq,səhmdarların ümumi yığıncağında səs vermək və idarəetmə işlərində iştirak etmək hüququ verən səhm hansıdır?

A) adi


B) imtiyazlı

C) adlı

D) təqdim edənə səhm

E) nominal dəyərsiz səhm


51.Bunlardan hansı səhv ifadədir?

A) menecer öz vəzifəsinin yerinə yetirilməsində xətti rəhbərdən göstəriş alır

B) menecer öz vəzifəsinin yerinə yetirilməsində müstəqildir

C) menecer öz vəzifəsinin yerinə yetirilməsində firmanın ehtiyaclarına xidmət edir

D) menecer öz vəzifəsinin yerinə yetirilməsində tərəfdaşlarla işgüzar münasibətlər qurur

E) menecer öz vəzifəsinin yerinə yetirilməsində maliyə - kredit təşkilatları ilə işgüzar münasibətləri qurur


52. Müəssisədə işləyən menecerin əsas baza əməliyyatını ifadə etmir

A) işçilərin əməyinin qiymətləndirilməsi üçün işdə iştirak əmsalı müəyyənləşdirir

B) məqsədləri müəyyən edir

C) qruplar yaradır, vəzifələri bölüşdürür

D) qruplar və işçilər arasında əlaqə yaradır

E) daimi inkişafda olmaqla ətrafdakılara təsir göstərir


53. Menecerin əsas vəzifə funksiyası hansıdır?

A) idarəetmə qərarının işlənib hazırlanması

B) qəbul olunmuş planların reallaşdırılması

C) planlaşdırma

D) icraçıların motivləşdirilməsi

E) nəzarət


54. Son nəticədə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına istiqamətlənmiş idarə etmə funksiyaları hansıdır ?

A) nəzarət, motivləşdirmə,təşkiletmə

B) təşkiletmə, motivləşdirmə, planlaşdırma

C) motivləşdirmə, planlaşdırma, təşkiletmə

D) planlaşdırma, təşkiletmə, nəzarət

E) bütün variantlar


55. Digər idarəetmə funksiyalarının istinad etdiyi idarəetmə funksiyası hansıdır?

A) planlaşdırma

B) təşkiletmə

C) motivləşdirmə

D) nəzarət

E) bütün variantlar


56. ABŞ firmalarında istehsalfəaliyyətinə mənfi təsir edən amilə şamil edilmir

A) investisiyaların həcminin artırılması

B) istehlak xərclərinin çoxalması

C) funksional ixtisaslaşmanın inkişafı

D) yığımın aşağı səviyyədə olması

E) təlimatların çox olması


57. ABŞ firmalarında istehsalın idarə edilməsinə məxsus olan ən vacib xüsusiyyət hansıdır?

A) ümumi təchizatçıların sayının azaldılması, vaxtında, birbaşa təchizat xidməti göstərən təchizatçılara üstünlük verilməsi və onların seçilməsi

B) yeni məhsul istehsalını mümkün edən yeni texnologiyalarının yaradılması istiqamətində bütün səylərin və resursların cəmləşdirilməsi

C) mürəkkəb məhsulun istehsalının standart, sadə və asan idarəedilən əməliyyatların məcmusu əsasında reallaşdırılması

D) istehsalın avtomatlaşdırılmasının əsas istiqaməti kimi saxlamaq şərtilə bütün işlərin maksimum sadələşdirilməsi və səmərələşdirilməsi

E) bütün variantlar


58. Adaptasiyalı idarəetmə strukturu hansı bənddir

A) layihə

B) xətti

C) xətti – funksional

D) funksional

E) qərargah


59. Bürokratik strukturun əsasını hansı konsepsiya təşkil edir?

A) sosial ədalət və bərabərlik

B) heyətin seçilməsi

C) işgüzar fəallıq

D) sosial – psixoloji aspektlər

E) bütün variantlar


60. M. Veberin səmərəli bürokratiya nəzəriyyəsinin xarakteristikası hansı variantda göstərilir ?

A) hər bir vəzifə üzrə yüksək ixtisaslı mütəxəssislərin əmələ gəlməsini təmin edən əməyin dəqiq bölgüsü

B) hər bir struktur üzrə vəzifələrin xidməti işlərə görə dəqiq bölgüsü

C) hər bir vəzifəli şəxsin yüksək ixtisaslı mütəxəssislərin dividentlərinin xərclərə uyğun düzgün bölgüsü

D) hər bir işçi üzrə mükafatlı əmək haqqının rasional bölgüsü

E) bütün variantlar


61. Kontrolinq konsepsiyasının meydana gəlməsi və tətbiqinin başlıca səbəblərindən biri budur

A) təşkilati sistemdə biznes–proseslərin idarə olunmasının müxtəlif aspektlərinin sistemli inteqrasiyasındakı zəruriyyət

B) planların icrasına,onların məzmununda korektə edilməsinə və reallaşması müddətinə nəzarət sisteminin yaradılması zəruriyyəti

C) müxtəlif biznes prosesləri operativ planların əlaqələndirilməsi və inteqrasiyasındakı zəruriyyət

D) təşkilati sistemin operativ inkişaf planlarının strateji planlarla uzlaşdırılması zərurililiyi

E) bütün variantlar


62. Konqlomerant idarə etmə strukturunun məzmununu ifadə edən variant hansıdır?

A) nizamlanmış və qaydaya qoyulmuş struktur hesab edilmir

B) elmi idarəetmə konsepsiyasına və əlaqələndirməyə əsaslanan struktur hesab edilir

C) idarəetmənin təşkilati strukturlarında çox vacib struktur sayılır

D) nizamlaşmış və qaydaya salınmış strukturlar hesab edilir

E) ən optimal idarəetmə strukturu hesab edilir


63. Strateji nəzarət prosesinin mərhələləri hansıdır?

A) BC bəndi

B) nəzarətedici həddin formalaşması

C) nəzarət qiymətləndirilməsinin aparılması

D) AB bəndi

E) strateji nəzarətin əlaqələndirilməsi üzrə qərarın qəbulu


64. Strateji kontrolinqdə informasiyanın əsas mənbələrindən biri sayılır

A) strateji uçot

B) strateji idarəetmə

C) strateji planlaşdırma

D) strateji marketinq

E) strateji alyans


65. Bu bəndlərdən biri kontrolinqin əsas komponenti hesab edilir

A) idarəetnə uçotu

B) planlaşdırma uçotu

C) marketinq uçotu

D) beynəlxalq uçot

E) mühasibat uçotu


66. Strateji mövqedən asılı olaraq firma öz biznesini inkişaf etdirmək üçün məqsədli davranış istiqamətlərindən hansını seçmir

A) qeyri – məhsuldar xərclərin maksimumlaşdırılmasına göstəriş

B) istehsal – məhsuldar xərclərin maksimumlaşdırılmasına göstəriş

C) biznesin aparılması ilə əlaqədər risklərin minimumlaşdırılmasına göstəriş

D) mövcud biznes növündə firmanın lider mövqeyinin saxlanmasına göstəriş

E) həmin biznes növündə firmanın üstün mövqeyinin təsdiqinə göstəriş


67. İşdə menecerlər nəyə xidmət edir?

A) müəssisənin planlı inkişafına

B) müəssisənin sosial – psixoloji mühitinə

C) müəssisənin idarəetmə uçotuna

D) müəssənin təşkilatı quruluşuna

E) müəssisənin bazar mexanizimli plansız inkişafına


68. İdarəetmə sahəsində menecerlərin uğuru çox halda nə ilə müəyyən edilir ?

A) AB bəndi

B) işə qarşı məsuliyyətli münasibət

C) qəbul edilən öhdəliklərin reallaşdırılmasının təhlili

D) AC bəndi

E) insanlarla münasibətdə çeviklik


69. Menecerlərin peşəkarlıq səviyyəsinə dair birinci qrup tələblər hansıdır?

1) insan resurslarının idarə edilməsi məharətinin olması

2) xarici əlaqələrin yaradılması məharətinin olması

3) idarəetmə əməyinin təbiətinin və menecment proseslərinin dərk edilməsi

4) özünü qiymətləndirmək, düzgün nəticələr çıxarmaq

5) menecerlərin vəzifə və funksional təlimatları

6) idarəetmədə tələb olunan müasir informasiya texnologiyalarından istifadə etmək bacarığının olması

A) ( 3; 5; 6 )

B) ( 1; 2; 4 )

C) ( 1; 3; 5 )

D) ( 2; 5; 6 )

E) ( 4; 5; 6 )


70. Menecerlərin peşəkarlıq səviyyəsinə dair ikinci qrup tələblər hansıdır?

1) firmanın idarəedilməsi sahəsində ümumi biliklərin olması

2) tabeçilikdə olan insanları yaxından tanımaq

3) işçilərin firmaya bağlanması və işçilərin hüquqlarını ədalətli şəkildə müdafiyə etmək

4) yalnız inzibatçılıq deyil, həm də sahibkarlıq xüsusiyyətlərinə malik olmaq

5) firmanın səmərəli fəaliyyət göstərməsinə mane olan işçiləri vaxtında kənarlaşdırmaq

6) rəqib firmaların fəaliyyətinin və ayrı – ayrı hərəkətlərinin təhlil edilməsi bacarığı

A) ( 2; 3; 5 )

B) ( 1; 2; 3 )

C) ( 3; 4; 5 )

D) ( 2; 4; 6 )

E) ( 1; 3; 5 )


71. Güzəştli gömrük rüsumu strateqiyasında istifadə olunan AİZ – lar

1) sənaye parkları

2) azad ticarət zonası

3) eksport sənaye zonaları

4) rüsumsuz anbarlar

5) sığorta zonaları

6) valyuta portları

A) ( 2; 4; 6 )

B) ( 1; 2; 6 )

C) ( 2; 3; 5 )

D) ( 1; 3; 5 )

E) ( 4; 5; 6 )


72. AİZ –lərin yaradılmasında hansı məqsəd nəzərdə tutulmur ?

A) oxşar zonanın ekoloji mühitini saflaşdırmaq

B) ölkəyə xarici investisiyanı cəlb etmək

C) işçi qüvvəsinin tam məşğulluğunu təmin etmək

D) xarici texnika və mütərəqqi texnologiyanı müvafiq zonaya cəlb etmək

E) xarici bazara çıxarıla biləcək məhsul istehsallarını mənimsəmək



73. Müəssisənin rəqabət mövqeyini itirmiş risk hansıdır?

A) iqtisadi

B) istehsal

C) siyasi

D) maliyyə

E) kommersiya


74. Hansı bənd riskə aid edilmir?

A) təbii coğrafi

B) maliyyə

C) siyasi

D) texniki

E) iqtisadi


75. İnsanın məqsədəyönlü fəaliyyət ilə əlaqədar olan riskə aid edilmir

A) fors – major hallar

B) iqtisadi

C) texniki

D) maliyyə

E) istehsal



76. Biznes fəaliyyətində risklərin mövcudluğu bazar iqtisadiyyatının nöqsanı sayılırmı?

A) xeyr


B) bəlkə də

C) bəli


D) ola bilsin

E) tərəddüd edirəm


77. Aşagıdakı variantların hansı düzdür?

1) risk dedikdə,baxılan layihənin həyata keçirilməsi nəticəsində itkilərin baş verməsi təhlükəsi başa düşülür

2) risk dedikdə,baxılan layihənin qiymət göstəricilərinin çox saylı proqnozların nəticəsində alınan səpələnmə ölçüsü başa düşülür

3) risk dedikdə, proqramın yerinə yetirilməsi nəticəsində əlavə mənfəətin əldə edilməsi başa düşülür

4) risk dedikdə,baxılan layihənin reallaşdırılması nəticəsində xərclərin aşağı salınması başa düşülür

5) risk dedikdə,biznes layihəsində qoyulmuş məqsədin vaxtında yerinə yetirilməməsi təhlükəsi başa düşülür

6) risk dedikdə,layihədə qarşıya qoyulan məqsədin lazım həcmdə (ölçüsü) və vaxtında yerinə yetirilməsi başa düşülür

A) ( 1; 2; 5 )

B) ( 1; 3; 5 )

C) ( 3; 4; 5 )

D) ( 2; 4; 6 )

E) ( 1; 2; 6 )



Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə