BİZNESİN İNFRASTRUKTURU FƏNNİNDƏN TESTLƏR
1. Biznes infrastrukturu nədir?
A)) bir – biri ilə qarşılıqlı əlaqədə olan sərbəst bazarlardır;
B) idarəetmədir;
C) biznesdir;
D) texnologiyadır;
E) müəssisədir.
2. Biznes infrastrukturunda iştirak edən birbaşa iştirakçılar:
A) Nazirlər Kabineti;
B)) birjalar, kredit və emissiya bankları;
C) Vergilər Nazirliyi;
D) Hesablama Palatası;
E) Maliyyə Nazirliyi.
3. Biznes infrastrukturunda iştirak edən dolayı iştirakçılar:
A) Sığorta təşkilatları;
B) Klirinq mərkəzləri;
C)) Milli Məclis;
D) broker t şirkətləri;
E) elektron ticarət sistemləri.
4. Biznes infrastrukturuna aid edilən neçə sərbəst bazar vardır:
A) 15;
B) 12;
C) 10;
D)) 16;
E) 9.
5. Aşağıdakılardan hansı istehsal infrastrukturuna aid deyil?
A) istehsalın maddi – texniki təminatı;
B) enerji təminatı;
C) məlumatların verilməsi və qəbul edilməsi;
D) nəqliyyat təsərrüfatı;
E)) ümumi peşə təşkili və səhiyyə.
6. İstehsal vasitələri bazarının tərkibi hansı bazarlardan ibarətdir?
A)) istehsal binaları, istehsal təyinatlı avadanlıq və maşın bazarları;
B) yarmarkalar;
C) daşınmaz əmlak bazarı;
D) işçi qüvvəsi bazarı;
E) innovasiya bazarı.
7. Bazarın, əmtəə strukturunun öyrənilməsində hansı səviyyələr fərqləndirilir?
A) xüsusi qrup;
B) spesifik qrup;
C) xidmətlər qrupu;
D) hər bir qrupdan olan əmtəə növləri;
E)) ümumi və əmtəə qrupu.
8. İstehlak təyinatlı məhsullar bazarı hansı istehlakçılar üçün nəzərdə tutulmuşdur?
A) qrup halında olan istehlakçılar üçün;
B) kollektiv istehlakçılar üçün;
C) müəssisə istehlakçıları üçün;
D)) fərdi istehlakçılar üçün;
E) regional istehlakçılar üçün.
9. Əmtəə bazarının ümumi problemlərinə nələr daxildir?
A) əhalinin alıcılıq qabiliyyətinin aşağı olması;
B) informasiya prosesləri;
C)) bazar çərçivəsində tələb və təklif arasında mütənasibliyin pozulması;
D) əhalinin miqrasiyası;
E) siyasi sabitsizlik.
10. Aşağıda göstərilənlərdən hansı bazar haqqında əsas informasiya mənbələrinə aid deyil?
A) dövlət statistikası;
B)) ümumi və peşə təhlili haqqında məlumatlar;
C) sahəvi uçot və statistika;
D) topdan və pərakəndəsatış ticarətindən daxil olan informasiyalar;
E) xüsusi tədqiqatın məlumatları.
11. Kommersiya informasiyalarına nələr daxildir?
A) dövlət məlumatları;
B)) müəssisənin işgüzar sənədləşdirilməsinə cəlb edilən məlumatlar, ticarət təşkilatlarının ərizə və sifarişləri:
C) sahə standartlarının məlumatları;
D) rəsmi məlumatlar;
E) uçot və hesabat formaları.
12. Xüsusi informasiya mənbələrinə nələr daxildir?
A) ticarət mütəxəssislərdən sorğu;
B)) əhalidən və alıcılardan sorğu;
C) sənaye mütəxəssislərindən sorğu;
D) satış – sərgi;
E) variantların hamısı.
13. Birja ilk dəfə hansı şəhərdə yaranmışdır?
A) Bruqqe;
B) London;
C)) Amsterdam;
D) Paris;
E) Berlin.
14. Rusiyada ilk birja neçənci ildə, hansı şəhərdə yaradılmışdır?
A) Moskva 1708 –ci il;
B) Odessa 1715 –ci il;
C) Kazan 1726 –cı il;
D)) Sankt – Peterburq 1703 –cü il;
E) Saratov 1749 –cu il.
15. Azərbaycanda ilk dəfə “Birja ticarətinin inkişafı və Bakı birjasının inkişafına dair qanun” neçənci ildə qəbul edilmişdir?
A) 1993 –cü il;
B) 1996 –cı il;
C) 1998 –ci il;
D) 1999 –cu il;
E)) 1991 –ci il.
16. Birja vahidi nə deməkdir?
A)) birja mallarının sadəliyi və standartlaşdırılması;
B) birja mallarının həcmi;
C) birja mallarının mürəkkəbliyi;
D) birja mallarının spesifikliyi;
E) birja mallarının assortimenti.
17. Birjada həyata keçirilən sövdələşmələrin növlərini göstərin:
A) forvard əqdləri;
B)) real əmtəələrin alqı – satqısı;
C) fyuçers əqdləri;
D) opsion əqdləri;
E) variantların hamısı.
18. Əmtəə birjasında sövdələşmə hansı müddətə bağlanılır?
A) 3 aydan – 6 ayadək;
B) 1 aydan – 3 ayadək;
C)) 6 aydan – 14 ayadək;
D) 6 aydan – 9 ayadək;
E) 6 aydan – 1 ilədək.
19. Əmtəə birjalarında satış hansı formalarda aparılır?
A) kiçik partiyalarla;
B) pərakəndə formada;
C) tam hazır olmayan formada;
D)) iri partiyalarla, nəğd mallarla;
E) mal nümunələri formasında.
20. Əmtəə birjaları neçə funksiya yerinə yetirir?
A) 6;
B) 4;
C) 3;
D) 7;
E)) 5.
21. İlk əmtəə birjaları harada yaradılıb?
A) Paris;
B)) Venesiya, Genuya, Florensiya;
C) London;
D) Berlin;
E) Moskva.
22. Yarmarka nə deməkdir?
A) karvan ticarəti;
B) səyyar ticarəti;
C)) müntəzəm olaraq hər il təşkil edilən bazar;
D) pərakəndə ticarət;
E) küçə ticarəti.
23. Əmtəə birjaları necə təşkil olunur?
A) açıq tipli birja;
B) qarışıq tipli birja;
C) qarışıq açıq tipli birja;
D)) qapalı tipli birja;
E) qarışıq qapalı tipli birja.
24. Aşağıda göstərilənlərdən hansı fyuçers birjasının mülkiyyətinə aid deyil?
A) əmlak və əmanətlər;
B) birja üzvləri tərəfindən yaradılan məhsul və xidmətlər;
C) birja üzvlərinin üzvlük haqqları;
D) öz hesabına əldə edilmiş sair əmlak;
E)) Müəssisənin əsas və dövriyyə fondları.
25. Fyuçers əməliyyatının iştirakçılarını göstərin:
A) brokerlər;
B)) hedçerlər, ticarətçilər, alverçilər;
C) dilerlər;
D) menecerlər;
E) sahibkarlar.
26. Fyuçers birjasının yuxarı ali orqanı nədir?
A) direktorlar şurası;
B) xarici direktorlar;
C)) birja üzvlərinin ümumi yığıncağı;
D) xüsusi ekspertlər;
E) vitse – prezident.
27. Direktorlar şurasının say tərkibi neçə nəfərdən ibarət olur:
A) 10 – 15 nəfər;
B) 20 – 25 nəfər;
C) 5 – 10 nəfər;
D)) 15 – 25 nəfər;
E) 10 – 15 nəfər.
28. Fyuçers bazarının əsas funksiyalarına daxil olmayanı göstərin:
A) bazar iştirakçılarının qarşılaşdıqları risklərin ötürülməsi;
B) stabil qiymətlərin formalaşması;
C) qiymətin səviyyəsinin araşdırılması;
D) bazar iştirakçıları üçün birja qaydalarının formalaşması;
E)) birjanın bütün iştirakçıları üçün informasiyaların əlverişsizliyi.
29. Fyuçers müqaviləsinin əlverişsiz şərtini göstərin:
A) əmtəələrə tələb və təklifin həcminin yüksək olması;
B) əmtəələr qarşılıqlı əvəzedilmə xüsusiyyətlərinə malik olmalıdır;
C) qiymətqoymada tərəddüdlərin olması zəruridir;
D) müqavilələr bazarın real iştirakçıları üçün kommersiya maraqlarına malik olmalıdır;
E)) bazarlarda qiymətin qoyulması dövlətin nəzarəti altında keçirilməlidir.
30. Birja ticarətinin həyata keçirilməsinin neçə metodu mövcuddur?
A) 4;
B) 5;
C) 6;
D)) 2;
E) 3.
31. Birja əmtəələrinin neçə əsas qrupdan ibarətdir?
A) 4;
B) 5;
C)) 2;
D) 6;
E) 3.
32. Dünyanın ən böyük əmtəə birjasını göstərin:
A) Çikaqo əmtəə birjası;
B) Tokio əmtəə birjası;
C)) Çikaqo ticarət birjası;
D) London metal birjası;
E) Nyu – York əmtəə birjası.
33. Azərbaycanda Əmtəə birjası hansı nazirlik tərəfindən lisenziyalaşdırılır?
A) Maliyyə Nazirliyi;
B)) İqtisadi İnkişaf Nazirliyi;
C) Vergilər Nazirliyi;
D) Qiymətli Kağızlar üzrə Komitə;
E) Elmlər Akademiyası.
34. Əmtəə veksilinin hansı üstünlükləri vardır. Səhv cavabı göstərin:
A) müəssisələr bir – birinə əmtəə şəklində kredit verir;
B) qarşılıqlı borcları məqbul etmək mümkündür;
C)) vekseli satmaq və uçot etmək vasitəsilə vəsait cəlb etmək mümkün deyil;
D) girov vasitəsi kimi çıxış edir;
E) pul vəsaitlərinə qənaət edilir.
35. Maliyyə bazarının neçə subyekti var?
A) 5;
B) 7;
C) 4;
D)) 3;
E) 2.
36. Maliyyə bazarı hansı bazarlardan ibarətdir?
A) ipoteka;
B) innovasiya;
C) reklam;
D) əmək;
E)) qiymətli kağızlar, pul və kredit.
37. Dövlətin maliyyə bazarında əsas funksiyalarına aid olmayanı göstərin:
A) büdcə kəsirini örtmək üçün vəsait cəlb etmək;
B) bankın kredit faizini tənzimləmək;
C) pul kütləsi üzərində nəzarəti həyata keçirmək;
D) uzun müddətli qiymətli kağızlar buraxmaq;
E)) qısa müddətli qiymətli kağızlar buraxmaq.
38. Tələb xüsusiyyətinə görə maliyyə bazarı hansı bazarlara bölünür?
A) kapital;
B) qiymətli kağızlar;
C) korporasiya;
D)) borc və səhm;
E) lizinq.
39. Müddətinə görə maliyyə bazarı hansı bazarlara bölünür?
A) korporasiya;
B) faktorinq;
C)) pul və kapital;
D) sığorta;
E) borc.
40. Qiymətli kağızların satışına görə maliyyə bazarı hansı bazarlara bölünür?
A) kapital;
B)) ilkin və ikinci;
C) lizinq;
D) reklam;
E) borc.
41. Pul bazarının əsas alətlərinə aid olmayanı göstərin:
A) xəzinə vekselləri;
B)) ipoteka kağızı;
C) dövlət xəzinə öhdəlikləri;
D) qısa müddətli istiqrazlar;
E) depozit sertifikatları.
42. Kapital bazarının əsas alətlərinə aid olmayanı göstərin:
A) səhm və istiqrazlar;
B) girov kağızları;
C)) depozit sertifikatları;
D) uzunmüddətli qiymətli kağızlar;
E) hökümətin buraxdığı qiymətli kağızlar.
43. Ssuda kapitalları bazarının subyektlərinə aid olmayanı göstərin:
A) müəssisələrin sərbəst pul vəsaitlərini toplayan;
B) maliyyə ehtiyatlarına malik olan investorlar;
C) müəyyən məqsədlər üçün borc alan müəssisə və təşkilatlar;
D)) lizinq təşkilatları;
E) dövlət orqanları və vətəndaşlar.
44. Maliyyə vasitəçiləri neçə qrupa ayrılır:
A) 3;
B) 6;
C) 7;
D) 5;
E)) 4.
45. Diskont bazarının operatoru hansı bankdır?
A) ipoteka bankları;
B) sahə bankları;
C) nümayəndəlik;
D) yerli banklar;
E)) mərkəzi kommersiya bankları.
46. Birja Elektron Ticarət Sistemi (BETS) neçə bazar sektorundan ibarətdir?
A) 4;
B) 6;
C) 3;
D)) 2;
E) 1.
47. Pul bazarının əhəmiyyətli seqmenti nədir?
A) ipoteka krediti;
B) mülki (şəxsi) kredit;
C)) banklararası kredit;
D) lizinq krediti;
E) dövlət krediti.
48. Valyuta bazarı subyektlərinin həyata keçirmədikləri əməliyyatı göstərin:
A) Alıcılıq qabiliyyətini ötürmə;
B)) xidmət bazarının coğrafiyanı öyrənmədən alqı – satqı;
C) Açıq valyuta mövqeyini sığortalama;
D) möhtəkirlik;
E) faiz dərəcəsinin arbitrajı.
49. Köçürmə vekselləri hansı dövrdən istifadə edilməyə başlanılmışdır?
A)) XII – XIII əsrlərdə İtaliyada;
B) XV əsr Almaniyada;
C) XII əsrdə İngiltərədə;
D) XI əsrdə Hollandiyada;
E) XİV əsrdə Belçikada.
50. İlk veksel yarmarkaları nə vaxt yaranmışdır?
A) XIV əsr Almaniya Berlin;
B)) XIII – XIV əsr Fransa Şampan şəhəri;
C) XII əsr Portuqaliya;
D) XI əsr İspaniya;
E) XV əsr Almaniya.
51. Qızıl pul standartı rejimi ilk dəfə neçənci ildə qanunvericiliklə təsdiq olunub?
A) 1825 –ci il Fransa;
B) 1830 –cu il Almaniya;
C)) 1816 –cı il Böyük Britaniya;
D) 1835 –ci il Hollandiya;
E) 1842 –ci il İtaliya.
52. Müasir valyuta bazarının əsasları (Brettonvüd valyuta sistemi) hansı illərdə qoyulmuşdur?
A) XIX əsrin 80 – 90 –cı illərdə;
B) XX əsrin 30 –cu illərdə;
C) XX əsrin 20 – 30 –cu illərdə;
D)) XX əsrin 50 – 60 –cı illərdə;
E) XIX əsrin 60 – 70 –ci illərdə.
53. Valyuta bazarının xüsusi biznes subyektləri hansıdır?
A) menecer;
B) hedçer;
C) alverçi;
D) ticarətçi.
E)) maliyyə broker və dilerləri.
54. Valyuta birjasının ali idarəetmə orqanını göstərin:
A) xarici direktorlar;
B)) səhmdarların ümumi yığıncağı;
C) vitse prezident;
D) menecer;
E) xüsusi ekspertlər.
55. Bakı Fond Birjası (BFB) neçənci ildə təşkil olunmuşdur?
A) 1999 –cu ildə;
B) 2001 –ci ildə;
C)) 2000 –ci ildə;
D) 2003 –cü ildə;
E) 1998 –ci ildə.
56. Bakı Fond Birjasının (BFB) təşkilində neçə səhmdar iştirak etmişdir?
A) 20;
B) 15;
C) 12;
D)) 18;
E) 21.
57. BFB –nın neçə brokeri vardır?
A) 12;
B) 10;
C) 8;
D) 6;
E)) 9.
58. İstisna hal kimi birjanın üzvü olmadan hansı bank birja ticarətində iştirak edə bilər?
A) Kommersiya bankı;
B)) Mərkəzi Bank;
C) İpoteka banklar;
D) Sahə bankları;
E) Yerli banklar.
59. BBVB (Bakı Banklararası Valyuta Birjası) nə vaxtdan fəaliyyətə başlamışdır?
A) 1992 – ci il 15 aprel;
B) 1994 –cü il 05 yanvar;
C)) 1993 –cü il 26 iyul;
D) 1995 –ci il 10 oktyabr;
E) 1991 –ci il 18 noyabr.
60. TOBV (Təşkil olunmuş Banklararası Valyuta) birjası nə vaxt yaranmışdır?
A) 1995 –ci il 10 aprel;
B) 1996 –cı il 25 mart;
C) 1998 –ci il 12 noyabr;
D)) 1997 –ci il 30 avqust;
E) 1994 –cü il 20 may.
61. Fond birjalarında aparılan əməliyyatlar neçə qrupa bölünür?
A) 5;
B) 4;
C) 3;
D) 7;
E)) 2.
62. Dünya fond birjalarında neçə indeksdən istifadə olunur?
A) 4;
B) 5;
C) 6;
D) 2;
E)) 3.
63. Azərbaycanda “Girov kağızı haqqında Əsasnamə” nə vaxt təsdiq edilmişdir?
A) 2004 –cü il;
B) 2005 –ci il;
C) 2001 –ci il;
D)) 2002 –ci il;
E) 2003 –cü il.
64. Girov kağızı blankının ən azı neçə qoruyucu xüsusiyyəti olmalıdır?
A)) 3;
B) 5;
C) 2;
D) 1;
E) 4.
65. Banklararası kreditlərin verilməsində yüksək likvidliyə malik hansı qiymətli kağız növündən istifadə olunur?
A) səhm;
B)) DQİ (Dövlət Qısamüddətli İstiqrazlar);
C) konosament;
D) varrant;
E) anbar şəhadətnaməsi.
66. Müasir dövrdə veksel hansı funksiyaları yerinə yetirir?
A) tənzimləmə;
B) bölüşdürücü;
C)) kreditləşmə və hesablaşma;
D) tənzimləmə, bölüşdürücü;
E) dəyər ölçüsü.
67. Səhmin əsas xüsusiyyətlərinə aid olmayanı göstərin:
A) səhmin sahibi səhmdar cəmiyyətin sahiblərindən biridir;
B) səhmlər müddətsiz qiymətli kağızlardır;
C) səhm üçün məhdud məsuliyyət xarakterikdir;
D)) səhmə görə hüquqlar bölünəndir;
E) səhm sahibi müflisləşmə zamanı yalnız səhmə qoyduğu vəsaiti itirir.
68. Qiymətli kağızların səhm növünə aid olmayanı göstərin:
A) adi səhmlər;
B) imtiyazlı səhmlər;
C) adlı səhmlər;
D) təqdim edənə (adsız) səhmlər;
E)) müddətsiz.
69. Səhmdar cəmiyyətin ali idarəetmə orqanını göstərin:
A) vitse prezident;
B) xarici direktorlar;
C) xüsusi menecerlər;
D) menecerlər;
E)) səhmdarların ümumi yığıncağı.
70. Aşağıdakılardan hansı əldə edilə biləcək gəlirlərə görə istiqraza aiddir:
A) müddətli (qısa);
B) uzunmüddətli;
C) dövlət istiqrazları;
D)) kuponlu və diskont istiqrazlar;
E) ortamüddətli.
71. Aşağıdakılardan hansı emitentin növünə görə istiqraza aid deyil?
A) dövlət istiqrazları;
B) şirkət istiqrazları;
C)) diskont;
D) xarici istiqrazlar;
E) müddətsiz istiqrazlar.
72. Buraxılma müddətinə görə istiqrazlar neçə qrupa ayrılır?
A) 5;
B) 2;
C)) 3;
D) 4;
E) 6.
73. Sahibolma qaydasına görə istiqrazlar neçə yerə bölünür?
A)) 2;
B) 4;
C) 3;
D) 5;
E) 7.
74. İstiqrazların emissiyası ilə əldə edilən borc vəsaitlərinin məqsədli xarakter daşımasına görə istiqrazlar neçə yerə bölünür?
A) 4;
B)) 2;
C) 5;
D) 3;
E) 6.
75. Aşağıdakılardan hansı istiqraz borclarının emitent tərəfindən qaytarılması formasına görə istiqraza aiddir?
A) məqsədli;
B) adi;
C) adlı;
D)) dəyəri pulla və natural formada qaytarılan istiqrazlar;
E) adi.
76. İstiqrazların nominal dəyərinin qaytarılması metoduna görə neçə yerə bölünür?
A) 2;
B) 5;
C)) 3;
D) 6;
E) 4.
77. Təminatından asılı olaraq istiqrazlar neçə növə ayrılır?
A) 4;
B) 3;
C)) 2;
D) 5;
E) 6.
78. İnvestorların qoyuluşlarının mühafizəsinin səviyyəsindən asılı olaraq istiqrazların hansı növü vardır?
A) 3;
B)) 2;
C) 4;
D) 5;
E) 7
79. Dövlət qiymətli kağızlarının növlərinə aid olmayanı göstərin:
A) dövlət qısamüddətli və daxili uduşlu istiqrazlar;
B) xəzinə vekselləri;
C)) investisiya fondlarının qiymətli kağızları;
D) dövlət özəlləşdirmə çekləri;
E) Mərkəzi Bankın notları, Dövlət opsionları.
80. Bələdiyyə qiymətli kağızlarına aid olmayanı göstərin:
A) bələdiyyə vekselləri;
B) bələdiyyə qiymətli kağızları;
C) bələdiyyə istiqrazları;
D)) xəzinə vekselləri;
E) digər borc qiymətli kağızlar.
81. Korporativ qiymətli kağızlarına aid olmayanı göstərin:
A) səhmdar cəmiyyətin qiymətli kağızları;
B)) dövlət daxili uduşlu istiqrazlar;
C) müxtəlif mülkiyyət formalı müəssisələrin qiymətli kağızları;
D) investisiya fondlarının qiymətli kağızları;
E) bankların buraxdığı qiymətli kağızlar.
82. Dövlət özəlləşdirmə payı neçə özəlləşdirmə çekindən ibarətdir?
A) 2;
B) 5;
C)) 4;
D) 3;
E) 1.
83. İnvestisiya qiymətli kağızları hansı formada emissiya edilə bilməz?
A) sənədli adlı;
B) sənədsiz adlı;
C) sənədli adsız;
D)) mürəkkəb adsız;
E) sadə adlı.
84. Bunlardan hansı çeklərin növlərinə aid deyildir?
A) hesablaşma;
B) bank;
C) pul;
D) yol;
E)) ipoteka.
85. Aşağıdakılardan hansı konossamentin növlərinə aid deyil?
A) orderli;
B)) ipoteka;
C) adlı;
D) çarter, xətti;
E) sahilyanı, göyərtə.
86. Özəlləşdirmə opsionlarını buraxmaq hansı orqanın səlahiyyətinə daxildir?
A) Mərkəzi Bank;
B) Kommersiya bankı;
C)) QKDK (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi);
D) Regional bank;
E) Yerli bank.
87. Özəlləşdirmə opsionları hansı formada buraxılır?
A) sənədləşdirilmiş;
B) hesablara yazılmamış;
C) sadə;
D)) sənədləşdirilməmiş, hesablarda yazılış üsulu ilə;
E) mürəkkəb.
88. Özəlləşdirmə opsionlarının alıcısı kimi çıxış edə bilməz?
A) əcnəbilər;
B) vətəndaşlığı olmayan şəxslər;
C) xarici hüquqi şəxslər və onların nümayəndəlikləri;
D) nizamnamə kapitalında xarici sərmayənin payı 50% -dən çox olan Azərbaycan Respublikasının hüquqi şəxsləri;
E)) Azərbaycan Respublikasının hüquqi şəxsləri.
89. Özəlləşdirmə opsionunun rəsmi qiyməti necə müəyyən edilir?
A)) müvafiq tarixə 1 dövlət özəlləşdirmə çekinin orta bazar qiymətinə bərabər;
B) 3 dövlət özəlləşdirmə çekinin bazar qiymətinə;
C) 5 dövlət özəlləşdirmə çekinin bazar qiymətinə;
D) 2 dövlət özəlləşdirmə çekinin bazar qiymətinə;
E) 6 dövlət özəlləşdirmə çekinin bazar qiymətinə.
90. MDM (Milli Depozit Mərkəzi) özəlləşdirmə opsionları ilə aparılmış əqdlərin qeydiyyatı barədə məlumatı hara təqdim etməlidir?
A) 3 iş günü ərzində Mərkəzi Banka;
B)) 2 iş günü ərzində QKDK -ə;
C) 1 iş günü ərzində BBVB –na;
D) İqtisadi İnkişaf Nazirliyinə;
E) Dövlət Əmlak Komitəsinə.
91. Bir özəlləşdirmə opsionu neçə çek almaq hüququ verir?
A) 3;
B) 4;
C)) 1;
D) 2;
E) 5.
92. Fyuçers əqdi bağlandığı an alqı – satqı prosesi baş verirmi?
A) qiymətli kağızların miqdarı müəyyənləşir;
B) sövdələşmə qiyməti müəyyənləşir;
C) öhdəlik qəbul edilir;
D)) alqı – satqı prosesi baş vermir;
E) hesablaşma şərtləri müəyyənləşdirilir.
93. İpoteka qiymətli kağızının ipoteka müqaviləsindən üstünlüyü nədir? Səhv cavabı göstərin:
A) ipoteka qiymətli kağızı alına bilər;
B) ipoteka qiymətli kağızı satıla bilər;
C) ipoteka qiymətli kağızı girov qoyula bilər;
D) ipoteka qiymətli kağızı dəyişdirilə bilər;
E)) ipoteka qiymətli kağızı alınıb – satıla bilməz.
94. Beynəlxalq təcrübədə yaşayış sahəsinin alınmasının maliyyələşdirilməsinin hansı modelləri mövcuddur? Səhv cavabı göstərin:
A) ipoteka kreditlərinin sekyuritizasiyası;
B)) Mərkəzi banklar;
C) yaşayış – tikinti əmanətləri;
D) universal kommersiya bankları;
E) İxtisaslaşdırılmış ipoteka bankları.
95. Azərbaycan İpoteka Fondu nə vaxt yaradılmışdır?
A) 2006 –cı il 30 oktyabr;
B) 2004 –cü il 14 aprel;
C)) 2005 –ci il 16 sentyabr;
D) 2003 –cü il 25 may;
E) 2004 –cü il 06 mart.
96. Azərbaycan İpoteka Fondunun hansı funksiyaları vardır? Səhv cavabı göstərin:
A) ipoteka kreditlərini yenidən maliyyələşdirir;
B) yenidən maliyyələşdiyi ipoteka kreditlərinə dair tələbləri müəyyən edir;
C) ipoteka ilə təmin olunmuş qiymətli kağızları emissiya edir;
D)) AİF əhaliyə birbaşa ipoteka kreditləri verir;
E) öz sabitliyini və likvidliyini təmin etmək üçün maliyyə risklərini idarə edir.
Dostları ilə paylaş: |