1. Akademik, xalq və caz musiqisi ifaçılarının I Beynəlxalq müsabiqəsi "Fortepiano", "Simli alətlər", "Nəfəs və zərb alətləri", “Xalq çalğı alətləri”, “Vokal”, “İnstrumental və vokal ansamblları” nominasiyaları üzrə keçirilir.
2. İştirakçı üç əsər ifa etməlidir: a) Akademik musiqi janrında əsər (XVII – XXI əsr); b) Xalq musiqisinin köçürməsi və ya işləməsi; c) Caz üslubunda pyes (şəxsi caz improvizasiyanın ifasına icazə verilir).
3. Müsabiqənin reqlamenti 15 dəqiqəyə qədərdir.
4. Qaliblər Akademik, xalq və caz musiqisi ifaçılarının I Beynəlxalq müsabiqəsinin laureatı adına layiq görülür. Diplom alan şəxslərə isə Akademik, xalq və caz musiqisi ifaçılarının I Beynəlxalq müsabiqəsinin diplomantı adı verilir.
(iştirakçının yaşı müsabiqənin başlanma tarixi ilə müəyyən olunur)
I yaş qrupu – 9 - 12 yaş; II yaş qrupu – 13 - 16 yaş;
III yaş qrupu – 17 - 25 yaş; IV yaş qrupu – 26 yaş və yuxarı.
MÜSABİQƏDƏ TƏQDİM OLUNACAQ SƏNƏDLƏR
1. Müsabiqə iştirakçılarının anketi (əlavə 1 və 2 baxın).
2. YouTube saytında ifanın videoçəkilişi (videoçəkiliş əsərin ifasının əvvəlindən sonuna qədər montajsız, arası kəsilmədən və dayanmadan aparılmalıdır. Proqramın ifası zamanı nominasiyadan asılı olaraq ifaçının siması, əlləri, musiqi aləti, hərəkətləri görünməlidir).
3. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti.
4. Foto şəkil.
5. Butun notların skaner olunmuş surəti.
6. İştirakçılar üçün Bakı Musiqi Akademiyasının AZ82AIIB38060019440137824102 bank hesabına keçirilən 10 manat giriş ödənişinin qəbzinin surəti. MÜSABİQƏNİN TARİXİ: 15 oktyabr – 30 oktyabr 2020.