Bma-nın məktəb-studiyasının 40 illiyinə həsr olunur! AkademiK, xalq və caz musiQİSİ İFAÇilarinin biRİNCİ beynəlxalq müsabiQƏSİ



Yüklə 33,5 Kb.
tarix01.01.2022
ölçüsü33,5 Kb.
#105183
növüYazı

BMA-nın məktəb-studiyasının 40 illiyinə həsr olunur!

AKADEMİK, XALQ VƏ CAZ MUSİQİSİ İFAÇILARININ

BİRİNCİ BEYNƏLXALQ MÜSABİQƏSİ

(videoyazılar əsasında)

Azərbaycan

MÜSABİQƏNİN TƏŞKİLATÇISI

ÜZEYİR HACIBƏYLİ adına BAKI MUSİQİ AKADEMİYASI

TƏŞKİLAT KOMİTƏSİNİN VƏ MÜNSİFLƏR HEYƏTİNİN SƏDRİ

BMA-nın rektoru, SSRİ və AR xalq artisti, professor

Fərhad BƏDƏLBƏYLİ

MÜSABİQƏ LAYİHƏSİNİN MÜƏLLİFİ

BMA-nın məktəb-studiyasının direktoru,

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə elmlər doktoru, professor

Tərlan SEYİDOV

MÜSABİQƏNİN ƏSAS ŞƏRTLƏRİ

1. Akademik, xalq və caz musiqisi ifaçılarının I Beynəlxalq müsabiqəsi "Fortepiano", "Simli alətlər", "Nəfəs və zərb alətləri", “Xalq çalğı alətləri”, “Vokal”, “İnstrumental və vokal ansamblları” nominasiyaları üzrə keçirilir.

2. İştirakçı üç əsər ifa etməlidir: a) Akademik musiqi janrında əsər (XVII – XXI əsr); b) Xalq musiqisinin köçürməsi və ya işləməsi; c) Caz üslubunda pyes (şəxsi caz improvizasiyanın ifasına icazə verilir).

3. Müsabiqənin reqlamenti 15 dəqiqəyə qədərdir.

4. Qaliblər Akademik, xalq və caz musiqisi ifaçılarının I Beynəlxalq müsabiqəsinin laureatı adına layiq görülür. Diplom alan şəxslərə isə Akademik, xalq və caz musiqisi ifaçılarının I Beynəlxalq müsabiqəsinin diplomantı adı verilir.

MÜSABİQƏNİN YAŞ QRUPLARI

(iştirakçının yaşı müsabiqənin başlanma tarixi ilə müəyyən olunur)

I yaş qrupu – 9 - 12 yaş; II yaş qrupu – 13 - 16 yaş;

III yaş qrupu – 17 - 25 yaş; IV yaş qrupu – 26 yaş və yuxarı.

MÜSABİQƏDƏ TƏQDİM OLUNACAQ SƏNƏDLƏR

1. Müsabiqə iştirakçılarının anketi (əlavə 1 və 2 baxın).

2. YouTube saytında ifanın videoçəkilişi (videoçəkiliş əsərin ifasının əvvəlindən sonuna qədər montajsız, arası kəsilmədən və dayanmadan aparılmalıdır. Proqramın ifası zamanı nominasiyadan asılı olaraq ifaçının siması, əlləri, musiqi aləti, hərəkətləri görünməlidir).

3. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti.

4. Foto şəkil.

5. Butun notların skaner olunmuş surəti.

6. İştirakçılar üçün Bakı Musiqi Akademiyasının AZ82AIIB38060019440137824102 bank hesabına keçirilən 10 manat giriş ödənişinin qəbzinin surəti.
MÜSABİQƏNİN TARİXİ: 15 oktyabr – 30 oktyabr 2020.

SƏNƏD QƏBULU: 25 may – 30 sentyabr 2020.

E-mail: musicstudiobaku@hotmail.com
Yüklə 33,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin