##Bölmə: Azərbaycan ##Qrup №: 501 qiyabi ##Fənnin adı


##num= 12// level= 1// sumtest=15 // name= Tarixi dram janrı ən yeni mərhələdə xxx //



Yüklə 0,75 Mb.
səhifə10/12
tarix22.02.2020
ölçüsü0,75 Mb.
#102147
1   ...   4   5   6   7   8   9   10   11   12

##num= 12// level= 1// sumtest=15 // name= Tarixi dram janrı ən yeni mərhələdə xxx //


1. İ. Əfəndiyev “Xurşudbanu Natəvan” dramında əsərin məzmununun düzgün başa düşülməsi üçün sərlövhədən sonra hansı qeydi vermişdir?

A) Biblioqrafiyasına əlavələrlə

B) Olmuş hadisələr əsasında

C) Tarixi faktlar əsasında

D) Süjet fantaziya məhsuludur

E) Tarix dəqiq əks etdirilib

2. “Mən özüm - özümü avara - sərgərdan bir adam kimi görürəm. . . İnan ki, bunun səbəbini soruşsan, izah edə bilmərəm. Ancaq. . . elə bil ki, sən mənə məzəmmətlə baxıb soruşursan: “Heç öz xalqından xəbərin varmı? ”.

Xurşudbanu Natəvan” dramında bu sözlər hansı obrazın dilindən səslənir?



A) Xurşudbanu Natəvan

B) Knyaz Xasay xan

C) Seyid Hüseyn

D) Qafqaz canişini

E) Qoca Knyaz

3. “Xurşudbanu Natəvan” dramında “o taylı, bu taylı Azırbaycanın birləşməsi” idealını rəmzləşdirən əsas xətt hansıdır?

A) Natəvan - Seyid Hüseyn xətti

B) Natəvan - Knyaz Xasay xan xətti

C) Natəvan - Hidayət xan xətti

D) Natəvan və sənət adamları xətti

E) Natəvan və yoxsul kütlə xətti

4. “Xurşudbanu Natəvan” əsərində Seyid Hüseyn obrazına aid edilən sifətlərdən hansı doğru deyil?

1 - Şuşanın tanınmış şairlərindən biridir

2 - Təbrizlidir

3 - Şah zülmündən cana doyan bir insandır

4 - Natəvanın sarayında qulluğa götürülmüşdür

5 - Şeirdən - sənətdən başı çıxan bir adamdır

6 - Rus canişinin casusudur

A) 1, 6

B) 2, 3

C) 3, 4

D) 1, 5

E) 4, 6

5. İ. Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsərində xarakter baxımından Mir Cəfər Bağırov sürətinin davamçısı kimi götürülə bilən obrazlar hansı cərgəd düzgün verilib?

1 - Səlim Babayev, 2. Xumar, 3. Mayis, 4. Ayaz Turan , 5. Cabbar

A) 1, 2

B) 1, 3

C) 3, 4

D) 2, 5

E) 3, 5

6. Müsbət mənada bir - birini tamamlayan obrazlar hansı cərgədə verilib. ?

1 - Ayaz Turan

2 - Mir Cəfər Bağırov

3 - Cabbar

4 - Mayıs

5 - Xumar

6 - Səlim Babayev

A) 1, 3, 5

B) 2, 4, 6

C) 1, 2, 4

D) 1, 2, 3

E) 4, 5, 6

7. Əks etdirilən tarixi hadisələrin xronologiyası baxımından birinci və ikinci yeri tutan pyes hansı cərgədə verilib?

1 - “Xurşidbanu Natəvan”

2 - “Mahnı dağlarda qaldı”

3 - “Şeyx Xiyabani”

4 - “Sevgililərin cəhənnəmdə vüsalı”

5 - “Hökmdar və qızı”

A) 5, 1

B) 1, 3

C) 3, 2

D) 2, 4

E) 5, 4

8. İ. Əfəndiyevin eyni zaman kəsiyində, lakin fərqli məkanlarda cərəyan edən hadisələri əks etdirən pyesləri hansılardır?

1 - “Hökmdar və qızı”, 2. “Sevgililərin cəhənnəmdə vüsalı”, 3. “Xurşudbanu Natəvan”, 4. “Mahnı dağlarda qaldı”, 5. “Şeyx Xiyabani”

A) 5, 4

B) 1, 2

C) 2, 3

D) 3, 5

E) 4, 3

9. İ. Əfəndiyev hansı əsərində müxtəlif siyasi əqidəyə və mövqeyə malik Azərbaycan xanlarının obrazlarını yaratmışdır?

A) “Hökmdar və qızı”

B) “Xurşidbanu Natəvan”

C) “Şeyx Xiyabani”

D) “Sevgililərin cəhənnəmdə vüsalı”

E) Belə əsəri yoxdur.

10. “Gəlib torpağımızda kök salan, qalalarımızda hakim olan heç bir dövlət təzədən bizə istiqlaliyyət verməz. Ona görə də, nə rus padşahı, nə də İran şahı”. “Hökmdar və qızı” pyesində bu sözlər hansı obraza məxsusdur?

A) Cavad xana

B) İbrahim xana

C) Ağabəyim ağaya

D) Saday bəyə

E) Mir Möhsün ağa

11. Bu yazıçıların adlarını ədəbiyyata gəldikləri onilliklərə görə xronoloji ardıcıllıqla düzün.

1 - İ. Hüseynov

2 - İ. Əfəndiyev

3 - Mövlud Süleymanlı

4 - Saday Budaqlı

5 - Anar

A) 1, 2, 5, 3, 4

B) 2, 1, 5, 3, 4

C) 2, 5, 1, 4, 3

D) 5, 4, 3, 2, 1

E) 5, 4, 3, 1, 2

12. Əks etdirdiyi tarixi hadisələrin xronologiyası baxımından bu əsərlərin ardıcıllığı hansı cərgədə düzgün verilmişdir?

1 - İ. Əfəndiyev . “ Geriyə baxma, qoca ”

2 - İ. Şıxlı . “ Dəli Kür”

3 - F. Kərimzadə . “ Qarlı aşrım”

4 - İ. Şıxlı . “ Ölən dünyam”

A) 1, 2, 3, 4

B) 2, 1, 3, 4

C) 1, 2, 4, 3

D) 4, 3, 1, 2

E) 2, 1, 4, 3

13. Aşağıda adları verilən tarixi dramların əks etdirdiyi tarixi hadisələrin xronologiyasına görə düzgün göstərildiyi cərgəni tapın.

1 - B. Vahabzadə. “Fəryad”

2 - İ. Əfəndiyev. “Hökmdar və qızı”

3 - N. Həsənzadə. ”Atabəylər”

4 - N. Həsənzadə. “Pompeyin yüyüşü”

A) 4, 3, 1, 2

B) 1, 2, 3, 4

C) 1, 4, 2, 3

D) 2, 3, 4, 1

E) 1, 3, 2, 4

14. Mətləb Nağının şeir kitablarının adları hansı cərgədə düzgün göstərilmişdir?

1 - “Həsrət körpüsü”

2 - “Saçın ucun hörərlər”

3 - “Yüz il yaşamaq olmur”

4 - “Araz ağrısı”

5 - “Ocağımın işığı”

A) 2, 3

B) 1, 2

C) 3, 4

D) 4, 5

E) 2, 5

15. Şeir kitablarının adları ilə müəllifləri arasındakı uyğunluğu düzgün göstərən cərgəni müəyyən edin.

I. Mətləb Nağı

II. Əli Rza Xələfli

III. Xəlil Rza Ulutürk

IV. R. Rövşən

1 - ”Həsrət körpüsü”

2 - “Hara gedir bu dünya”

3 - “Yüz il yaşamaq olmur”

4 - “Araz ağrısı”

5 - “Davam edir 37”

6 - “Kəpənək qanadları”

7 - “Saçın ucun hörərlər”

8 - “Gedək biz olmayan yerə”

A) I – 3, 7; II – 1, 4; III – 2, 5; IV – 6, 8

B) I – 2, 3; II – 1, 6; III – 4, 5; IV – 7, 8

C) I – 3, 8; II – 4, 5; III – 2, 6; IV – 1, 7

D) I – 7, 8; II – 5, 6; III – 3, 4; IV – 1, 2

E) I – 1, 6; II – 2, 7; III – 5, 8; IV – 3, 4

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin