##Bölmə: Azərbaycan ##Qrup №: 501 qiyabi ##Fənnin adı


##num= 3// level= 1// sumtest=17 // name= xx80 - 90 - cı illərdə nəsr: Tarixi povestin mövzu dairəsi, problematikaxxx //



Yüklə 0,75 Mb.
səhifə3/12
tarix22.02.2020
ölçüsü0,75 Mb.
#102147
1   2   3   4   5   6   7   8   9   ...   12

##num= 3// level= 1// sumtest=17 // name= xx80 - 90 - cı illərdə nəsr: Tarixi povestin mövzu dairəsi, problematikaxxx //


1. Povestlərin müəllifləri və adları arasındakı düzgün uyğunluğu müəyyən edən cavab hansıdır?

I. Ə. Cəfərzadə

II. T. Hüseynov

III. İ. Məlikzadə

IV. Elçin

1 - Gecə məhkəməsinin hökmü, 2. “Cəlaliyyə”, 3. Gümüşgöl əfsanəsi, 4. Dədə palıd, 5. İmtahan, 6. Toyuğun diri qalması, 7. Dolça, 8. Torpaq, 9. Gümüşü furqon

A) I - 2; II - 1, 5, 8; III - 3, 4; IV - 6, 7, 9

B) I - 1; II - 2, 5, 6; III - 4, 7; IV - 3, 8, 9

C) I - 8; III - 1, 2, 5; III - 4, 9; IV - 3, 6, 7

D) I - 4; II - 1, 2, 5; III - 3, 6; IV - 7, 8, 9

E) I - 5; II - 4, 6, 7; III - 8, 9; IV - 1, 2, 3

2. Povestlərin mövzuları və adları arasında düzgün uyğunluğu müəyyən edən cavab hansıdır?

I. Tarixi mövzu

II. Müasir mövzu

1 - ”Dədə palıd”, 2. ”Dolça”, 3. ”Cəlaliyyə”, 4. “Labüdlük”, 5. “Kərəm meydanı”, 6. “İmtahan”, 7. “Üçatılan”, 8. “Otel otağı”, 9. “Gümüşgöl əfsanəsi”

A) I - 3, 4, 5, 7; II - 1, 2, 6, 8, 9

B) I - 1, 2, 3. 4; II - 5, 6, 7, 8, 9

C) I - 1, 2, 3, 9; II - 4, 5, 6, 7, 8

D) I - 6, 7, 8, 9; II - 1, 2, 3, 4, 5

E) I - 1, 7, 8, 9; II - 2, 3, 4, 5, 6

3. Bəşir müəllim, Əminə, Ofelya, Abdul Qafarzadə və Fərid Kazımlı - Elçinin hansı əsərlərinin qəhrəmanlarıdır? Düzgün cavab hansı cərgədə verilib?

1 - “Dolça”

2 - “Toyuğun diri qalması”

3 - “Gümüşü furqon”

4 - “Ayaqqabı”

5 - “Hotel Bristol”

6 - “Ölüm hökmü”

A) 1, 2

B) 1, 6

C) 3, 4

D) 6, 5

E) 3, 5

4. Eyni müəllifin əsərləri hansı cərgədə verilib?

1 - “Üçatılan”

2 - “Geriyə baxma, qoca”

3 - “Çaldıran döyüşü”

4 - “Köç”

5 - “Mahmud və Məryəm”

6 - “Labüdlük”

A) 3, 4

B) 1, 3

C) 3, 6

D) 1, 2

E) 4, 5

5. İ. Əfəndiyevin müasir həyat məsələlərindən bəhs edən əsərləri hansılardır?

1 - “Geriyə baxma, qoca”,

2 - “Üçatılan”, 3. “Dağlar arxasında üç dost”, 4. “Körpüsalanlar”, 5. “Söyüdlü arx”

A) 3, 4, 5

B) 1, 2, 3

C) 1, 3, 4

D) 1, 4, 2

E) 1, 2, 5

6. “Üçatılan” povestində Eyvaz dayının qızını Hacı Tanrıverdinin oğluna verməkdən boyun qaçırmasının səbəbi?

A) Varlılara yeni quruluşda yer olmadığını başa düşür

B) Hacı Tanrıverdini “şuranın düşməni” hesab edir

C) Hacı Tanrıverdini kulak hesab edir

D) Ərşadı daha layiqli namizəd hesab edir

E) Hacı Tanrıverdinin oğlunu bəyənmir

7. “. . . Ərşad üçün azadlıq ictimai nemət kimi yox, hər şeydən əvvəl, fərdi - mənəvi sərbəstlik kimi əziz və qiymətlidir”. Bu mülahizələrin müəllifi kimdir?

A) Təyyar Salamoğlu

B) Bəkir Nəbiyev

C) Akif Hüseynov

D) Vilayət Quliyev

E) Cahangir Məmmədli

8. İlk variantında povest şəklində çap olunan romanların adları hansı cərgədə düzgün verilib?

1 - “Fətəli fəthi”

2 - “Köç”

3 - “İdeal”

4 - “Səs”

5 - “Qətl günü”

6 - “Qaçaq Kərəm”

A) 1, 6

B) 1, 3

C) 3, 4

D) 5, 6

E) 2, 5

9. “Üçatılan” povestində Ərşad Sarıqacağı tutur və bir neçə səbəbdən onu buraxır. Həmin səbəblər hansı cərgədə düzgün verilib?

1 - Sarıqacaq yalvarır, Ərşadın ona yazığı gəlir.

2 - Sarıqacaq onun öz ellisi olur.

3 - Onu gülləsi qurtarmış vəziyyətdə tutur.

4 - Sarıqacaq güllə qarşısında “şax dayanır”.

5 - Ailələri arasında şəxsi ədavət var idi.

6 - Ərşadın gümünı düz çıxır, Sarıqaçaq “İran gədəsi” olur

A) 2, 3, 4, 6

B) 2, 3, 4, 5

C) 3, 4, 5, 6

D) 1, 2, 3, 4

E) 1, 2, 3, 6

10. Tədqiqatçıya görə, “varlı ata (yəni Hacı Tanrıverdi - T. S. ) bu dünyada varını qorumaq idealından başqa heç nə tanımır” və elə buna görə də “təzə quruluşa, ədalətə düşmən” çıxır. “Üçatılan” povesti haqqında bu fikir hansı tədqiqatçıya aiddir?

A) C. Məmmədov

B) Y. İsmayılov

C) V. Quliyev

D) A. Hüseynov

E) B. Nəbiyev

11. “Xam xəyaldı! Heç qardaş qardaşla bir yerdə dolana bilmir. Ayaqları yer tutan kimi ayrılıb deyirlər: səninki səndə, mənimki məndə. İndi durub bu boyda Kürdoba camaatı birləşib bir yerdə dövlət qazanacaq? ”. “Üçatılan” povestində bu sözlər hansı obrazın dilindən səslənir?

A) Eyvaz dayı

B) Hacı Tanrıverdi

C) Ərşad

D) Surxay

E) Sarıqacaq

12. “Üçatılan” povestində son nəticədə Eyvaz dayının qızı Sərvinazı Hacı Tanrıverdinin oğluna yox, Ərşada vermək qərarına gəlməsini şərtləndirən səbəblər hanslı cərgədə düzgün verilib?

1 - Hacı Tanrıverdinin var - dövlətini istismar yolu ilə qazandığına inandığı üçün.

2 - Hacı Tanrıverdinin sinfi düşmən olmasına inanması.

3 - Hacı Tanrıverdi kimi varlılara yeni quruluşda yer olmadığını başa düşməsi.

4 - Hacı Tanrıverdini əliəyri adam kimi tanıdığı üçün.

5 - Keçmişdə aralarında ədavət olduğu üçün.

6 - Hacı Tanrıverdinin “kulak” kimi damğalanması.

A) 1, 2

B) 3, 6

C) 4, 5

D) 5, 6

E) 1, 6

13. Tənqidçi A. Hüseynovun “eyni mühitin adamlarına və təxminən eyni dövrün hadisələrinə həsr olunmuş əsərlər” hesab etdiyi əsərlər hansı cərgədə düzgün verilib?

1 - “Xudafərin körpüsü”

2 - Çaldıran döyüşü

3 - “Dolça”

4 - “Otel otağı”

5 - “Geriyə baxma, qoca”

6 - “Köç”

7 - “Üçatılan”

A) 1, 2

B) 5, 7

C) 3, 4

D) 5, 6

E) 6, 7

14. Bəşir müəllim, Əminə, Ofelya - Elçinin hansı əsərinin qəhrəmanlarıdır?

A) “Dolça”

B) “Toyuğun diri qalması”

C) “Gümüşü furqon”

D) ”Ayaqqabı”

E) “Hotel Bristol”

15. Bu povestlərin çap olunduğu xronologiyanın düzgün verildiyi cərgəni göstərin.

1 - Ə. Cəfərzadə. ”Cəlaliyyə”

2 - F. Eyvazlı. “Kərəm meydanı”

3 - İ. Məlikzadə. “Dədə palıd”

4 - İ. Məlikzadə. “Dolaşaların novruz bayramı”

A) 1, 2, 3, 4

B) 3, 2, 1, 4

C) 1, 3, 4, 2

D) 1, 4, 2, 3

E) 1, 4, 3, 2

16. Bu povestlərdə əks etdirilən tarixi dövrlərin xronologiyasına görə düzgün verilən cərgəni müəyyənləşdirin.

1 - Ç. Hüseynov. “Labudlük”

2 - F. Eyvazlı. “Kərəm meydanı”

3 - Ə. Cəfərzadə. “Cəlaliyyyə”

4 - İ. Əfəndiyev. “Üçatılan”

A) 1, 2, 3, 4

B) 3, 1, 2, 4

C) 1, 2, 4, 3

D) 4, 3, 2, 1

E) 1, 4, 2, 3

17. Əks etdirdiyi zamanların yaxınlığı baxımından bir - birini tamamlayan əsərlər hansı cərgədə düzgün verilmişdir.

1 - İ. Əfəndiyev. “Üçatılan”

2 - Ə. Cəfərzadə. “Cəlaliyyyə”

3 - Ç. Hüseynov. “Labudlük”

4 - F. Eyvazlı. “Kərəm meydanı”

A) 1, 2

B) 4, 1

C) 1, 3

D) 2, 3

E) 2, 4

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin