179) «Кравченко» barokamerası hansı xəstəliklərdə əks göstərişdir?
A) Damar genişlənməsi və trofiki xoralar
B) Endarteriit
C) Endarteriitin I və II mərhələsi
D) Reyno xəstəliyi
E) Prostatit
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
180) «Кравченко» barokamerasında prosedurların təyinatını qeyd etdikdə nəyi göstərmək lazımdır?
A) İntensivliyi
B) Təsir nahiyyəsini, müalicənin əvvəlində və sonunda boşalma dərəcəsini
C) Təsir gücünü
D) Biodozanı
E) Cərəyan şiddətini
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
181) Vibrasion vannalar istifadə edilən zaman insan orqanizminə eyni zamanda hansı amillər təsir göstərir?
A) Mexaniki (su dalğalarının vibrasiyası)
B) Hidroelektrik
C) Farmakoloji
D) Aromatik
E) Kimyəvi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
182) Vibrasion vannaların tətbiqi zamanı müalicəvi təsir nə vasitəsilə həyata keçirilir?
A) Hipotalamo-hipofizar-böyrəküstü vəzi sisteminin iştirakı ilə gedən neyrohumoral reaksiyalar vasitəsilə
B) Antioksidant sistem vasitəsilə
C) Tənnəffüs sisteminin kompensator reaksiyasının yenidən qurulması vasitəsilə
D) İstilik tənzimlənməsi
E) Soyuq reaksiyası vasitəsilə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
Dostları ilə paylaş: |