21. “ Nitqin . . . . . . . . . . . . . . . kateqoriyasına məntiqi və emfatik vurğu, intonasiya və onun ünsürləri, jest və mimika, inversiya, ellipsis, antiteza, anafora, ritorik suallar və s. daxildir”. Nöqtələrin yerinə bunlardan hansı qoyulmalıdır?
A) ifadəliliyi
B) təmizliyi
C) sadəliyi
D) aydınlığı
E) dəqiqliyi
22. “Nitqi . . . . . . . . . . . . . . etmək üçün mütləq ətraflı düşünmək və fikri dəqiq, aydın ifadə etmək üçün qısa və konkret ifadə tərzi düşünmək lazımdır”. Nöqtələrin yerinə mədəni nitqin hansı tələbi qoyulmalıdır?
A) yığcam
B) aydın
C) təmiz
D) sadə
E) zəngin
23. “Nitqin . . . . . . . . . . . . . kateqoriyasına fikrin ən uyğun dil vahidləri vasitəsilə konkret ifadə olunması aiddir. Ünsiyyət prosesində mədəni nitqin bu tələbinə əməl etmək başlıca kommunikativ keyfiyyət kimi qiymətləndirilir”. Bu hansı tələbdir və nöqtələrin yerinə aşağıdakı sözlərdən hansı qoyulmalıdır?