44. Verilənlərdən biri intonasiyanın ünsürü deyil.
1 - qrammatik formalar
2 - vurğu
3 - fasilə
4 - ritm
5 - tembr
A) 1
B) 2, 5
C) 4, 5
D) 3
E) 1, 2
45. İntonasiya haqqında verilən mühakimələrdən yalnız biri düzgündür.
1 - İntonasiya latın sözü olub (intonare) “ucadan tələffüz etmək” deməkdir.
2 - İntonasiyanın ünsürləri yalnız tembr və ritmdir.
3 - İntonasiyanın məqsədlə əlaqəsi yoxdur.
4 - İntonasiya yunan sözü olub, “səs tonunun alçalması”dır.
5 - İntonasiya cümlənin formalaşmasında elə bir əhəmiyyət daşımır.
A) 1
B) 2, 5
C) 4
D) 2, 4
E) 1, 2
46. Nitqin rabitəli olması üçün tələb olunanları ardıcıllıqla düzün.
1 - Nitq məzmunca dolğun olmalıdır.
2 - Hər hansı bir məsələ barəsində danışılarkən müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır
3 - Danışan əsas və ikinci dərəcəli məsələləri bir - birindən ayırmağı bacarmalıdır
4 - Natiqin öz sözü, öz cümləsi olmalı, öz düşüncəsi, üslubu ilə danışmalıdır
Dostları ilə paylaş: |