##book id= 064//book name=Azərbaycan dili və nitq mədəniyyəti


##num= 6// level= 1// sumtest=46 // name= Düzgün nitq və norma anlayışı. Azərbaycan ədəbi dilinin normaları xxx //



Yüklə 1,18 Mb.
səhifə6/8
tarix24.02.2020
ölçüsü1,18 Mb.
#102173
1   2   3   4   5   6   7   8

##num= 6// level= 1// sumtest=46 // name= Düzgün nitq və norma anlayışı. Azərbaycan ədəbi dilinin normaları xxx //


1. Ədəbi dil nəyə deyilir?

A) ümumxalq dilinin paytaxt danışıq formasına

B) obrazlı və emosional danışığa

C) mədəni davranış qaydalarını xarakterizə edən dilə

D) ümumxalq dilinin ziyalı danışıq formasına

E) ümumxalq dilinin cilalanmış, müəyyən normalara salınmış qoluna

2. Ədəbi dilin normalarından biri səhv verilmişdir:

A) derivatoloji norma

B) onomastik norma

C) tekstoloji norma

D) morfoloji norma

E) semantik norma

3. Verilmiş fikirlərdən biri səhvdir:

A) ədəbi dilin yazılı formasının tarixi şifahi formadan daha qədimdir.

B) ədəbi dilin yazılı formasında jest və mimikadan istifadə edilmir.

C) ədəbi dilin yazılı formasında bağlayıcılara və silsilə mürəkkəb cümlələrə daha çox yer verilir.

D) ədəbi dilin yazılı formasında elmi, texniki, siyasi və digər terminlər çox olur.

E) ədəbi dilin yazılı forması hər hansı məlumatın nəsildən - nəslə keçməsində əsas rol oynayır.

4. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” ifadəsinin müəllifi kimdir?

A) C. Məmmədquluzadə

B) N. Nərimanov

C) M. F. Axundov

D) H. Cavid

E) H. Əliyev

5. “Mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində oldum. . . azərbaycanca öyrənməyə başladım. . . ” Bu fikirlərin müəllifi kimdir?

A) M. Y. Lermontov

B) A. Bestujev - Marlinski

C) A. S. Puşkin

D) A. Düma

E) L. Tolstoy

6. Verilən fikirlərdən biri yanlışdır.

A) Ümumxalq dili ədəbi dilin cilalanmış qoludur.

B) Ədəbi dil tarixi hadisədir.

C) Ədəbi dil normalara tabedir.

D) Ədəbi dil xalqın ən nümunəvi ünsiyyət vasitəsidir.

E) Norma düzgün və vahid nitq yaratmağa kömək edir.

7. Bu nitq normalarından biri yalnız şifahi ədəbi dilə aiddir.

A) orfoepik

B) orfoqrafik

C) morfoloji

D) sintaktik

E) leksik

8. “Onun çox yüksək hafizəsi var” cümləsində ədəbi dilin hansı norması pozulub?

A) morfoloji

B) sintaktik

C) leksik

D) üslubi

E) fonetik

9. Orfoqrafiya qaydalarının pozulması nəticəsində baş verən qüsurlar aşağıdakı hallarda özünü göstərir. Biri yanlış verilmişdir.

A) mürəkkəb sözlərin yazılışında

B) xüsusi isimlərinin yazılışında

C) söz və ifadələrin yerində işlədilməməsində

D) alınma sözlərin yazılışında

E) ixtisarların yazılışında

10. Tarixilik cəhətdən nitq normalarının hansında dəyişmə ləng gedir?

A) fonetik və qrammatik normalarda

B) leksik və qrammatik normalarda

C) fonetik və leksik normalarda

D) leksik normalarda

E) hamısında

11. Sözlərin birində orfoqrafik norma pozulub.

A) fosvor

B) fosfat

C) fotoatelye

D) funikulyor

E) funksional

12. Sözün mənasını yaxşı bilmək və onu düzgün işlətmək hansı nitq normasının tələbidir ?

A) fonetik

B) leksik - fonetik

C) leksik

D) morfoloji

E) qrammatik

13. “Çatışmamazlıq, görməməzlik”sözlərində hansı norma pozulub?

A) morfoloji

B) sintaktik

C) fonetik

D) leksik

E) üslubi

14. Ədəbi dilin tələffüz normalarını şifahi dil üzərində qurmağı kim irəli sürmüşdür ?

A) Ö. F. Nemanzadə

B) C. Məmmədquluzadə

C) N. Vəzirov

D) M. F. Axundov

E) Ü. Hacıbəyov

15. Məntiqi vurğu haqqında deyilmiş fikirlərdən biri düzgün deyil.

A) məntiqi vurğulu söz yalnız xəbərin əvvəlində gəlməlidir və sabit vurğudur.

B) məntiqi vurğulu söz cümlənin mənaca fərqlənən vahididir.

C) məntiqi vurğulu söz danışanın məqsədini qabarıqlaşdıran vahiddir.

D) məntiqi vurğu nitqdə məna dəqiqliyi, məqsədin anlaşılması deməkdir.

E) məntiqi vurğu cümlədə hər dəfə yeni söz üzərinə düşəndə xüsusi məna çaları əmələ gətirir.

16. Məntiqi vurğunun müəyyənləşdirilməsi üçün göstərilən qaydalardan biri yanlışdır.

A) ki ədatı ilə işlənən sözlər məntiqi vurğu tələb etmir.

B) cümlədə həmcins üzvlərin hər biri məntiqi vurğu qəbul edir.

C) umumiləşdirici sözlər məntiqi vurğu ilə deyilir.

D) xitablar məntiqi vurğulu olur.

E) xüsusiləşmələr məntiqi vurğu ilə oxunur.

17. Bunlardan biri məntiqi vurğulu sözün göstərilməsində istifadə olunan qrafik üsula aid deyil.

A) məntiqi vurğulu sözün xəbərin əvvəlinə keçirilməsi

B) fərqləndirilən sözün seyrək xətlə göstərilməsi

C) məntiqi vurğulu sözün dırnaqda göstərilməsi

D) məntiqi vurğulu sözün altından xətt çəkilməsi

E) sözün xüsusi kursivlə verilməsi

18. Məntiqi vurğunun müəyyənləşməsinə aid qaydalardan biri düzgün deyil.

A) Tərzi - hərəkət zərfləri çox vaxt məntiqi vurğulu olur.

B) Da, də bağlayıcıları ilə işlənən sözlər məntiqi vurğu ilə tələffüz olunur.

C) Sual cümlələrindəki sual əvəzlikləri məntiqi vurğulu olur.

D) Qarşılaşdırılan zidd mənalı sözlər məntiqi vurğulu olur.

E) Sual cümlələrindəki sual ədatları ilə işlənən sözlər məntiqi vurğu tələb etmir.

19. Əgər cümlədə məntiqi vurğunu göstərmək üçün qrafik və leksik vasitələr yoxdursa , məntiqi vurğulu söz hansı olur ?

A) xəbərdən əvvəlki söz

B) zərflikdən əvvəlki söz

C) mübtədadan əvvəlki söz

D) təyindən əvvəlki söz

E) tamamlıqdan əvvəlki söz

20. Bunların ikisi ədəbi tələffüzün məzmununda xüsusi əhəmiyyət daşıyır.

1 - vurğu, intonasiya

2 - vurğu, leksik məna

3 - intonasiya, tembr

4 - tembr, vurğu

5 - diksiya, leksik məna

A) 4, 5

B) 2, 5

C) 1

D) 3, 4

E) 1, 2

21. Ədəbi dilin bu normasında sözlərin məna dəqiqliyi, çoxmənalılıq, məna dəyişmələri, məna qruplarına və sairəyə dair normalar nəzərdə tutulur.

1 - semantik norma

2 - frazeoloji norma

3 - morfoloji norma

4 - fonetik norma

5 - onomastik norma

A) 1

B) 3, 5

C) 4, 5

D) 3

E) 1, 3

22. Qədim yer adlarının, qəbilə, tayfa, xalq, şəxs, dağ, dərə və s. adlarının düzgün yazılış və tələffüz formalarının sabitləşməsi bu normanın başlıca əlamətidir.

1 - onomastik norma

2 - semantik norma

3 - orfoqrafik norma

4 - sintaktik norma

5 - uslubi norma

A) 3

B) 2

C) 4, 5

D) 1

E) 1, 2

23. Əgər mədəni nitqdə “dilçilik” termini əvəzinə “lisaniyyat” işlənərsə, hansı norma pozulmuş sayılır?

1 - leksik

2 - onomastik

3 - fonetik

4 - morfoloji

5 - uslubi

A) 1

B) 2, 5

C) 4

D) 3, 4

E) 3, 5

24. “Danışıq dili” temininin dilçilikdə işlənən beş mənasından biri yanlış göstərilmişdir.

1 - yazılı ədəbi dil mənasında;

2 - şifahi ədəbi dilin funksional üslubu mənasında;

3 - şifahi ədəbi dilin qeyri - rəsmi danışıq ünsiyyəti mənasında;

4 - dialoji nitq mənasında;

5 - ümumxalq dilinin bir hissəsi mənasında.

A) 1

B) 5

C) 4

D) 2

E) 1, 2

25. Qramatik normalara aid deyil

1 - sözlərin mənaca ən dəqiq olanını işlətmək

2 - müəqqən miqdar sayından sonar tək ismin işlənməsi

3 - mübtədailə xəbərin şəxsə görə uzlaşması

4 - söz sırasının gözlənilməsi

5 - şəkilçilərin müəyyən qanunauyğunluqla düzəlməsi

A) 2

B) 1

C) 5

D) 2, 3

E) 1, 2

26. Biri lеksik nоrmаlаrа dахil dеyil:

1 - düzgün yаzı qаydаlаrı

2 - sözün sеçilib yеrində işlədilməsi

3 - yеni sözlərin işlədilməsi

4 - tеrminlərdən istifаdə

5 - аlınmа sözlərdən istifаdə

A) 1

B) 3

C) 5

D) 2, 3

E) 2

27. Vеrilənlərdən biri ədəbi dilin əlаmətlərinə аid еdilə bilməz:

1 - ədəbi dil milli dilin fоrmаlаşmаsındа hеç cür rоl оynаyа bilməz

2 - ədəbi dilin ədəbi - mədəni səciyyəliliyi оnun yüksək əlаmətlərindəndir

3 - ədəbi dil nоrmаlаşdırılmış ünsiyyət vаsitəsidir

4 - ədəbi dil tаriхən əldə оlunmuş ümummədəni nаiliyyətlərin sахlаnılmаsındа хüsusi əhəmiyyət kəsb еdir

5 - ədəbi dil şifаhi və yаzılı fоrmаlаrа mаlikdir.

A) 5

B) 2

C) 1

D) 3

E) 1, 2

28. Ədəbi dilin nоrmаlаrının müəyyənləşdirilməsində əsаs götürülən mеyаrlаrdаn biri səhvdir:

1 - könüllülük

2 - təbiilik

3 - işləklik

4 - sаbitlik

5 - zərurilik

A) 2

B) 2, 5

C) 4

D) 1

E) 1, 2

29. Vurğuya dair normalarla bağlı fikirlərdən biri yanlışdır.

1 - Azərbaycan ədəbi dilində orfoepik normalardan biri kimi vurğu sözün son hecasına düşmür

2 - alınma sözlərdən vurğunun düzgün işlədilməsi ədəbi dil normalarına daxildir

3 - dünya dillərində vurğu özünü müxtəlif şəkildə büruzə verir

4 - vurğu normalarına əməl olunması ən zəruri nitq mədəniyyəti əlamətidir

5 - alman və rus ədəbi dilinin vurğu normalarına görə vurğu sərbəstdir

A) 1

B) 5

C) 4, 5

D) 2, 4

E) 2

30. Aşağıda verilmiş fikirlərdən birini semantik normanın prinsipinə aid etmək olmaz.

1 - sözlərin və qrammatik şəkilçilərin ardıcıl işlənməsi

2 - sözlərin əsas mənadan əlavə bir neçə mənalarda işlənməsi

3 - sözlərin yeni mənada işlədilməsi

4 - hər bir söz, məfhumu dəqiq şəkildə ifadə etməlidir

5 - sözlər yeni məna kəsb edərkən mənanın daralması, genişlənməsi və dəyişməsinin baş verməsi

A) 1

B) 2

C) 5

D) 2, 4

E) 1, 3

31. Aşağıdakı fikirlərdən hansı düzgün deyil?

1 - orfoqrafik norma xalq tərəfindən müəyyən edilir

2 - orfoqrafiyada üç prinsip əsas götürülür

3 - orfoqrafik qaydalar vahiddir

4 - orfoqrafik qaydalar mümkün qədər sabit olur

5 - orfoqrafik qaydalara riayət etmək hamı üçün məcburidir

A) 1

B) 2, 3

C) 5

D) 2, 4

E) 1, 2

32. Hansı bənddə sintaktik norma pozulmayıb?

1 - Maralın təzə ot qoxusu verən nəfəsi onun nəfəsinə qarışmışdı.

2 - Dən gəzirsən saçlarımın dənində.

3 - Yol azmışam bu payızın çənində.

4 - Elə bilirsən ki, donacaq zaman.

5 - Dörd bir yana dağılmış türk soyları,

Sönmüş ocaq, köçüb getmiş boyları. . .

A) 2

B) 1

C) 5

D) 2, 4

E) 1, 2

33. Ədəbi dilin bu norması sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını, cümlə üzvlərinin qanunauyğun şəkildə sıralanmasını tələb edir. Söhbət hansı normadan gedir?

1 - sintaktik

2 - leksik

3 - onomastik

4 - fonetik

5 - orfoepik

A) 1

B) 2

C) 5

D) 2, 4

E) 1, 2

34. Üslubi norma kimi göstərilənlərdən biri yanlışdır

1 - sünilik

2 - təbiilik

3 - təmizlik

4 - axıcılıq

5 - yığcamlıq

A) 1

B) 2

C) 5

D) 2, 4

E) 1, 2

35. Bu normanın əsasını obrazlılıq, zənginlik, ifadəlilik, sadəlik, aydınlıq, ahəngdarlıq və s. nitq əlamətləri təşkil edir. Söhbət ədəbi dilin hansı normasından gedir?

1 - üslubi

2 - sintaktik

3 - morfoloji

4 - fonetik

5 - onomastik

A) 1

B) 2

C) 5

D) 2, 4

E) 1, 2

36. Ədəbi dilin normalarını ardıcıl düzün.

1 - qrammatik

2 - leksik

3 - fonetik

A) 3, 2, 1

B) 2, 1, 3

C) 1, 2, 3

D) 2, 3, 1

E) 1, 3, 2

37. Orfoqrafiyanın prinsiplərini ardıcıl düzün

1 - tarixi - ənənəvi

2 - morfoloji

3 - fonetik

A) 2, 1, 3

B) 2, 3, 1

C) 1, 2, 3

D) 3, 2, 1

E) 1, 3, 2

38. Azərbaycan dilinin lüğət tərkibinə daxil olan sözləri mənşəcə ardıcıl düzün.

1 - Ərəb - fars sözləri

2 - Rus - Avropa sözləri

3 - əsl Azərbaycan sözləri

4 - Qafqaz mənşəli sözlər

A) 2, 3, 4, 1

B) 3, 1, 2, 4

C) 1, 2, 3, 4

D) 2, 4, 3, 1

E) 4, 1, 3, 2

39. Orfoepik qaydalara aid olan prinsipləri ardıcıl düzün.

1 - qrafik

2 - morfoloji

3 - fonetik

A) 2, 3, 1

B) 3, 2, 1

C) 1, 2, 3

D) 2, 1, 3

E) 1, 3, 2

40. Tələffüz üslublarını ardıcıl düzün.

1 - kitab üslubu

2 - adi danışıq üslubu

3 - normativ üslub

A) 1, 2, 3

B) 2, 3, 1

C) 3, 1, 2

D) 2, 1, 3

E) 1, 3, 2

41. Uyğunluğu müəyyən edin

I - orfoepik qaydalar ümumxalq dilinə uyğun olmalıdır

II – canlı danışıqda bir neçə formada işlənən tələffüz variantlarından biri seçilməlidir

III – iki tələffüz şəklindən biri – orfoqrafiyada işlənən forma seçilməlidir

1 - fonetik prinsip

2 - morfoloji prinsip

3 - qrafik prinsip

A) I - 1, II - 2, III – 3

B) I - 3, II - 1, III - 2

C) I - 1, II - 3, III - 2

D) I – 3, II - 2, III - 1

E) I - 2, II - 1, III - 3

42. Verilmiş fikirləri normalara uyğun müəyyən edin:

1 - Fonemlərin tələffüzünə dair normalar, alınma sözlərin tələffüzünə dair normalar;

2 - Yeni sözlərin işlədilməsinə dair normalar, sözün seçilib yerində işlədilməsinə dair normalar;

3 - Toponimlərə dair normalar, antroponimlərə dair normalar;

4 - Məna dəqiqliyinə dair normalar, sözün yeni mənada işlənməsinə dair normalar;

5- - Sözün düzgün yazılışına dair normalar;

a- orfoqrafik normalar;

b- onomastik normalar;

c- leksik normalar;

d- semantik normalar;

e- orfoepik normalar.

A) 1 – e; 2 – c; 3 – b; 4 – d; 5 – a

B) 1 – a; 2 – d; 3 – e; 4 – b; 5 – c

C) 1 – c; 2 – a; 3 – d; 4 – b; 5 – e

D) 1 – b; 2 – e; 3 – a; 4 – c; 5 – d

E) 1 – d; 2 – b; 3 – c; 4 – a; 5 – e

43. Uyğunluğu müəyyən edin.

I – fonetik prinsip

II – morfoloji prinsip

III – tarixi - ənənəvi prinsip

1 - Sözlər eşidildiyi kimi tələffüzə uyğun yazılır

2 - Sözlərin qrammatik tərkibi əsas götürülür ki, müxtəlif tələffüz formalarından biri seçilir.

3 - Sözün vaxtilə mövcud olan yazılış şəkli saxlanılır

A) I - 3, II – 2, III - 1

B) I - 2, II – 1, III - 3

C) I – 1, II - 2, III - 3

D) I - 1, II - 3, III - 2

E) I - 3, II - 1, III - 2

44. Uyğunluğu müəyyən edin

I – iki nöqtə

II – sual işarəsi

III – nida işarəsi

1 - Cavab almaq üçün işlədilən cümlənun sonunda qoyulur

2 - Ritorik sual cümlələrinin sonunda qoyulur

3 - Ümumiləşdirici sözdən sonra qoyulur

4 - Yüksək hiss - həyəcan ifadə edən cümlələrdə qoyulur

A) I - 3, II - 1, 2, III - 4

B) I - 2, II - 1, 3, III - 4

C) I – 3, 4, II – 2, III - 1

D) I – 4, II - 1 , III - 2

E) I - 1, 2, II – 3, III – 4

45. Uyğunluğu müəyyən edin.

I – üç nöqtə

II – defis işarəsi

III – sual işarəsi

1 - mürəkəb sözlərin tərəfləri arasında işlənir

2 - əmr məzmunu ifadə etməkdən üçün

3 - sual cümlələrinin sonunda işlənir

4 - cavab tələb etmədən bədii sual cümlələrində işlənir

5 - fikrin bitmədiyini və psixoloji fasiləni göstərmək üçün

A) I – 5, II - 1, III – 3, 4

B) I - 2, II - 1, III - 4

C) I - 4, II - 3, III - 1

D) I - 2, II - 1, 3, III - 4

E) I 2, 4, II - 1, III - 3

46. Uyğunluğu müəyyən edin.

I - iki nöqtə

II - nöqtəli vergül

III - nida işarəsi

1 - bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında

2 - sadalanan sözlərdən əvvəl ümumiləşdirici söz gələrsə

3 - yüksək hiss - həyəcanla deyilən cümlələrdə

A) I - 2, II - 3, III - 1

B) I - 1, II - 2, III - 3

C) I - 3, II - 1, III - 2

D) I - 2, II - 1, III - 3

E) I - 1, II - 3, III - 2

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin