1. “Şagird beş kitablar aldı”. Cümlədə ədəbi dilin hansı norması pozulub?
A) fonetik
B) sintaktik
C) leksik
D) morfoloji
E) üslubi
2. “Yarışa sən və Əsmər getməlidir” cümləsində ədəbi dilin hansı norması pozulub?
A) leksik
B) orfoqrafik
C) sintaktik
D) üslubi
E) orfoepik
3. “Məlikməmməd bu üç almaları qızlara verdi” cümləsində ədəbi dilin hansı norması pozulub?
A) qrammatik
B) leksik
C) üslubi
D) fonetik
E) orfoepik
4. “Zülmə dözməyən ordu üsyan qaldırdılar” cümləsində ədəbi dilin hansı norması pozulub?
A) sintaktik
B) leksik
C) fonetik
D) üslubi
E) orfoepik
5. “Göynən gedən beş durnalar,
Bizim ellər yerindəmi? “ Misralarda ədəbi dilin hansı norması pozulub?
A) orfoqrafik, morfoloji
B) orfoepik
C) sintaktik
D) leksik
E) orfoqrafik
6. “İpək tora halqa salma dəmirdən,
Aydı, gündü, gəlib keçir ömürdən” (A. Alı) . Misralarda ədəbi dilin hansı norması pozulub?
A) qrammatik
B) leksik
C) orfoepik
D) üslubi
E) fonetik
7. “Yarpaqlar payızda tökülürlər” nümunəsində ədəbi dilin hansı norması pozulub?
A) leksik
B) morfoloji
C) sintaktik
D) fonetik
E) üslubi
8. Xəbər mübtəda ilə uzlaşmırsa, ədəbi dilin hansı norması pozulur?
A) sintaktik
B) morfoloji
C) fonetik
D) leksik
E) orfoqrafik
9. “Alim də, şair də, dağda çoban da
Deyirlər öz mahnısını ana dilində” nümunəsində ədəbi dilin hansı norması pozulub?
A) leksik
B) morfoloji
C) sintaktik
D) orfoepik
E) orfoqrafik
10. Qrammatik normanın pozulduğu cümlə hansıdır?
A) Gənc alim tribunaya qalxdı.
B) Şirin bir xatirə tək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
C) Sənubər kəndə, babasıgilə qonaq gəlmişdir.
D) Uşaqlar Səlim babadan çox şey öyrəndilər.
E) Kəndin qərbindəki dərin dərələr yaz gələndə göy otlarla örtülərdi.
11. “Anamın savadı - köhnə əlifba,
Anamın əsəri - mənə məktublar”. Misralarda mədəni nitqin hansı norması pozulub?
A) qrammatik
B) orfoqrafik
C) fonetik
D) leksik
E) orfoepik
12. Hansı sözdə morfoloji norma pozulub?
A) sinfimizdəki
B) acıqlandı
C) kitabxanaçının
D) yaşılllaşdırılmışdır
E) bildirki
13. “Şairim! Aç, payla söz xəzinəni,
Şeiriyyət ilhama çağırır məni” . Misralarda ədəbi dilin hansı norması pozulub?
A) sintaktik
B) morfoloji
C) fonetik
D) leksik
E) üslubi
14. Ədəbi dilin qrammatik normasının əsas tələbini göstərin.
1 - sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulması
2 - sözün mənasına bələd olmaq, onu düzgün işlətmək
3 - milli sözləri daha çox işlətmək
4 - sözü düzgün tələffüz etmək və düzgün yazmaq
5 - məhəlli, yerli sözləri nitqdə işlətmək
A) 2, 3
B) 1
C) 4
D) 2
E) 1, 2
15. Nitqdə müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə işlədilərsə, bu halda ədəbi dilin hansı pozulur ?
1 - qrammatik
2 - leksik
3 - leksik və qrammatik
4 - fonetik
5 - fonetik və leksik
A) 2, 5
B) 2
C) 4
D) 1
E) 1, 2
16. Morfoloji normanın tələbinə görə isimlərdə (adlarda) kəmiyyət şəkilçisindən sonra hansı şəkilçi gəlməlidir?
1 - mənsubiyyət
2 - hal
3 - xəbərlik
4 - şəxs
5 - heç biri
A) 1
B) 2
C) 4, 5
D) 4
E) 3
17. Ədəbi dilin bu norması sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını tələb edir. Söhbət hansı normadan gedir?
1 - qrammatik
2 - leksik
3 - onomastik
4 - fonetik
5 - orfoepik
A) 1
B) 5
C) 4, 5
D) 2, 4
E) 2
18. Ədəbi dilin üslublarını ardıcıl düzün.
1 - Bədii üslub
2 - İctimai - publisistik üslub
3 - Rəsmi üslub
4 - Elmi üslub
A) 1, 4, 2, 3
B) 2, 3, 1, 4
C) 1, 4, 2, 3
D) 1, 2, 3, 4
E) 1, 4, 3, 2
19. Söz, söz birləşməsi və cümləni ardıcıl düzün.
1 - məktəbin qabaqcıl təcrübəsi
2 - vaxtdır
3 - kömək etmək
A) 3, 1, 2
B) 2, 3, 1
C) 1, 2, 3
D) 2, 1, 3
E) 1, 3, 2
20. Fonetika, leksika, və morfologiyanın tədqiqat obyektinə daxil olanları ardıcıl seçin.
1 - nitq hissəsi
2 - söz
3 - səs
A) 3, 2, 1
B) 2, 3, 1
C) 1, 2, 3
D) 2, 1, 3
E) 1, 3, 2
21. Uyğunluğu müəyyən edin.
I – morfoloji norma
II – sintaktik norma
1 - Ədəbi dilin bu norması sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını, cümlə üzvlərinin qanunauyğun şəkildə sıralanmasını tələb edir.
2 - Bu normanın tələbinə görə fellərdə təsirlilik və növ şəkilçilərindən sonra inkarlıq şəkilçisi gəlməlidir.
3 - Bu normanın tələbinə görə miqdar sayından sonra gələn isim kəmiyyət kateqoriyasının əlamətini qəbul etmir
4 - Bu normanın tələbinə görə mürəkkəb cümlənin konstruksiyasında ikinci dərəcəli cümlə üzvləri cümlənin ortasında gəlməlidir
5 - Bu normanın tələbinə görə inkarlıq bildirən nə ədatından sonra –ma2 şəkilçisi işlənə bilməz
A) I – 2, 3, 5; II – 1, 4
B) I – 1, 3, 4; II – 2, 5
C) I – 1, 4; II – 2, 3, 5
D) I – 1, 2, 3; II – 4, 5
E) I - 3, 4, 5; II – 1, 2
22. Uyğunluğu müəyyən edin:
I – Nəzəri dilçilik bölməsi
II - Tətbiqi dilçilik bölməsi
1 – Nitq mədəniyyəti
2 - Morfologiya
3 – Lüğətçilik
4 – Leksikologiya
A) I - 2, 4, II - 1, 3
B) I - 2, II - 1
C) I - 2, 3 II - 4
D) I – 1, 4, II - 3,
E) I - 2, 4, II – 3
23. Uyğunluğu müəyyən edin:
I – Əqli çox olan adamın sözü az olar.
II - Söz sərrafı söylədi: “Söz dünyanın naxşıdır! ”