##num= 3// level= 1// sumtest=27 // name= Azərbaycan nitq mədəniyyəti fənninin obyekti, məqsədi, vəzifələri və əhəmiyyətxxx //
səhifə 3/8 tarix 24.02.2020 ölçüsü 1,18 Mb. #102173
##num= 3// level= 1// sumtest=27 // name= Azərbaycan nitq mədəniyyəti fənninin obyekti , məqsədi, vəzifələri və əhəmiyyətxxx //
1. Azərbaycan ədəbi dilinin üslublar sisteminə daxil deyil.
A) publisistik üslub.
B) elmi üslub.
C) bədii üslub
D) informativ üslub.
E) epistolyar üslub.
2. Nitqin aydın olması üçün verilən tələblərdən biri yanlışdır.
A) mətndəki mənası çətin sözləri izah etmək
B) danışılacaq mövzu ilə bağlı material və faktlar toplamaq
C) materialı sistemləşdirmək
D) məntiqi vurğulu sözü nəzərə çarpacaq dərəcədə tələffüz etməyə nail olmaq
E) adi intonasiyadan istifadə etmək
3. Bəndlərin birindəki fikir nitq mədəniyyətinin vəzifəsinə aiddir.
A) cümlənin məqsəd və intonasiyaya görə növlərini müəyyənləşdirmək
B) sözün qrammatik mənasını araşdırmaq
C) ədəbi dil normalarını tənzimləmək və qorumaq
D) sözlərin söz birləşmələrinin yaranmasındakı rolunu müəyyənləşdirmək
E) sözyaratmanın yollarını araşdırmaq
4. Bunlardan birinin konkret predmeti yoxdur.
A) Pedaqogika
B) Dilçilik
C) Məntiq
D) Psixologiya
E) Nitq mədəniyyəti
5. İdeal əlifbanın meyarları kim tərəfindən irəli sürülmüşdür?
A) A. Axundov
B) A. Reformatski
C) Boduen de Kurtene
D) F. Bopp
E) A. F. Koni
6. Biri natiqlik sənətinin tələblərinə aid deyildir.
A) mimika və jestlərdən istifadə etməmək
B) uzunçuluğa yol verməmək
C) auditoriyanın səviyyəsini nəzərə almaq
D) nitqə əvvəlcədən hazırlaşmaq
E) düzgün, dəqiq, ifadəli danışmaq
7. Bunlardan birini natiqin məharətinin beş cəhətinə aid etmək olmaz.
A) nitqin texnikası və vasitələri
B) plan tərtibi
C) materialın öyrənilməsi
D) materialın ədəbi - üslubi cəhətdən işlənməsi
E) materialın icadı
8. Təmiz nitqə aid olanları seçin.
1 - tüfeyli sözlərdən uzaqlaşmaq
2 - milli sözlərdən az istifadə etmək
3 - jarqondan istifadə etməmək
4 - ümumişlək sözlərdən istifadə etməmək
5 - luzumsuz alınmalardan uzaq olmaq
A) 3, 4
B) 2, 4
C) 1, 4
D) 2, 4, 5
E) 1, 3, 5
9. Düzgün olmayan fikirləri seçin.
1 - İntonasiya nitqin zənginliyində və emosionallığında heç bir rol oynamır.
2 - Nəfəsin düzgün tənzim olunmaması diksiyanın pozulma səbəblərindən biridir.
3 - Nitq fasiləsi məntiqi funksiya daşıya bilməz.
4 - Sual cümlələrinin bədii nitqdə işlənən, cavab tələb etməyən növü ritorik sual adlanır.
A) 2, 4, 3
B) 1, 2, 4
C) 1, 4
D) 1, 3
E) 3, 4
10. Aşağıda verilmiş cümlələrin hansında ədəbi dilin morfoloji norması pozulmuşdur.
1 - Yarpaqlar payızda tökülürlər
2 - O mənə dostumdan narazıçılığıını bildirdi.
3 - Alim də, şair də, dağda çoban da
Deyirlər öz mahnısını ana dilində
4 - Qaşın, gözün, şirin sözün
Aldı mənim canımı
5 - Bütün çatışmamazlıqları aradan qaldırmaq lazım gələcək
A) 2, 5
B) 1, 2
C) 3, 4
D) 3, 5
E) 1, 4
11. XIX əsrdə Azərbaycanda hansı praktik natiqlər yetişmişdir?
1 - M. Ş. Vazeh, M. F. Axundov
2 - Ş. İ. Xətai, M. P. Vaqif
3 - A. A. Bakıxanov, Q. B. Zakir
4 - N. Nərimanov, H. Cavid
5 - C. Məmmədquluzadə, Bəkir Çobanzadə
A) 1, 3
B) 2, 1
C) 4, 3
D) 3, 1
E) 4, 2
12. Y. V. Çəmənzəminlinin “Dil məsələsi” adlı məqaləsində dil haqqında nə yazılmışdır?
1 - Dil çirklik sevməz , zor və güc də qəbul etməz.
2 - Dil öz kökü üstə bitər, qalxar, qol - qanaq açar və bu asudəlik, təbiilik sahəsində də böylə gözəl, zərif və geniş bir halə gələr ki, hamını heyran qoyar.
3 - Bacardıqca qısa və mənalı danış.
4 - Səndən bir söz soruşmasalar demə.
5 - Məclis əhli xahiş etsə, danışa bilərsən.
A) 3, 4
B) 2, 5
C) 4, 5
D) 1, 2
E) 1, 3
13. Nitq mədəniyyətinə aid cəhətlərdən uyğun gələnini müəyyən edin:
1 - Nitq mədəniyyəti anlayışına yazı mədəniyyəti daxil deyildir.
2 - Nitq mədəniyyəti nəzəri dilçilik sahəsi olub, hər hansi bir dilin normalarını müəyyənləşdirən təcrübi tədbirlər kompleksidir.
3 - Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsidir və nitq mədəniyyəti anlayışına yazı mədəniyyəti də daxildir.
4 - Nitq mədəniyyəti ümumi mədəniyyətin tərkib hissəsi olub, dilin normalarını müəyyənləşdirən nəzəri axtarışlar kompleksidir.
5 - Azərbaycan nitq mədəniyyəti fənninin mövzusu, məqsədi, vəzifələri ilə yanaşı predmeti də vardır.
6 - Nitq mədəniyyətinin əsas tələblərindən biri də nitqin yığcamlığı və səlisliyidir.
A) 2, 3, 4
B) 1, 2, 5
C) 3, 4, 6
D) 4, 5, 6
E) 1, 2, 3
14. Nitq intonasiyasına aid olmayan elementləri seçin.
1 - testlər
2 - mətnlər
3 - yazılı nitq
4 - fasilə
5 - vurğu
A) 1, 2, 3
B) 2, 3, 5
C) 1, 2, 4
D) 2, 3
E) 1, 5
15. Nitq intonasiyasına aid olan elementləri seçin.
1 - fasilə
2 - vurğu
3 - temp
4 - melodiya
5 - arqo
6 - jarqon
A) 1, 2, 3, 4
B) 2, 3, 4, 5
C) 3, 5, 6
D) 1, 2, 3, 6
E) 1, 3, 5
16. Nitq mədəniyyətində monoloji nitqə aid olanları seçin.
1 - mühazirə
2 – nitq
3 - məlumat
4 – çıxış
5 - xəbərdarlıq
A) 1, 4
B) 2, 4, 5
C) 1, 3, 4, 2
D) 3, 4
E) 2, 4, 3
17. Nitqdə ifadəliliyi yaradan vasitələrdən yanlış olanını göstərin
1 - Hərflər
2 - İntonasiya
3 - Leksik vahidlər
4 - Frazeoloji vahidlər
5 - Ritorik suallar
A) 1
B) 2, 5
C) 4, 5
D) 3
E) 1, 2
18. Qrammatik səviyyədə obrazlılığı, emosionallığı yaradan vasitələrdən biri yanlış verilmişdir.
1 - Assonans
2 - Xitablar və nidalardan istifadə
3 - İnversiya
4 - Elliptik cümlələr
5 - Ritorik suallı cümlələr
A) 4
B) 2, 5
C) 1
D) 2, 4
E) 1, 2
19. Bunlardan biri fonetik səviyyədə nitqin ifadəliliyini artırır.
1 - Alliterasiya
2 - İnversiya
3 - Ritorik sual
4 - Ellipsis
5 - Təzad
A) 3
B) 2, 5
C) 4, 5
D) 1
E) 1, 2
20. Bunlardan biri leksik səviyyədə nitqin ifadəliliyini artıra bilməz.
1 - Assonans
2 - Sinonimlər
3 - Antonimlər
4 - Frazeoloji vahidlər
5 - Aforizmlər
A) 4
B) 2, 5
C) 1
D) 2, 4
E) 1, 2
21. Nitq mədəniyyəti fənninin əlaqəsi olduğu elm sahələrini ardıcıllıqla düzün.
1 - ədəbiyyat
2 - dilçilik
3 - pedaqogika
4 - tarix
5 - psixologiya
6 - etika
7 - estetika.
8 - fiziologiya
9 - məntiq
A) 2, 1, 5, 3, 4, 6, 7, 8, 9
B) 1, 2, 3, 4, 5, 6, 7, 8, 9
C) 3, 2, 4, 1, 5, 6, 7, 8, 9
D) 1, 2, 4, 5, 3, 6, 8, 7, 9
E) 3, 4, 1, 2, 5, 6, 7, 8, 9
22. Natiqləri yaşadığı dövrlərə görə ardıcıl düzün
1 - Aristotel
2 - Demosfen
3 - Kvintilian
4 - Sıseron
A) 1, 2, 4, 3
B) 2, 1, 3, 4
C) 4, 1, 2, 3
D) 3, 2, 1, 4
E) 2, 4, 3, 1
23. Dilçilik elminin bölmələrini ardıcıl düzün
1 - leksikologiya
2 - sintaksis
3 - morfologiya
4 - fonetika
A) 4, 1, 3, 2
B) 2, 1, 3, 4
C) 4, 1, 2, 3
D) 3, 2, 1, 4
E) 2, 4, 3, 1
24. Uyğunluğu düzgun müəyyən edin.
I – nitq mədəniyyəti
II – morfologiya
1 - Bu bölmədə dil faktı, hadisəsi yox, üsullar, qaydalar, qanunlar sistemi öyrənilir.
2 - Sözlər ümumi qrammatik xüsusiyyətlərinə görə bölünür.
3 - Nəzəri dilçilik şöbəsidir.
4 - Tətbiqi dilçilik sahəsinə daxildir.
5 - Bu bölmədə hər şeydən əvvəl, dilin fəaliyyətdə olan normalarının və kateqoriyalarının tələblərinə ciddi əməl olunur.
6 - Sintaksislə birgə qrammatikanı təşkil edir.
A) I – 3, 4, 5; II – 1, 2, 3
B) I – 2, 3, 5; II – 1, 4, 6
C) I – 1, 4, 5; II – 2, 3, 6
D) I – 1, 2, 3; II – 4, 5, 6
E) I – 3, 4, 6; II - 1, 2, 5
25. Uyğunluğu müəyyən edin:
I – Məntiqi vurğulu cümlə
II - Vurğusu ilk hecaya düşən sözlər
III – Həyəcanlı vurğu
1 – dövlət, məkan, ölkəmiz
2 – Nizami bu il yarışda iştirak etdi.
3 – məktəb, evdar, şəhərcik
4 – lider, opera, kosmos
5 – Nə gözəl.
A) I – 2, II - 4; III - 5
B) I - 2, ; II - 1, III - 5
C) I - 3; II - 4; III - 4
D) I - 4, II - 3, III - 1
E) I - 1, II - 3, 4 III - 2
26. Uyğunluğu müəyyən edin:
I – Qədim Yunan natiqləri
II - Qədim Roma natiqləri
1 – Lisiy, İsey, Demosfen, Aristotel
2 – Lomonosov, Dostoyevski
3 – Antoni Mark, Koton, Qranxi
4 – N. Gəncəvi, N. Tusi
A) I - 1, II - 4
B) I - 2, II - 1
C) I - 3; II - 4
D) I - 4, II - 3
E) I - 1, II - 3
27. Uyğunluğu müəyyən edin
I - ədəbi dildə norma meyarı
II - ədəbi dilin normaları
III - Natiqlik sənətinin növləri
1 - İctimai - siyasi, akademik məişət
2 - Fonetik, orfoepik, leksik, frazeoloji
3 - Təbiilik, işləklik
4 - Derivatoloji, qrammatik , üslubi
5 - Sabitlik, zərurilik
6 - Məhkəmə, dini
A) I - 3, 4; II - 2, 5; III - 1, 6
B) I - 1, 2; II - 3, 5; III - 4, 6
C) I - 3, 5; II - 2, 4; III - 1, 6
D) I - 2, 5; II - 1, 4; III - 3, 6
E) I - 1, 5; II - 3, 4; III - 2, 6
Dostları ilə paylaş: