##num= 8// level= 1// sumtest=56 // name= Kamil nitq. Belə nitqi xarakterizə edən amillər: nitqin dəqiqliyi, nitqin zənginliyi, nitqin aydınlığı, nitqin təmizliyi xxx //
1. Nitq mədəniyyətinin hamı üçün məcburi olan əsas şərti nədir?
A) Nitqin emosionallığı
B) Nitqin ifadəliliyi
C) Nitqin düzgünlüyü
D) Nitqin elmiliyi
E) Nitqin dəqiqliyi
2. Nitqin aydınlığı üçün tələb olunan şərtlərdən biri düzdür.
A) Mətndəki çətin sözləri öyrənmək və izah etmək
B) Yalnız adi intonasiyadan istifadə etmək
C) Sözlərin axırının tələffüz edilməməsi
D) Məhəlli sözlərə yer vermək
E) Əcnəbi sözlərin lüzumsuz işlədilməsi
3. Səthi məlumatlı, az savadlı adamların nitqində ümumi fikirlər irəli sürülür, artıq, lüzumsuz təfərrüatlara yol verilir. Bu fikirlər mədəni nitqin hansı tələbinin əksinədir ?
A) Yığcamlıq
B) Aydınlıq
C) İfadəlilik
D) Səlislik
E) Təmizlik
4. “Nitq zamanı. . . . . . pozulmasının bir səbəbi də dili yaxşı bilməmək, zəngin söz ehtiyatına sahib olmamaqdır”. Nöqtələrin yerinə bunlardan biri qoyulmalıdır.
A) aydınlığın
B) dəqiqliyin
C) yiğcamlığın
D) səlisliyin
E) ifadəliliyin
5. Aristotel ünsiyyət üçün başlıca şərt sayırdı . Nəyi ?
A) Nitqin düzgünlüyünü
B) Nitqin yığcamlığını
C) Nitqin aydınlığını
D) Nitqin dəqiqliyini
E) Nitqin təmizliyini
6. Natiq nitqin aydın olması üçün aşağıdakılara əməl etməlidir. Biri yanlışdır.
A) Auditoriya və ya müsahiblə əks əlaqənin qurulmaması
B) Qrammatik formaları düzgün və aydın tələffüz etmək
C) Məzmuna uyğun intonasiya seçmək
D) İstinad olunan mənbəni nəzərə çatdırmaq
E) Mənası çətin sözləri izah etmək
7. “Ümumiyyətlə sözünü çox qeyri - müəyyən, pis və dəhşətli söz“ adlandıraraq qeyd edir ki, “bu sözdə çox böyük səliqəsizlik və qarışıqlıq vardır”. Bu fikrin müəllifi kimdir ?
A) Stanislavski
B) Plutarx
C) Lomonosov
D) Aristotel
E) Siseron
8. Nitqdə məhəlli dialektlərə və yerli şivələrə məxsus danışıq tərzinə yol verilirsə, mədəni nitqin hansı tələbi pozulur ?
A) Təmizliyi
B) Səlisliyi
C) Dəqiqliyi
D) Aydınlığı
E) Münasibliyi
9. Nitqdə gejə (gecə) , həftiy ( aptek ) , manıt (manat ) , hancarı (necə) , anrı (o tərəfə) və s. sözlərə yer verilərsə, mədəni nitqin hansı tələbi pozulur ?
A) Təmizliyi
B) Aydınlığı
C) İfadəliliyi
D) Düzgünlüyü
E) Yığcamlığı
10. Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. Bu ifadə mədəni nitqin hansı tələbinə uyğundur ?
A) Təmizliyinə
B) Yığcamlığına
C) İfadəliliyinə
D) Münasibliyinə
E) Dəqiqliyinə
11. Nitqin təmizliyi ilə bağlı şərtlərdən biri yanlışdır.
A) Tüfeyli sözlərlə bağlı qüsurların aradan qaldırılması
B) Əcnəbi sözlərin lüzumsuz işlədilməməsi
C) Jarqon sözlərin və ifadələrin işlədilməməsi
D) Məhəlli dialekt və şivələrə yer vermək
E) Təhqiramiz ifadələrə yol verməmək
12. “. . . . . . . . nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Nöqtələrin yerinə hansı söz qoyulmalıdır ?
A) Düzgün
B) Dəqiq
C) Aydın
D) İfadəli
E) Təmiz
13. “ Tələsik söyləmə sözünü bir dəm,
Fikrini kamil de, gec olsa, nə qəm”.
Beytin müəllifi kimdir və mədəni nitqin hansı tələbi qoyulur?
A) S. Şirazi. Aydınlıq
B) N. Gəncəvi. Yığcamlıq
C) Ə. Firdovsi. Yığcamlıq
D) Ə. X. Dəhləvi. Aydınlıq
E) Ə. Nəvai . Aydınlıq
14. Biri nitqin təmizliyinə aid edilə bilməz.
A) Danışılacaq materialı əvvəlcədən hazırlamaq
B) Məhəlli sözlərə, yerli şivələrə yol verməmək
C) Əcnəbi sözlərə lüzumsuz yer verməmək
D) Tüfeyli sözləri nitqdə işlətməmək
E) Vulqar və loru sözlərə yol verməmək
15. Nitqin təmizliyi nə deməkdir?
A) Nitqdə məhəlli dialektlərə, yerli şivələrə yol verilir.
B) Ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri nitqdə işlənmir.
C) Bədii təsvir vasitələri nitqdə geniş yer tapır.
D) Əcnəbi sözlərdən gen - bol istifadə edilir.
E) Söz və ifadələr orfoqrafik normalara uyğun tələffüz edilir.
16. Tələb olunan sözü, cümləni, ifadəni tapmaq nitq mədəniyyətinin hansı şərtinə aiddir?
A) dəqiqlik
B) düzgünlük
C) ifadəlilik
D) konkretlik
E) aydınlıq
17. Fonetik, leksik, qrammatik və s. qayda - qanunlara əməl olunması nitq mədəniyyətinin hansı şərtinə aiddir?
A) düzgünlük
B) münasiblik
C) yığcamlıq
D) dəqiqlik
E) ifadəlilik
18. “Əxəvizadə, təhsili - fünuninizi əncamə yetiribsiniz, ya dübarə təkmili - nöqsan üçün darülmüəllimə övdət etməlisiniz? ” Obrazın nitqində verilən bu cür sözlərə nə deyilir və mədəni nitqin hansı tələbi pozulur?
A) Varvarizm, təmizlik
B) Dialektizm, təmizlik
C) Evfemizm, aydınlıq
D) Evfemizm, yığcamlıq
E) Tarixizm, orijinallıq
19. Nitqin aydın olması üçün verilən tələblərdən biri yanlışdır.
A) Terminlərdən, alınma söz və ifadələrdən geniş istifadə etmək
B) İstifadə olunan sözlərin hamı üçün anlaşıqlı olmasına çalışmaq
C) İntonasiyanın müxtəlif çalarlarından yerli - yerində istifadə etmək
D) Məntiqi vurğulu sözü nəzərə çarpacaq dərəcədə tələffüz etməyə nail olmaq
E) Mətndəki mənası çətin sözləri izah etmək
20. Nitqdə dialektizmlərin, jarqon, loru söz və ifadələrin, varvarizmlərin işlədilməsi mədəni nitqin hansı tələbinin əksinədir?
A) aydınlığının
B) təmizliyinin
C) yığcamlığının
D) zənginliyinin
E) münasibliyinin
21. “ Nitqin . . . . . . . . . . . . . . . kateqoriyasına məntiqi və emfatik vurğu, intonasiya və onun ünsürləri, jest və mimika, inversiya, ellipsis, antiteza, anafora, ritorik suallar və s. daxildir”. Nöqtələrin yerinə bunlardan hansı qoyulmalıdır?
A) ifadəliliyi
B) təmizliyi
C) sadəliyi
D) aydınlığı
E) dəqiqliyi
22. “Nitqi . . . . . . . . . . . . . . etmək üçün mütləq ətraflı düşünmək və fikri dəqiq, aydın ifadə etmək üçün qısa və konkret ifadə tərzi düşünmək lazımdır”. Nöqtələrin yerinə mədəni nitqin hansı tələbi qoyulmalıdır?
A) yığcam
B) aydın
C) təmiz
D) sadə
E) zəngin
23. “Nitqin . . . . . . . . . . . . . kateqoriyasına fikrin ən uyğun dil vahidləri vasitəsilə konkret ifadə olunması aiddir. Ünsiyyət prosesində mədəni nitqin bu tələbinə əməl etmək başlıca kommunikativ keyfiyyət kimi qiymətləndirilir”. Bu hansı tələbdir və nöqtələrin yerinə aşağıdakı sözlərdən hansı qoyulmalıdır?
A) dəqiqliyi
B) aydınlığı
C) sadəliyi
D) zənginliyi
E) münasibliyi
24. Nitqin bu tələbi nitq prosesində leksik, semantik, frazeoloji, qrammatik vahidlərin rəngarəng formada işlədilməsini nəzərdə tutur.
A) zənginliyi
B) aydınlığı
C) təmizliyi
D) yığcamlığı
E) orijinallığı
25. Nitqdə yersiz təkrarlar, bəsit qrammatik formaların işlədilməsi, eyni konstruksiya və formaların dalbadal verilməsi, şablon ifadə vasitələrinə müraciət edilməsi mədəni nitqi hansı tələbdən uzaqlaşdırır?
A) zənginlikdən
B) sadəlikdən
C) münasiblikdən
D) düzgünlükdən
E) aydınlıqdan
26. Nitqin düzgünlüyü haqqında verilən fikirlərdən biri yanlışdır.
A) Cümlələr məntiqi cəhətdən düzgün qurulmalıdır.
B) Yalniz qrammatik qaydalara əməl etmək kifayətdir.
C) Münasib sözlər seçilməlidir.
D) Sözlər düzgün tələffüz edilməlidir.
E) Ədəbi dilin digər normalarına da riayət etmək lazımdır.
27. Tüfeyli sözlərin nitqdə təsadüf olunması faktı mədəni nitqin hansı tələbinin pozulmasıdır ?
A) Təmizliyin
B) Düzgünlüyün
C) Münasibliyin
D) İfadəliliyin
E) Aydınlığın
28. Əgər nitqdə tez - tez “ zaddı, şeydi , adını sən de , canım sənə desin ” kimi ifadələr işlədilərsə , mədəni nitqin hansı tələbi pozulur ?
A) Nitqin təmizliyi
B) Nitqin dəqiqliyi
C) Nitqin aydınlığı
D) Münasibliyi
E) Zənginliyi
29. Nitqin aydın olması üçün verilən tələblərdən biri yanlışdır.
1 - Adi intonasiyadan istifadə etmək
2 - Danışılacaq mövzu ilə bağlı material və faktlar toplamaq
3 - Materialı sistemləşdirmək
4 - Məntiqi vurğulu sözü nəzərə çarpacaq dərəcədə tələffüz etməyə nail olmaq
5 - Mətndəki mənası çətin sözləri izah etmək
A) 2
B) 1
C) 5
D) 2, 4
E) 1, 2
30. İntonasiya qaydalarının pozulması ilə bağlı qüsurlara yol veriləndə mədəni nitqin hansı tələbi pozulur ?
1 - Düzgünlük
2 - Dəqiqlik
3 - Sadəlik
4 - Təmizlik
5 - Aydınlıq
A) 4
B) 2, 5
C) 1
D) 2, 4
E) 1, 2
31. Nitq mədəniyyətinin ən mühüm şərti nədir ?
1 - Ədəbi dilin normalarına riayət etmək
2 - Terminlərdən istifadə etmək
3 - Obrazlılıq və məcazilikdən istifadə etmək
4 - Yığcamlıq, sadəlik tələblərinə əməl etmək
5 - Nitqin ədəbi tələffüz baxımından dəqiqliyinə əməl etmək
A) 1
B) 2, 5
C) 4, 5
D) 3
E) 1, 2
32. Diksiya nədir ?
1 - Səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunmasıdır.
2 - Səsin yüksək tempidir.
3 - Səsin aşağı tonla tələffüzüdür.
4 - Səsin həyəcanlı vurğu ilə tələffüzüdür.
5 - İfadənin məntiqi vurğusudur.
A) 1
B) 2
C) 4, 5
D) 3
E) 1, 2
33. “. . . . . . . . pozulması sözlərin, ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını bir qədər çətinləşdirir. Belə nitqi dinləyən gərginlik keçirir, tez yorulur, diqqətini başqa istiqamətə yönəldir ”. Nöqtələrin yerinə hansı söz qoyulmalıdır ?
1 - Diksiyanın
2 - Orfoqrafiyanın
3 - Qrammatik qaydaların
4 - Morfoloji normaların
5 - Sintaktik normaların
A) 4
B) 2, 5
C) 1
D) 2, 4
E) 1, 2
34. Mədəni nitqə verilən tələbin bu növündə başlıca meyar danışanın və yazanın geniş söz ehtiyatına malik olmasıdır. Bu tələb hansıdır ?
1 - Zənginlik
2 - İfadəlilik
3 - Yığcamlıq
4 - Təmizlik
5 - Münasiblik
A) 1
B) 2, 5
C) 4, 5
D) 3
E) 1, 2
35. Bu amillər nitqin sadəliyini pozur. Verilənlərdən biri yanlışdır.
1 - Qrammatik və üslubi imkanlardan istifadə
2 - Sözçülük, cümləpərdazlıq
3 - Qondarma, təmtəraqlı söz və ifadələrin işlədilməsi
4 - Anlaşılmayan söz və terminlərin işlədilməsi
5 - Eyni fikrin təkrar - təkrar ifadəsi
A) 1
B) 2, 5
C) 4
D) 2, 4
E) 1, 2
36. Bəzi natiqlər nitqinə söhbətlə, atalar sözü, ibrətamiz bir əhvalatla başlayır. Bu cür nitqə nə ad vermək olar ?
1 - Orijinal
2 - Sadə
3 - Aydın
4 - Yığcam
5 - Münasib
A) 1
B) 2, 5
C) 4, 5
D) 3
E) 1, 2
37. Bu cür nitqdə fikrin ifadəsi üçün bilavasitə tələb olunan söz, ifadə, cümlə və s. tapılıb işlədilməlidir.
1 - Nitqin dəqiqliyində
2 - Nitqin sadəliyində
3 - Nitqin ifadəliliyində
4 - Nitqin aydınlığında
5 - Nitqin təmizliyində
A) 2, 4
B) 2, 5
C) 4
D) 1
E) 1, 2
38. Ritorik sual qoymaq və ya bir lətifə, gözlənilməz , qəribə bir məzhəkə danışmaqla əsl mətləbə keçmək hansı nitq formasına aiddir?
1 - Orijinal
2 - Zəngin
3 - Yığcam
4 - Münasib
5 - Sadə
A) 1
B) 2, 5
C) 4, 5
D) 3
E) 1, 2
39. “ Şəraitə uyğunluq gözlənilməzsə, nitq fikri ifadə edə bilməz ”. Söhbət nitqin hansı tələbindən gedir ?
1 - Münasiblik
2 - Aydınlıq
3 - Təmizlik
4 - Zənginlik
5 - Yığcamlıq
A) 1
B) 2, 5
C) 4
D) 2, 4
E) 1, 2
40. “Natiq yığıncaqdamı, auditoriyadamı nitq söyləyir, mühazirə oxuyur? Nəyi sübut etmək istəyir ? ” Mədəni nitqin hansı tələbi bu suallar əsasında qurulmalıdır ?
1 - Münasiblik
2 - Aydınlıq
3 - Orijinallıq
4 - Zənginlik
5 - Yığcamlıq
A) 1
B) 2, 5
C) 4, 5
D) 3
E) 1, 2
41. Natiq nitqində dinləyənin kimliyini nəzərə almırsa, onun uşaq, ağsaqqal, tələbə, alim olduğunun fərqinə varmırsa və yaxud ixtisasından, təhsilindən, savadından asılı olmayaraq, onları bərabər tutub nitq söyləyirsə, mədəni nitqin hansı tələbini pozmuş olur?
1 - Münasibliyini
2 - Aydınlığını
3 - Təmizliyini
4 - Orijinallığını
5 - Zənginliyini
A) 1
B) 2, 5
C) 4
D) 2, 4
E) 1, 2
42. Ton, vurğu, pauza nəyin elementləridir ?
1 - İntonasiyanın
2 - Sintaktik fiqurların
3 - Məqsədin
4 - Məntiqin
5 - Aforizmin
A) 1
B) 2, 5
C) 4, 5
D) 3
E) 1, 2
43. Nitqin ifadəliliyində əsas ünsürlərdən biri olan intonasiya haqqındakı fikirlərdən hansı düzgündür?
1 - İntonasiyanın əsas əlaməti dil vahidinin müxtəlif səs tempində, emosional çalarlıqda tələffüz edilməsidir.
2 - İntonasiya natiqlik sənətində əsas vasitə ola bilməz.
3 - Yalnız intonasiya vasitəsilə cümlə yarana bilməz.
4 - Cümlənin müxtəlif tiplərə ayrılmasında intonasiyanın rolu yoxdur.
5 - İntonasiya fransız sözü olub, “zəncirvari” deməkdir.
A) 1
B) 2, 5
C) 4
D) 2, 4
E) 1, 2
44. Verilənlərdən biri intonasiyanın ünsürü deyil.
1 - qrammatik formalar
2 - vurğu
3 - fasilə
4 - ritm
5 - tembr
A) 1
B) 2, 5
C) 4, 5
D) 3
E) 1, 2
45. İntonasiya haqqında verilən mühakimələrdən yalnız biri düzgündür.
1 - İntonasiya latın sözü olub (intonare) “ucadan tələffüz etmək” deməkdir.
2 - İntonasiyanın ünsürləri yalnız tembr və ritmdir.
3 - İntonasiyanın məqsədlə əlaqəsi yoxdur.
4 - İntonasiya yunan sözü olub, “səs tonunun alçalması”dır.
5 - İntonasiya cümlənin formalaşmasında elə bir əhəmiyyət daşımır.
A) 1
B) 2, 5
C) 4
D) 2, 4
E) 1, 2
46. Nitqin rabitəli olması üçün tələb olunanları ardıcıllıqla düzün.
1 - Nitq məzmunca dolğun olmalıdır.
2 - Hər hansı bir məsələ barəsində danışılarkən müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır
3 - Danışan əsas və ikinci dərəcəli məsələləri bir - birindən ayırmağı bacarmalıdır
4 - Natiqin öz sözü, öz cümləsi olmalı, öz düşüncəsi, üslubu ilə danışmalıdır
A) 1, 2, 3, 4
B) 1, 3, 2, 4
C) 4, 3, 2, 1
D) 3, 1, 2, 4
E) 1, 3, 4, 2
47. Nitqə verilən tələbləri ardıcıllıqla düzün.
1 - aydınlıq
2 - zənginlik
3 - orijinallıq
4 - təmizlik
5 - düzgünlük
6 - sadəlik
7 - yığcamlılıq
A) 1, 7, 4, 5, 2, 6, 3
B) 1, 2, 3, 4, 5, 6, 7
C) 2, 1, 3, 4, 5, 6, 7
D) 3, 2, 1, 4, 7, 6, 5
E) 7, 6, 5, 4, 3, 2, 1
48. Tabesiz mürəkkəb cümlənin məna əlaqəsinə aid olanları ardıcıl düzün.
1 - zaman
2 - bölüşdürmə
3 - ardıcıllıq
4 - aydınlaşdırma
A) 1, 4, 3, 2
B) 2, 3, 1, 4
C) 1, 4, 2, 3
D) 2, 3, 4, 1
E) 1, 3, 2, 4
49. Cümlənin məqsəd və intonasiyaya görə növlərini sintaktik tələffüz qaydaları əsasında ardıcıl düzün.
1 - nida cümlələrinin tələffüzü
2 - sual cümlələrinin tələffüzü
3 - nəqli cümlələrinin tələffüzü
A) 3, 2, 1
B) 2, 3, 1
C) 1, 2, 3
D) 2, 1, 3
E) 1, 3, 2
50. Mübtəda, tamamlıq, xəbər, təyin budaq cümlələrini ardıcıl düzün.
1 - O insan qalib gəlir ki, mübarizə aparır.
2 - Kim oxuyur, qiymət alır.
3 - Kim fəaldır, onu irəli çəkirlər.
4 - Kim bacarıqlıdır, qalib gələn odur.
A) 2, 3, 4, 1
B) 2, 3, 1, 4
C) 1, 4, 2, 3
D) 2, 4, 1, 3
E) 1, 4, 3, 2
51. Tərzi - hərəkət, təyin, zaman budaq cümlələrini ardıcıl düzün.
1 - Biz şəhərə çatmışdıq ki, yağış yağdı.
2 - Elə insan var ki, heç nəyi düşünmür.
3 - Şagird elə danışır ki, ağzından od tökülürdü.
A) 2, 3, 1
B) 2, 3, 1
C) 1, 2, 3
D) 3, 2, 1
E) 1, 3, 2
52. Sintaksisin tədqiqat obyektinə aid olanları ardıcıl düzün.
1 - mətn
2 - cümlə
3 - söz birləşməsi
A) 3, 2, 1
B) 2, 3, 1
C) 1, 2, 3
D) 2, 1, 3
E) 1, 3, 2
53. Məntiqi uyğunluğu tamamla
I – nitqin aydınlığı
II – nitqin təmizliyi
1 - Nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur.
2 - Dinləyici və oxucunun nitqi asanlıqla anlaması və başa düşməsi
3 - Həm şifahi, həm də yazılı nitqdə qrammatik qaydalara əməl etməkdir.
4 - Ədəbi dil normalarına uyğun gəlməyən dil vahidləri nitqdə işlədilməməlidir.
A) I – 2; II – 4
B) I - 2; II - 1
C) I – 1; II - 4
D) I - 4; II – 1
E) I – 3; II – 4
54. Uyğunluğu tapın.
I – F. Köçərli
II – S. P. Çexov
1 - Sözün zahiri zərif, batini lətif olmalıdır
2 - Sadə və gözəl danışmağı bacarmaq özü bir elmdir
3 - Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiq ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər
4 - Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur
A) I - 4; II – 1
B) I – 1; II – 3
C) I – 3; II – 1, 4
D) I – 2; II - 3
E) I – 4; II – 3
55. Uyğunluğu müəyyən et.
I – Ey insan, danış, səni tanıyım
II – Hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və ya ağılsız olması məlum olmur.
III – Sadə və gözəl danışmağı bacarmaq özü bir elmdir və onun xüsusi qanunları var
IV – Sözün zahiri zərif, batili lətif olmalıdır
V – Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan
1 - “Qobusnamə”
2 - Hz. Əli
3 - Sokrat
4 - Stanislavski
5 - Latın atalar sözü
A) I - 4; II – 1; III – 2; IV – 3; V – 5
B) I – 1; II – 2; III – 3; IV – 4; V – 5
C) I - 2; II – 1; III – 3; IV – 5; V – 4
D) I – 3; II – 2; III - 4; IV – 5; V - 1
E) I – 5; II – 4; III – 3; IV – 2; V – 1
56. Uyğunluğu müəyyən edin:
I – Varlığında danışıq gözəlliyi olmayan adam bu dünyada su və gil palçıq suvanmış divar sürətinə bənzəyir.
II - Bacardıqca qısa və mənalı danış, əks halda danışmasan yaxşıdır.
III – Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyatı - qəlbiyyə oyandıran bir kəlmə!
IV - Güclü hafizəyə, zəngin nitq mədəniyyətinə, qüvvəli məntiqə sahib olan bu adam!
V - Dil çirklik sevməz, zor və güc də qəbul etməz.