##book id= 166//book name=İfadəli oxudan praktikum// ##fk=107//ks=02//fn=166// sumalltest= 301


##num= 2// level= 1// sumtest=48 // name= Səs və nitq//



Yüklə 0.8 Mb.
səhifə2/7
tarix20.02.2020
ölçüsü0.8 Mb.
1   2   3   4   5   6   7

##num= 2// level= 1// sumtest=48 // name= Səs və nitq//


1. Səs haqqında verilənlərdən biri səhvdir.

A) Səsin fiziki xasəlləri ilə onun anotomik - fizioloji keyfiyyətləri arasında sıx əlaqə vardır.

B) Nitq texnikasının vacib elementlərindən biridir.

C) Səsin akustik cəhətdən xarakterizə edilməsində tembr anlayışı da var.

D) Səsin gücü səsin anplitudasından asılıdır.

E) Səslər yalnız səs tellərinin köməyiylə yaranır.

2. Bunlardan biri səsin keyfiyyətinə aid deyil.

A) Ucalıq

B) Güc

C) Səssiz oxu

D) Temp

E) Tembr

3. Bunlardan hansı səsin keyfiyyətinə aid deyil?

A) güc

B) ucalıq

C) tənəffüs

D) temp

E) tembr

4. Səsin akustik keyfiyyətinə nələr daxildir?

A) Səsin tembri, gücü, tembri

B) Səsin tonu, tembri

C) Səsin sürəti, tembri

D) Səsin gücü, tonu, tembri, sürəti

E) Səsin qalxıb, enməsi

5. Səsin heç bir gərginlik duyulmadan gücə, ucalığa, tembrə görə dəyişilməsi necə adlanır?

A) Səsin ucalığı

B) Səsin tembri

C) Səsin gücü

D) Səsin məlahətliliyi

E) Səsin mütəhərrikliyi

6. Səsdə xoşagəlməz əlavə səslərin olmaması onun hansı keyfiyyəti ilə şərtlənir?

A) Səsin tembri ilə

B) Səsin tonu ilə

C) Səsin mütəhhərikliyi ilə

D) Səsin məlahətliliyi ilə

E) Səsin ucalığı ilə

7. Səsin tempi neçə cürdür?

A) Sakit, adi, orta

B) Aramla, orta və sürətli

C) Adi, orta, uca

D) Sürətli, orta, adi

E) Sakit, orta, uca

8. Səsin tembri dedikdə nə başa düşülür?

A) Tonun əvəzlənməsi

B) Səsin rəngi, tonu

C) Onun xüsusi keyfiyyəti, səsin boyası

D) Səs tonunun qalxıb - enməsi

E) Səsin uçarlığı

9. Tembr haqqındakı fikirlərdən biri səhvdir

A) səsin tembrini səsin boyası kimi də xarakterizə edirik.

B) səslərdə həm bir əsas ton, həm də iki və ikidən artıq əlavə tonlar olur.

C) əlavə tonlar əsas tona müəyyən çalar verir, və buna səsin tembiri deyilir.

D) səsin akustik cəhətdən xarakterizə edilməsində tembr anlayışı yoxdur.

E) səslərin bir - birindən fərqləndirilməsi məhz onların tembrinə əsasən mümkün olur.

10. Səsin gücü nədən asılıdır?

A) tempdən

B) tembrdən

C) intensivlikdən

D) amplitudasından

E) fasilələrdən

11. Nitq özünü neçə formada göstərir?

A) Ədəbi, şifahi

B) Dioloji, monoloji

C) Şifahi, yazılı

D) Monoloji, şifahi

E) Dioloji, şifahi

12. Qeyri - ixtiyari tənəffüs hansı variantda düzgün göstərilmişdir?

A) Nəfəsalma - nəfəsvermə - fasilə.

B) Dərindən nəfəsalma - fasilə.

C) Nəfəsalma - fasilə - nəfəsvermə.

D) Fasilə - nəfəsalma - nəfəsvermə.

E) Nəfəsvermə - fasilə - nəfəsalma.

13. İxtiyari tənəffüs hansı variantda düzgün göstərilmişdir?

A) Nəfəsalma - fasilə - nəfəsvermə.

B) Fasilə - nəfəsalma - nəfəsvermə.

C) Dərindən nəfəsalma - fasilə.

D) Nəfəsvermə - fasilə - nəfəsalma.

E) Nəfəsvermə - fasilə.

14. Aşağıdakı fikirlərdən biri səhvdir.

A) İxtiyari tənəffüs: nəfəs alma – fasilə - nəfəs vermə şəklində cərəyan edir

B) Qeyri – ixtiyari tənəffüs: nəfəs alma – nəfəs vermə - fasilə şəklində baş verir

C) İfaçı ciyərlərini nə qədər çox hava ilə “yükləsə” oxusu bir o qədər sürəkli və rəvan olar

D) Dərindən nəfəsalma oxuya başlamazdan əvvəl və uzun fasilələrdə edilməlidir

E) Əlavə nəfəsalmalar fasilə məqamlarında edilməli və bu zaman sözlərin məna əlaqələri nəzərə alınmalıdır

15. Oxu prosesində düzgün tənəffüs etməmək nəyə səbəb olur? Biri yalnışdır.

A) İfaçının səs telləri quruyur

B) Cümlənin bütövlükdə oxunmasına kömək edir

C) İfaçının danışıq üzvləri tez yorulur

D) Dinləyicinin diqqəti yayınır

E) Fikirləri dolğunluğu ilə çatdırmağa çətinlik törədir

16. Necə cür tənəffüs var?

A) İxtiyarı, fasilə

B) Nəfəsalma, nəfəsvermə

C) Qeyri - ixtiyari və ixtiyari

D) Qeyri - ixtiyari və fasilə

E) Nəfəsalma, fasilə, nəfəsvermə

17. Qeyri - ixtiyari tənəffüsə nə daxildir?

A) Nəfəsvermə, fasilə

B) Nəfəsalma, fasilə

C) Nəfəsalma, nəfəsvermə, fasilə

D) Nəfəsalma, fasilə, nəfəsvermə

E) Nəfəsvermə, nəfəsalma, fasilə

18. İxtiyari tənəffüsə nə daxildir?

A) Nəfəsalma, fasilə

B) Nəfəsvermə, fasilə

C) Nəfəsalma - fasilə - nəfəsvermə

D) Nəfəsalma, nəfəsvermə

E) Nəfəsvermə, nəfəsalma, fasilə

19. Səhv fikri müəyyənləşdirin.

A) Səsin tempi onun xüsusi keyfiyyəti, spesifik boyası olub əsas tondan başqa əlavə tonların – obertonların eşidilməsidir

B) Səsin tempi rəqslənmənin kəsilərək, yaxud uzadılaraq davametmə müddəti ilə ölçülür

C) İfadəli oxu prosesində səsdəki dəyişmələr ifaçının istəyindən asılıdır

D) Tembr nitqdə hissin, niyyətin, emosional məzmunun öz əksini tapması ilə şərtlənir

E) Mütəhərriklik, məlahətlilik, uçarlıq səsin səciyyəvi xüsusiyyətləri sayılır

20. Səsin tempinə aşağıdakılardan hansılar aiddir?

A) Ağır, orta, sürətli

B) Yüksək, orta, alçaq

C) Güc, ucalıq, tembr

D) Ağır, orta, alçaq

E) Sürətli, alçaq, yüksək

21. Səsin ucalığı nə ilə bağlıdır?

A) Səsdə gərginliyin olmaması ilə

B) Rəqslənmənin kəsilərək yaxud uzadılaraq davam etməsi ilə

C) Tonun əvəzlənməsi, ondakı dəyişmələrlə

D) Xəşagəlməz əlavə səslərin olması ilə

E) Səsin uzunluğu, qısalığı ilə

22. Aşağıdakı fikirlərdən biri səhvdir.

A) Səsin ucalığı tonun əvəzlənməsi, ondakı dəyişmələrlə bağlıdır

B) Səs ifaçı üçün əsas ifadə vasitəsidir, o, səsin köməyi ilə əsərin emosional məna çalarlarını, sətirlərin arxasındakı niyyəti dinləyicilərə çatdırmağa nail olur

C) Güc, ucalıq, temp, tembr, səsin əsas keyfiyyətləridir

D) Səsin gücü rəqslənmənin genişlənməsində, başqa sözlə, səs dalğalarının qalxıb – düşmə nöqtələri arasındakı məsafədən asılıdır

E) Diksiya sözlərin məqamında işlədilməsi və cümlələrin düzgün qurulmasdır

23. “Nitq texnikası” anlayışına aid olan elementləri müəyyənləşdirin

A) Qeyri ixtiyari tənəffüs, ixtiyarı tənəffüs

B) Tənəffüs, səs, diksiya

C) Səs, temp, tembr

D) Səs, səsin gücü, səsin ucarlığı

E) Səsin mütəhərrikliyi, səsin məlahətliliyi, səsin uçarlığı

24. Diksiya dedikdə nə başa düşülür?

A) Səsin dəyişilməsi

B) Tonun əvəzlənməsi

C) Hər bir sait və samit səsin aydın, düzgün tələffüzü

D) Sözlərin düzgün yazılışı

E) Rəqslənmənin genişlənməsi

25. Bunlardan hansı səsin əsas keyfiyyəti kimi götürülə bilməz?

A) Güc

B) Ucalıq

C) Temp

D) Tembr

E) Diksiya

26. “Nitq texnikası” anlayışı ilə bağlı fikirlərdən biri səhvdir

A) Əlavə nəfəsalma ağızla edilir, bu, havanın ciyərlərə daha çox və sürətlə daxil olmasına imkan yaradır

B) Əlavə nəfəs cümlənin gərginlik duyulmadan, arxayınlıqla oxunub başa çatdırılması üçün lazımdır

C) Əlavə nəfəs sürətlə, nəzərə çarpmadan, eşidilmədən baş verməlidir

D) Düzgün ixtiyari tənəffüsə tədricən yiyələnmək mümkündür, bunun üçün xüsusi çalışmaları yerinə yetirməklə ardıcıl məşq etməyə ehtiyac yoxdur.

E) Dərindən nəfəsalma yalnız burunla edilməlidir

27. Hansı cavabda tənəffüs məqamları doğru göstərilmişdir?

A) Əldən (dərindən nəfəs) qalan (əlavə nəfəs) əlli il qalar

B) (Əlavə nəfəs) Əldən qalan (dərindən nəfəs) Əlli il qalar.

C) Dərindən nəfəs) Əldən qalan (əlavə nəfəs) əlli il qalar.

D) Əldən qalan (əlavə nəfəs) əlli il (dərindən nəfəs) qalar

E) Əldən (əlavə nəfəs) qalan (dərindən nəfəs) əlli il qalar

28. Tənəffüs məqamları hansı cavabda doğru göstərilmişdir?

A) Qorxaq gündə yüz (dərindən nəfəs) yol ölər, (əlavə nəfəs) igid ömründə bir yol

B) Qorxaq gündə (dərindən nəfəs) yüz, yol (əlavə nəfəs) olər, igid ömründə bir yol

C) Qorxaq gündə yüz yölər (dərindən nəfəs) igid (əlavə nəfəs) ömründə bir yol

D) (Dərindən nəfəs) Qorxaq gündə yüz yol (əlavə nəfəs) ölər, igid ömründə bir yol.

E) (Dərindən nəfəs) Qorxaq gündə yüz yol ölər, (əlavə nəfəs) igid ömründə bir yol

29. Tənəffüs məqamları hansı cavabda doğru göstərilmişdir?

A) Özgəyə quyu qazan (dərindən nəəəəfəs) özü (əlavə nəfəs) düşər

B) (Dərindən nəfəs) Özgəyə quyu qazan (əlavə nəfəs) özü düşər

C) (Dərindən nəfəs) Özgəyə quyu qazan özü (əlavə nəfəs) düşər

D) (Dərindən nəfəs) Özgəyə quyu (əlavə nəfəs) qazan özü düşər

E) Özgəyə quyu (dərindən nəfəs) qazan (əlavə nəfəs) özü düşər

30. “Nitq texnikası” anlayışı ilə bağlı fikirlərdən biri səhvdir.

Nitq texnikası” anlayışı ilə bağlı fikirlərdən biri səhvdir.



A) “Güc”, “ucalıq”, “temp”, “tembr” səsin əsas keyfiyyətləri hesab olunur

B) Nitq texnikasının elıementlərindən olan səs ifaçı üçün əsas ifadə vasitəsidir

C) İfaçı məhz səsin köməyi ilə əsərin emosional məna çalarlarını dinləyiciyə çatdırmağa nail olur

D) Səsin keyfiyyət dəyişikliyinə oxunan əsərin məzmunu təsir etmir

E) Səsin gücü rəqslənmənin genişlənməsindən, səs dalğasının qalxıb - düşmə nöqtələri arasındakı məsafədən asılıdır

31. “Nitq texnikası” anlayışı ilə bağlı fikirlərdən biri səhvdir

A) Əsas tondan başqa eşidilən əlavə tonlar - abertonlar səsin fərdiləşməsinə imkan verir

B) Temp (səsin uzunluğu, davamlığı) üç formada (ağır, orta, sürətli) təzahür edir

C) Səsin tembri onun xüsusi keyfiyyəti, spesifik boyası mənasında başa düşülməlidir

D) Tempin hansı formada olmasına oxunan əsərin məzmunu təsir etmir

E) Tembr nitqdə hissin, niyyətin, emosional məzmunun öz əksini tapması ilə şərtlənir

32. “Nitq texnikası” anlayışı ilə bağlı fikirlərdən biri səhvdir

A) Səsin mütəhərrikliyi dedikdə onun heç bir gərginlik duuylmadan gücə, ucalığa və tembrə görə fəyişmə imkanı başa düşülür

B) Səsin əsas keyfiyyətlərindən başqa əlavə keyfiyyətləri də vardır

C) Mütəhərriklik, məlahətlilik, uçarlıq, yaxşı köklənmiş səsin səciyyəvi xüsusiyyətləri hesab edilir

D) Səsin əlavə keyfiyyətlərinin ifanın məzmununa təsiri olmur

E) Səsin mütəhəərrikliyi müəyyən dərəcədə nitqin tempindəki dəyişmələrin asanlıqla başa düşülməsinə kömək edir

33. “Nitq texnikası” anlayışı ilə bağlı fikirlərdən biri səhvdir.

A) Səsin uçarlığı onun ucalığı (gurluğu) ilə bağlıdır

B) Səsin əlavə keyfiyyəti olan məlahətlilik onda xoşagəlməz səslərin - xırıltı, boğuqluq, fısıltı və s. olması ilə şərtlənir

C) Səslənmədəki saflıq, cingiltililik səsin məlahətliliyini təmin edən mühüm cəhət kimi qiymətləndirilir

D) Səsin əlavə keyfiyyəti olan uçarlıq onun səslənmə məkanını (otağı zalı və s. ) əhatə etməsi deməkdir

E) Uçarlıq səsin obyektə (dinləyiciyə) çatması üçün onun sahibinin göstərdiyi fəal, iradi səylə bağlıdır

34. “Nitq texnikası” anlayışına daxil olan elementləri müəyyən edin.

1 - Tənəffüs

2 - Fasilə

3 - Səs

4 - Ton

5 - Tembr

6 - Diksiya

A) 2, 3, 6

B) 1, 2, 5

C) 2, 4, 6

D) 3, 4, 5

E) 1, 3, 6

35. Səsin əsas keyfiyyətlərini müəyyənləşdirin.

1 - Güc

2 - Tənəffüs

3 - Diksiya

4 - Temp

5 - Fasilə

6 - Tembr

A) 2, 4, 6

B) 1, 3, 5

C) 1, 2, 6

D) 1, 4, 6

E) 3, 5, 6

36. Səsin ucalığının (tonun) hansı şəkildə əvəzləndiyini müəyyən edin.

1 - Sürətli

2 - Yüksək

3 - Ağır

4 - Məlahətli

5 - Orta

6 - Alçaq

A) 3, 4, 6

B) 1, 3, 5

C) 2, 5, 6

D) 1, 2, 5

E) 4, 5, 6

37. Səsin tembrinin hansı şəkillərdə özünü göstərdiyini müəyyən edin.

1 - Ağır

2 - Yüksək

3 - Orta

4 - Sürətli

5 - Alçaq

6 - Asta

A) 2, 3, 5

B) 1, 4, 6

C) 1, 3, 4

D) 3, 4, 5

E) 4, 5, 6

38. Səsin əlavə keyfiyyətlərini müəyyənləşdirin.

1 - Ucalıq

2 - Temp

3 - Məlahətlilik

4 - Tembr

5 - Mütəhərriklik

6 - Uçarlıq

A) 4, 5, 6

B) 1, 2, 4

C) 3, 4, 5

D) 3, 5, 6

E) 2, 4, 5

39. Səsin tembrinə aid olan cəhətləri seçin.

1 - Səsin xüsusi keyfiyyəti, spesifik boyası mənasında başa düşülməlidir

2 - Qırtlağın, ağız və burun boşluğunun quruluşundan asılı olaraq əlavə tonların eşidilməsini tembr üçün səciyyəvidir

3 - Səsin çevikliyi tembr üçün mühüm cəhət sayılır

4 - Səsdə əlavələrin – xırıltı, fısıltı və s. olmamassı tembrin mühüm cəhətlərindən sayılır

5 - Nitqdə hissin, niyyətin, emosional məzmunun öz əksini tapması tembr üçün səciyyəvidir

6 - Səslənmə məkanını səsin əhatə etməsi tembrin mühüm cəhəti kimi qiymətləndirilir

A) 1, 3, 6

B) 2, 4, 5

C) 1, 2, 5

D) 3, 4, 6

E) 4, 5, 6

40. Səsin məlahətliliyinə aid olan cəhətləri müəyyənləşdirin.

1 - Çeviklik səsin məlahətliliyi üçün mühüm cəhətdir.

2 - Səsdə xoşagəlməz əlavələrin – boğuqluq, fısıltı və s. olmaması mühüm cəhət hesab edilir.

3 - Səsin həmişə orta ucaqlıqda olması məlahətlilik üçün vacib cəhətdir

4 - Səsdəki saflıq məlahətliliyin mühüm cəhəti sayılır

5 - Səsdə əlavə tonların – obertonların eşidilməsi məlahətliliyin mühüm cəhətlərindən biri kimi dəyərləndirilir

6 - Səsdəki cingiltililik məlahətliliyin mühüm cəhəti hesab edilir

A) 1, 4, 5

B) 2, 3, 5

C) 3, 4, 6

D) 2, 4, 6

E) 4, 5, 6

41. Səsin mütəhərrikliyinə aid olan cəhətləri müəyyənləşdirin.

1 - Səsin heç bir gərginlik duyulmadan dəyişilməsi mütəhərrikliyin mühüm cəhəti sayılır

2 - Səsin gücə, ucalığa və tembrə görə dəyişilmə imkanı mühüm cəhətlərdən biridir

3 - Səsin səslənmə məkanını tutması mütəhərrikliyin mühüm cəhəti sayılır

4 - Səsdə, ağır tempin olması onun mütəhərrikliyinin mühüm göstəricisi kimi qiymətləndirilir

5 - Əsas tondan başqa əlavə tonların olması səsin mütəhərrikliyinin göstəricisi kimi qiymətləndirilir6 - Müetəhərrikliyin müəyyən dərəcədə nitqin tempindəki dəyişmələrin asanlıqla başa gəlməsinə kömək etməsi onun mühüm cəhətlərindən biri sayılır

A) 3, 4, 6

B) 2, 3, 5

C) 1, 2, 6

D) 1, 3, 5

E) 3, 5, 6

42. Səsin uçarlığına aid olan cəhətləri müəyyənləşdjrin.

1 - Səsin səslənmə məkanını (otağı, zalı və s. ) əhatə edə bilməsi uçarlığın mühüm cəhəti kimi qiymətləndirilir

2 - Səsin tempindəki sürət onun uçarlığının mühüm cəhəti sayılır

3 - Səsin obyektə (dinləyiciyə) çatması üçün onun sahibinin göstərdiyi fəal, iradi səy uçarlığın mühüm cəhətlərindən biri kimi dəyərləndirilir

4 - Səsin ucalığı uçarlığın mühüm cəhətlərindən sayılır

5 - İfaçını dinləyicidən ayıran məsafənin nəzərə alınması və bundan çıxış edilməsi uçarlığın bir mühüm cəhəti rəqslənmənin genişlənməsi ilə əlaqədardır

A) 4, 5, 6

B) 1, 2, 6

C) 2, 3, 5

D) 1, 3, 5

E) 3, 4, 5

43. Əsərin məzmununun çatdırılması şərtlərinin ardıcıllığı hansıdır?

1 - İfaçının nitqi düzgün və dəqiq olmalıdır

2 - İfaçı mətnin məzmununu dərindən bilməlidir

3 - Əsərin növü, janrı barədə ifaçıda aydın təsəvvür olmalıdır

4 - Müəllifin fikri dəqiq və aydın çatdırılmalıdır

5 - Emosional - obrazlı ifadəliliyə nail olunmalıdır

6 - İfaçıda əsərin məzmununa uyğun ovqat olmalıdır

A) 2, 4, 6

B) 1, 4, 5

C) 1, 3, 5

D) 3, 4, 6

E) 2, 5, 6

44. Danışıq səslərinin yaranma ardıcıllığı hansıdır?

1 - Ağ ciyərlərdən buraxılan hava axını bronxlardan, nəfəs borusundan keçərək qırtlağa gəlir

2 - Burun boşluğu danışıq səsinin formalaşmasında mühüm rol oynayır

3 - Hava axını qırtlaqdakı səs tellərini rəqləndirir, səs dalğası yaradır

4 - Sərt və yumşaq damaq səslərin yaranmasında əhəmiyyətli rol oynayır

5 - Səs dalğası udlaq boşluğundan keçərək ağız və burun boşluqlarında müxtəlif səslərin formalaşması üçün əsas olur

6 - Dilçək, nəfəs borusu danışıq səslərinin formalaşmasında son, həlledici işi yerinə yetirir

A) 4, 5, 6

B) 1, 2, 6

C) 2, 4, 5

D) 1, 3, 5

E) 3, 4, 5

45. Nitq texnikasına yiyələnməyin ardıcıllığı hansıdır?

1 - Dəqiq və məntiqi nitqə yiyələnmək vacibdir

2 - Düzgün tənəffüsə yiyələnmək zəruridir

3 - Əsərin məzmununu mükəmməl mənimsəmək lazımdır

4 - Əsərin ideyasını aydın təsəvvür etmək vacibdir

5 - Səsin keyfiyyəti barədə təsəvvürə malik olmaq, idarəolunması bacarığına nail olmaq lazımdır

6 - Danışıq səslərinin aydın, düzgün tələffüzünə nail olmaq vacibdir

A) 1, 3, 5

B) 2, 4, 6

C) 3, 5, 6

D) 2, 5, 6

E) 1, 2, 5

46. İfadəli oxuda düzgün tənəffüsün reallaşdırılması ardıcıllığı hansıdır?

1 - Səsi idarə etmək, eləcə də onun saflığı, ürəyəyatımlılığı, dəyişmələri düzgün tənəffüsdən asılıdır

2 - Oxuya başlayarkən dərindən və sürətlə nəfəs alınır, hava ciyərlərdə azca ləngidilir və sözlərin tələffüzünü təmin edən aramla nəfəsvermə baş verir

3 - Adi tənəffüs orqanizmin tələbatı əsasında və sərbəst tənzimlənməklə baş verir

4 - Dərindən nəfəsalma oxuya başlamazdan əvvəl və uzun fasilədə edilməlidir

5 - Danışıq və oxu prosesindəki tənəfüz adi fizioloji tənəffüsdən fərqlənir

6 - Bir çox hallarda (xüsusən, uzun cümlələrin oxusunda) əlavə nəfəsalmaya ehtiyac duyulur

A) 4, 5, 6

B) 2, 3, 5

C) 3, 4, 6

D) 2, 4, 6

E) 1, 2, 4

47. Səsin əsas keyfiyyətləri və komponentləri arasında uyğunluğu müəyyən edin.

I– Güc

II– Ucalıq

III– Temp

IV - Tembr

1 - Rəqslənmənin genişlənməsindən asılıdır

2 - Yüksəlmə xətti üzrə hərəkəti onun diapozunun inkişaf etdirilməsi nəticəsində mümkün olur

3 - Ağır, orta, sürətli olmaqla üç şəkildə təzahür edir

4 - Əlavə tonların – obertonların hesabına fərqlənir

5 - Səs dalğasının qalxıb - düşmə nöqtələri arasındakı məsafədən asılıdır

6 - Yüksək, orta, alçaq olmaqla fərqləndirilir

7 - Rəqslənmənin kəsilərək, yaxud uzadılaraq davametmə müddəti ilə ölçülür

8 - Səsin xüsusi keyfiyyəti, spesifik faydası mənasında başa düşüıür

9 - Destibillə ölçülür

10 - Tonun əvəzlənməsi, ondakı dəyişmələrlə bağldır

11 - Ondakı dəyişmələrin asanlıqla başa gəlməsinə mütəhərriklikdə kömək edir

12 - Nitqdə hissin, niyyətin, emosional məzmunun öz əksini tapması ilə şərtlənir

A) I - 1, 6, 11; II - 2, 7, 12; III - 3, 6, 11; IV - 1, 2, 7

B) I - 2, 4, 7; II - 3, 6, 12; III - 4, 7, 11; IV - 1, 3, 12

C) I - 1, 5, 9; II - 2, 6, 9; III - 3, 7, 11; IV - 4, 8, 12

D) I - 2, 4, 7; II - 1, 4, 9; III - 3, 5, 11; IV - 1, 4, 9

E) I - 1, 6, 11; II - 2, 5, 9; III - 1, 5, 11; IV - 2, 6, 12

48. Səsin keyfiyyətləri və komponentləri arasındakı uyğunluğu müəyyən edin.

I - Mütəhərriklik

II - Məlahətlilik

III_ Uçarlıq

IV - Temp

1 - Səsdə fısıltı, tın - tınlıq və s. olmaması ilə şərtlənir

2 - Səsin heç bir gərginlik duyulmadan cərəyan etməsidir

3 - Ağır, orta, sürətli olmaaqla üç şəkildə təzahür edir

4 - Səsin səslənmə məkanını əhatə edə bilməsidir

5 - Səsin gücə, ucalığa görə dəyişmə imkanıdır

6 - Səsin obyektə çatması üçün onun sahibinin göstərdiyi fəal, iradi səydir

7 - Səsdəki saflıq mühüm şərtdir

8 - Rəqslənmənin kəsilərəl, yaxud uzadılaraq davametmə müddəti ilə ölçülür

9 - Ondakı dəyişmələrin asanlıqla başa gəlməsinə mütəhərriklik də kömək edir

10 - Səsin heç bir dəyişiklik duyulmadan tembrə görə dəyişmə imkanıdır

11 - Səsin bu keyfiyyəti onun ucalığı (gurluğu) ilə bağlı deyildir

12 - Səsdəki cingiltililik mühüm şərtdir

A) I - 1, 4, 11; II - 2, 5, 9; ; III - 3, 6, 11; IV - 2, 4, 8

B) I - 2, 5, 10; ; II - 1, 7, 12; III - 4, 6, 11; IV - 3, 8, 9

C) I - 2, 5, 9; II - 3, 8, 11; III - 1, 6, 12; IV - 3, 9, 12

D) I - 1, 3, 7; II - 2, 6, 12; III - 2, 9, 11; IV - 4, 6, 11

E) I - 4, 7, 11; II - 3, 6, 12; III - 3, 6, 9; IV - 5, 7, 12



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə