##book id= 166//book name=İfadəli oxudan praktikum// ##fk=107//ks=02//fn=166// sumalltest= 301


##num= 4// level= 1// sumtest=36 // name= Oxu sənətinin əsasları //



Yüklə 0,8 Mb.
səhifə5/7
tarix20.02.2020
ölçüsü0,8 Mb.
#102129
1   2   3   4   5   6   7

##num= 4// level= 1// sumtest=36 // name= Oxu sənətinin əsasları //


1. «Ünsiyyət” anlayışı ilə bağlı fikirlərdən biri səhvdir.

A) Ünsiyyət ifaçı ilə dinləyici arasında daxili əlaqə və qarşılıqlı təsir şəklində özünü göstərir

B) Sözün təsirinin ardıcıl olması, bütöv, tam proses kimi baş verməsi, təzahür etməsi ünsiyyətin yaranmasında əhəmiyyətli rol oynayır

C) Həqiqi ünsiyyətin yaranmasına başlıca səbəb dinlədiklərinə dinləyicilərin ciddi maraq göstərməsidir

D) Əsəri dinləyici üçün oxuyan ifaçı bütün bacarığını bir məqsəd – dinləyicini əsərdəki həyatla yaşamağa sövq etmək üçün səfərbər edir və bu da ünsiyyətin yaranmasına səbəb olur

E) Ünsiyyətin birbaşa dinləyicilərə müraciət, təsəvvürdə tutulan təsəvvür edilən) dinləyiciyə müraciət, bilavasitə (dolayısı ilə) dinləyicilərə müraciət olmaqla üç növü var

2. “Ünsiyyət” anlayışı ilə bağlı fikirlərdən biri səhvdir

A) İfaçının birbaşa auditoriyaya (dinləyicilərə) müraciət etməsi, gözlərini dinləyicilərin gözlərinə zilləməsi hələ ünsiyyətin yaranması deyil

B) Əsəri oxuyarkən keçirdiyi hissləri, həyəcanı, eləcə də təsəvvür etdiklərini dinləyicilərə təlqin etmək niyyətini bir an da olsun unutmayan ifaçı ünsiyyət yaratmaqda çətinlik çəkmir

C) Dinləyicilərlə ünsiyyət yaradan ifaçı fasilələrə - məntiqi, psixoloji və s. verməməlidir

D) İfaçı dinləyicilərə baxıb - baxmamasından, bilavasitə müraciət edib - etməməsindən asılı olmayaraq onlarla daxili əlaqə - ünsiyyət yarada bilər

E) Ünsiyyətin növlərinin arasına sipər çəkmək olmaz; müəyyən bir əsərin ifasında ünsiyyət müxtəlif növləri özünü göstərə bilər

3. Birbaşa ünsiyyət kimə ünvanlanır?

A) yazıçıya

B) şairə

C) dinləyiciyə (auditoriyaya)

D) aktyora

E) müəllimə

4. Stanislavski sistemi dedikdə nə başa düşülür ?

A) Dinləyicilərlə ünsiyyət yaratmaq

B) Əsərlə tanışliq

C) Təhkiyyəçi obrazını müəyyən etmək

D) Səhnə yaradıcılığı və metodologiyası

E) Müəllifin mövqeyini olduğu kimi çatdırmaq

5. Stanislavski sisteminə aid olmayan cərgəni göstərin

A) Tamaşaçılara fəal təsir göstərilməsi

B) Səhnədə həyat həqiqətlərinin təsdiq olunması

C) Əsərdəkilərin aydın təsvir olunması

D) Mətnin emosional qavranılması

E) əsərin oxusunda emosional həyəcanlanmaya, lirik qəhrəmanın düşüncə aləminə dərindən nüfüz etmək

6. Stanislavski sisteminin məğzi nədən ibarətdir?

A) Mətnin emosional qavranılması

B) Mətnin aydın təsəvvür edilməsi

C) Əsərin düzgün səsləndirilməsi

D) Əsərin məzmununa dərindən bələd olmaq

E) Onun elmi cəhətdən əsaslandığı təlim - səhnə yaradıcılığı və metodologiyası

7. Stanislavski sistemi başlıca cəhətləri nədir?

A) Səhnədə canlı ifa tərzi

B) Əsərin aydın təsəvvür edilməsi

C) Mətnin yaradıcılıqla, mənimsənilməsini və onun səslənən sözdə canlı ifadə edilməsi

D) mətnin emosional oxunması

E) Müəllif niyyətinin çatdırılması

8. Bədii oxu sənətinin nəzəri əsasını hansı sistem təşkil edir?

A) Uşinski sistemi

B) Stanislavski sistemi

C) Zakuşnyak sistemi

D) Makeronko sistemi

E) Aristotel sistemi

9. Stanislavski sisteminin ən mühüm estetik tələbi nədir ?

A) Məntiqi ifadəlilik

B) İntonasiyaya fikir vermək

C) ) Fikir və iradənin qırılmaz vəhdəti

D) Əsl bədii həqiqət axtarışı

E) Dəqiq və düzgün nitq bacarığı

10. Aşağıdakı fikirlərdən biri yanlışdır

A) İntonasiya oxunun (eləcə də nitqin) başlıca ifadəlilik vasitəsidir

B) İntonasiya dinləyicinin təxəyyülünü ayıltmalı, bununla da mətnlərdəkilərin parlaq təsəvvürünə imkan yaratmalıdır

C) Təbii, səmimi intonasiyanın yaranması, başlıca olaraq, əsərin forma xüsusiyyətlərindən asılıdır D) İntonasiya danışanın niyyətindən, çatdırmaq istədiyi fikri ifadə etmək üçün göstərdiyi səydən asılıdır

E) İntonasiya əsərin məzmununun açılmasında, daxili mənasının başa düşülməsində mühüm rol oynayır

11. Əsərin mətnaltı mənasının çatdırılmasında bunlardan hansı mühüm rol oynayır?

A) Ünsiyyət

B) İntonasiya

C) Xüsusi təhlil

D) Məntiqi vurğu

E) Qafiyə

12. Təsəvvürlə bağlı fikirlərdən biri səhvdir

A) Əsərdə əks olunanların obrazlı təsəvvür edilməsi oxucu - ifaçı üçün çətin deyildir

B) Təsəvvürün yaranması üçün mənbə əsərin sözləridir

C) İfaçının təsəvürü əsərdəki təsvirlərə uyğun gəlməlidir

D) Oxucu təsəvvürü mətndən kənara da çıxa bilər

E) Əsərdəkilərin təsəvvür edilməsi heç də həmişə lazımi emosionalllığın baş qaldırmasına səbəb olmur

13. Aşağıdakı fikirlərdən biri səhvdir

A) İfaçı əsərin məzmununa uyğun rəssamlıq əsərlərini, bədii filmlərdəki epizodları xatırlamaqla təsəvvürün konkretləşməsinə və zənginləşməsinə nail ola bilər

B) İfaçının öz fantaziyasını işə fəal qoşması əsərdəkilərin aydın təsəvvür edilməsinə əhəmiyyətli dərəcədə kömək edir

C) Əsərdəki təsvirə uyğun gələn şəxsi təəssüratın xatırlanması təsəvvür üzrə işin səmərəliliyinə mənfi təsir göstərir

D) Təsəvvürün aydınlığı, dəqiqliyi, mükəmməl olması oxunan mətnə emosional münasibətin yaranması üçün zəmin olur

E) Əsərdəki əhvalatların, hadisə və obrazların ifaçıya yaxın və aydın olanlarla əvəz edilməsi təsəvvürün işini xeyli asanlaşdırır

14. Təsəvvürlə bağlı fikirlərdən biri səhvdir

A) Təsəvvürün yaranması üçün mənbə əsərin sözləridir, ifaçının təsəvvürü əsərdəki təsvirlərə uyğun gəlməlidir

B) Əsərdə əks olunan həyatın obrazlı təsəvvür edilməsi asanlıqla başa gəlmir

C) Dolğun təsəvvür o deməkdir ki, əsərdəki həyat necə varsa, o şəkildə, yəni bütün çoxcəhətliliyi ilə xəyalda canlandırılır

D) Təsəvvürün yaranması üçün mənbə ifaçının həyat təcrübəsidir

E) Təsəvvürün aydınlığı, dəqiqliyi mükəmməl olması oxunan mətnə emosional münasibətin yaranması üçün zəmin olur

15. Fikirlərdən biri yanlışdır.

A) Fikir, hiss və iradənin vəhdətində təzahür etməyən oxu əsas funksiyasını – ünsiyyəti yerinə yetirmir

B) İnsanın praktik (gündəlik) nitqində fikir, hiss və iradənin vəhdəti qanunauyğun psixoloji proseslərin nəticəsi kimi özünü göstərirsə, oxuda bu vəhdət həmişə təzahür etmir

C) Özgənin – müəllifin sözlərini ifaçı dərk etmədən də oxuya bilər və bu prosesdə onun fikir, hiss və iradəsi vəhdətdə təzahür etmir

D) İstər praktik (gündəlik, həyati) nitqdə, istərsə də oxu prosesində insanın fikir, hiss və iradəsi vəhdətdə təzahür edir

E) Oxu danışıqdan (adi ünsiyyətdən) fərqləndiyinə görə oxuda fikrin və emosional – iradi meylin təzahürünə nail olmaq üçün müəyyən bacarıqların qazanılması vacibdir

16. “İfaçı əsərin ideya - bədii mahiyyətini necə başa düşübsə, dinləyicilərə də onu çatdırır” fikri ilə bağlı yanlış cavabı müəyyənləşdirin

A) Hər ifaçının ədəbi qəhrəmanları, müəllifin mövqeyini və məramını özünün başa düşdüyü kimi çatdırması təbiidir

B) Bu səhv fikirdir, çünki ifalarda müxtəlifliyin yaranmasına səbəb olar

C) Bu təbiidir, çünki hər bir ifaçı əsərdə təsvir olunanları, onların mahiyyətini öz imkanı daxilində dərk edir

D) Müxtəlifliyin olması labüddür, çünki ifa hər bir oxucunun şəxsi, fərdi xüsusiyyətləri, mədəni səviyyəsi ilə şərtlənir

E) Əsərin əsas məğzi, ümumi istiqaməti təhrif olunmadan müxtəlifliyə yol verilməsi doğrudur

17. “Təhkiyəçi obrazı” anlayışı ilə bağlı fikirlərdən biri səhvdir

A) İfa olunan əsərdəki bütün hadisələr təhkiyəçi obrazının dilindən açılır, onun mövqeyindən şərh edilir

B) Əsərin (mətnin) məzmununun mükəmməl öyrənilməsi təhkiyəçi obrazının düzgün başa düşülməsinə imkan verir

C) İfaçının təhkiyəçi obrazı üzərində işi əsərin formasından asılıdır

D) Əsərin ideya - bədii təhlilinin mükəmməl aparılması təhkiyəçi obrazının düzgün başa düşülməsini təmin edir

E) İfaçının oxunan əsərə münasibəti, müəllifin şəxsiyyətini və yaradıcılıq fərdiliyini subyektiv qavraması təhkiyəçi obrazının müəyyənləşməsini təmin edir

18. Oxuda ifaçının fikrinin, hissinin və iradəsinin təzahür etməsini təmin edən şərt hansıdır?

A) Əsərdə təsvir olunan fakt və hadisələrin, müəllifin niyyətinin doğru - dürüst çatdırılması oxuda fikrin, hissin, iradənin təzahür etməsini təmin edir

B) Əsərdəki əhvalat və hadisələrin ifaçının şəxsi təəssüratı ilə dolğunlaşması və onun yaşantılarını dinləyicilərə çatdırmaq səyi oxuda fikrinin, hissinin, iradəsinin təzahür etməsini təmin edir

C) Əsərdəki fakt və hadisələrin, ədəbi qəhrəmanların mövqeyinin, yazıçı niyyətinin başa düşülməsi oxuda fikrin, hissin, iradənin təzahür etməsini təmin edir

D) Əsərdə təsvir olunanlara ifaçının şəxsi münasibətinin yaranması oxuda fikrin, hissin və iradənin təzahür etməsini təmin edir

E) Müəllifin fikrinin başa düşülməsi və əsərdə əks eilmiş həyatın obrazlı təsəvvürünün müşayiəti ilə dəqiq çatdırılması oxuda ifaçının fikrinin, hissinin və iradəsinin təzahür etməsini təmin edir

19. “Emosional - obrazlı ifadəlilik” anlayışının mahiyyəti cavabların hansında əhatəli açıqlanmışdır?

A) Ədəbi qəhrəmanların hiss və həyəcanlarını və müəllifin onlara münasibətini səslənən sözdə ifadə etmək emosional - obrazlı ifadəliliyin məğzini təşkil edir

B) Bədii obrazları səslənən sözdə fərdi - konkret formalarının və ideya - emosional məzmunlarının vəhdətində canlandırmaq (ifadə etmək) emosional - obrazlı ifadəlilik adlanır

C) Emosional - obrazlı ifadəlilik əsərdə əksini tapan müəllif niyyətinin dinləyiciyə əhatəli çatdırılmasıdır

D) İfaçının bədii mətndən təsirlənməsi və keçirdiyi hissləri dinləyicilərə çatdırmaq səyi emosional - obrazlı ifadəliliyin mahiyyətini təşkil edir

E) Mətnin məzmunu, ideyası, yazıçı - sənətkarlığı barədə dinləyicilərdə dolğun təsəvvürün yaradılması emosional - obrazlı ifadəlilik adlanır

20. Emosional - obrazlı ifadəliliyin vasitələri ilə bağlı fikirlərdən biri yanlışdır.

A) Əsərdəki mətnaltı mənaların müəyyənləşdirilməsi və doğru - dürüst çatdırılması emosional - obrazlı ifadəliliyin vasitələrindən biridir

B) Məntiqi vurğulu sözlərin düzgün müəyənləşdirilməsi və ifa prosesində fərqləndirilməsi emosional - obrazlı ifadəliliyi təmin edən mühüm vasitədir

C) Emosional - obrazlı ifadəliliyin mühüm vasitələrdən biri əsərdə əks olunan həyatın obrazlı təsəvvür edilməsidir

D) İfa prosesində sözün təsirinə nail olunması emosional obrazlı ifadəliliyin vasitələrindən sayılır

E) İfaçı ilə dinləyici arasında daxili əlaqə və qarşılıqlı təsir şəklində özünü göstərən ünsiyət emosional - obrazlı ifadəliliyin vasitələrindən hesab olunur



21. Aşağıdakı fikirlərdən biri səhvdir.

A) Məntiqi ifadəliliklə emosional - obrazlı ifadəliliyin ayrı - ayrılıqda nəzərdən keçirilməsi oxu sənətinin mahiyyətinin başa düşülməsi üçün lazımdır.

B) Emosional - obrazlı ifadəlilik məntiqi ifadəliliyin əlavəsi kimi qiymətləndirilə bilməz

C) Məntiqi ifadəlilik və emosional - obrazlı ifadəlilik bir - biri ilə qırılmaz əlaqədə olub, nitqin təbiəti və bədii ədəbiyyatın spesifikliyi ilə şərtlənir

D) Oxuda məntiqi ifadəliliyin tələbləri əsasdır, aparıcıdır, emosional - obrazlı ifadəlilik ona əlavə kimi dəyərləndirilməlidir

E) Əsərdə təsvvir olunanların aydın təsəvvür edilməsi, təsvirlərdəki fakt və haisələrin başa düşülməsi və onlara fəal münasibəti yaranması emosional - obrazlı ifadəliliyin mühüm əlamətidir.



22. Oxuda ifaçının fikrinin, hissinin və iradəsinin təzahür etməsini təmin edən şərt hansıdır?

A) Müəllifin fikrinin başa düşülməsi və əsərdə əks edilmiş həyatın obrazlı təsəvvürünün müşayiəti ilə dəqiq çatdırılması oxuda ifaçının fikrinin, hissinin və iradəsinin təzahür etməsini təmin edir.

B) Əsərdəki əhvalat və hadisələrin ifaçının şəxsi təəssüratı ilə dolğunlaşması və onun yaşantılarını dinləyicilərə çatdırmaq səyi oxuda fikrinin, hissinin, iradəsinin təzahür etməsini təmin edir

C) Müəllifin fikrinin başa düşülməsi və əsərdə əks edilmiş həyatın obrazlı təsəvvürünün müşayiəti ilədəqiq çatdırılması oxuda ifaçının fikrinin, hissinin və iradəsinin təzahür etməsini təmin edir

D) Əsərdəki fakt və hadisələrin, ədəbi qəhrəmanların mövqeyinin, yazıçı niyyətinin başa düşülməsi oxuda fikrin, hisin, iradənin təzahür etməsini təmin edir

E) Əsərdə təsvir olunaanlara ifaçının şəxsi münasibətinin yaarnması oxuda fikrin, hissin və iradənin təzahür etməsini təmin edir

23. “Mətnaltı məna” anlayışı ilə bağlı fikirlərdən biri səhvdir.

A) Əsərdəki cümlənin, parçanın mətnaltı mənasını müəyyənləşdirmək üçün mətnin bütövlükdə məzmunu, məğzi mütləq nəzərə alınmalıdır

B) Mətnin məğzinin, daxili mahiyyətinin – mətnaltı mənanın aşkara çıxarılıb çatdırılması oxu sənətinin mühüm tələblərindəndir

C) Bədii əsərlərin mətnaltı mənalarının müəyyənləşiirlməsində fərqli mövqelər olmamalıdır

D) İfa prosesində mətnaltı mənanın çatdırılması, mənimsədiyi müəllif fikrini qiraətçinin dəqiq ifadə edilməsi, bu fikrə özünün canlı, emosional münasibətini bildirməsi yaradıcılıq (ifaçılıq) vəzifəsini yerinə yetirməsidir

E) İfadəli oxu o vaxt vəzifəsini uğurla yerinə yetirmiş hesab olunur ki, əsərin məzmununa ifaçının münasibəti və bu məzmuna verdiyi qiymətlə müəyyənləşən mətnatı məna çartdırılmış olur.

24. Ünsiyyətin növləri hansılardır?

1 - İfaçının dinləyicilərə müraciət

2 - Birbaşa dinləyicilərə müraciət

3 - Təsəvvürdə tutulmuş obraza - ədəbi qəhrəmana müraciət

4 - Təsəvvürdə tutulan subyektə (və ya obyektə) müraciət

5 - Təəsvvürdə tutulan obrazlara - əsərin qəhrəmanlarına müraciət

6 - Bilavasitə dinləyicilərə müraciət

A) 4, 5, 6

B) 1, 3, 5

C) 2, 5, 6

D) 2, 4, 6

E) 3, 4, 6

25. “Sözün təsiri” anlayışı ilə bağlı fikirlərdən biri yanlışdır

A) Yalnız başlıca əhvalatların, hadisələrin və müəllif mövqeyinin olduğu kimi çatdırılmasına nail olmaq arzusu ilə həyata keçirilən oxu sözün təsirini yaradır

B) İfaçının niyyəti, qarşısına qoyduğu məqsəd sözün təsiri ilə sıx bağlıdır C) Əsər ifaçını cəlb edirsə, müəllifin hislərinə, həyəcanlarına şərik çıxır və özünü çalğayan hisslərin dinləyicilərə sirayət etməsi niyyətini həyata keçirməyə səy göstərir ki, bu da sözün təsiri ilə mümkün olur

D) İfaçının niyyətinin reallaşması, yəni əsərin məzmununa müəyyən münasibətin yaranmasına və ondakı əhvalatların, hadisələri dinləyicilərin qiymətləndirilməsinə nail olmaq arzusu ilə həyata keçirilən oxu sözün təsirini yaradır

E) Əsərin hərtərəfli, dərin təhlili nəticəsində müəyyənləşdirilmiş ifaçılıaq vəzifələrinin yerinə yetirilməsi sözün təsirini yaradır

26. Emosional - obrazlı ifadəliliyin reallaşdırılması üçün ifaçı hansı bacarıqlara yiyələnməlidir?

A) Əsərin məzmununu mükəmməl mənimsəməklə fərqli formalarda (yığcam, geniş və s. ) danışmağı, ünsiyyətin növlərini tətbiq etməyi bacarmalıdır

B) Fasilələri doğru müəyyənləşdirmək və onlara əməl etmək, məntiqi vurğulu sözləri fərqləndirmək, səsini idarə etmək bacarığına yiyələnməlidir

C) Obrazlı təsəvvür etmək, mətnaltı mənanı aydınlaşdırmaq, sözün təsirinə nail olmaq, ünsiyyət yaratmaqla bağlı bacarıqlara malik olmalıdır

D) Dinləyicilərlə həqiqi ünsiyyət yaratmağı, əsərdəki başlıca fikirləri, təsirli vasitələrdən (mimika, jest və s. ) istifadə etməyi bacarmalıdır.

E) Məntiqi ifadəliliyin vasitələrini tətbiq etməyi, dinləyicilərlə həqiqi ünsiyyət yaratmağı bacarmalıdır.

27. Emosional - obrazlı ifadəliliyə aid olan mühüm cəhətləri müəyyənləşdirin.

1 - Əsərdə təsvir olunanlareın obrazlı təsəvvür edilməsinin vacib olması

2 - Mətnaltı mənaların aşkara çıxarılmasının zəruri olması

3 - Məntiqi ifadəliliyin vasitələrinin müəyyənləşdirilməsinin vacib olması

4 - Sözün təsirinə, həqiqi ünsiyyətin yaradılmasına nail olunması

5 - Əsərin məzmununun mükəməl qavranılmasının zəruri olması

6 - Əsərin bədii xüsusiyyətlərinin əhatəli mənimsənilməsinin vacib olması

A) 4, 5, 6

B) 2, 4, 6

C) 1, 3, 5

D) 3, 4, 6

E) 1, 2, 4

28. Emosional - obrazlı ifadəliliyin əhəmiyyətini göstərən cəhətləri müəyənləşdirin.

1 - İfaçının fikrinin, hissinin və iradəsinin bir vəhdət halında təzahür etməsini təmin edir

2 - İfaçının ovqatının yaxşılaşmasına, yüksəlməsinə səbəb olur

3 - Əsərdə təsvir olunanların parlaq təsəvvürünə imkan yaradır

4 - Əsərdəki fikirlərin təhrif olunmadan çatdırılmasınaa səbəb olur

5 - Dinləyicidə əsərin ideya - məzmununa müvafiq ovqat yaradır

6 - Yazıçı sənətkarlığının, bütövlükdə əsərin bədii xüsusiyyətlərinin qavranılmasına səbəb olur

A) 3, 4, 5

B) 1, 3, 5

C) 1, 2, 4

D) 2, 5, 6

E) 4, 5, 6

29. Əsərdə təsvir olunanların aydın təsəvvür edilməsinin əhəmiyətini göstərən cəhətləri müəyyən edin.

1 - İfaçıda oxuduqlarına emosional münasibət yaranır

2 - Oxucunun - ifaçının təsəvvüründə yaranan obrazlar müəllifin hislərinin ona sirayət etməsinə səbəb olur

3 - Təsəvvür əsasında emosionallığın yaranması əsərin məzmununun bir tam halında başa düşülməsini təmin edir

4 - Təsəvvürün parlaq olması ifaçının fantaziyasını işə qoşur, mətnə əlavələr etməklə onu zənginləşdirir

5 - Əsərin quruluşu, bütövlükdə kompozisiyası barədə məlumat qazanılmış olur

6 - Təsəvvür ifaçının yalnız mühüm əhvalat və hadisələri çatdırmasına imkan yaradır

A) 2, 5, 6

B) 1, 3, 5

C) 3, 4, 5

D) 1, 2, 4

E) 4, 5, 6

30. Ünsiyyətin növləri hansılardır?

1 - İfaçının dolayısı ilə əsərin müəllifinə müraciəti

2 - Birbaşa dinləyicilərə müraciət

3 - Təsəvvürdə tutulmuş obraza - ədəbi qəhrəmana müraciət

4 - Təsəvvürdə tutulan subyektə (və ya obyektə) müraciət

5 - Təsəvvürdə tutulan obrazlara - əsərin qəhrəmanlarına müraciət

6 - Bilavasitə dinləyicilərə müraciət

A) 3, 4, 6

B) 1, 3, 5

C) 2, 5, 6

D) 4, 5, 6

E) 2, 4, 6

31. Stanislavski sisteminə aid olanları seçin.

1 - Əsərin diqqətlə oxunması

2 - Müəllif niyyətinin hərtərəfli başa düşülməsi, əsər dərindən nüfuz edilməsi

3 - Əsərin məzmununun müxtəlif formalarda nağıl edilməsi

4 - Əsərdəkilərin aydın təsəvvür edilməsi

5 - Mətnin emosional qavranılması

A) 4, 5, 6

B) 1, 2, 3

C) 2, 5, 6

D) 2, 4, 5

E) 3, 5, 6

32. Təhkiyəçi obrazı üçün səciyyəvi olan cəhətləri müəyyənləşdiirn.

1 - Bütün hallarda əsərdəki hadisələriniştirakçısı kimi çıxış edir

2 - Əksər hallarda hadisələrin iştirakçısı yox, şahidi kimi çıxış edir

3 - Yazıçının fikirləri barədə dinləyiciyə məlumat verir

4 - Əsərin ideya - bədii mahiyyətini necə başa düşürsə, dinləyicilərə də onu çatdırır

5 - Dinləyicilərdə yalnız ədəbi qəhrəmanlar haqqında təsəvvür yaradır

6 - Əsərdəkiləri bütün incəliklərinə qədər təsəvvür edir, müəllifin ən gizli niyyətini duymağa və ifadə etməyə çalışır

A) 3, 4, 5

B) 1, 3, 4

C) 2, 4, 6

D) 2, 5, 6

E) 3, 5, 6

33. Emosional - obrazlı ifadəliliyə nail olunması ardıcıllığı hansıdır?

1 - Əsərdə əks olunanların obrazlı təsəvvür edilməsi

2 - Sözün təsirinə nail olunması və həqiqi ünsiyyətin yaradılması

3 - Ünsiyyətin doğru variantının seçilməsi

4 - Mətnaltı mənanın aşkara çıxarılması

5 - Sözün birbaşa dinləyiciyə ünvanlanması

6 - Sözün bilavasitə dinləyiciyə ünvanlanması

A) 3, 4, 5

B) 2, 4, 5

C) 1, 4, 2

D) 4, 5, 6

E) 3, 5, 6

34. Stanislavski sisteminin oxuda reallaşdırılması ardıcıllığı hansıdır?

1 - Mətnin emosional qavranılması

2 - Müəllif niyətinin hərtərəfli başa düşülməsi, əsərə dərindən nüfuz edilməsi

3 - Səhnədə həyat həqiqətinin təsdiq olunması

4 - Əsərdəkilərin aydın təsəvvür edilməsi

5 - Dinləyicilərə təsir etmək üçün fəal səy göstərilməsi

6 - İfaçıda əsərin məzmununa müvafiq ovqatın olması

A) 2, 3, 6

B) 3, 4, 5

C) 2, 4, 1

D) 3, 5, 6

E) 1, 3, 5

35. Təhkiyənin reallaşdırılması ardıcıllığı hansıdır?

1 - Müəllif təhkiyəni bütövlükdə, ya da onun əsas hisəsini obrazlardan birinin dili ilə verir

2 - Təhkiyə açıq şəkildə müəllifin öz dili ilə aparılır

3 - Müəllif sanki əhvalat və hadisələri, obrazları bilavasitə müşahidə edərək təsvir edir

4 - Təhkiyənin əsas hissəsi bir neçə obrazın dili iləverilir

5 - Təhkiyə bütövlükdə bir neçə obrazın dili ilə verilir

6 - Müəllif təhkiyəni epizodik obrazındili ilə verir

A) 1, 2, 4

B) 3, 2, 1

C) 2, 4, 5

D) 3, 4, 6

E) 2, 5, 6

36. Emosional - obrazlı ifadə bilik və komponentləri arasında uyğunluğu müəyyən edin.

I Obrazlı təsəvvür

II Mətnaltı məna

III Sözün təsiri

IV Həqiqi ünsiyyət

1 - Emosionallığın baş qaldırması üçün vacibdir

2 - Əsərin məğzi, mahiyyəti ilə birbaşa bağlıdır

3 - Sözün təsirinin ardıcıl, tam proses kimi təzahür etməsinə səbəb olur

4 - İntonasiyanın zənginliyini tələb dir

5 - Müəllifin niyətini ifadə edir

6 - Dinləyicidə cavab reaksiyasının yaranmasını tələb edir

7 - Emosional münasibətin yaranmasına səbəb olur.

8 - Təsvir olunanlara ifaçının münasibətini də əks etdirir

9 - İfaçı ilə dinləyici arasında daxili əlaqə və qarşılıqlı təsir şəklində özünü göstərir

10 - Oxuda fikrin, hisin və iradənin təzahür etməsində əhəmiyyətli rol oynayır

11 - Dinləyiciyə təsir etmək üçün məqsədyönlü fəaliyətdir

12 - Müəllifin fikrinin, niyyətinin, obrazlar aləminin necə başa düşülməsindən asılı olaraq təyin edilir

A) I - 4, 6, 10; II - 3, 7, 12; III - 2, 7, 9; IV - 3, 8, 10

B) I - 2, 8, 10; II - 1, 4, 9; II - 2, 7, 12; IV - 3, 8, 11

C) I - 1, 7, 10; II - 2, 5, 12; III - 4, 8, 11; IV - 3, 6, 9

D) I - 1, 5, 9; II - 2, 7, 10; III - 3, 8, 11; IV - 2, 5, 9

E) I - 3, 8, 11; II - 4, 7, 10; III - 2, 6, 11; IV - 1, 7, 12

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin