|
##num= 5// level= 1// sumtest=26 // name= Fövqəladə hallarda əhalinin mühafizəsi: Mülki müdafiənin mühafizə qurğuları //
|
səhifə | 5/13 | tarix | 16.12.2018 | ölçüsü | 0,55 Mb. | | #86061 |
| ##num= 5// level= 1// sumtest=26 // name= Fövqəladə hallarda əhalinin mühafizəsi: Mülki müdafiənin mühafizə qurğuları //
1. Mühafizə qurğuları nəyə görə kollektiv mühafizə vasitəsi adlanır?
1 - Bunlar bir qrup adamın birgə kollektiv halında qorunması üçündür
2 - hər bir ailənin mühafizəsi üçündür
3 - hər bir adamın havadan basqın zamanı müvəqqəti qorunması üçündür
4 - tək bir adam üçün nəzərdə tutulan mühafizə vasitəsidir
5 - Heyvanların kollektiv halında mühafizəsi üçündür
A) 1
B) 4
C) 3
D) 2
E) 5
2. Düşmənin kütləvi qırğın silahlarından mühafizə üçün ən etibarlı üsul hansıdır?
1 – mühafizə qurğularında daldalanmaq
2 – yaşayış binalarında qalmaq
3 – səngərlərdə qalmaq
4 – xəndəklər qazımaq
5 – sadə daldanacaqlarda daldalanmaq
A) 5
B) 4
C) 3
D) 2
E) 1
3. Sığınacaqların əsas xüsusiyyətlərindən biri:
1 - adamların ən azı 2 - 3 gün qala bilmələri üçün hər cür şəraitin olması
2 – dağın, dərənin ətəyində qazılmış tunel tipli olması
3 – sığınacaqlarda mühafizə olunan adamların fərdi mühafizə vasitələrindən istifadə etməsi
4 - ən çoxu 30 - 40 adam yerləşdirilməsi
5 – mülki müdafiə qərargahinin göstərişi ilə əhalinin özü tərəfindən tikilməsi
A) 3
B) 1
C) 2
D) 5
E) 4
4. Uçqunlar altında qalmış, sığınacaqlarda adamlar təxminən neçə saat qala bilər?
1 - 4 saatdan artıq qala bilməzlər
2 - 1 saatdan artıq qala bilməzlər
3 - 3 gün qala bilər
4 - 10 saat qala bilər
5 - heç qala bilməz
A) 1
B) 4
C) 5
D) 2
E) 3
5. Sığınacağa zəhərlənmiş havanın keçməsi aşkar edilərsə nə etmək lazımdır?
1 - əleyhqazları və başqa mühafizə vasitələrini geymək
2 - əleyhqazı və başqa mühafizə vasitələrini çıxarmaq
3 – adamlara yoluxucu xəstəliklərə qarşı peyvənd vurmaq
4 – alt və üst paltarları, ayaqqabıları dezinfeksiya etmək
5 – adamları tam sanitariya təmizliyindən keçirmək
A) 4
B) 5
C) 3
D) 1
E) 2
6. Binanın yuxarı mərtəbələri uçularaq sığınacağın əsas yollarını (qapılarını) tutan zaman adamları necə çıxarmaq olar?
1 - Yeraltı lağım şəkilli qəza çıxış yolu ilə
2 - təyyarə ilə
3 - avtomobil - deqazasiya maşını ilə
4 - helikopterlər vasitəsilə
5 - təcili yardım maşınları vasitəsilə
A) 1
B) 5
C) 2
D) 3
E) 4
7. Adamların daldalanması üçün sığınacaqlar harada hazırlanır?
A) Bağlarda, parklarda
B) Dağların və yarğanların ətəklərində
C) Binaların altındakı zirzəmilərdə
D) Partlayış təhlükəsi olan qurğuların və maye yanacaq çənlərin yaxınlığında
E) Binaların üst mərtəbələrində
8. Radiasiya daldanacaqları adamları nədən mühafizə edir?
A) Ərazidə radioaktiv zəhərlənmə zamanı ionlaşdırıcı şüalanmadan, zərbə dalğasından, qismən işıq şüalanmasından
B) Hava ilə keçən zəhərli maddələrdən
C) Hava ilə keçən mikrob və toksinlərdən
D) Radioaktiv tozlardan
E) Bioloji vasitələrdən
9. Sığınacaqlara verilən gigiyenik tələblər hansılardır?
1 - Havanın temperaturu – 23 - 300 olmalıdır
2 - Havanın tərkibində oksigen – 25 - 26 %
3 - Karbon qazının miqdarı – 1 - 2 %
4 - Nisbi rütubət – 95%
5 - Havanın temperaturu - 200
6 - Oksigen miqdarı – 15 - 16%
7 - Nisbi rütubət – 85 - 90%
A) 3, 4, 5, 6
B) 1, 2, 3, 4
C) 1, 3, 6, 7
D) 4, 5, 6, 7
E) 1, 2, 5, 6
10. Radiasiya əleyhinə daldanacaqları adamları nədən mühafizə edir?
1 - Hava ilə keçən zəhərlərdən:
2 - İonlaşdırıcı şüalanmadan:
3 - Işıq şüalanmasından:
4 - Zərbə dalğasından
5 - Elektromaqnit sahəsindən
6 - Güclü təsirli zəhərlənmələrdən
A) 2, 3, 4
B) 1, 2, 3
C) 3, 4, 5
D) 6, 43
E) 2, 4, 6
11. Sığınacaqlar adamları nədən mühafizə edir?
1 - kütləvi qırğın silahlarının bütün zədələyici amillərindən
2 - ekoloji xarakterli fövqəladə hadisələrdən
3 - kütləvi yanğınlar baş verdikdə yüksək temperaturdan
4 - sosial - siyasi xarakterli fövqəladə hadisələrdən
5 – yanğın məhsulları ilə zəhərlənmədən
A) 3, 4, 5
B) 2, 3, 4
C) 1, 3, 5
D) 4, 5, 6
E) 1, 2, 3
12. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsullarına aiddir:
1 - Fərdi mühafizə vasitələrindən istifadə etmək
2 - Mühafizə qurğularında daldalanmaq
3 - Iri şəhərlərdən və təhlükəli sahələrdən əhalini şəhərdən kənar təhlükəsiz zonaya köçürmək
4 - radiasiya kəşfiyyatı aparmaq
5 - zəhərləyici maddələrin növünü təyin etmək
A) 2, 3, 5
B) 3, 4, 5
C) 1, 2, 3
D) 3, 4, 5
E) 3, 5, 2
13. Əhalinin kütləvi qırğın silahlarından mühafizə tədbirlərinə aiddir:
1 – Düşmənin hücum təhlükəsindən vaxtında xəbərdar etmək
2 – istehsalatı enerji ilə müntəzəm təmin etmək
3 – sığınacaqlarda yerləşdirmək və fərdi mühafizə vasitələri ilə təmin etmək
4 – havanın suyun, texnikanın ZM - lə zəhərlənmə faktını müəyyənləşdirmək
5 – köçürülmə işlərini aparmaq
A) 2, 5, 4
B) 4, 5, 2
C) 3, 2, 1
D) 1, 3, 5
E) 1, 2, 3
14. Qəflətən düşmən basqını zamanı daldalanmaq üçün hansı ərazilərdən istifadə etmək olar?
1 - Dərə - təpələr
2 - Qoca ağacın kötüyünün arxasında
3 - Yarğanlar, çalalar
4 - Yeraltı karxanalar
5 - Tunellər
6 - Dəniz sahili
A) 2, 3, 4, 6
B) 2, 3, 4, 6
C) 1, 2, 3, 6
D) 1, 3, 4, 5
E) 1, 2, 3, 4
15. Əhalini kütləvi qırğın silahlarından mühafizəsinin əsas üsullarını göstərin:
1 - Əhalinin fərdi mühafizə vasitələrindən istifadə etməsi
2 - Əhalini mühafizə qurğularında daldalandırması
3 - Əhalini şəhərdən kənar təhlükəsiz zonaya köçürülməsi
4 - Əhalini dozimetrik cihazlarla təmin ediməsi
5 - Əhalini tibbi alətlərlə təchiz edilməsi
A) 2, 3, 5
B) 2, 4, 5
C) 1, 4, 5
D) 1, 2, 3
E) 3, 4, 5
16. Sığınacaqların əsas xüsusiyyəti:
1 – zərbə dalğasının izafi təzyiqinə davam gətirə bilməsi
2 - ən qısa müddətə düzəldilməsi
3 – hermetikliyi
4 – içəriyə verilən havanı təmizləyən süzücü – ventilyasiya qurğusuna malik olması
5 – fərdi mühafizə vasitələrindən istifadə olunması (ZM, RM, bakterial vasitələrdən qoruya bilmədiyinə görə)
A) 1, 2, 3
B) 2, 5, 3
C) 4, 2, 1
D) 1, 3, 4
E) 3, 4, 5
17. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsullarına aiddir. Ardıcıllıqla yazın.
1 - Fərdi mühafizə vasitələrindən istifadə etmək
2 - Mühafizə qurğularında daldalanmaq
3 - Iri şəhərlərdən və təhlükəli sahələrdən əhalini şəhərdən kənar təhlükəsiz zonaya köçürmək
A) 2, 3, 1
B) 2, 1, 3
C) 1, 2, 3
D) 3, 2, 1
E) 3, 1, 2
18. Mühafizə qurğularının növlərini əsas mühafizə xassələrinə görə ardıcıllıqla yazın.
1 – sadə daldanacaqlar
2 - sığınacaqlar
3 – radiasiya əleyhinə daldanacaqlar
A) 2, 3, 1
B) 1, 2, 3
C) 3, 2, 1
D) 2, 1, 3
E) 3, 1, 2
19. Adi tipli (sadə) daldalanacaqlara aiddir: Uygunluğu tapın:
1 – xəndəklər
2 – qazmalar
3 – lağımlar
a - torpağın üst səthinə toxumadan dağın ətəyində qazılmış tunel tipli daldalanacaqlar
b - tamamilə və qismən yerin altında ola bilər, daha əsaslı tikilir
c - adamları pis havadan, müəyyən qədər zərbə dalğasının təsirindən qoruyur
A) 1 - a; 2 - b; 3 - c
B) 1 - a; 2 - c; 3 - b
C) 1 - b; 2 - c; 3 - a
D) 1 - c; 2 - b; 3 - a
E) 1 - c; 2 - a; 3 - b
20. Xüsusi tikilmiş və ya düzəldilmiş kollektiv mühafizə vasitələrinə aiddir: Uyğunluğu tapın:
1 – sığınacaqlar
2 – radiasiyə əleyhinə daldanacaqlar
3 – sadə daldanacaqlar
a - ən etibarlı mühafizə vasitəsi olmaqla, kütləvi qırğın silahlarının bütün zədələyici amillərinin təsirinə davam gətirir
b - ən qısa müddətə düzəldilən xəndək, səngər qazma və s. ibarətdir
c - radioaktiv və işiq şüalanmasından qorumaq üçündür
A) 1 - a; 2 - c; 3 - b
B) 1 - b; 2 - c; 3 - a
C) 1 - a; 2 - b; 3 - c
D) 1 - c; 2 - a; 3 - b
E) 1 - b; 2 - a; 3 - c
21. Sığınacaqlar tutumuna görə hansı növlərə bölünür? Uyğunluğu tapın:
1 - kiçik
2 - orta
3 – böyük (iri)
a - 2000 nəfər və daha çox adam tutan
b - 600 - nəfər adam tutan
c - 600 - 2000
A) 1 - c; 2 - a; 3 - b
B) 1 - a; 2 - b; 3 - c
C) 1 - b; 2 - c; 3 - a
D) 1 - b; 2 - a; 3 - c
E) 1 - c; 2 - b; 3 - a
22. Mühafizə qurğularına aiddir. Uyğunluğu tapın
1 - Sığınacaqlar
2 - Radiasiya daldanacaqları
3 - Sadə daldanacaqlar
a - Ərazidə radioaktiv zəhərlənmə zamanı ionlaşdırıcı şüalanmadan, zərbə dalğasından, işıq şüalanmasından mühafizə edir
b - Nüvə partlayışının bütün zədələyici amillərindən, bakterial vasitələrdən, yanğınlar zamanı termik təsirdən:
c - Adamları nüvə partlayışı və adi silahların təsirindən bir qədər mühafizə edir.
A) 1 - b; 2 - a; 3 - c
B) 1 - a; 2 - b; 3 - c
C) 2 - c; 1 - a; 3 - b
D) 1 - c; 2 - a; 3 - b
E) 1 - b; 2 - c; 3 - a
23. Hava ilə təmin olunmasına görə sığınacaqlarda hansı ventilyasiya rejimləri ola bilər. Uyğunluğu tapın.
1 - Təmiz ventilyasiya rejimi
2 - Süzücü ventilyasiya rejimi
3 - Tam təcrid olunma rejimi
a - sığınacaqdakı havanın tərkibinin bərpa (regenerasiya) edilməsilə birlikdə tətbiq olunur
b - sığınacağa verilən havanı zəhərli maddələrdən, bioloji vasitələrdən, radioaktiv maddələrdən təmizləmək üçündür
c - bayırdan içəriyə verilən havanı tozdan, radioaktiv tozdan təmizlənməsini təmin edir
A) 1 - b; 2 - a; 3 - c
B) 1 - a; 2 - c; 3 - b
C) 1 - c; 2 - b; 3 - a
D) 1 - a; 2 - c; 3 - b
E) 1 - b; 2 - c; 3 - a
24. Mühafizə qurğuları hansı xassələrinə görə təsnif edilir? Uyğunluğu tapın.
1 - təyinatına görə
2 - yerləşdirilməsinə görə
3 - tikilmə müddətinə görə
4 - mühafizə xassələrinə görə
a - əvvəlcədən tikilən və tez tikilən qurğular
b - sığınacaqlar, radiasiya əleyhinə və sadə daldanacaqlar
c - idarəetmə məntəqələrinin və əhalinin mühafizəsi üçün qurğular
d - bina ilə birğə və ayrı tikilən qurğular
A) 1 - b; 2 - a; 3 - c; 4 - d
B) 1 - a; 2 - b; 3 - c; 4 - d
C) 1 - d; 2 - a; 3 - d; 4 - c
D) 1 - c; 2 - d; 3 - a; 4 - b
E) 1 - a; 2 - b; 3 - c; 4 - d
25. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsullarına aiddir. Uyğunluğu tapın.
1 – Mühafizə qurğularında daldalanmaq
2 – fərdi mühafizə vasitələrindən istifadə
3 - əhalinin köçürülməsi
a - tənəffüs üzvlərinin, dəri səthinin mühafizə vasitələri
b - sığınacaqlar, radiasiya əleyhinə və sadə daldanacaqlar
c - şəhərdən kənar təhlükəsiz zonaya köçürülməsi
A) 1 – a; 2 –c; 3 - b
B) 1 – a; 2 –b; 3 – c
C) 1 – c; 2 –a; 3 - b
D) 1 – b; 2 –a; 3 - c
E) 1 – b; 2 –c; 3 - a
26. Sığınacaqlarda hansı otaqlar olur? Uyğunluğu tapın.
1 – Əsas otaqlar
2 – Yardımcı otaqlar
a - süzgəcli ventilyasiya otağı
b - adamlar yerləşən otaqlar
c - tibb məntəqəsi
d - sanitariya qovşağı
e - idarəetmə məntəqəsi
f - ərzaq saxlanılan anbar
A) 1 –b, c, e; 2 - a, d, f
B) 1 –a, b, f; 2 - b, c, d
C) 1 –e, a, d; 2 - c, f, a
D) 1 –d, f, e; 2 - c, d, e
E) 1 –d, e, f; 2 - a, b, c
Dostları ilə paylaş: |
|
|