##book id= 191//book name=Mülki Müdafiə 1// ##fk=126//ks=01//fn=191// sumalltest= 300


##num= 13// level= 1// sumtest=22 // name= Ilk tibbi yardım göstərən Mülki müdafiənin qüvvələri //



Yüklə 0,52 Mb.
səhifə13/14
tarix16.11.2018
ölçüsü0,52 Mb.
#82596
1   ...   6   7   8   9   10   11   12   13   14

##num= 13// level= 1// sumtest=22 // name= Ilk tibbi yardım göstərən Mülki müdafiənin qüvvələri //


1. İlk tibbi yardım kim tərəfindən göstərilir ?

A) Sanitar drujinalar

B) Həkimlər, tibb bacıları

C) İxtisaslaşdırılmış tibbi briqadalar

D) Epidemiyaya qarşı dəstələr

E) Hərbiləşməmiş dəstələr

2. Sanitar drujinaları dəstəsi neçə sanitar drujinasından ibarətdir?

A) 7 - 8

B) 4 - 5

C) 2 - 3

D) 1 - 2

E) 5 - 6

3. Ipritin insana təsiri zamanı ilkin zədələnmə əlaməti hansıdır?

A) Dəridə qızartı

B) Dişlərin tökülməsi

C) Dişlərdə qanaxma

D) Göz bəbəklərinin genişlənməsi

E) Göz bəbəklərinin kiçilməsi

4. Sanitar drujinaları dəstəsinin tərkibi necədir?

A) 4 - 5 sanitar drujinalardan ibarətdir

B) 1 - 2 sanitar drujinalardan ibarətdir

C) 2 - 3 sanitar drujinalardan ibarətdir

D) 1 - 3 sanitar drujinalardan ibarətdir

E) 3 - 4 sanitar drujinalardan ibarətdir

5. Sanitar drujinalarının əsas vəzifəsi:

A) İlk tibbi yardım göstərmək

B) İxtisaslaşdırılmış tibbi yardım göstərmək

C) İlk həkim yardım göstərmək

D) Cərrahi yardım göstərmək

E) Psixoloji yardım göstərmək

6. İlk tibbi yardım göstərmək üçün nəzərdə tutulan tibb dəstəsi:

A) sanitar drujinası

B) ixtisaslaşdırılmış tibbi yardım dəstəsi

C) səyyar epidemiya əleyhinə dəstə

D) ehtiyat komanda dəstələri

E) ərazi MM dəstələri

7. İlk tibbi yardım dəstəsinin yaradılması:

A) Bir neçə sanitar drujinalarından təşkil olunmuş iri sənaye obyektlərində tədris müəssisələrində yaradılır

B) Sanitar epidemioloji stansiyaları əsasında yaradılır və onun səyyar növündən ibarətdir

C) Mülki müdafiənin səyyar müəssisələrindəndir və o xəstəxanalar, elmi tədqiqat instutları hesabına yüksək keyfiyyətli ixtisaslı həkimlərlə təmin olunur

D) MMTX - nin əsas formasıdır və zərbəyə məruz qalmış ocaqda əsas ilk tibbi yardım və ilk həkim yardımı göstərən tibb məntəqəsidir

E) Düşmən hücumu zamanı öz ərazisində zərər çəkmiş əhaliyə ilk tibbi yardım göstərən sanitar postdur

8. Bakterioloji ocaqda hansı tədbirlər görülür?

A) Karantin və observasiya tətbiq edilir.

B) Qoruyucu avtomat tərtibatlardan istifadə olunur

C) Kimya əleyhinə fərdi paketlərdən istifadə olunur

D) Dozimetrik cihazlardan istifadə edilir

E) Kimya kəşfiyyatı cihazlar vasitəsilə yoluxucu xəstəliklər aşkar edilir

9. Sanitar çantasında hansı vasitələr yerləşir?

1 - Şpirs - tyubikdə antidot

2 - Əleyhqaz

3 - Ampullarda naşatır spirti

4 - pambıqlı tənzif sarğı

5 - İD - 1 dozimetrik cihaz

6 - pambıq və müxtəlif ölçülü bintlər

7 - yod məhlulu

A) 1, 3, 6, 7

B) 2, 4, 6, 7

C) 1, 2, 3, 4

D) 1, 5, 6, 7

E) 1, 3, 5, 7

10. Mülki müdafiə tibb xidmətinin hansı hərbiləşməmiş tibb dəstələri var?

1 - sanitar postu

2 - obyekt dəstələri

3 - sanitar drujinası

4 - ərazi dəstələri

5 - sanitar drujina dəstəsi

A) 1, 3, 5

B) 2, 4, 5

C) 3, 4, 5

D) 1, 3, 4

E) 2, 4, 5

11. Mülki müdafiə sistemində göstərilən tibbi yardımın hansı növləri var?

1 - ilk tibbi yardım

2 - cərrahi yardım

3 - ilk həkim yardımı

4 - terapevtik yardım

5 - ixtisaslaşdırılmış tibbi yardım

A) 1, 3, 5

B) 2, 4, 5

C) 3, 4, 5

D) 1, 2, 3

E) 2, 3, 5

12. Mülki müdafiə tibb xidmətinin əsas vəzifələrinə daxildir:

1 - kütləvi yoluxucu xəstəliklərin baş verməsi və yayılmasının qarşısını almaq

2 - əhalinin fərdi mühafizə vasitələri ilə təchiz etmək

3 - Fh - haqqında əhalini vaxtında xəbərdar etmə

4 - əhali arasında dozimetrik nəzarətin təşkili

5 - təbii fəlakət nəticəsində zədə almış adamlara vaxtında tibbi yardım göstər

A) 1, 5

B) 2, 3

C) 4, 5

D) 1, 2

E) 3, 4

13. Sanitariya təmizlənməsi – adamların bədəninin və paltarlarının hansı zəhərlənmələrdən təmizlənməsidir?

1 - Radioaktiv maddələrdən

2 - Ionlaşdırıcı şüalanmadan

3 - Kimyəvi zəhərli maddələrdən

4 - Bakterial vasitələrdən

5 - Işıq şüalanmasından

6 - Izafi təzyiqdən

A) 1, 4, 5

B) 1, 2, 3

C) 3, 4, 5

D) 1, 3, 4

E) 2, 4, 5

14. Zədələnmə ocaqlarında göstərilən ilk tibbi yardım tədbirlərinə aiddir:

1 - qanaxmaların müvəqqəti saxlanılması

2 - yaralanmaların profilaktikası

3 - ağrıkəsici vurulması

4 - süni tənəffüs üsullarının tətbiqi

5 - qanaxmanın qəti saxlanılması

6 - ürəyin qapalı masajı

7 - dəri və əzələdən asılı vəziyyətdə qalan ətrafın amputasiyası

A) 1, 3, 4, 6

B) 3, 4, 5, 6

C) 2, 3, 4, 5

D) 1, 2, 3, 4

E) 2, 3, 5, 6

15. Zərərsizləşdirmənin hansı növləri var? Uyğunluğu tapın.

1 - Deqazasiya

2 - Dezaktivasiya

3 - Dezinfeksiya

4 - Dezinseksiya

a - Yoluxucu xəstəlik törədən mikrobların məhv edilməsi

b - Zəhərləyici maddələrin neytrollaşdırılması

c - Zəhərlənmiş səthlərdən radioaktiv maddələrin təhlükəsiz dərəcəyədək təmizlənməsi

d - Yoluxucu xəstəlik yayıcılarının - həşarət və gənələrin məhv edilməsi

A) 1 - b; 2 - c; 3 - a; 4 - d

B) 1 - a; 2 - b; 3 - d; 4 - c

C) 1 - d; 2 - c; 3 - a; 4 - b

D) 1 - c; 2 - d; 3 - a; 4 - b

E) 1 - a; 2 - c; 3 - b; 4 - d

16. Deqazasiyanın hansı üsulları var? Uyğunluğu tapın.

1 - Mexaniki

2 - Fiziki

3 - Kimyəvi

4 - Fiziki - kimyəvi

a - Zəhərlimaddələrlə deqazasiya edici maddələrlə reaksiyaya girib neytrallaşır

b - Yuyucu məhlullar, yaxud həll edicilər vasitəsilə zəhərlənmiş şərtdən zəhərli maddələr yuyulur

c - Torpağın (qarın) üst qatını qazıb atırlar

d - Yüksək temperaturlu qaz axınının təsiri şəraitində səthlərdən zəhərli maddələr buxarlandırılır

A) 1 - c; 2 - d; 3 - a; 4 - b

B) 1 - d; 2 - c; 3 - b; 4 - a

C) 1 - a; 2 - b; 3 - d; 4 - c

D) 1 - b; 2 - d; 3 - a; 4 - c

E) 1 - c; 2 - d; 3 - b ; 4 - a

17. Dezinfeksiyanın neçə və hansı növləri var. Uyğunluğu tapın.

1 - 1

2 - 2

3 - 3

4 - 4

5 - 5

6 - 6

a - Profilaktiki dezinfeksiya

b - Cari dezinfeksiya

c - Son dezinfeksiya

d - Mexaniki dezinfeksiya

e - Kimyəvi dezinfeksiya

f - Mexaniki üsul

A) 4(c, d, e, f)

B) 3(c, d, e)

C) 3 (d, e, f)

D) 3 (a, b, c)

E) 5(a, c, d, e, f)

18. Nüvə zədələnmə ocağında hansı işlər görülməlidir? Uyğunluğu tapın.

1 - Tam dağılma zonasında

2 - Güclü dağıntılar zonasında

3 - Orta dərəcəli dağıntılar zonasında

4 - Zəif dağıntılar zonasında

a - güclü yanğınları söndürmək, mühafizə qurğularının çıxışyerlərini açmaq

b - uçqun altında qalmış sığınacaq və daldanacaqdan adamları çıxarmaq və onlara tibbi yardım göstərmək

c - ayrı - ayrı yanğıları söndürmək, yanan binalardan adamları xilas etmək, tibbi yardım göstərmək

d - yanğıları söndürmək, üçqun altında və yanan binalarda qalan adamları xilas etmək

A) 1 - b; 2 - d; 3 - a; 4 - c

B) 1 - a; 2 - b; 3 - c; 4 - d

C) 1 - c; 2 - a; 3 - b; 4 - d

D) 1 - d; 2 - c; 3 - b; 4 - a

E) 1 - a; 2 - b; 3 - c; 4 - d

19. Aviasiya bombaların zədəliyici təsiri nədən ibarətdir? Uyğunluğu tapın:

1 - Fuqas bomba

2 - Qəlpənən bomba

3 - Diyircəkli bomba

a - partlayış anında xırda qəlpələr şəklində ərtafa zədə yetirin

b - 5 - 6 mm ölçülü iynələr, diyircəklər şəklində ətrafa atılaraq zədə yetirir

c - canlı qüvvələri, binaları, texnikanı hava - zərbə dalğası ilə məhv edir

A) 1 - c; 2 - a; 3 - b

B) 1 - a; 2 - b; 3 - c

C) 1 - b; 2 - c; 3 - a

D) 1 - b; 2 - a; 3 - c

E) 1 - c; 2 - b; 3 - a

20. Yandırıcı silahlar hansılardır? Uyğunluğu tapın.

1 - Napalm

2 - Pirogel

3 - Termit

4 - Ağ fosfor

a - havada öz - özünə alışan muma bənzər maddə olmaqla yanarkən zəhərləyici tüstüəmələ gətirir

b - Düşdüyü yerə yapışaraq 800 - 1200 C temperaturla yanır

c - Aliminium və dəmir oksidlərinin qarışığı olmaqla, polad, dəmirvə s. yandırıb deşir

d - Metal tozları əlavə edilən napalm qatışığı

A) 1 - d; 2 - c; 3 - d; 4 - b

B) 1 - b; 2 - d; 3 - c; 4 - a

C) 1 - c; 2 - a; 3 - b; 4 - d

D) 1 - a; 2 - b; 3 - b; 4 - c

E) 1 - b; 2 - a; 3 - b; 4 - d

21. MM üzrə keyfiyyətli təlim üçün ölkənin bütün əhalisi 4 kateqoriyaya bölünür. Ardıcıllıqla yazın:

1 - MM - nin rəhbər heyəti;

2 - dəstənin şəxsi heyətinə daxil olmayan fəhlə və qulluqçular;

3 - tələbə və şagirdlər

4 - xidmət sahələrində və istehsalatda məşğul olmayan vətəndaşlar

A) 1, 2, 4, 3

B) 2, 3, 4, 1

C) 4, 1, 2, 3

D) 2, 4, 1, 3

E) 3, 2, 1, 4

22. Çeşidləmə briqadası zədələnmənin xarakterindən asılı olaraq yaralı və xəstələri aşağıdakı qruplara bölür. Ardıcıllıqla yazın:

1 - yoluxucu və əsəb pozğunluğu olan xəstələr təcridxanalara və ya xəstəxanalara göndərilir

2 - həyatı göstərişlərə uyğun olaraq təxirəsalınmaz tibbi yardıma ehtiyacı olanlar

3 - ağır zədələnməsi olanlar (döş, qarın, diz, oynaq) profillər üzrə

A) 3, 1, 2

B) 1, 2, 3

C) 3, 2, 1

D) 2, 3, 1

E) 1, 3, 2

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin