##num= 6// level= 1// sumtest=24 // name= Fərdi mühafizə vasitələri //
1. Uşaq mühafizə kamerası nə üçündür?
A) Uşaqların normal inkişafı üçün
B) Insanların mühafizəsi üçün
C) Radiasiya əleyhinə isifadə olunur
D) Kimya zəhərlənməyə qarşı istifadə olunur
E) 1, 5 yaşa qədər uşaqların mühafizəsi üçün
2. Pambıqlı tənzif sarğı hansı mühafizə vasitələrinə aiddir?
A) Tənəffüs üzvlərini mühafizə edən sadə vasitələrə
B) Respiratorlara və maskalara
C) Fərdi mühafizə vasitələrə
D) Zərərləşdirici vasitələrə
E) Sadə vasitələrə
3. Fərdi mühafizə vasitələri nə üçündür?
A) Tənəffüs orqanlarını, bədənin və paltarların səthini zəhərlənmədən mühafizə etmək üçün
B) Zərbə dalğasının dağıdıcı təsirindən qorunmaq üçün
C) Nüfuz edici radiasiyadan mühafizə üçün
D) İzafi təzyiqin təsirindən qorunmaq üçün
E) Elektromaqnit impulsdan qorunmaq üçün
4. Fərdi kimyəvi paketdəki mayedən neçə yaşlı uşaqların bədəninə düşmüş zəhərli maddələri zərərsizləşdirmək üçün istifadə etməyə icazə verilir:
A) 7 yaşdan yuxarı
B) 5 yaşdan yuxarı
C) 10 yaşdan yuxarı
D) 12 yaşdan yuxarı
E) 8 yaşdan yuxarı
5. Əleyhqazın qutusunda əsasən yerləşir:
A) Tüstüyə qarşı toza qarşı süzgəclər və adsorbent olan aktivləşdirilmiş kömür yerləşir
B) Tüstüyə, toza qarşı antidotlar yerləşir
C) Müxtəlif ağrıkəsicilər yerləşir
D) Zəhərlənmələrə qarşı dərmanlar yerləşir
E) Radiasiya əleyhinə dərman yerləşir
6. Luizitə və arsen tərkibli digər maddələrə qarşı hansı antidotlar mövcuddur?
A) Unitol
B) Taren
C) Sistamin
D) Amilnitrit
E) Atropin
7. Fərdi aptekçədə hansı dərman maddəsi orqanizmin şüalanmaya ürəkbulanması və qusma ilə meydana çıxan ilk reaksiyasını aradan qaldırmaq üçün istifadə edilir?
A) Etaperazin
B) Kalium – yodid
C) Taren
D) Tetrasiklin
E) Sulfadimetoksin
8. Uşaq əleyhqazlarının quruluşca özünə məxsus xüsusiyyələri var:
A) Bu əleyhqazların üzlük, hissələrində birləşdirici boru olmur
B) Bu əleyhqazlar qutudan və şlemmaska tipli üzlük hissə ilə komplektləşdirilir
C) Bu əleyhqazlar yüngülləşdirilmiş süzücü - uducu qutudan və üzlük hissədən ibarətdir
D) Uşaq əleyhqazlarının şlem - maskasında membran qutu var
E) Bu əleyhqazların şlem maskasında qutu var və bu qutuda danışıq tərtibatı yerləşdirilir
9. Radioaktiv şüalanmanın orqanizmə təsirini azaltmaq məqsədilə işlədilən dərman maddəsi
A) sistamin, kalium - yodid
B) analgin, dimedrol
C) atropin - sulfat
D) amientrit, propilnitrit
E) sulfadimetoksin
10. Süzücü əleyhqazlar nə üçündür?
1 - Tənəffüs orqanlarını havadakı zəhərli maddələrin təsirindən qoruyur
2 - Bədənin səthini radioaktiv, kimyəvi maddələrlə zəhərlənmədən qoruyur
3 - Bədənin səthini bakterial vasitələrdən qoruyur
4 - Tənəffüz orqanlarını radioaktiv maddələrin təsirindən qoruyur
5 - Tənəffüs orqanlarını aerozol halında yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən qoruyur
6 - Ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflətmək üçündür
A) 1, 4, 5
B) 1, 2, 3
C) 2, 3, 4
D) 3, 4, 5
E) 1, 3, 5
11. Fərdi aptekçədə yerləşən dərman maddələri uşaqlara hansı dozalarda verilir.
1 - 1, 5 yaş uşaqlara böyüklərə verilən dozanın 1/5 hissəsini
2 - 8 yaşadək uşaqlara ¼ hissəsini
3 - 5 yaşadək uşaqlara ½ hissəsi
4 - 8 - 15 yaşadək uşaqlara ½ hissəsi
5 - 3 yaşadək uşaqlara 1/3 hissəsi
A) 2, 4
B) 1, 2
C) 1, 4
D) 1, 5
E) 3, 4
12. Bakteriya əleyhinə spesifik profilaktika vasitələrinə aiddir:
1 - zərdablar
2 - antidotlar
3 - radioprotektorlar
4 - deqazasiyamayesi
5 - anatoksinlər
6 - vaksinlər
A) 1, 5, 6
B) 1, 2, 3
C) 2, 3, 4
D) 3, 4, 5
E) 4, 5, 6
13. Əleyhqaz və respirator olmadıqda tənəffüs üzvlərini necə mühafizə etmək olar?
1 - tozdan qoruyan parçamaska ilə
2 - mühafizə bürüncəyi ilə
3 - xüsusi mühafizə paltarı ilə
4 - pambıqlı tənzif sarğılardan istifadə etməklə
5 - mühafizə kombinezonu ilə
6 - dəsmaldan, şərfdən, yaylıqdan istifadə etməklə
A) 1, 4, 6
B) 1, 2, 3
C) 4, 5, 6
D) 2, 3, 4
E) 2, 4, 5
14. Dərinin mühafizə vasitələrinə aiddir:
1 - ümum qoşun mühafizə dəstəsi
2 - yüngül mühafizə kostyumu
3 - tozdan qoruyan parçamaska
4 - yardımçı vasitələr
5 - pambıqlı tənzif sarğı
6 - şlem - maska
A) 1, 2, 4
B) 1, 2, 3
C) 2, 3, 4
D) 4, 5, 6
E) 3, 4, 5
15. Zəhərlənmə ocağında fərdi apteçkadan (AI - 2) istifadə edərkən . Uyğunluğu seçin
1 – bakteriya əleyhinə dərman
2 – fosforlu – üzvi zəhərləyici maddələrə qarşı
3 – ağrılar - zamanı Şpris –tyubikda olan
4 – qusma əleyhinə
5 –radiasiya əleyhinə
a - promedoldan istifadə edilir
b - Etaperazin dərmanı kömək edir
c - tetrasiklin tətbiq edilir
d - taren işlədilir
e - dərhal sistamin qəbul edilir
A) 1 - b, 2 –d, 3 - c, 4 - a, 5 - e
B) 1 –a, 2 - b, 3 –d, 4 - e, 5 - c
C) 1 - d, 2 –c, 3 - a, 4 - e, 5 - b
D) 1 –c, 2 –d, 3 - a, 4 –b, 5 - e
E) 1 –e, 2 - a, 3 –b, 4 - d, 5 - c
16. Tənəffüs orqanlarının mühafizə vasitələrinin sayını və növünü göstərin. Uyğunluğu tapın:
1 - 1
2 - 2
3 - 3
4 - 4
5 - 5
6 - 6
a - Mühafizə plaşı
b - Respiratorlar
c - Bürüncək, önlük
d - Tozdan qoruyan parça maska
e - Əlehqazlar
f - Pambıqlı tənzif sarğı
A) 4 - b, d, e, f
B) 4 - a, e, b, d
C) 5 - a, c, e, f, b
D) 6 - a, b, c, d, e, f
E) 3 - d, e, f
17. Fərdi mühafizə vasitələrinə aiddir: Uyğunluğu tapın.
1 - Tənəffüs - üzvlərinin mühafizə vasitələri
2 - Dəri səthinin mühafizə vasitələri
3 - Tibbi fərdi mühafizə vasitələri
a - fərdi aptekçə, kimyaəleyhinə fərdi paket
b - əleyhqazlar, respiratorlar və ən sadə mühafizə vasitələri
c - mühafizə bürüncəyi, mühafizə plaşı, mühafizə kombinizonu
A) 1 - b; 2 - c; 3 - a
B) 1 - a; 2 - b; 3 - c
C) 1 - c; 2 - a; 3 - b
D) 1 - a; 2 - c; 3 - b
E) 1 - b; 2 - a; 3 - c
18. Fərdi tibbi mühafizə vasitələrinə aiddir. Uyğunluğu tapın
1 - Radioprotektorlar
2 - Antidotlar
3 - Fərdi aptekçə
4 - Fərdi kimyəvi paket
a - zəhərli maddələrin təsirinin qarşısını alır və ya zəiflədir
b - ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədir
c - orqanizmi dərmanların köməyi ilə radiasiyadan, zəhərli maddələrdən və mikroblardan mühafizə edir
d - dəri səthinin zəhərli maddələr damcıları, radioaktivilə zəhərlənmiş açıq sahələrini təmizləmək üçündür
A) 1 - b; 2 - a; 3 - c; 4 - d
B) 1 - a; 2 - c; 3 - d; 4 - b
C) 1 - c; 2 - b; 3 - a; 4 - d
D) 1 - d; 2 - a; 3 - c; 4 - b
E) 1 - a; 2 - c; 3 - d; 4 - b
19. Tibbi fərdi mühafizə vasitələrinin sayını və növünü göstəriməklə uyğunluğu tapı.
1 - 1
2 - 2
3 - 3
4 - 4
5 - 5
a - antidotlar
b - əleyhqazlar
c - radioprotektorlar
d - respiratorlar
e - fərdi aptekçə
g - yüngül mühafizə kostyumu
f - fərdi kimyəvi paket
A) 4 (a, c, e, f)
B) 5 (b, d, e, g, f)
C) 2 (a, b)
D) 3 (b, c, d)
E) 3 (e, g, f)
20. Tənəffüs orqanlarını mühafizə edən fərdi mühafizə vasitələri hansıdır? Uyğunluuğu tapın.
1 - süzucü əleyhqazlar
2 - təsiredici əleyhqazalar
3 - respiratorlar
4 - ən sadə vasitələr
a - tənəffüs orqanlarını radioaktiv və zəhərli tüstülərdən mühafizə edən yarım maska
b - tozdan qoruyan parça maska və pambıqlı tənzif sarğı
c - tənəffüs orqanlarını, gözləri tamamilə zxəhərli və RM mühafizə edir
d - tənəffüs orqanlarını ətrafdakı havadan tamamilə təcrid edir
A) 1 - d; 2 - b; 3 - c; 4 - a
B) 1 - a; 2 - c; 3 - d; 4 - b
C) 1 - c; 2 - d; 3 - a; 4 - b
D) 1 - b; 2 - a; 3 - d; 4 - c
E) 1 - c; 2 - b; 3 - c; 4 - d
21. Fərdi kimyəvi paketdən istifadə etmək qaydalarını ardıcıllıqla yazın.
1 - Sonra zəhərli sahəni deqazasiya məhlulu ilə isladılmış salfetlə silirlər
2 - Zəhərli maddələr damçıları və ya bulaşığı aşkar edidikdə salfetlə hopdurub, vergülvari silib, atmaq lazımdır
3 - Pambıq – tənzif salfeti paketdəki flakonda olan deqazasiya məhlulu ilə islatmaq lazımdır
4 - Istifadə olunan salfetləri yandırırlar
A) 2, 3, 1, 4
B) 1, 3, 2, 4
C) 4, 2, 1, 3
D) 1, 2, 3, 4
E) 3, 2, 1, 4
22. Fərdi aptekçədə bölmələrdə yerləşən mühafizə edici maddələri ardıcıllıqla yazın:
1 - Radiasiya əleyhinə - sistamin
2 - Şpris - tyubik – (2% - li promedol məhlulu)
3 - FÜB - lə zəhərlənməyə qarşı – (taren) ;
4 - Bakteriya əleyhinə (sulfadimetoksin)
A) 2, 3, 4, 1
B) 1, 2, 3, 4
C) 1, 4, 3, 2
D) 4, 2, 3, 1
E) 1, 3, 4, 2
23. Tənəffüs üzvlərinin mühafizə vasitələrini ardıcıllıqla yazın:
1 – Sadə vasitələr
2 – Respiratorlar
3 – əleyhqazlar
A) 3, 2, 1
B) 1, 2, 3
C) 2, 4, 3,
D) 1, 3, 5
E) 3, 2, 4
24. Fərdi aptekçədəki dərman maddələrini ardıcıllıqla yazın.
1 – sulfadimetoksin – bakteriya əleyhinə
2 – şpris – tyubikdə 2% 1 ml promedol məhlulu ağrıkəsici
3 - terrasiklin – bakteriya əleyhinə
4 - taren fosforlu üzvlü maddələrlə zəhərlənməyə qarşı
5 - sistamin radiasiya əleyhinə
A) 4, 3, 1, 2, 5
B) 1, 2, 4, 5, 3
C) 2, 4, 1, 5, 3
D) 3, 1, 2, 4, 5
E) 5, 1, 2, 3, 4
Dostları ilə paylaş: |