##book id= 215//book name=Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası II


##num= 10// level= 1// sumtest=20 // name= III - IV siniflərdə kəmiyyətlərin öyrədilməsi – 181 – 200//



Yüklə 439,6 Kb.
səhifə9/13
tarix18.12.2018
ölçüsü439,6 Kb.
#86193
1   ...   5   6   7   8   9   10   11   12   13

##num= 10// level= 1// sumtest=20 // name= III - IV siniflərdə kəmiyyətlərin öyrədilməsi – 181 – 200//


1. Şagirdlərə kütlə ölçü vahidləri öyrədilərkən ən son mərhələdə hansı ölçü vahidləri haqqında təsəvvür yaradılır?

A) q və kq

B) q və t

C) s və kq

D) s və t

E) t və kq

2. Şagirdlərdə hansı kəmiyyət haqqında təsəvvür yaratmaq üçün bu tipli tapşırıqlar verilir: eyni formalı, müxtəlif ölçülü, eyni materialdan hazırlanmış 2 cismin ağırlığına görə əllə müqayisə edilməsi; eyni formalı və ölçülü, lakin müxtəlif materialdan hazırlanmış 2 cismin ağırlıq və ya yüngüllüyünün müqayisə edilməsi

A) kütlə haqqında təsəvvürlər yaratmaq üçün

B) vaxt haqqında təsəvvürlər yaratmaq üçün

C) sahə haqqında təsəvvürlər yaratmaq üçün

D) uzunluq haqqında təsəvvürlər yaratmaq üçün

E) həcm haqqında təsəvvürlər yaratmaq üçün

3. Şagirdlərə vaxt ölçü vahidləri öyrədilərkən saniyə və əsr ölçü vahidləri ilə onlar hansı mərhələdə tanış edilirlər?

A) başlanğıc mərhələdə

B) son mərhələdə

C) I mərhələdə

D) II mərhələdə

E) heç bir mərhələdə

4. Uzunluq anlayışı və onun ölçülməsi ilə şagirdləri tanış etmək üçün işin II mərhələsində hansı ölçü vahidi daxil edilir?

A) mm

B) km

C) sm

D) metr

E) dm

5. Əsr və saniyə vaxt ölçü vahidləri ilə şagirdlər nə vaxt tanış olurlar?

A) IV sinifdə

B) II sinifdə

C) III sinifdə

D) I sinifdə

E) V sinifdə

6. Şagirdlərin öyrənməkdə çətinlik çəkdikləri kəmiyyət hansıdır?

A) yalnız parçanın ölçülməsi

B) kütlə və onun ölçülməsi

C) sahə və onun ölçülməsi

D) uzunluq və onun ölçülməsi

E) vaxt və onun ölçülməsi

7. Kütlə anlayışı və onun ölçülməsinə hazırlıq hansı yaş dövründən başalyır?

A) III sinifldən

B) I sinifdən

C) II sinifdən

D) hazırlıq qrupundan

E) IV sinifdən

8. Fevral ayı nə vaxt 29 gündən ibarət olur?

A) ilin nömrəsini göstərən ədəd 4 - ə bölündükdə

B) ilin nömrəsini göstərən ədəd 2 - yə bölündükdə

C) bir ildən bir

D) ilin nömrəsini göstərən ədəd 5 - ə bölündükdə

E) ilin nömrəsini göstərən ədəd 6 - ya bölündükdə

9. Uzunluq anlayışı və onun ölçülməsi ilə şagirdləri tanış etmək üçün başlanğıc mərhələ hansıdır?

A) düz xətt və parça anlayışı haqqında şagirdlərdə əyani - praktik təsəvvürlər yaradılır

B) parçaların ölçülməsi üçün ilk ölçü vahidi sm haqqında məlumat verilir

C) şagirdlər surət anlayışı ilə tanış edilir

D) şagirdlərə həcm haqqında məlumat verilir

E) şagirdlərə tutum haqqında məlumat verilir

10. Aşağıdakılardan hansı səhvdir?

A) 1s=100kq

B) 1l=1kq

C) 1t=1000kq

D) 1kq=1000q

E) 1t=10s

11. Aşağıdakılardan hansı tutum vahididir?

A) kq

B) q

C) t

D) sm

E) l

12. Şagirdlərə vaxt ölçü vahidləri öyrədilərkən saniyə və əsr ölçü vahidləri ilə onlar hansı mərhələdə tanış edilirlər?

A) II mərhələdə

B) başlanğıc mərhələdə

C) I mərhələdə tək

D) son mərhələdə

E) heç bir mərhələdə

13. Sahə anlayışı verilərkən hansı müqayisə növlərindən istifadə olunur?

1) gözəyarı müqayisə,

2) sayma ilə müqayisə,

3) üst - üstə qoymaqla müqayisə,

4) sahə ölçü vahidlərindən istifadə etməklə müqayisə,

5) toplamaqla müqayisə

A) 1, 3, 4

B) 1, 2

C) 2, 3

D) 2, 5

E) 1, 5

14. Aşağıdakılardan hansı tutum vahididir?

A) q

B) l

C) t

D) sm

E) kq

15. Şagirdlər kəmiyyətin hissələri ilə tanış edilməsi zamanı dərslərin məzmununa daxil olanları seçin:

1 - şagirdlərə tanış olan fiqurların, əşyaların praktik olaraq 2, 4, 3, 6, 8 və s. hissələrə bölünməsi

2 - hissələrin müşahidə və müqayisə edilməsi

3 - alınmış hissələrin birləşdirilərək yenidən həmin fiqurun alınması

4 - şagirdlərin sadə kəsrlərlə tanış edilməsi

5 - ədədin hissəsini tapmağa və hissəsinə görə ədədi tapmağa aid məsələ həlli

A) 1, 2, 5

B) 1, 2, 4

C) 3, 4, 5

D) 1, 2, 3

E) 2, 4, 5

16. Kütlə vahidlərinə aid olanları seçin:

1 - metr

2 - ton

3 - saat

4 - qram

5 - litr

A) 1, 3, 5

B) 2, 4

C) 1, 2, 3

D) 3, 4, 5

E) 1, 4, 5

17. Vaxt vahidlərinə aid olanları seçin:

1 - sutka

2 - sentner

3 - dəqiqə

4 - ar

5 - metr

A) 1, 5

B) 2, 4

C) 4, 5

D) 1, 3

E) 3, 4

18. Kütlə vahidlərini ardıcıl düzün:

1) ton,

2) q,

3) sentiner,

4) kq

5) mq

A) 5, 2, 4, 3, 1

B) 4, 2, 1, 3, 5

C) 1, 4, 3, 2, 5

D) 4, 3, 1, 5, 2

E) 1, 4, 2, 3, 1

19. Uyğunluğu müəyyən edin.

I – Stolun üzərində 9 kitab var. Bu kitab rəfindəki kitablardan 2dənə azdır. Rəfdə neşə kitab var?

II – Bir qatar 7 saat, o biri isə 4 saat yol getdi. Birinci qatar 180 km artıq yol getdi. Qatarların sürəti bərabər olarsa, hər bir qatar nə qədər məsafə qət etmişdir?

III – Bir bağlamada 8 dəftər var. 7 belə bağlamada neçə dəftər var?

1 - tip məsələdir

2 - sadə məsələdir

3 - vurmaya aid məsələdir

4 - iki fərqə görə məchul ədədlərin tapılmasına aid məsələdir

5 – çıxmaya aid məsələdir

6 - toplamaya aid məsələdir

A) I - 2, 6; II - 1, 4; III – 2, 3;

B) I - 2, 5; II - 1, 4; III – 1, 6;

C) I - 1, 4; II - 2, 5; III – 1, 3;

D) I - 2, 6; II - 1, 3; III – 4, 5;

E) I - 2, 3; II - 1, 6; III – 1, 3;

20. Uyğunluğu müəyyən edin.

I – Stolun üzərində 9 kitab var. Kitab rəfindəki kitablar ondan 2 dənə azdır. Rəfdə neşə kitab var?

II – 56 dəftəri hər bağlamada bərabər olmaqla 7 bağlamaya yığdılar. Hər bağlamaya neçə dəftər yığdılar?

III - 12 qələmi 2 qutuya elə yerləşdir ki, qutuların birində digərindən 2 qələm çox olsun?

1 - tip məsələdir

2 - sadə məsələdir

3 - vurmaya aid məsələdir

4 - iki fərqə görə məchul ədədlərin tapılmasına aid məsələdir

5 - iki ədədin cəminə və fərqinə görə məchul ədədlərin tapılmasına aid məsələdir

6 - çıxmaya aid məsələdir

7 - bölməyə aid məsələdir

8 – mütənasib bölməyə aid məsələdir

A) I - 2, 6; II - 1, 4; III – 4, 8;

B) I - 2, 5; II - 1, 4; III – 1, 6;

C) I - 1, 8; II - 2, 5; III – 1, 6;

D) I - 2, 6; II - 2, 7; III – 1, 5;

E) I - 2, 3; II - 1, 6; III – 1, 3;

Yüklə 439,6 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin