1. Motiv anlayışının mahiyyətinə dair aşağıdakı cavablardan hansı düzdür?
A) motiv – psixi fəallığın təzahür formasıdır.
B) motiv – davranışın ümumi yönəlişliyini təmin edir.
C) motiv – məqsədin əldə olunmasına yönələn təhrikdir.
D) motiv – fəaliyyətin səmərəliliyinin əsas şərtidir.
E) motiv – şəxsiyyətin daxili vəziyyətinin ifadəsidir.
2. Təlim - idrak motivlərinin mahiyyətini necə səciyyələndirmək olar?
A) şagird yerinə yetirdiyi təlim tapşırıqları ilə əlaqədar müəllimə suallarla müraciət edir
B) şagird müstəqil surətdə təlim tapşırıqlarının həll edilməsi üsullarını müəyyənləşdirməyə çalışır.
C) şagird təlim prosesində müəyyən nəticənin alınmasına nail olmaq istəyir
D) şagird biliklərin əldə olunması vasitələrinin mənimsənilməsinə istiqamətlənir.
E) şagird buraxdığı səhvləri müstəqil surətdə təhlil edir.
3. Şəxsi təhsil motivlərinin mahiyyətini necə izah etmək olar?
A) şagird müstəqil təhsil almaqla əlaqədar müəllimdən məsləhət almağa çalışır.
B) müəllim və valideynlərinin nəzarəti olmadan müstəqil çalışmağa üstünlük verir.
C) şagird əlavə ədəbiyyatı oxumağa aktiv meyl edir.
D) şagird məktəbdənkənar dərnəklərin işində fəal iştirak edir.
E) məktəbli müstəqil surətdə təhsil almağın vasitələrini təkmilləşdirməyə doğru istiqamətləndirilir.
4. Təlimin motivləri içərisində ən qüvvətli və dəyərli motiv hansıdır?
A) “yaxşı” və “əla” qiymətlər almaq
B) idrak maraqları
C) yoldaşlarının hörmətini qazanmaq
D) valideynləri təəssüfləndirməmək və narazı salmamaq
E) gələcəkdə hər hansı bir peşəyə yiyələnmək arzusu
5. Hansı motiv mənanı formalaşdıran motiv adlana bilər?
A) təhrikedici funksiyanı yerinə yetirən motivlər
B) sosial xarakterli motivlər
C) sosial əməkdaşlıq motivləri
D) dərkolunan motivlər
E) davamlı motivlər
6. Müasir motivasiya konsepsiyasının formalaşmasında insanın davranış tərzi hansı amillərlə aydınlaşdırılır?
1 – bioloji tələbatlarla
2 – irsi əlamətlərlə
3 – mühitin təsiri ilə
4 – psixoloji problemlərlə
5 – təcrübə vasitəsilə
2, 5
2, 4
3, 5
1, 3
3, 4
7. Sadalanlardan hansılar motivlərin əsas funksiyaları kimi xarakterizə olunurlar? Ardıcıllığı müəyyən edin:
1 - təhliletmə
2 - təhriketmə
3 - müəyyənləşdirmə
4 - istiqamətləndirmə
5 - yönəltmə
A) 3, 4
B) 1, 2
C) 2, 4
D) 1, 3
E) 4, 5
8. Motivlərin davamlılığı dedikdə siz nəyi başa düşürsünüz? Ardıcıllığı müəyyən edin:
1 - təlimə, oxumağa daimi marağın olması başa düşülür.
2 - şagirdin hətta qeyri - əlverişli şəraitdə çalışması nəzərdə tutulur.
3 - şagirdin müvafiq stimullar olmadıqda belə oxuması və aktiv şəkildə çalışması başa düşülür.
4 - şagirdin maneələrin olması zəminində belə oxuması və aktiv şəkildə çalışması başa düşülür.
5 - təlim prosesində qarşıya çıxan çətinliklərin aradan qaldırılmasını nəzərdə tutur.
A) 1, 3, 4
B) 1, 2, 3
C) 3, 4, 5
D) 2, 3, 4
E) 2, 3, 5
9. Motivlərin növlərini ardıcıllıqla müəyyən edin:
1 - oyun motivləri
2 - təlim motivləri və sosial motivlər
3 - təlim motivləri
4 - əmək və yaradıcılıq motivləri
5 - geniş idrak motivləri və özünütəhsil motivləri
A) 1, 2, 4
B) 2, 3, 5
C) 3, 4, 5
D) 1, 3, 4
E) 2, 4, 5
10. Şagirdin təlim fəaliyyətinin motivasiya sisteminin formalaşmasında mühüm rol oynayan sosial motivlərin hansı növləri fərqləndirilir? Ardıcıllığı müəyyən edin:
1 - geniş sosial motivlər
2 - təlim motivləri
3 - dar sosial motivlər
4 - özünütəhsil motivləri
5 - sosial əməkdaşlıq motivləri
A) 1, 3, 5
B) 2, 3, 4
C) 1, 3, 4
D) 1, 2, 5
E) 3, 4, 5
11. Təlimin sosial motivlərinin səciyyəsinə dair aşağıdakı cavabların hansı düzgün sayıla bilər? Uyğun olanları seçin:
1 - sosial motivlər uşağın mövqeyini əks etdirir.
2 - sosial motivlər şagirdin yaşıdları ilə qarşılıqlı sosial münasibətlərinin ifadəsi kimi təzahür edir .
3 - təlimin sosial motivləri təhsilin ictimai əhəmiyyətini ifadə edir.
4 - sosial motivlər uşağın idrak fəaliyyəti ilə əlaqədar olur.
5 - sosial motivlər şagirdin böyüklərlə qarşılıqlı sosial münasibətlərinin ifadəsi kimi təzahür edir.
A) 4, 5
B) 1, 2
C) 3, 4
D) 2, 4
E) 2, 5
12. Təlim motivləri neçə yerə bölünür? Uyğun olanları seçin:
1 - əmək motivləri
2 - yaradıcılıq motivləri
3 - idrak motivləri
4 - təlim motivləri
5 - sosial motivlər
A) 4, 5
B) 3, 4
C) 2, 3
D) 2, 5
E) 1, 3
13. Motivlərin əsas funksiyaları hansılardır? Uyğun olanları seçin: