##book id= 357//book name= Bioloji kimya və molekulyar biologiya


##num= 13// level= 1// sumtest=14 // name= Genetik kod. Genetik kodun xassələri //



Yüklə 0,6 Mb.
səhifə12/15
tarix17.11.2018
ölçüsü0,6 Mb.
#83890
1   ...   7   8   9   10   11   12   13   14   15

##num= 13// level= 1// sumtest=14 // name= Genetik kod. Genetik kodun xassələri //


1. Bu təkliflərdən hansı doğrudur?

A) genetik kod cırlaşan deyil

B) cəmi 61 kodon 20 amin turşusunu kodlaşdırır

C) cəmi 20 kodon 20 amin turşusunu kodlaşdırır

D) metionin və triptofan daxil olmaqla bütün amin turşuları birdən çox kodonla kodlaşırlar

E) cəmi 64 kodon 20 amin turşusunu kodlaşdırır

2. Bu kombinasiyalardan hansında terminasiya kodonlarının və yaxud stop siqnallarinın hamısı əks olunmuşdur?

A) UAA, UAG və UGA

B) UAA, AUG və UGA

C) AUG, UAG və UGA

D) UAA, UAG və AUG

E) UAU, UAG və UGA

3. Bu təkliflərdən hansı doğru deyildir?

A) eukariotlarda AUG birinci pozisiyada formilmetionini, ixtiyari başqa yerdə isə metionini kodlaşdırır

B) genetik kod birmənalıdır

C) hər bir kodon (AUG –dən başqa) yalnız bir amin turşusunu kodlaşdırır və yaxud transilyasiyanın terminatoru funksiyasını yerinə yetirir

D) prokariotlarda AUG birinci pozisiyada formilmetionini, ixtiyari başqa yerdə isə metionini kodlaşdırır

E) eukariotlarda AUG başqa pozisiyalarda olduğu kimi birinci pozisiyada da metionini kodlaşdırır

4. Aşağıdakı təkliflərdən hansı kodun kompaktlığının təcrübə yolu ilə olunmuş (1961 - ci il, Seymur Benzer və Frensis Krik) sübutuna ziddir?

A) genin əvvəlindəki 4 - qat “ + ” və ya “ - “mutasiyalar onun yalnız bir hissəsini korlayır

B) genin əvvəlindəki tək “ + ” və ya “─” mutasiyalar bütün geni korlayır

C) genin əvvəlindəki 2 qat “ + ” və ya “─” mutasiyalar bütün geni korlayır

D) genin əvvəlindəki 3 - qat “ + ” və ya “ - “ mutasiyalar onun yalnız bir hissəsini korlayır

E) genin daxilində hər bir nukleotid məna kəsb edən kodonun tərkibinə daxil olur

5. Aşağıdakı təkliflərdən hansı genetik kodun xassələrindən biri ilə tamamilə üst - üstə düşür?

A) universal deyildir

B) yerdə yaşayan bütün mikroorqanizmlər üçün eynidir

C) yerdə yaşayan bütün canlılar üçün eynidir

D) yerdə yaşayan bütün insanlar üçün eynidir

E) yerdə yaşayan bütün heyvanlar üçün eynidir

6. Bu təkliflərdən hansı doğru deyildir?

A) genetik kod maneəyə davamlı deyil

B) nukleotidlərin əvəz olunması zamanı, kodlaşdırılan amin turşularının sinfi dəyişmirsə, bu cür mutasiyalar konservativ mutasiyalar adlanır

C) nukleotidlərin əvəz olunması zamanı, kodlaşdırılan amin turşularının sinfi dəyişirsə, bu cür mutasiyalar radikal mutasiyalar adlanır

D) hər bir kodonda 9 bir dəfəlik əvəzetmə yerinə yetirmək olar

E) konservativ əvəz olunmaların sayının radikal əvəz olunmaların sayına olan nisbəti genetik kodun əngələdavamlılığının göstəricisidir

7. Bu təkliflərdən hansı doğru deyildir?

A) φ X174 faqının genetik kodu bir - birinin üstünü örtən deyil

B) bir - birinin üstünü örtən genetik kodun çatışmamazlığı zülalın quruluşunun nukleotidin əvəz olunmasından çox asılı olmasındadır

C) gendə bir - birinin üstünü örtməmək o deməkdir ki, hər bir nukleotid yalnız bir kodonun tərkibinə daxil olur

D) gendə bir - birinin üstünü örtmək o deməkdir ki, üçüncüdən başlayaraq , hər bir nukleotid üç kodonun tərkibinə daxil olur

E) genetik kod bir - birinin üstünü örtən deyil

8. Bu mutasiyalardan hansıları bütün geni korlayır?

1 - tək müsbət və ya mənfi; 2 - iki qat müsbət və ya mənfi; 3 - üç qat müsbət və ya mənfi; 4 - dörd qat müsbət və ya mənfi

A) 1; 3

B) 1; 3; 4

C) 2; 3; 4

D) 1; 2; 4

E) 3; 4

9. Təsvirdə delesiyanın əks olunduğu hissələri tapın.



A) 3, 4

B) 2, 3

C) 1, 4

D) 1, 2

E) 4, 5

10. Qamova görə gen neçənci nukleotidindən başlayaraq hər bir nukleotid 3 kodonun tərkibinə daxil olmalıdır?

A) Üçüncü

B) Birinci

C) İkinci

D) Dördüncü

E) Beşinci

11. 5 müxtəlif amin turşudan təşkil olunmuş pentapeptidin necə ayrı - ayrı birinci quruluşu mövcuddur?

A) 120

B) 60

C) 32

D) 100

E) 25

12. Aşağıdakılardan hansı yanlışdır?

A) genetik kodun bütün xassələri mütləqdir və heç bir istisna müşahidə olunmur

B) gen DNT - nin elə bir sahəsidir ki, bi polipeptid zənciri kodlşdırır

C) hər bir triplet yalnız bir amin turşusunu kodlaşdırır

D) genin tərkibində hər bir nukleotid məna kəsb edən kodonun tərkibinə daxil olur

E) genetik kod bütün canlılar üçün eynidir

13. Genin əvvəlindəki tək müsbət və ya mənfi mutasiyalar . . . . . . . . .

A) Genə təsir etmir

B) Genin əvvəlini korlayır

C) Genin sonunu korlayır

D) Genin ortasını korlayır

E) Bütün geni korlayır

14. Genin əvvəlindəki 3 qat müsbət və ya mənfi mutasiyalar . . . . . . . .

A) Onun bir hissəsini korlayır

B) Bütün geni korlayır

C) Heç bir təsiri olmur

D) Genə cüzi təsir edir

E) Geni məhv edir

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin