##book id= 357//book name= Bioloji kimya və molekulyar biologiya


##num= 16// level= 1// sumtest=16 // name= Eukariotlarda transkripsiya; eukariotlarda ribosomlar necə əmələ gəlir; eukariotlarda transkripsiyanın xüsusiyyətləri //



Yüklə 0,6 Mb.
səhifə15/15
tarix17.11.2018
ölçüsü0,6 Mb.
#83890
1   ...   7   8   9   10   11   12   13   14   15

##num= 16// level= 1// sumtest=16 // name= Eukariotlarda transkripsiya; eukariotlarda ribosomlar necə əmələ gəlir; eukariotlarda transkripsiyanın xüsusiyyətləri //


1. Eukariotlarda transkripsiya prosesində aşağıdakı variantlardan hansı yerinə yetirilmir?

A) RNT - polimeraza I – gRNT - lərini və bəzi sRNT - ləri sintez edir

B) RNT - polimeraza I – rRNT - lərini (5S rRNT - dən başqa) sintez edir

C) RNT - polimeraza II – mRNT - lərini sintez edir

D) RNT - polimeraza II – bəzi sRNT - ləri sintez edir

E) RNT - polimeraza III – nRNT - lərini , bəzi sRNT - ləri və 5S rRNT - ni sintez edir

2. Eukariotlarda aşağıdakı variantlardan hansı ödənilmir?

A) əvvəlcə pro - rRNT sintez olunur, yetişdikdən sonra isə 23S, 16S və 5. 8S rRNT - lər əmələ gəlir

B) 5S rRNT - dən başqa bütün ribosm genləri yaxınlaşmışlar (başqa sözlə desək bir - birinin ardında yerləşmişlər) və bir neçə klaster əmələ gətirirlər

C) RNT - polimerazalar subvahidlərin miqdarına, onların amin turşularının tərkibinə və maqnezium və manqan katodlarından asılılığına görə bir - birindən fərqlənirlər

D) pro - ribosom RNT - sinin hər bir geni eyni zamanda bir neçə RNT - polimeraza ilə transkripsiya olunur və elə həmin anda da prosessinq hadisəsi başlayır

E) nüvədə sintez olunan mRNT sitoplazmadakı hazır ribosomlara daxil olurlar

3. Eukariotlar üçün aşağıdakı təkliflərdən hansı doğru deyildir?

A) işıq mikroskopunda müşahidə oluna bilən, ribosom subvahidlərinin əmələ gəldiyi yerə nüvəcik deyilir

B) eukariot nüvəsində eyni zamanda yüz minlərlə ribosom subvahidləri yerləşir

C) nüvədə yalnız bir dənə nüvəcik ola bilər

D) ribosom zülalları sitoplazmada sintez olunub da nüvəyə gedirlər

E) rRNT - nin genlər klasterini nüvəçik təşkilatcıları adlandırırlar

4. Eukariot genomunda aşağıdakı variantlardan hansı ödənilmir?

A) transkripsiya vahidi, prokariotlarda olduğu kimi operondur

B) ümumiyyətlə operator olmur

C) burda da promotor var, ançaq prokariotlarda olduğu kimi yox, başqa çür təşkil olunmuşdur

D) TATA - boksun mövqeyi transkripsiyanın inisiasiya nöqtəsini müəyyən edir

E) TATA - boks transkripsiyanın inisiasiya nöqtəsindən - 25 məsafədə yerləşir

5. Eukariot genlərinin promotorlarında aşağıdakı variantlardan hansı ödənilmir?

A) TATA - boks + 1nukl - dən - 35 məsafədə yerləşir və onun mövqeyi transkripsiyanın inisiasiya nöqtəsini müəyyən edir

B) - 80 - - 60 n. c məsafəsində CAAT - boks yerləşir ki, onun olmağı elə vacib olmasa da çox genin qabağında həmin boks vardır

C) CAAT və TATA arasındakı məsafə böyükdür və RNT - polimeraza bütün bu sahəni örtə bilmir

D) CAAT öz zülalı, TATA isə öz zülalı ilə tanınır

E) transkripsiyanın bazal faktorları transkripsiyanın inisiasiyası üçün 3 nüvə RNT - polimerazasının hamısına lazımdır

6. Eukariot genomları üçün aşağıdakı variantlardan hansı doğru deyildir?

A) enhanserlər - kəsilməz nukleotid ardıcıllıqlarıdır

B) zülal kodlaşdıran ixtiyari genin enhanseri (gücləndiricisi) vardır

C) enhanserlər - DNT - nin elə ardıcıllıqlarıdır ki, spesifik zülallarla əlaqəyə girdikdə transkripsiyanı gücləndirir

D) enhanserlərin ayrı - ayrı hissələri modullardan təşkil olunmuşdur

E) eyni modullara müxtəlif enhanserlərdə rast gəlmək olar

7. Eukariot genomları üçün aşağıdakı variantlardan hansı doğru deyildir?

A) çoxhüceyrəli orqanizmlərin bütün somatik hüceyrələrinin hamısı müxtəlif genlər dəstinə malikdirlər

B) hər bir enhanser üçün modullar dəsti unikaldır

C) modullar - spiralın 2 burumundan (20n. c) böyük olmayan kiçik nukleotid ardıcıllıqlarından ibarətdir ki, genin qabağında, sonunda və hətta daxilində də yerləşə bilirlər

D) somatik hüceyrələrdə yalnız o genlər ekspressiya ounur ki, onların bütün enhanser modulları öz zülalı ilə tanınır və bu zülallar bir - biri ilə qarşılıqlı əlaqəyə girirlər

E) saylenserlər - DNT - nin elə ardıcıllıqlarıdır ki, zülallarla əlaqəyə girdikdə transkripsiyanı zəiflədirlər

8. Eukariotlarda mRNT - nin prosessinqi zamanı aşağıdakı təkliflərdən hansı yerinə yetirilmir?

A) 100% bütün mRNT - lərin splaysinqi

B) ~ 95% mRNT - lərin poliadenilləşməsi

C) 100% bütün mRNT - lərin kep - ləşdirilməsi

D) yalnız poliadenilləşmiş mRNT - lər splaysinqə uğrayırlar

E) redaktə edilmə (yalnız bir neçə mRNT üçün göstərilmişdir)

9. Eukariotlarda aşağıdakı təkliflərdən hansı doğru deyildir?

A) mRNT - nin prosessinqinin bütün mərhələləri RNP - hissəciyində (ribonukleoproteid kompleksində) baş verir

B) nRNT - nin bir neçə və yaxud çoxlu sayda ribosomla əmələ gətirdiyi kompleksə - polisoma deyilir

C) pro - mRNT sintez olunduqca, nüvə zülalları ilə birləşərək kompleks - informofera əmələ gətirir

D) mRNT - nin həm nüvədə, həm də sitoplazmada zülallar ilə əmələ gətirdiyi komplekslərə sRNT - lər də daxil olur

E) prinsip etibarı ilə, eukariotlarda rRNT - nin və nRNT - nin prosessinqi (yetişməsi) prokariotlarda olduğu kimidir

10. Eukariotlarda mRNT - nin prosessinqi üçün aşağıdakı təkliflərdən hansı doğru deyildir?

A) kep - ləşdirmə - “şap - şap” geyindirmə deməkdir

B) “cap” metilləşmiş, qeyri adi 5’ - 5’mövqeyinə qoşulmuş GTF - dən və mRNT - nin birinci 2 nukleotidindəki 2 metilləşmiş ribozadan ibarətdir

C) pro - mRNT əmələ gəldikcə ( 30 - cu nukleotid əmələ gələnə qədər) , özündə purintrifosfat daşıyan 5’ - sonluğuna quanin birləşir və bundan sonra metilləşmə baş verir

D) “cap” mRNT - nin 5’ - sonluğunu endonukleazanın təsirindən qoruyur

E) “cap” - əlaqəli zülalların “cap” - i tanıması hesabına mRNT - nin ribosomda düzgün quraşdırılması baş verir

11. Eukariotlarda mRNT - nin prosessinqi zamanı aşağıdakı variantlardan hansı ödənilmir?

A) poliadenilləşmiş bütün pro - mRNT - lərin hamısı splaysinqə uğramır

B) “poli - A quyruğu” poli - A ilə əlaqəyə girə bilən zülallarla örtüldüyünə görə 3’ - sonluğunu hidroliz olunmaqdan qoruyur

C) mRNT - nin ömrünün uzunluğu, xeyli dərəcədə ondakı “poli - A quyruğu” - nun uzunluğu ilə korrelyasiya edir

D) bir sıra genlərin mRNT - ləri poliadenilləşmirlər. (məs. histon genləri)

E) mRNT - nin hər bir növü müəyyən uzunluqlu “poli - A quyruğu”na malik olur

12. Eukariot genomunda aşağıdakı variantlardan hansı ödənilmir?

A) genlərdə intronların sayı ekzonlara nisbətən çoxdur

B) intronlar - genlərin kodlaşdırmayan hissələridir

C) intronların payına ekzonlara nisbətən 5 - 7 dəfə çox nukleotid cütü gəlir

D) ekzonlar - genlərin kodlaşdıran hissələridir

E) splaysinqdən sonra intronların surətləri nukleotidlərə qədər hidroliz olunurlar

13. Eukariotlar üçün aşağıdakı variantlardan hansı doğru deyildir?

A) splaysinq zamanı pro - mRNT - dən ekzonların surətləri kəsilib atılır və intronların surətləri bir - biorinə tikilərək mRNT - ni əmələ gətirir

B) splaysinq mRNT - lərin çoxu üçün göstərilmişdir

C) splaysinq bəzi nRNT - lər üçün göstərilmişdir

D) bəsitlərdə (birhüceyrəli heyvanlarda) rRNT - nin avtosplaysinqi tapılmışdır

E) hətta arxeobakteriyalar üçün də splaysinq göstərilmişdir

14. Eukariotlar üçün aşağıdakı variantlardan hansı doğru deyildir?

A) splaysinqi əsasən, RNT - polimeraza fermentləri həyata keçirirlər

B) bir sıra hallarda splaysinqi matyuraza - fermentləri həyata keçirirlər

C) splaysinqin ümumi bir mexanizmi yoxdur, ən azı 5 müxtəlif mexanizm təsvir edilmişdir

D) bəzi hallarda splaysinq prosesində sRNT - lər də iştirak edirlər

E) avtosplaysinq zamanı isə proses pro - RNT - nin üçüncü quruluşunun sayəsində baş verir

15. RNT - polimerazalar aşağıda göstərilən hansı xüsusiyyətlərə görə bir - birindən fərqlənir?

1 - subvahidlərin miqdarına

2 - amin turşuların tərkibinə

3 - Mg və Mn katodlarından asılığına görə

A) 1, 2, 3

B) 1 və 2

C) 2 və 3

D) 1 və 3

E) yalnız 1

16. Eukariotlarda RNT - polimerazasının hansı növləri var?

1 - nüvə

2 - mitoxondri

3 - xloroplast

4 - sitoplazma

5 - nüvəcik

A) hamısı

B) 2, 4

C) 1, 2, 3

D) 1, 3, 5

E) 1, 2

##num= 17// level= 1// sumtest=17 // name= mRNT - nin prosessinqi (kep - tikilmə; poliadenilləşdirmə; splaysinq; alternativ splaysinq; avtosplaysinq; kiçik RNT; redaktə etmə //


1. Ali orqanizmlərin mRNT - ləri üçün splaysinqin hansı məcburi qaydası vardır?

A) intronların 5’ və 3’ sonluqları çox konservativdirlər: 5’ (GT - intron –AG) 3’

B) intronların yalnız 5’ sonluqları çox konservativdirlər: 5’ (GT - intron - ) 3’

C) intronların yalnız 3’sonluqları çox konservativdirlər: 5’ ( - intron –AG) 3’

D) ekzonların surətlərini bir - birinə tikərkən, onların gendə yerləşmə ardıcıllığına əməl olunmur

E) ekzonların surətlərini bir - birinə tikərkən, onların gendə yerləşmə ardıcıllığına əməl olunmur və onlardan bəziləri atıla bilər

2. Məməlilərin (siçovul) bütün hüceyrəıərində olan, kalsitonin geni üçün aşağıdakı təkliflərdən hansı ödənmir?

A) bu genin mRNT - si alternativ splaysinqə uğramır

B) hipofiz hüceyrəsində CGRP neyropeptidi (kalsitonin geninə aidiyyatı olan peptid) şəklində ekspressiya olunur

C) eyni bir gendən, mRNT - nin splaysinqi və polipeptidin prosessinqi nəticəsində müxtəlif zülallar alınır

D) qalxana bənzər vəzidə, o, kalsitonin hormonu şəklində ekspressiya olunur

E) qalxana bənzər vəzi və hipofizdən başqa toxumaların hüceyrələrində bu gen ekspressiya olunmur

3. Тetrachymena thermophyla infuzoriyasının genomunda avtosplaysinq baş verən zaman, aşağıdakı təkliflərdən hansı ödənmir?

A) bu bir daha göstərir ki, katalitik aktivliyə yalnız zülallar malikdirlər

B) zülal təbiətli əlavə birləşmənin iştirakı olmadan, 35S pro - rRNT - dən uzunluğu 414 нукл. olan daxili hissə kəsilib atılır

C) 35S pro - RNT –nin daxili hissəsi kəsilib atıldıqdan sonra, iki ekzon tikilərək 26S pro - RNT - ni əmələ gətirir

D) bu infuzoriyada 6400 nukl. uzunluğunda 35S pro - sRNT əmələ gəlir

E) avtosplaysinqə məhz pro - RNT uğrayır

4. Splaysosoma haqqında olan aşağıdakı təkliflərdən hansı düz deyildir?

A) splaysosomaya pro - mRNT - yə lazımi konformasiyanı verən zülallar və bir neçə sRNT də daxildir

B) splaysosomada pro - mRNT - nin müxtəlif sahələrini kəsən və tikən fermentlər vardır

C) splaysosomanın poliadenilləşmə ilə məşğul olan fermentlərlə heç bir əlaqəsi yoxdur

D) splaysinq, zülal kompleksi olan - splaysosoma vasitəsilə həyata keçirilir

E) kiçik RNT (sRNT) - lər olan U1, U2, U3, U4, U5 və U6 splaysosomanın tərkibinə daxildirlər

5. Eukariot genomunda aşağıdakı variantlardan hansı ödənmir?

A) əgər U4 ilə əlaqəyə girən zülal üçün antitel alınarsa, onda poiadenilləşmə baş verəcək

B) sitoplazmada RNP (ribonukleoproyeid kompleksi) infrosomanın tərkibinə daxildir

C) kiçik RNT olan U4 poiadenilləşmədə iştirak edən kompleksə daxildir

D) snRNT poliadenilləşmə və splaysinqdə iştirak edən RNP (ribonukleoproyeid kompleksi) - nin tərkibinə daxildir

E) əgər U4 ilə əlaqəyə girən zülal üçün antitel alınarsa, onda splaysinq baş verməyəcək

6. Redaktə etmə nəyə deyilir?

A) genetik informasiyanın rRNT səviyyəsində dəyişdirilməsinə deyilir

B) genetik informasiyanın mRNT səviyyəsində dəyişdirilməsinə deyilir

C) genetik informasiyanın sRNT səviyyəsində dəyişdirilməsinə deyilir

D) genetik informasiyanın gRNT səviyyəsində dəyişdirilməsinə deyilir

E) genetik informasiyanın tRNT səviyyəsində dəyişdirilməsinə deyilir

7. Genom RNT - si hansı funksiyasını yerinə yetirir?

A) irsi informasiyaların daşıyıcısıdır

B) zülalın sintezi üçün matris rolunu oynayır

C) zülalın sintezində bilavasitə iştirak edir

D) ribosomların inkişafında iştirak edir

E) amin turşularını kiçik ribosom subvahidinə daşıyır

8. m - RNT - si hansı funksiyanı yerinə yetirir ?

A) polipeptidlərin sintezi üçün matris rolunu oynayır

B) irsi informasiyaların daşıyıcısıdır

C) amin turşularını kiçik ribosom subvahidinə daşıyır

D) ribosomların inkişafında iştirak edir

E) replikasiya prosesində iştirak edir

9. sRNT - si hansı funksiyanı yerinə yetirir?

A) riboprotein hissəciklərinin yığılmasında, splaysinqində, bəzi tənzimləyici hadisələrdə iştirak edir

B) genetik informasiyaların daşıyıcısıdır

C) amin turşularını kiçik ribosom subvahidinə daşıyır

D) polipeptidlərin sintezi üçün matis rolunu oynayır

E) replikasiya prosesində iştirak edir

10. Ribosomlar 4 sinfə bölünür, bunlar hansılardır?

1 - prokariot, 2 - Holci kompleksi, 3 - xloroplast, 4 - nüvə, 5 - eukariot, 6 - mitoxondri

A) 1, 3 6

B) 3, 5, 6

C) 1, 3, 5. 6

D) 1, 2 4, 6

E) 2, 4, 5, 6

11. Aşağıdakı ifadələrdən hansı səhvdir?

A) Demək olar ki, bütün DNT və RNT - polimerazalar 3 - cü quruluşa malikdirlər

B) Nuklein turşularının monomerləri nukleotidlərdir

C) Zülalların təqribən 5% - i 4 - cü quruluşa malikdirlər

D) Nuklein turşuları qeyri - requlyar polimerlərdir

E) Hemoqlobin, insulin 4 - cü quruluşa malikdirlər

12. Oraqşəkilli hüceyrə anemiyası xəstəliyinə tutulmuş hetereziqotlarda eritrositlərin neçə faizi normal, neçə faizi defektdir?

A) 95% - i normal, 5% - i defektdir

B) 75% - i normal, 25% - i defektdir

C) 50% - i normal, 50% - i defektdir

D) 85% - i normal, 15% - i defektdir

E) 80% - i normal, 20% - i defektdir

13. Aşağıdakılardan hansı yanlışdır?

A) DNT molekulunun bütün birzəncirli formaları xəttidir və 3΄, 5΄ sonluğa malikdirlər

B) DNT zəncirinin sonluqlarında telomerlər yerləşir

C) İnsan DNT - sinin sonluqlarındakı telomerlər birqat zəncirdən təşkil olunub

D) İnsan DNT - sinin sonluqlarındakı telomerlər bir neçə min dəfə təkrarlanan TTAQQQ ardıcıllığından ibarətdir

E) Prokariotlarda DNT zəncirinin sonluqlarındakı telomerlər adətən ikizəncirli olur

14. ρ - dan asılı olan terminasiyada ρ faktor nədir?

A) ATF - aza aktivliyi olan, 4 - cü quruluşa malik zülal

B) ATF - aza aktivliyi olmayan, 2 - ci quruluşa malik zülal

C) ATF - aza aktivliyi olan, 2 - ci quruluşa malik zülal

D) ATF - aza aktivliyi olan, 3 - cü quruluşa malik zülal

E) ATF - aza aktivliyi olmayan, 4 - cü quruluşa malik olmayan zülal

15. Bu mərhələlərdən hansı core - ferment vasitəsilə həyata keçirilir?

1 - tanıma; 2 - terminasiya; 3 - əlaqəyə girmək; 4 - inisiasiya; 5 - elonqasiya

A) 2; 5

B) 1; 3

C) 2; 4

D) 3; 5

E) 1; 4

16. Prokariot tipli ribosomların böyük və kiçik subhissəcikləri ayrı - ayrılıqda hansı rRNT - dən və nə miqdarda zülaldan təşkil olunmuşdur?

A) 50S subhissəcik 23S və 5S rRNT - dən və 31 zülaldan, 30S subhissəcik isə 16S rRNT - dən və 21 zülaldan təşkil olunub

B) 50S subhissəcik 28S və 5, 8S rRNT - dən və 31 zülaldan, 30S subhissəcik isə 16S rRNT - dən və 21 zülaldan təşkil olunub

C) 50S subhissəcik 16S və 5S rRNT - dən və 31 zülaldan, 30S subhissəcik isə 23S rRNT - dən və 21 zülaldan təşkil olunub

D) 50S subhissəcik 23S və 5, 8S rRNT - dən və 31 zülaldan, 30S subhissəcik isə 16S rRNT - dən və 21 zülaldan təşkil olunub

E) 50S subhissəcik 28S və 5S rRNT - dən və 31 zülaldan, 30S subhissəcik isə 16S rRNT - dən və 21 zülaldan təşkil olunub

17. Eukariot tipli ribosomların böyük və kiçik subhissəcikləri ayrı - ayrılıqda hansı rRNT - dən və nə miqdarda zülaldan təşkil olunmuşdur?

A) 60S subhissəcik 28S; 5, 8S və 5S rRNT - dən və 50 zülaldan, 40S subhissəcik isə 18S rRNT - dən və 33 zülaldan təşkil olunub

B) 60S subhissəcik 28S; 18S və 5S rRNT - dən və 50 zülaldan, 40S subhissəcik isə 5, 8S və 16S rRNT - dən və 33 zülaldan təşkil olunub

C) 60S subhissəcik 18S; 5, 8S və 5S rRNT - dən və 50 zülaldan, 40S subhissəcik isə 28S rRNT - dən və 33 zülaldan təşkil olunub

D) 60S subhissəcik 23S; 5S və 5, 8S rRNT - dən və 50 zülaldan, 40S subhissəcik isə 16S rRNT - dən və 33 zülaldan təşkil olunub

E) 60S subhissəcik 28S və 5S rRNT - dən və 50 zülaldan, 40S subhissəcik isə 5, 8S və 23S rRNT - dən və 33 zülaldan təşkil olunub




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin