##num=10//level=1// sumtest=18 //name=Yoluxucu xəstəliklər. //
1. Bağırsaq infeksiyalarına hansılar aiddir?
A) Səpkili yatalaq, dabağ
B) Pnevmoniya, plevrit
C) Bruselyoz, malyariya
D) Dizenteriya, qarın yatalağı, botulizm
E) Tulyaremiya, leptospiroz
2. Qarın yatalağı xəstəliyinin əsas infeksiya mənbəyi hansılardır?
1 - Xəstə insan
2 - Ev heyvanları
3 - Çöl quşları
4 - Bakteriya gəzdirənlər
5 - Gəmiricilər
A) 2
B) 1, 4
C) 3, 4
D) 2, 3
E) 1, 5
3. Skarlatinanın törədicisi hansıdır?
1 - göbələklər
2 - viruslar
3 - loffler çöpləri
4 - stafilakokklar
5 - streptokokklar
A) 2
B) 1
C) 5
D) 4
E) 3
4. Difteriya xəstəliyinin törədicisi nədir?
1 - streptokokklar
2 - loffler çöpləri
3 - göbələklər
4 - viruslar
5 - Borde Janqu çöpləri
A) 3
B) 1
C) 5
D) 2
E) 4
5. Skarlatinaya yoluxmuş uşaqlar necə gün izolə edilir?
1 - 1 gün
2 - 1 ay
3 - 7 gün
4 - 10 gün
5 - 30 gün
A) 5
B) 1
C) 2
D) 4
E) 3
6. Dizenteriyada infeksiya mənbəyi bunlardan hansıdır?
1 - bit, birə, gənə
2 - vəhşi və ev - quşları
3 - qansorucular
4 - iri və xırda mal – qara
5 - xəstə insan, bakteriya gəzdirənlər
A) 1
B) 5
C) 2
D) 3
E) 4
7. Göyöskürəyin əsas əlamətləri hansıdır?
1 - ürək bulanma, qusma
2 - öskürək tutmaları
3 - başda, beldə ağrılar
4 - temperaturun yüksəlməsi
5 - dəri üzrərində səpgilər
6 - ishal
7 - hipoksiya
8 - kataral əlamətlər
A) 2, 7, 8
B) 1, 2, 3
C) 4, 5, 6
D) 3, 6, 7
E) 2, 4, 5
8. Qrip xəstəliyi hansı ağırlaşmalar verə bilər?
1 - pnevmoniya
2 - dalağın partlaması
3 - haymorit
4 - bağırsağın deşilməsi
5 - qanaxma
6 - otit
A) 4, 5, 6
B) 2, 4, 6
C) 1, 3, 6
D) 2, 3, 4
E) 1, 2, 3
9. Qripin profilaktikasında istifadə olunan preparatlar hansıdır?
1 - Remantadin
2 - interferon
3 - oksalin məlhəmi
4 - tetrasiklin
5 - penisillin
6 - “B” qrupu vitamini
A) 1, 3, 4
B) 3, 4, 5
C) 4, 5, 6
D) 1, 2, 3
E) 2, 4, 5
10. Botulizm xəstəliyinin infeksiya mənbəyi bunlardan hansıdır?
1 - hisə verilmiş ət, balıq
2 - xəstə insan
3 - tərəvəz konservləri
4 - viruslar
5 - ev - qaydası ilə hazırlanmış təzə quru balıq
A) 3, 4, 5
B) 1, 3, 5
C) 2, 3, 4
D) 2, 4, 6
E) 1, 4, 5
11. Botulizmin əsas əlamətləri hansılardır?
1 - zəiflik, təkrar qusma, qəbizlik
2 - qanlı bəlğəm, qanlı öskürək
3 - udma pozulur, nitqi anlaşılmaz olur
4 - dəri üzərində hemorragik səpgilər
5 - diploniya (iki görmə)
A) 2, 4, 5
B) 2, 3, 4
C) 3, 4, 5
D) 1, 3, 5
E) 1, 2, 3
12. Botulizm profilaktikası nədir?
1 - qapaqları qabarmış bankalardakı konservlərdən imtina
2 - müntəzəm idman
3 - ev - üsulu ilə hazırlanan təzə duzlanmış balıq
4 - ət və balığın qaynadılması və kiçik tikələrlə qızardılması
5 - peyvəndlərin vurulması
6 - alkoqol qəbulu
A) 3, 4, 5
B) 2, 3, 5
C) 4, 5, 6
D) 2, 4, 5
E) 1, 3, 4
13. Göy öskürək xəstəliyinin əlamətlərini ardıcıllıqla yazın:
1 - Gözdə qansızmalar, burun qanaxmaları müşahidə olunur
2 - öskürək şiddətlənir
3 - tədricən az - az öskürmək
4 - subfebril temperatur
5 - Öskürək şiddətlənməklə xüsusən gecələr tutmalar şəkilində olur
A) 1, 2, 3, 4, 5
B) 3, 4, 2, 1, 5
C) 5, 4, 3, 2, 1
D) 3, 2, 4, 1, 5
E) 4, 3, 2, 1, 5
14. Xəstələrin huşu hansı vəziyyətdə ola bilər? Uyğunluğu tapın.
1 - stupor
2 - sopor
3 - komatoz
a - bihüş
b - kütlük
c - donub qalma
A) 1 - b; 2 - c; 3 - a
B) 1 - a; 2 - b; 3 - c
C) 1 - c; 2 - b; 3 - a
D) 1 - a; 2 - c; 3 - b
E) 1 - c; 2 - a; 3 –b
15. Qızılca xəstəliyinin ilk əlamətləri. Ardıcıllığı gözləyin:
1 - Yanaqlarda, diş ətinin selikli qişasında mannı yarmasına oxşayan səpgilər əmələ gəlir
2 - Səpkilər solur, itir, dəri qabıq verir
3 - Ümumi hal pozulur, süstlük və iştahsızlıq olur
4 - Zökəm, quru öskürək, göz yaşarması, işıqdan qorxma əlamətləri müşayiət edilir
5 - Bədən hərarəti 38 - 39`a qədər artır.
A) 3, 2, 1, 5, 4
B) 1, 2, 5, 4, 3
C) 2, 3, 4, 1, 5
D) 4, 5, 1, 2, 3
E) 5, 3, 4, 1, 2
16. Su çiçəyi xəstəliyinə xas olan əlamətləri ardıcıllıqla göstərin.
1 - üzərində qartmaqlar əmələ gəlir
2 - bədən hərarəti – 38 - 390 qalxır
3 - sonra şəffaf maye ilə dolmuş sudurlara çevrilir
4 - qartmaqlar tökülür və yerində çapıq qalmır
5 - dəridə qırmızı ləkələr əmələ gəlir
A) 3, 4, 2, 5, 1
B) 1, 4, 3, 2, 5
C) 2, 5, 3, 1, 4
D) 5, 4, 1, 2, 3
E) 4, 3, 2, 1, 5
17. Yoluxucu xəstəliklərin yayılma yollarına aiddir. Uyğunluğu tapın.
I – hava - damcı yolu
II – bağırsaq infeksiyaları vasitəsilə
III – transmissiv yolla yayılan yoluxucu xəstəliklər
IV - zoonoz infeksiyaları vasitəsilə
1 - yoluxmuş ev - və vəhşi heyvanlardan keçən yoluxucu xəstəliklər
2 - xəstə insanın ifrazatı və basil daşıyanlar
3 - keçiricilər vasitəsilə - birə, bit, gənə, ağcaqanadlarla
4 - xəstə insan aşqırdıqda, öskürdükdə, danışdıqda tüpürcək və selik damcıları ilə
A) I - 1; II – 3; III - 2; IV - 4
B) I - 2; II – 4; III - 1 ; IV - 3
C) I - 4; II – 2; III - 3 ; IV - 1
D) I - 3; II – 1; III - 4 ; IV - 2
E) I - 1; II – 4; III - 2; IV - 3
18. Anginanın hansı formaları var. Uyğunluğu tapın.
I – kataral
II – follikulyar
III – lakunar
1 - badamcıqlarda çoxlu dairəvi sarımtıl nöqtələrin – irinləşmiş folikulların olması
2 - boğazda adi ağrı və göynəmənin olması
3 - badamcıqların səthində yarığa bənzər dəliklərdə (lakunalarda) sarımtıl - ağ rəngdə ərplərin əmələ gəlməsi
A) I - 2; II – 1; III - 3
B) I - 1; II – 3; III - 2
C) I - 3; II – 2; III - 1
D) I - 1; II – 2; III - 3
E) I - 3; II – 1; III - 2
Dostları ilə paylaş: |