##book id= 91//book name= Mülki Müdafiə və tibbi biliklərin əsasları (buraxılış)



Yüklə 0,86 Mb.
səhifə1/26
tarix27.12.2018
ölçüsü0,86 Mb.
#86510
  1   2   3   4   5   6   7   8   9   ...   26

##book_id= 191//book_name= Mülki Müdafiə və tibbi biliklərin əsasları – 2 (buraxılış) //

##fk=124//ks=02//fn=191// sumalltest= 503 //

##Fakültənin adı: Fizika texnologiya (müstəqil qrup)

## Ixtisas: Fizika müəllimliyi, texnologiya müəllimliyi

##Bölmə: Azərbaycan

##Müəllimin adı, soyadı və atasının adı.müəl. S.Qəmbərova

##Fənnin adı: Mülki Müdafiə və tibbi biliklərin əsasları – 2 (buraxılış)

##Kafedra müdiri: Dos.N.M.Mehdizadə


##num= 1// level= 1// sumtest=20 // name= Dərmanların növləri. Dərmanların orqanizmə təsiri. Onların orqanizmə daxilolma və xaric olma yolları //


1. Dərmanların təsir növləri seçin:

1 - yerli

2 - indifferent

3 - simptomatik

4 - sedativ

5 - kütləşdirici

A) 3, 2, 1

B) 2, 5

C) 1, 3, 4

D) 4, 5

E) 1, 2, 3

2. Dərmanların əsas formaları hansılardır?

A) bərk formada, toz şəklində, pasta şəklində

B) qırıntı şəklində

C) dördkünc formada

D) qum formasında

E) şirə şəklində

3. Dərman maddələrinin orqanizmə təsir üsullarını göstərin. Uyğunlaşmaları göstərin:

1 - yerli təsir

2 - rezorbtiv təsir

3 - sedativ təsir

4 - kumulyativ təsir

5 - etiotrop təsir

a - təsirin bütün növləri

b - bədəndə toplanma təsiri

c - müəyyən toxumalara və üzvlərə təsir

d - xəstəliyin yaranma səbəbinə təsir

e - sakitləşdirici təsir

A) 1 - a, 2 - c, 3 - d, 4 - b, 5 - e

B) 1 - a, 2 - c, 3 - e, 4 - d, - 5 - b

C) 1 - c, 2 - d, 3 - a, 4 - b, 5 - e

D) 1 - e, 2 - d, 3 - b, 4 - a, 5 - d

E) 1 - c, 2 - a, 3 - e, 4 - b, 5 - d

4. Dərmanlar şam şəklində nə vaxt istifadə edilir?

1 - yerli təsir göstərmək üçün

2 - qastrit zamanı

3 - mədədən sorulma pis gedəndə

4 - xəstə huşsuz olanda, qusanda

5 - ağır əməliyyatdan sonra

A) 1, 2, 4

B) 1, 3, 4

C) 2, 3, 5

D) 2, 3, 4

E) 1, 3, 5

5. Dərman maddələri orqanizmə hansı yollarla daxil edilir? Uyğunluğu tapın.

I - enteral

II - parenteral

III - tənəffüs yolu ilə

1 - Per os

2 - dilin altına qoymaqla

3 - qaz halında olan dərmanlar

4 - dəri altına

5 - imalə vasitəsilə

6 - əzələ içərisinə

7 - vena daxilinə

8 - uçucu maye

9 - aerozol halında

A) I - 1, 2, 5 ; II – 4, 6, 7; III – 3, 8, 9

B) I - 1, 2, 3; II – 3, 4, 5; III - 5, 6, 7

C) I – 5, 6, 7; II – 2, 3, 4; III - 1, 4, 5

D) I – 3, 4, 5; II – 3, 4, 6; III – 7, 8, 9

E) I - 1, 4, 5; II – 3, 4, 5; III – 4, 5, 7

6. Dərman dozası nəyə deyilir?

1 - dərmanların orqanizmdə parçalanmasına

2 - dərmanların orqanizmdə toplanmasına

3 - dərmanların orqanizmə qəbul edilən miqdarına

4 - dərmanların orqanizmdə sorulmasına

5 - müalicədə tələb olunan dərmanın miqdarına

A) 2, 4

B) 3, 5

C) 3

D) 4, 5

E) 1, 2, 3

7. Bakteriostatik təsir nəyə deyilir?

A) törədicilərin inkişafını ləngidən təsir

B) törədicilərin dondurulması

C) törədicilərin məhv edilməsi

D) törədicilərin zəiflədilməsi

E) törədicilərin sayının artması

8. Yumşaq dərman formaları hansılardır?

1 - poroşoklar, pastalar

2 - mikstura, məlhəmlər

3 - maye, duru məlhəmlər

4 - duru məlhəmlər, şamlar

5 - məlhəmlər, pastalar

A) 1, 4

B) 1, 2

C) 2, 3

D) 4, 5

E) 1, 5

9. Bərk dərman formasına hansılar aiddir?

A) tabletlər, kapsullar

B) tabletlər, şamlar

C) poroşoklar, pastalar

D) drajelər, məlhəmlər

E) kapsullar, miksturalar

10. İdiosinkraziya nədir?

A) dibçək bitkilərinə qarşı həssaslıq

B) yun əşyalara həssaslığın artması

C) bəzi qida maddələrinə, dərman maddələrinə həssaslığın artması

D) həşəratlara qarşı həssaslıq

E) ev heyvanlarına qarşı həssaslıq

11. Dərmanların enteral yolla orqanizmə daxil edilməsi nə deməkdir?

1 - dərmanların düz bağırsaqdan yeridilməsi

2 - dərmanların dəri altına yeridilməsi

3 - dərmanların vena daxilinə yeridilməsi

4 - dərmanların ağız boşluğundan qəbul edilməsi

5 - dərmanların əzələ daxilinə yeridilməsi

A) 2, 4

B) 1, 4

C) 1, 3

D) 2, 5

E) 3, 5

12. Halloidlər qrupuna hansı preparatlar aiddir?

A) kükürd, peroksid

B) permanqanat, yodonat

C) ammoniak, dəmir

D) yod, yodonat, xloramin

E) furaselin, rivanol

13. Dərmanların parenteral yeridilməsinin hansı mənfi cəhətləri var?

1 - təsirinin tez başlaması

2 - iynənin ağrı törətməsi

3 - xəstənin arzusu olmadıqda ilk tibbi yardım göstərilməsi

4 - sinirlərin zədələnməsi

5 - qana hava keçməsi

6 - infeksiyanın qoşulması

7 - xəstənin huşu itməsi şəraitində tibbi yardımın göstərilməsi

A) 3, 4, 5, 7

B) 1, 2, 3, 4

C) 2, 4, 5, 6

D) 1, 3, 5, 6

E) 3, 4, 5, 6

14. İynə vurulan yerdə qızartı və bərkimə olduqda nə etməli? Ardıcıllığı gözləyin:

1 - Qızarmış yerə iod sürtmək

2 - spirtli kompreslər etmək

3 - İnyeksiyanı dayandırmaq

A) 3, 1, 2

B) 2, 3, 1

C) 3, 2, 1

D) 1, 3, 2

E) 1, 2, 3

15. Qızdırıcı kompresin qoyulma qaydaqlarını ardıcıllıqla yazın

1 - həmin parçanı lazım olan nahiyəyə qoyurlar

2 - qalın, yumşaq və su hopan təmiz parçanı otaq temperaturlu məhlulda (zəif sirkə məhlulu, araq, su ilə qarışdırılımış spirt və s. ) isladıb sıxılır

3 - üstündən müşənbə və ya yağlı kağız qoyurlar

4 - sonra pambıq qoyub, kompresi bintlə möhkəm sarıyırlar

5 - üstündən isti yun şal və ya şərflə bağlayırlar

A) 3, 1, 2, 5, 4

B) 2, 1, 3, 4, 5

C) 4, 2, 3, 1, 5

D) 3, 5, 1, 2, 4

E) 1, 2, 3, 4, 5

16. Yataq yaralarının profilaktikası, ardıcilliqla yazın:

1 - xəstənin vəziyyəti imkan verərsə, onu gündə bir neçə dəfə böyrü üstə çevirməli

2 - döşək ağının və xəstənin alt paltarlarının qırışıq olmamasına fikir verməli

3 - uzun müddət yataqda olan ağır xəstələrin altına hava üfürülən rezin dairə qoyulmalı

4 - hər gün dərini dezinfeksiyaedici məhlulla silməli (məs: kamfora spirti)

A) 3, 2, 4, 1

B) 4, 2, 3, 1

C) 3, 4, 1, 2

D) 1, 2, 4, 3

E) 4, 3, 2, 1

17. Dərmanların hansı təsir növləri var? Uygunluğu tapın.

I - Yerli təsir

II - Rezorbtiv təsir

III - Əsas təsir

IV - Əlavə təsir

V - Sedativ təsir

1 - dərman maddəsi qana sorulduqdan sonra bütün orqanizmə göstərdiyi təsir

2 - dərman maddəsinin toxunduğu nahiyəyə göstərdiyi təsir

3 - sinir sisteminə göstərdiyi sakitləşdirici təsir

4 - dərman maddəsinin göstərdiyi müalicəvi təsir

5 - arzuolunmayan, bəzən də mənfi təsir

A) I - 2; II - 1; III - 4; IV - - 5; V - 3

B) I - 1; II - 3; III - 5; IV - 2; V - 4

C) I - 3; II - 4; III - 3; IV - 1; V - 2

D) I - 5; II - 2; III - 1; IV - 4; V - 3

E) I - 4; II - 5; III - 2; IV - 3; V - 1

18. Dərman preparatları öz qatılıqlarına görə hansı formalarda olur? Uyğunluğu tapın:

I - Bərk

II - Maye

III - Yumşaq

1 - məlhəmlər, pastalar, plastırlar

2 - poroşoklar, tabletlər, kapsullar, drajelər

3 - məhlullar, damcılar, dəmləmə və bişirmələr

A) I - 3; II - 1; III - 2

B) I - 1; II - 2; III - 3

C) I - 2; II - 3; III - 1

D) I - 1; II - 3; III - 2

E) I - 3; II - 2; III - 1

19. Orqanizmdə dərmanların əsas vəzifələri hansılardır? Uyğunluğu tapın.

1 - Xəstəlik törədən amili zərərsizləşdirir.

2 - Çatışmayan maddələrin əvəzini verir

3 - Orqanizmi hər hansı izafi maddələrdən təmizləyir

4 - Xəstənin həyat funksiyasını onun üçün əlverişli istiqamətdə tənzimləyir

a - əvəzedici

b - zərərsizləşdirici

c - tənzimedici

d - təmizləyici

A) 1 - d; 2 - c; 3 - a; 4 - b

B) 1 - a; 2 - b; 3 - c; 4 - d

C) 1 - b; 2 - a; 3 - d; 4 - c

D) 1 - c; 2 - d; 3 - b; 4 - a

E) 1 - a; 2 - c; 3 –b; 4 - d

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin