##num=16//level=1// sumtest=26 //name= Sümük sınıqları. Nəqliyyat immobilizasiyası//
1. Sümük sınıqları nəyə deyilir?
A) Sümük parçalarının sürüşməsi
B) Sümük toxumasının çatışmazlığı
C) Sümük toxumasının inkişaf etməməsi
D) Sümük bütövlüyünün tamam, yaxud qismən pozulması
E) Sümük vərəmi
2. Sümük sınıqlarında baş verən əlamətləri seçin:
1 - Sınmış yer şişir, ağrıyır
2 - Ürəkbulanma, qusma baş verir
3 - Arterial təzyiq yüksəlir
4 - Həmin üzvün hərəki funksiyası pozulur
5 - Zədə şoku baş verə bilər
A) 1, 4 , 5
B) 1, 2, 5
C) 1, 3, 5
D) 2, 4, 5
E) Yalnız 5
3. Sümük sınıqları nədən baş verir?
1 - Sümük sarkoması, sümük vərəmi nəticəsində
2 - Sinirlərin zədələnməsi nəticəsində
3 - Bağların partlaması zamanı
4 - Sümük toxumasının nazikləşməsində
5 - Travmalar zamanı
A) 1, 3, 4
B) 5, 4, 1
C) 2, 5, 3
D) 1, 5, 2
E) 1, 2, 4
4. Sümük sınıqlarında ilk tibbi yardım tədbirləri hansılardır? Ardıcıllığı gözləyin:
1 - Ağrısızlaşdırma etmək
2 - Rahat vəziyyətdə xərəyə qoymaq
3 - Nəqliyyat immobilizasiyası
4 - Lazım gəldikdə tetanusa qarşı serum vurmaq
5 - Zərərçəkəni xəstəxanaya çatdırmaq
A) 4, 2, 5, 3, 1
B) 1, 2, 3, 4, 5
C) 1, 4, 5, 3, 2
D) 1, 3, 2, 5, 4
E) 4, 1, 5, 3, 2
5. Sınmış ətrafın immobilizasiyası üçün hansı vasitələrdən istifadə edilir ?
1 - Kramer sinası
2 - Gips sarğıları
3 - Esmark kəməri
4 - Diteriks sinası
5 - Təzyiqedici sarğı
A) 1, 3, 4
B) 3, 4, 5
C) 1, 2, 4
D) 2, 1, 3
E) 1, 2, 5
6. Diteriks sinası hansı sınıqlarda istifadə edilir?
A) Bud sınıqlarında
B) Alt çənənin sınıqlarında
C) Yuxarı ətrafların sınıqlarında
D) Çanaq sümüyünün sınıqlarında
E) Falanqaların sınıqlarında
7. Sınıqlar zamanı hansı ağırlaşmalar baş verə bilər? Ardıcıllığı gözləyin:
1 - Sümük parçalarının yerindən çıxması
2 - Qanaxmalar
3 - Piy emboliyası
4 - İnfeksiyanın qatılması
5 - Zədə şoku
A) 1, 5, 3, 4, 2
B) 1, 3, 4, 5, 2
C) 1, 2, 5, 4, 3
D) 4, 2, 5, 3, 1
E) 4, 5, 3, 1, 2
8. Sınıqların növlərini ayırd edin.
1 - Köndələn çəp
2 - Spiral
3 - Kəskin, küt
4 - Qəlpələnmiş, deşilmiş
5 - Yüngül səthi
A) 1, 5, 2
B) 3, 4
C) 1, 2, 4
D) 3, 5, 1
E) Yalnız 1
9. Sınıqlar zamanı gips sarğılarının əhəmiyyəti
1 - Ətrafı yaxşı tutub saxlayır
2 - Yaradakı ifrazatı özünə çəkir
3 - Qanaxmanın qarşısını alır
4 - Yaranı infeksiya düşməsindən qoruyur
5 - Ağrı hissini aradan qaldırır
A) 1, 3, 5
B) 1, 2, 5
C) 2, 4, 5
D) 1, 2, 4
E) 3, 4, 2
10. Kramer şinası hansı növ sınıqlarda istifadə edilir?
A) Yuxarı ətrafların sınıqlarında
B) Əl və ayaq barmaqların sınıqlarında
C) Bud sınıqlarında
D) Alt çənə sınıqlarında
E) Oynaqlarda aparılan cərrahi əməliyyatdan sonra
11. Piy emboliyası nəyə deyilir?
A) Piy distrofiyası
B) Sınıqlar zamanı piyin dağılması
C) Piy qatının əzilməsi
D) Damar mənfəzinin piy hissəcikləri ilə tutulması
E) Orqanizmdə piyin artıq olması
12. Kəllə - beyinin qapalı travmalarına hansılar aiddir?
1 - Baş beyin silkələnməsi
2 - Baş beyin kəllə sümüyünün sınması
3 - Baş beyin yaralanması
4 - Baş beyin əzilməsi
5 - Baş beyin sıxılması
A) 1, 4, 5
B) 2, 4, 5
C) 2, 3, 4
D) 1, 3, 5
E) 3, 4, 5
13. Kəllə - baş beyinin qapalı travmalarında nə baş verir? Ardıcıllığı gözləyin:
1 - Qusma müşahidə edilir
2 - Baş ağrısı baş gicəllənmə, qulaqlarda küy
3 - Kəllə daxili qan toplanır
4 - Ətrafların iflici baş verir
5 - Koma halı inkişaf edir
A) 1, 4, 2, 5, 3
B) 1, 2, 5, 4, 3
C) 1, 5, 4, 2, 3
D) 1, 3, 2, 4, 5
E) 4, 5, 2, 1, 3
14. Kəllə - beyin travmalı xəstələrə ilk yardım.
A) Xəstəni yanları və ya qarnı üstə uzadırlar, şok əleyhinə tədbirlər görülür, xərəklə xəstəxanaya aparılır.
B) Xəstə arxası üstə uzadılır, aseptik sarğı qoyulur
C) Xəstənin başına isidici kompress qoyulur
D) Xəstənin yarasına təzyiqedici sarğı qoyulur
E) Süni tənəffüs verilir, təcili tibbi yardım məntəqəsinə aparılır
15. Çənə - üz zədələnməsi vaxtı nə baş verə bilər?
A) Qulaqlarda küy əmələ gəlir
B) Başgicəllənmə, ürəkbulanma əlamətləri
C) Dişlərin qapanması əmələ gəlir
D) Bəbəklərin daralması müşahidə olunur
E) Üzün assimetriyası, dil qatlanması, boğulma halları əmələ gəlir
16. Onurğa sümüyü zədələndikdə nə baş verir?
A) Onurğa beyni zədələnir, ətraflarda iflic baş verir
B) Başgicəllənmə, üərkbulanma olur
C) Qan dövranı pozulur
D) Hərəkətlər məhdudlaşır
E) Əzələ zəifliyi baş verir
17. Fəqərə sütunu - onurğa beyin travmalarına hansılar aiddir?
1 - Onurğa beyin silkələnməsi
2 - Onurğa beyin dartılması
3 - Onurğa beyin əzilməsi
4 - Onurğa beyin sıxılması
5 - Onurğa beyninə qan sızması
A) 1, 4, 5
B) 1, 2, 3
C) 1, 3, 4
D) 1, 3, 5
E) 1, 2, 4
18. Onurğa beyin zədələnməsi nə ilə nəticələnir? Ardıcıllığı gözləyin:
1 - Ətraflarda hissiiyatın pozğunluğu, iflic
2 - Beyin toxumasında qansızmaların əmələ gəlməsi
3 - Çanaq üzvlərinin fəaliyyətinin pozulması
4 - Qan dövranının pozulması
5 - Hərəkətlərin məhdudlaşması
A) 1, 4, 3, 5, 2
B) 1, 3, 4, 5, 2
C) 3, 5, 1, 4, 2
D) 1, 4, 2, 5, 3
E) 3, 5, 2, 4, 1
19. Boyun zədələnməsi zamanı baş verən ağırlaşmalar hansılardır?
A) Hava emboliyası, tənəffüz və ürək fəaliyyətinin dayanması
B) Ağ ciyərlərin iltihabı
C) Hərəkətlərin məhdudlaşdırılması
D) Baş beynin zədələnməsi, qanaxma
E) Onurğa beynin təzyiqin qalxması
20. Qarının qapalı zədələnmələrinə hansılar aiddir?
A) Qarının kəsilən yaralanmaları
B) Qarının deşilən yaralanmaları
C) Mədə və bağırsaq pozulmaları
D) Qarının açıq yaralanmaları
E) Qarın divarının və qarın üzvlərinin zədələnmələri
21. Qarının qapalı zədələnmələri zamanı ilk yardım tədbirləri hansılardır? Ardıcıllığı gözləyin:
1 - Şoka qarşı tədbirlər görülür
2 - Xəstəxanaya çatdırılır
3 - Qarın nahiyyəsinə buz və soyuq kompres qoyulur
4 - Üfüqi vəziyyətdə uzadılır
5 - Xəstəyə qan köçürülür
A) 5, 4, 2, 1, 3
B) 1, 2, 5, 4, 3
C) 1, 4, 3, 2, 5
D) 4, 1, 2, 5, 3
E) 3, 4, 1, 2, 5
22. Qarının açıq zədələnməsində nə baş verə bilər?
1 - Daxili orqanların bütövlüyü pozulur
2 - Daxili qanaxma, peritonit əmələ gəlir
3 - Təngənəfəslik, boğulma olur
4 - Ağrı, şok müşahidə edilir
5 - Hərəkətlərin oyanıqlığı olur
A) 2, 3, 5
B) 1, 3, 4
C) 1, 2, 4
D) 1, 4, 5
E) 3, 4, 5
23. Çanağın zədələnmələri zamanı nə müşahidə edilir?
A) Çanaq sümüyünün sınığı, çanaq üzvlərinin zədələnməsi
B) Qan dövranı pozulur
C) Aşağı ətraflarda hissiyat artır
D) Geniş qansızmalar olur
E) Zəiflik əmələ gəlir.
24. Çanaq sümüklərinin sınıqları zamanı ilk yardım tədbirləri hansılardır? Ardıcıllığı gözləyin:
1 - Şoka qarşı tədbirlər görülür
2 - Ayaqları çanaq - bud oynaqlarında əyib azacıq aralayırlar
3 - Sidik kisəsi kateterizasiya edilir
4 - Xəstə bərk xərəkdə və ya taxta üzərinə uzadılır
5 - Antibiotiklər və tetanusa qarşı zərdab vurulur.
A) 1, 2, 4, 3, 5
B) 1, 4, 2, 3, 5
C) 2, 3, 5, 4, 1
D) 3, 5, 1, 2, 4
E) 4, 3, 2, 1, 5
Dostları ilə paylaş: |