|
##num=26//level=1// sumtest=14 //name=Fövqəladə hallarda əhalinin tibbi təminatı və tibb xidmətinin təşkili. //
|
səhifə | 25/26 | tarix | 27.12.2018 | ölçüsü | 0,86 Mb. | | #86510 |
| ##num=26//level=1// sumtest=14 //name=Fövqəladə hallarda əhalinin tibbi təminatı və tibb xidmətinin təşkili. //
1. Mülki müdafiə tibb xidmətinin müalicəsisteminin II mərhələsi kimlər tərəfindən həyata keçirilir?
A) əhali tərəfindən
B) sanitar drujina və sanitar postlar tərəfindən
C) təkmilləşmiş, ixtisaslaşmış həkimlər tərəfindən
D) mülki müdafiə rəisi tərəfindən
E) zərərçəkən tərəfindən
2. Mülki müdafiə tibb xidmətinin əsas vəzifələri:
A) Müasir qırğın silahlarının zədələyici amillərindən əhalini mühafizə etmək, zərər çəkmiş əhaliyə hər cür tibbi yardım göstərmək
B) Əhalidə vətənin müdafiəsi uğrunda müharibələrin ən ağır sınaqlarına mənəvi və fiziki cəhətdən davam gətirmək bacarığı yaratmaq
C) Ağır və böhranlı anlarda dözümlü, iradəli, mərd, və fədakar olmaq bacarığı yaratmaq
D) Mürəkkəb şəraitdə inamla fəaliyyət göstərmək bacarığı yaratmaq
E) Mühafizənin üsul və vasitələrini bilmək, onların etibarlı olduğuna inam bəsləmək
3. Profilaktik dezinfeksiyanın məqsədi?
A) Törədicilərin qruplaşdırılması
B) Yoluxucu xəstəliklərin müalicəsi
C) Törədicilərə bakteriostatik təsirin göstərilməsi
D) Yoluxucu xəstəliklərin baş verməsinin və yayılmasının qarşısının alınması
E) Törədicilərin zəiflədilməsi
4. Son dezinfeksiyanın məqsədi?
A) Yoluxma ocağını xəstəlik törədicilərdən tam təmizləmək məqsədilə
B) Törədicilərin müntəzəm olaraq qırılması məqsədilə
C) Törədicilərin müntəzəm olaraq çoxalması məqsədilə
D) Törədicilərin qruplaşdırılması və təcrid olunması məqsədilə
E) Törədicilərin zəifləməsi məqsədilə
5. Mülki müdafiə tibb xidmətinin əsas vəzifələrinə aiddir:
1 - Zərər çəkmiş əhaliyə hər cür tibbi yardım göstərmək
2 - Qəzalar və təbii fəlakətlər zamanı düzgün davranmaq
3 - Kütləvi qırğın silahlarından mühafizə qaydalarını dəqiq yerinə yetirmək
4 - Zədəlilərə ilk tibbi yardım göstərmək
5 - Müalicə - profilaktika tədbirlərini yerinə yetirmək
6 - Özündə və yoldaşlarında yüksək mənəvi - siyasi və psixoloji keyfiyyətlər tərbiyə etmək
A) 2, 3, 4
B) 1, 2, 3
C) 1, 4, 5
D) 3, 4, 6
E) 2, 3, 6
6. Mülki müdafiə tibb xidmətinin qüvvələrinə aiddir:
1 - Hərbiləşməmiş tibb dəstələri
2 - hərbi hissə
3 - Tibb müəssisələri
4 - Ixtisaslı dəstələr
5 - Obyekt dəstələri
A) 2, 3
B) 1, 2
C) 1, 3
D) 4, 5
E) 3, 5
7. Hərbiləşməmiş tibb dəstələrinə aiddir:
1 - Ümumməqsədli dəstələr
2 - Sanitar drujinaları
3 - Ərazi dəstələri
4 - Epidemiya əleyhinə səyyar dəstə
5 - Ixtisaslı dəstələr
6 - Ilk tibbi yardım dəstəsi
A) 3, 4, 6
B) 1, 2, 3
C) 2, 4, 6
D) 3, 4, 5
E) 2, 3, 4
8. Kimyəvi silahın xarakterik xüsusiyyətlərini seçin:
1 - Əhali arasında kütləvi xarakter daşıyan yoluxucu xəstəliklər törədir
2 - Canlı qüvvələri tez sıradan çıxarıb məhv edir
3 - Kimyəvi silahın tətbiqi zamanı yaranan zərbə dalğası dağıntılara səbəb olur
4 - Maddi sərvətləri dağıtmır
5 - Digər silahlara nisbətən istehsalı ucuz başa gəlir
A) 1, 2, 3
B) 2, 4, 5
C) 5, 1, 4
D) 2, 4, 3
E) 3, 4, 5
9. Ipritin insana təsiri zamanı zəhərlənmə əlamətlərini ardıcıllıqla yazın.
1 - Xırda suluqların birləşərək iri suluqlara çevrilməsi
2 - Xırda suluqların əmələ gəlməsi
3 - Dəridə qızartı
4 –İri suluqların deşilərək xora əmələ gətirməsi
A) 4, 3, 2, 1
B) 1, 3, 4, 2
C) 2, 4, 1, 3
D) 1, 2, 3, 4
E) 3, 2, 1, 4
10. Tibbi yardımın növləri bunlardır: Uyğunluğu tapın:
1 - ilk tibbi yardım
2 – ilk həkim yardımı
3 – təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardım
a - ilk həkim yardımı dəstəsi tərəfindən göstərilir
b - sanitar drujina və sanitar postlar tərəfindən göstərilir
c - ixtisaslaşdırılmış tibbi yardım dəstəsi (ITYD) və ixtisaslaşdırılmış tibbi yardım briqadası tərəfindən göstərilir
A) 1 - b; 2 - a; 3 - c
B) 1 - a; 2 - b; 3 - c
C) 1 - c; 2 - b; 3 - a
D) 1 - c; 2 - a; 3 - c
E) 1 - b; 2 - c; 3 - a
11. Mülki müdafiə tibb xidmətinin müəssisələrinə aiddir: Uyğunluğu tapın:
1 – şəhərdənkənar ərazidə yerləşən xəstəxana bazası
2 – qanköçürmə stansiyaları
3 – aptek müəssisələri
4 – sanitar - epidemioloji stansiyalar
a - əhalini dərman maddələri ilə təchiz edir
b - ağır zədələnmiş şəxslərə ixtisaslaşdırılmış tibbi yardım göstərir
c - zədələnən və yaralıları qan və qanəvəzedicilərlə təmin edir
d - əhaliyə sanitar gigiyenik və epidemiya əleyhinə mübarizə xidmətini yerinə yetirir
A) 1 –c; 2 - a; 3 - b; 4 - d
B) 1 –a; 2 - b; 3 - d; 4 - c
C) 1 –b; 2 - c; 3 - a; 4 - d
D) 1 –d; 2 - a; 3 - b; 4 - c
E) 1 –b; 2 - d; 3 - c; 4 - a
12. Dezinfeksiyanın hansı növləri var? Uyğunluğu tapın.
1 - Dezinseksiya
2 - Deratizasiya
3 - Profilaktik dezinfeksiya
4 - Cari dezinfeksiya
a - yoluxucu xəstəlik yayan həşəratların və gənələrin məhv edilməsi
b - yoluxucu xəstəliklərin yayılmasının qarşısının almaqdır
c - epidemioloji cəhətdən təhlükə törədən gəmiricilərin məhv edilməsi
d - xəstənin yatağı yanında yoluxmanın yayılmasının qarşısının alınması
A) 1 - b; 2 - a; 3 - c; 4 - d
B) 1 - a; 2 - c; 3 - b; 4 - d
C) 1 - c; 2 - b; 3 - d; 4 - a
D) 1 - d; 2 - a; 3 - b; 4 - c
E) 1 - a; 2 - d; 3 - c; 4 - b
13. Kütləvi qərğın silahlarının tətbiqi nəticəsində baş verən zəhərlənmələrdə hansı tədbirlər həyata keçirilir? Uyğunluğu tapın:
1 - Deqazasiya
2 - Dezaktivasiya
3 - Dezinfeksiya
4 - Sanitariya təmizlənməsi
a - Dəri səthinin radioaktiv, kimyəvi və bakterial vasitələrdən təmizlənməsidir
b - yoluxucu xəstəlik yayan mikrobların məhv edilməsidir
c - yerlərin və müxtəlif əşyaların radioaktiv maddələrdən təmizlənməsidir
d - əşyaların və ərazinin zəhərli maddələrdən təmizlənməsidir
A) 1 - d; 2 - c; 3 - b; 4 - a
B) 1 - c; 2 - a; 3 - d; 4 - b
C) 1 - a; 2 - b; 3 - c; 4 - d
D) 1 - b; 2 - d; 3 - a; 4 - c
E) 1 - a; 2 - b; 3 - c; 4 - d
14. Zərərsizləşdirmə tədbirlərinə aiddir: Uyğunluğu tapın.
1 – dezinfeksiya
2 - dezinseksiya
3 – deratizasiya
a - ətraf mühitdə yoluxucu xəstəlik törədicilərinin məhv edilməsi
b - yoluxucu xəstəlik yayan gəmiricilərin məhv edilməsi
c - yoluxucu xəstəlik yayan həşəratların məhv edilməsi
A) 1 –b ; 2 - a; 3 - c
B) 1 –c ; 2 - b; 3 - a
C) 1 –a ; 2 - c; 3 - b
D) 1 –c ; 2 - a; 3 - b
E) 1 –a ; 2 - b; 3 – b
Dostları ilə paylaş: |
|
|